Məhkəmə qərarları › İş №1(102)-1436/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1436/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1436/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) Məhkum, 4 avqust 1959-cu il tarixdə Tərtər rayonunun, Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəll ər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə CM-nin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1-ci maddələri və CM-nin (31 may 2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il müddətə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsiə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə CM-nin 178.3.2, 308.2 və 313cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-n in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə CM-nin 178.3.2, 308.2 və 313cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2021-ci tari xli qərarı ilə həmin hökm Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkumluğu ödənilməmiş, Tərtər rayonunun, Borsunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 178.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə, CM-nin 308.1-ci maddəsi ilə isə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən isə həmin maddə ilə cəza təyin olunmamışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla v əzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 3 sentyabr 2012-ci il tarixdə təsis etdiyi (VÖEN **********), sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən, direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerin ə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin külli miqdarda əmlakını qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2017-ci il may ayının əvvəllərində mənzil almaq üçün özünə müraciət edən X5 özünün tanışı X8 və qeyrilərinin CM-nin 178.3.1 və digər maddələri ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2009-cu il tarixi qərarında təsbit edilmiş və sonuncunun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 n əfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasına dair müddəaların fiziki şəxs X8 tərəfindən Ünvan 2 ünvanda inşa edilmiş, Şahid1 məxsus çoxmərtəbəli yaşayış evindən guya ona mənzil satmaq hüququ verdiyini əsas gətirərək, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs1 inandırıb aldadaraq, həmin binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, 165 m2 sahəsi olan 62 nömrəli mənzili Zərərçəkmiş şəxs1 99.000 manata satacağını yalandan vəd verib, həmin adla 12 may 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, 3024-27-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində Zərərçəkmiş şəxs1 99.000 manat məbləğində pul vəsaitini alıb, mənzilin Zərərçəkmiş şəx s1 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2017ci il tarixli, 42 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin ödənilməsi, mənzilə görə sonuncunun borcunun qalmamasına dair həmin tarixli və nömrəli maliyyə arayışını həmin gün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, 3024-27-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində tərtib edib, imzası və rəhbərlik etdiyi Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 verməklə tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, aldığı 99.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra, cinayətkar hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 olan pul borcunu ödəməkdə çətinlik çəkməsi ilə əlaqədar borcun əvəzində həmin 62 nömrəli mənzili sonuncuya təklif etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 mənzilin yerləşdiyi binanı bəyənməyib həmin təklifdən imtina etdiyini 2017-ci ilin iyul ayının əvvəllərində bilib, özünün tanışı X8 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.3.1 və digər maddələri ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 20 noyabr 2009-cu il tarixi qərarında təsbit edi lmiş və sonuncunun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasına dair müddəaların fiziki şəxs X8 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, 3024-27-ci məhəllə ünvanında inşa edilmiş, Şahid2 məxsus çoxmərtəbəli yaşayış evindən də guya ona mənzil satmaq hüququ verdiyini əsas gətirərək, qeyd olunan binadan da mənzil satmaq səlahiyyətinin olduğuna, həmçinin özünün cinayət əməlini müəyyən müddət gizlətmək məqsədi ilə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 borcundan azad olması üçün guya köməklik göstərmək niyyətində olmasına sonuncunu inandırıb aldadaraq, ünvan 4 ünvanında inşa edilmiş binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, 165 m2 sahəsi olan 62 nömrəli m ənzilin Zərərçəkmiş şəxs1 adına rəsmləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli, 42 nömrəli müqavilənin və maliyyə arayışının əsillərini geri qaytaracağı təqdirdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsin, 3024-27-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 162.000 manat dəyərində olmaqla, 135 m2 sahəsi olan 3 otaqlı 54 nömrəli mənzili Zərərçəkmiş şəxs1 adına, onun adından isə Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirməyi təklif edib, bu barədə sonuncunun razılığını alandan sonra, xx.xx.2017-ci il tarixli 42 nömrəli müqavilənin və maliyyə arayışının əsillərini alıb, 54 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi s axta rəsmi sənədi – xx.xx.2017-ci il tarixli, 71 nömrəli alqı-satqı müqaviləsini həmin gün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, 3024-27-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində tərtib edib, imzası və rəhbərlik etdiyi Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 verməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, 3 avqust 2017-ci il tarixdə isə həmin mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – eyni tarixli 76 nömrəli müqaviləni və mənzilin əvvəki sahibi olan Zərərçəkmiş şəxs1 ərizəsinə əsasən Zərərçəkmiş şəxs2 adına rəmiləşdirilməsi barədə eyni tarixli 78 nömrəli maliyyə arayışını Sumqayı t şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda tərtib edib, imzası və rəhbərlik etdiyi Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs2 verməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə özünü işgüzar şəxs kimi göstərməklə Zərərçəkmiş şəxs1 yanında saxta nüfuz qazanıb qanunsuz üstünlük əldə etmək məqsədi ilə onunla Zərərçəkmiş şəxs2 arasında yaranmış borc münasibətini mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Zərərçəkmiş şəxs2 müvafiq qaydada mülki iddia verməklə özünün pozulmuş hüquqlarının bərpasını tələb etməli olduğu halda fiziki şəxslər arasında yaranmış mülki hüquqi münasibətlərə müdaxilə edib onun praktik və effektiv üsullarla çevik şəkildə həll edilməsinə maneçilik törətməklə Zərərçəkmiş şəxs2 əmlak hüquqlarına və qanuni mənafelərinə müh üm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 28 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: CPM-nin bir sıra maddələrinə istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı aparmadan işə baxmış, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən buraxılmış kobud qanun pozuntularını yenidən təkrarlamaqla, həmin iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la, şahidlər X və Şahid2larla, Şahid1la olan münasibətləri aydınlaşdırmamış, ona qarşı irəli sürülmüş ittihamla işin faktiki halları arasında olan kəskin ziddiyətləri nəzərə almamışdır. Həmçinin məhkəmə onu diqqətindən kənarda saxlamışdır ki, Zərərçəkmiş şəxs1 99.000 manat deyil, yalnız 4800 manat pulu nağd şəkildə ödəyərək qalan pulun ödənilməsi ilə bağlı öhdəçilik ərizəsi yazmış, onunla Sumqayıt şəhər 6 saylı notariat kontorunda b orc müqaviləsi bağlanmış və o, heç kimə qarşı dələduzluq cinayətini törətmədiyi halda qanunsuz olaraq CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Bütün göstərilənlər ona dəlalət edir ki, o, heç bir cinayət törətmədiyi halda əsassız və qanunsuz olaraq məhkum olunmuş, lakin apellyasiya instansiyası məhkəməsi onun barəsində çıxarılmış qanunsuz hökmün dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə proses i ştirakçılarıının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmu nundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən Məhkum həmin kassasiya şikayətində sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək onun əsassız olaraq məhkum edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən görü ndüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsin in hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə a ktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindiril mələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstə rilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olu nmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının pozulmuş hüquqlarının bərpa olunması, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğ un gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla y anaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi nə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipl əri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət mə hkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu e yni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi ü zrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli bilməsə də, cinayət iş inin materiallarına əsasən, məhkumun təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların (əsasən də zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinin) əlaqəli şəkildə təhlilindən müəyyən edilir ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, Məhkum öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla d ələduzluq etmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Belə ki, cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə ittiham hokmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlara, yəni zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə, məhkəmədə tədqiq olunmuş 12 may 2017-ci il tarixli 42 nömrəli müqavilə və maliyyə arayışına, 11 iyul 2017-ci il tarixli 71 nömrəli müqaviləyə, 3 avqust 2017-ci il tarixli 76 nömrəli müqaviləyə, 3 avqust 2017-ci il tarixli 78 nömrəli maliyyə arayışına, Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2020-ci il tarixli 4/430 nömrəli və 10 avqust 2020-ci il tarixli 5/404 nömrəli ekspertiza rəylərinə və işin digər hallarına əsaslanmaqla Məhkum CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, həmin cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsi, ona ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmaması və sonuncunun göstərilən maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Məhkəm ə kollegiyasının qənaətinə görə, bu nəticənin şübhə altına alınması, onun qanunsuz hesab edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən Məhkum kassasiya şikayətində istinad etdiyi prosessual normaların tələbləri, eyni zamanda onun müdafiə, ədalətli məhkəmə araşdırmasına malik olmaq, ona qarşı ifadələr vermiş şəxsləri dindirmək hüquqları pozulmamış, apellyasiya instansiyası məhkəməsində isə artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təkrarən araşdırılmasına isə ehtiyac olmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1-ci maddəsində sadalanan hər han sı pozuntuya yol verildiyini müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313 -cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar