Məhkəmə qərarları › İş №1(102)-1436/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1436/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1436/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumlar Məhkum1 və Məhkum2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-744/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfində n ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxx 1999-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Məhkum2 10 avqust 2003-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla Saatlı şəhəri, M.P.Vaqif küçəsində yerləşən yataqxanada yaşamışdır. 2. 07 iyun 2021-ci il tarixli ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 2 04.1, 234.4.1, 234.4.3 və 235.4.2-cü maddələri, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 06 iyul 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 və Məhkum1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq faktiki müəyyən edilmiş 467,34 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış və saxlamış, aralarında olan razılığa əsasən Məhkum1 n arkotik vasitə qurudulmuş marixuananı satmaq üçün 02 oktyabr 2020-ci il tarixdə yetkinlik yaşına çatmadığını əvvəlcədən bilmədiyi, xx.xx.2003-cü il təvəllüdlü Məhkum2 vasitəsilə müştəri tapmış, sonra isə narkotik vasitəni alacaq şəxslərin bəyənib keyfiyyətinə dair seçim etmələri üçün Təqsirləndirilən şəxs1 qurudulmuş marixuananı bir neçə ədəd kiçik ölçülü bükümlərə bölüb şərti nömrələməklə Məhkum1 vasitəsilə Məhkum2 və narkotik vasitəni almalı olan Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Məhkum3 çatdıraraq satmaq barədə ümumi razılıq əldə edildikdən sonra həmin gün saat 21 radələrində Saatlı rayonu Şirinbəyli kəndində həmin narkotik vasitənin faktiki aşkar olunmuş 53,41 qram çəkidə olan hissəsini satmaq məqsədilə Məhkum1 vermişdir. Məhkum1 isə bir qədər aralıda dayanmış Təqsirlən dirilən şəxs2 idarə etdiyi «VAZ 2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillə gəlmiş Məhkum2, Təqsirləndirilən şəxs3 və Məhkum3 narkotik vasitə qurudulmuş marixuananı saxta olmasını əvvəlcədən bilmədiyi 7500 manat pulun müqabilində sataraq əldə etdiyi pul əskinaslarını dərhal sonra Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakçıları ilə bağlı daxil olmuş məlumat əsasında 03 oktyabr 2020-ci il tarixdə, saat 00:05-də Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Məhkum1 saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Onların üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 və Məhkum1 qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananın satışında n əldə etdikləri 8 ədəd A00583302 nömrəli və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C75457779 nömrəli və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 18 ədəd B24102923 nömrəli 50 nominalda, 30 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən ümumilikdə 7500 manat məbləğində saxta pullar Elur Abdullayevin əynindəki pencəyin sağ yan cibindən, satış məqsədilə qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi bir ədəd 10 manatlıq pul əskinasına bükülmüş təmiz çəkisi 1,64 qram və bir ədəd salfet kağızına bükülmüş təmiz çəkisi 7,29 qram olmaqla, ümumi çəkisi 8,93 qram olan çətənə (k annabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana isə onun əynindəki şalvarın ön sağ cibindəki dəri pul qabının içərisindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə 03 oktyabr 2020-ci il tarixdə, saat 11:25-də keçirilmiş baxış nəticəsində Təqsirləndirilən şəxs1 Saatlı rayonu Şirinbəyli kəndində alaq otlarının arasında satış məqsədilə gizlətdiyi bir ədəd polietilen torbada, üstündən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan, 405 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd SF-400 markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Eyni zamanda aralarında tanışlıq münasibətləri olan, Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilə n şəxs3 və Məhkum3 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 8 ədəd A00583302 və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C75457779 və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 18 ədəd B24102923 nömrəli 50 nominalda, 32 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən ümumilikdə 7540 manat məbləğində saxta pulları satış məqsədilə əldə etmiş, həmin pulları həqiqi pul əskinasları kimi təqdim etməklə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı alqı-satqı görüntüsü yaradıb dələduzluq yolu ilə talamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə həmin pulları da özləri ilə götürməklə 02 oktyabr 2020-ci il tarixdə Məhkum3 məxsus «VAZ-21144» markalı, **BT-*** qeydiyyat nişanlı avtomobillə yaşadıqları Sumqayıt şəhərindən Saatlı rayonuna gələrək orada Təqsirləndirilən şəxs4 tanışı, Saatlı rayon sakini, yetkinlik yaşına çatmadığını əvvəlcədən bilmədikləri, xx.xx.2003-cü il təvəllüdlü Məhkum2 və sonuncunun tanışı Təqsirləndirilən şəxs2 ilə də saxta pulları həqiqi pul əskinasları kimi təqdim etməklə sataraq qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuananı alqı-satqı görüntüsü yaradıb dələduzluq yolu ilə talamaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmişlər. Aralarındakı vəzifə bölgüsünə əsasən Məh kum2 02 oktyabr 2020-ci il tarixdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdığı Məhkum1 ilə görüşərək Sumqayıt şəhərindən gələn tanışlarının narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiklərini ona bildirmiş, Məhkum1la bu barədə razılaşdıqdan sonra narkotik vasitəni bəyənib keyfiyyətinə dair seçim etmələri üçün qurudulmuş marixuananın şərti nömrələnməklə bölündüyü bir neçə ədəd kiçik ölçülü bükümləri Məhkum1 təhvil alıb daşımaqla Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Məhkum3 çatdıraraq ümumi razılıq əldə edildikdən sonra həmin gün axşam saatlarında Məhkum2 tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 2107» markalı, 19-BJ857 qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs3 və Məhkum3lə birlikdə Saatlı rayonu Şirinbəyli kəndinə gedərək Təqsirlənd irilən şəxs1 tərəzi ilə çəkib Məhkum1 verdiyi, faktiki müəyyən edilmiş 53,41 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı saxta olmasını əvvəlcədən bildikləri, Təqsirləndirilən şəxs3 üzərində olan 8 ədəd A00583302 və 8 ədəd A08911161 nömrəli 200 nominalda, 4 ədəd C75457779 və 24 ədəd C40365396 nömrəli 100 nominalda, 18 ədəd B24102923 nömrəli 50 nominalda, 30 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən kağızlar, yəni ümumilikdə 7500 manat məbləğində saxta pulları həqiqi pul əskinasları kimi təqdim etməklə, həmin pulları Məhkum2 Təqsirləndirilən şəxs3 qəbul edərək Mə hkum1 verərək, narkotik vasitəni Məhkum1 birlikdə qəbul edib, alqı-satqı görüntüsü yaradaraq dələduzluq yolu ilə birgə taladıqdan dərhal sonra narkotik vasitəni Məhkum2, Təqsirləndirilən şəxs3, Məhkum3lə və Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi nəqliyyat vasitəsi ilə daşımaqla Saatlı rayonu Naharlı kəndi ərazisində onları gözləyən Təqsirləndirilən şəxs4lə görüşmüşlər. Bundan sonra saxta narkotik vasitə alqı-satqısında, yəni narkotik vasitənin talanmasında iştirakına görə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 50 manat, Məhkum2 mükafat olaraq bir ədəd 50 manatlıq həqiqi pul əskinası və 2 ədəd B59452712 nömrəli 20 nominalda Azərbaycan manatına oxşar həqiqi pul əskinaslarından surəti çıxarılaraq eyni axınlı çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazır lanmış, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən saxta pul, Təqsirləndirilən şəxs3 isə taladıqları narkotik vasitənin bir hissəsi olaraq Məhkum2 bir ədəd polietilen torbanın içərisində ümumilikdə təmiz çəkisi 42,89 qram qurudulmuş marixuana vermiş, narkotik vasitədən bir ədəd kağız bükümdə 10,52 qram çəkidə qurudulmuş marixuananı isə Məhkum3 götürməklə talanmış narkotik vasitəni öz aralarında bölmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs4 naməlum istiqamətdə getmişdir. Məhkum2 və Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs2 məxsus «VAZ 2107» markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobildə getdikləri zaman 03 oktyabr 2020-ci il tarixdə saat 03.00 radələrində Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra keçirilmiş baxış zamanı Məh kum2 üzərindən narkotik vasitənin talanması ilə bağlı ona mükafat qismində Təqsirləndirilən şəxs4 tərəfindən verilmiş bir ədəd 50 manatlıq həqiqi pul əskinası və 2 ədəd B59452712 nömrəli 20 nominalda saxta pul, həmçinin taladıqları narkotik vasitədən Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə birlikdə daşıyaraq saxladıqları bir ədəd polietilen torbanın içərisində 17,22 qram, bir ədəd kibrit qutusunda 7,64 qram, iki ədəd kağız bükümlərində ayrı-ayrılıqda 9,25 qram və 8,56 qramümumilikdə 42,89 qram olan, Təqsirləndirilən şəxs1 və Məhkum3 aid narkotik vasitə ilə eyni tərkibli olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana «VAZ 2107» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük y erindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 03 oktyabr 2020-ci il tarixdə, saat 17.10-də Təqsirləndirilən şəxs3 və Məhkum3 olduqları, Məhkum3 idarə etdiyi «VAZ-21144» markalı, **-BT-*** qeydiyyat nişanlı avtomaşın saxlanılmaqla polis şöbəsinin inzibati binasının həyətində keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin ön sol qapısının içlik hissəsindən bir ədəd kağız bükümdə taladıqları 10,52 qram çəkidə, Təqsirləndirilən şəxs1 aid narkotik vasitə ilə eyni tərkibli olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs3 üzərindən isə qanunsuz olaraq əldə edib gəzdirdiyi, zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən ov bıçağı aşkar olu nmuşdur.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-13/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ona qarşı verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin xaric olunması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 03 oktyabr 2020-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 204.1, 234.4.1 və 235.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respub likası CM-nin 234.4.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 235.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının yeni hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona qarşı verilmiş itt ihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin xaric olunması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 03 oktyabr 2020-ci il tarixdən hesablanması, həmçinin maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Məhkum3, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi12, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi7 və Təqsirləndirilən şəxs4 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 1(106)-744/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-13/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən təyin edilmiş cəza hissəsində dəyişdirilmiş: Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən həmin cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 204.1-ci m addəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 235.3.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum2 Ağcabədi rayon məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası yeni qərarla təyin olunmuş 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilm iş, hökm həmçinin digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum3 təyin edilmiş cəza hissələrində dəyişdirilmiş, qalan hissələrdə dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətlərində məhkumlar Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, cəzalarının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd ed ir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdir ilə bilər.

16. Hər iki kassasiya şikayətində məhkumlara təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilir.

17. Odur ki, məhkəmə kollegiyası verilən kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-744/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayə t xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozun tusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olu nmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublik ası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəlili yi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkumlara təyin edilmiş cəzaları nəzərdən keçirən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab et mişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə onlara aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onların törətdikləri cinayətlərin xarakterinə, ağırlıq və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də cinayətin törədilməsi şəraitinə uyğun deyil, həmçinin cəzanın məqsədlərini təmin edə bilməyəcəkdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə məhkumlara yeni cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Məhkum2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, onlara haqlı olaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq mad dələri ilə orta həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tə tbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-744/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddə sini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-744/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar