Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1436/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-628/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mah iyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamışdır. 2. 20 iyul 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 avqust 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istifadə etdiyi özünə məxsus mobil telefonla yaşadığ ı ünvan 2 ünvanında yerləşdiyi evində internet qlobal şəbəkəsindən istifadə etməklə +**********33 abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi “Telegram” proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq, 2022-ci ilin dekabr ayında orada “X5” adlı kanal yaradıb, həmin səhifəyə məzmununda fikri ancaq cinsi-intim orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, insanı seksuallığın ayrı-ayrı anlarına, qıcıqlanma, ehtiras və ikrah hissinin yaranmasına yönəldən, insanın və erotikanın humanistliyini yox edən, seksual davranışın biədəb formada həyata keçirilməsi kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyata keçirilməsi proseslərini əks etdirən videogörüntülər və fotoşəkillər daxil etməkl ə, reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, qeyd olunan xarakterli materialları gəlir etmək məqsədilə “Telegram” sosial şəbəkəsində “X5” adlı kanallarda 2022-ci ilin dekabr ayının əvvəlindən 2023-cü ilin aprel ayının əvvəlinədək olan müddət ərzində səhifəyə üzv olmuş 8000 (səkkiz min) daimi izləyicinin istifadəsinə verərək reklam etməklə yaymışdır.
5. Siyəzən Rayon Məhkəməsinin 1(059)-64/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 242-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə internet qlobal şəbəkəsindən istifadə etməklə proqram təminatına və sosial şəbəkələrə daxil olaraq orada proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum ed ilməklə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)-04/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmənin Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)-04/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə internet qlobal şəbəkəsindən istifadə etməklə proqram təminatı və sosial şəbəkələrə daxil olaraq orada proqram təmin atları yaratmaq və onlara xidmət göstərmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya mə hkəməsi mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, nəticədə təqsirləndirilən şəxsə ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı “X5” adlı kanalın “Telegram” sosial şəbəkəsində hansı tarixdə yaradılması, orada pornoqrafik materialların hansı tarixdə yayılması ilə bağlı xüsusatlar araşdırılmamış, yalnız təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmədə verdiyi ifadəsində qeyd olunan kanalın 2022-ci ilin dekabr ayında yaratması ilə bağlı göstərdikləri əsas götürülmüş və qeyd olunan əməlin əvvəlki məhkəmə qərarı ilə müəyyən edilmiş 01 (bir) il sınaq müddətində törədilməsi barədə nəticəyə gəlinmişdir. “X5” adlı kanal “Telegram” sosial şəbəkəsində təqsirləndi rilən şəxs Məhkum elan olunmuş ittihamda göstərildiyi kimi 2022-ci ilin dekabr ayında deyil, 2023-cü ilin aprel ayında yaradılmışdır. Belə olan halda 2022-ci ilin dekabr ayında mövcud olmayan “X5” adlı kanalda həmin tarixdə pornoqrafik materialların yayılması qeyri-mümükündür, yəni Məhkum ittiham olunduğu cinayət əməlini onun barəsində Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)-04/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 01 (bir) il sınaq müddəti başa çatdıqdan sonra törətmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-628/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin 1(059)-64/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdi rilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçisi onları təkrarlamaqla, Məhkum əməlində cinayətin residivinin olması barədə məhkəmələrin gəldiyini nəticənin əsassız olduğunu, bununla da ona ağır cəza təyin edildiyini iddia edib, bu əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-628/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olma mışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessua l Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası mə hkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi kassasiya şikayətində cinayət qanunu normalarının düzgün tətbiq edilmədiyini, nəticədə Məhkum təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-628/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarını yoxlayıb, ar aşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eyn ilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, bu dəlillər bütövlükdə həmin şikayətin araşdırması nəticəsində qəbul etdiyi apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.
21. Kassasiya şikayətinin müəllifi apellyasiya instansiya məhkəməsinin hazırda mübahisəsini etdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
22. Baxılan kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyi ndən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
25. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassas iya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-628/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əlimərdanov Fərid Qalib oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-628/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.