Məhkəmə qərarları › İş №1(102)-1436/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1436/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1436/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Məhkum müdafiəçisi Layıc Aqil Tacir oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 182.2.4 və Azərbaycan SSR CM-in 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi A.T.Layıc tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər Namazov Fərid Arif oğlu (sədrlik edən və məruxəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, 4 may 1963-cü il tari xdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Baydamirli Holding MMC-nin baş direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, CM-in 182.2.4-cü və Azərbaycan SSR CM-in 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 182.2.4-cü maddəsi ilə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan SSR CM-in 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddəsi həmin Məcəllənin 44-cü və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Hökmlə həmçinin iş üzrə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilərək cinayətin törədilməsi nəticəsində vurulmuş maddi zərərə görə 49740 (qırx doqquz min yeddi yüz qırx) manat və dövlət rüsumu kimi ödənilmiş 456 (dörd yüz əlli altı) manat məbləğində pul vəsaitlərinin Məhkum tutularaq adı çəkilən zərər çəkmiş şəxsə (mülki iddiaçıya ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması və Zərərçəkmiş şəxs2 bu hissədə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum zərər çəkən şəxsin və onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə vətəndaşın şəxsi əmlakını hədə-qorxu ilə tələb etmiş, həmçinin zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Məhkum hədə-qorxu ilə tələb etmə yolu ilə vətəndaşın şəxsi əmlakını ələ keçirmək, yəni Rusiya Federasiyası ərazisində məşğul olduğu spirtli içkilərin alğı-satqısı biznesinə həmin dövrün məzənnəsi ilə ********* (34320 Yeni Azərbaycan manatı) manat təşkil edən 40000 ABŞ dolları məbləğində yatırım etmiş Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 pulunu geri qaytarmamaq və əlavə olaraq pul vəsaiti əldə etmək qərarına gələrək, bu niyyətlə 1996-cı ilin avqust ayının ortalarında Rusiya Federasiyasının Lipetsk şəhərində sonuncuya kriminal aləmin nümayəndələri vasitəsilə özünü və ailə üzvlərini oğurlatdı racağını, öldürtdürəcəyini və şəxsiyyəti üzərində başqa formada zor göstərəcəyini deyib hədələyərək, həmçinin telefon vasitəsilə yaşadıqları evə zənglər edib ailə üzvlərində qorxu hissi yaratmaqla onun biznes fəaliyyətinə yatırdığı pul vəsaitindən imtina etməsini, əlavə olaraq ona həmin dövrün məzənnəsi ilə ********* (60060 Yeni Azərbaycan manatı) manat təşkil edən 70000 ABŞ dolları məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmiş, məqsədinə nail olmaqla Zərərçəkmiş şəxs2 onun biznes fəaliyyətinə yatırım etdiyi məbləğdən imtina edərək əlavə olaraq ona 1996-cı ilin sentyabr ayının ortalarında yuxarıda qeyd olunan şəhərdə həmin dövrün məzənnəsi ilə ********* (24000 Yeni Azərbaycan manatı) manat təşkil edən 28000 ABŞ dolları məbləğində pul verdikdən sonra təhlükəsizliklərini təmin etmək mə qsədilə ailə üzvlərini Azərbaycan Respublikasına göndərsə də, o, təkrarən, hədə-qorxu ilə tələb etmə yolu ilə vətəndaşın şəxsi əmlakını ələ keçirmək məqsədilə 1996-cı ilin sentyabr ayının ortalarında Rusiya Federasiyasının Lipetsk şəhərində Zərərçəkmiş şəxs2 Bakı şəhərində və Azərbaycan Respublikasının digər şəhər və rayonları ərazisində yaşayan adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdıracağını, öldürtdürəcəyini və şəxsiyyəti üzərində başqa formada zor göstərəcəyini deyib bir həftə ərzində Bakı şəhəri ərazisində olan mülklərini satıb ona həmin dövrün məzənnəsi ilə ********* (42900 Yeni Azərbaycan manatı) manat təşkil edən 50000 ABŞ dolları məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmiş və təxminən 3-4 gün sonra sonuncudan Bakı şəhəri ərazisində şəxsiyyəti istintaqla tam də qiqləşdirilməyən İran İslam Respublikası vətəndaşı X adlı şəxs vasitəsilə həmin dövrün məzənnəsi ilə ********* (25740 Yeni Azərbaycan manatı) manat təşkil edən 30000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Bundan başqa, Məhkum hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünün də təsis payına malik olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi və Müşahidə Şurasının sədri Zərərçəkmiş şəxs1 müxtəlif qadınlarla intim münasibətlərdə olmasını və əxlaqsız hərəkətlər etməsini əks etdirən foto və video görüntüləri əldə etdiyini bildirib rüsvayedici xarakter daşıyan həmin görüntüləri internet vasitəsi ilə sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi ilə hədə-qorxu gələrək yayılmaması müqabilində 2023-cü ilin may ayının sonlarından 30 iyun 20 23-cü il tarixədək olan müddət ərzində, o cümlədən 24 iyun 2023cü il tarixdə, saat 18:30 radələrində ünvan 2 ünvanında yerləşən yuxarıda qeyd olunan Cəmiyyətin inzibati binasının həyətində vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan hədə-qorxu ilə 50000 manat məbləğində pul vəsaiti tələb etmiş və 24 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində sonuncudan 10000 manat məbləğində pul vəsaiti alaraq özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi A.T.Layıc tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət tərkibdə) 11 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi A.T.Layıc kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Öz məzmununa görə apellyasiya şikayəti ilə eynilik təşkil edən kassasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, CM-in və CPM-in bir sıra maddələrinə, “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarına, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qərarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, əsasən də zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihama, sonuncunun barəsindəki yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi A.T.Layıc öz şikayətini belə əsaslandırmışdır ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək hazırki iş üzrə zərər çəkmiş şəxslər kimi tanınmış şəxslərin pul vəsaitlərini hədə-qorxu ilə tələb etmədiyini, ümumiyyətlə onlara qarşı heç bir cinayət əməli törətmədiyini bildirmiş və onun bu haqda verdiyi ifadələri başqa sübutlarla təkzib olunmamışdır. Birinci instansiya məhkəməsi isə onun bu ifadələrini nəzərə almayaraq Məhkum barəsində ittiham hökmü çıxararkən, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərkən yalnız digər şəxslərin ziddiyyətli və heç nə ilə təsdiq olunmayan ifadələrinə əsaslanmış, baxmayaraq ki, ittihamın birinci epizodu üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs2 başqa heç kim dindirilməmiş, ikinci epizod üzrə ifadələr verən şahidlər isə Məhkum zərər çəkmiş Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb etməsini yalnız s onuncunun dediklərindən bildiklərini göstərmişlər. Halbuki, iş materialları ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 özünün Məhkum pul borcu olmuş və məhkum olunmuş şəxs Zərərçəkmiş şəxs1 yalnız ona ödənilməli olan borcunu istəmiş, hətta bu halda da ona qarşı hədə-qorxu gəlməmişdir. Məhkəmələr bununla bağlı toplanmış sübutlara düzgün qiymət verməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, nəticədə də Məhkum törəmədiyi cinayət əməllərinə görə əsassız olaraq təqsirli bilinərək məhkum olunmuş, onun barəsindəki yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Şərh olunan dəlillərə əsaslanaraq, müdafiəçi A.T.Layıc onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum olunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsininin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştira k etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi A.T.Layıcın kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlili ondan ibarətdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr müdafiə tərəfinin məhkəmə iclaslarında qaldırdığı bir sıra vəsatətləri təmin etməyərək irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və Məh kum təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçi A.T.Layıc apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi A.T.Layıcın kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə həmin şikayətlə bağlı Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya i nstansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəz arətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CP M-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-c ı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instan siya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin və ya cinayətlərin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin V İİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzif əsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə i şinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezump siyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etmə kdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməl in (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bütün bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm mən tiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə tə qsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən ol unmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eləcə də qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-c i maddəsi). Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları araşdırmaqla və onları qanuna müvafiq qaydada qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələri ndə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə hökmdən verilmiş apellyasiya şikayətinə əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan baxaraq həmin məhkəmənin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Odur ki, Məhkum müdafiəçisi A.T.Layıcın kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin artıq araşdırılmış sübutların qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verməsi, məhkumun ona istinad olunan əməlləri törətməsinin sübuta yetirilməməsi haqqında dəlillərini və bu dəlillərə əsasən məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsinə dair tələbinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Məhkəmələrin ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum 1996-cı ildə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun yaxın qohumlarını oğurlatdıracağı, öldürtdürəcəyi və şəxsiyyəti üzərində başqa formada zor göstərəcəyi hədəsi ilə, 2023-cü ildə isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlmatları yaymaq h ədəsi ilə təkrarən onların hər birsinin ittihamda göstərilən məbləğlərdə əmlaklarını – pul vəsaitəlrini tələb edib həmin pulların bir hissəsini ələ keçirmiş, bununla də CM-in 182.2.4 və Azərbaycan SSR CM-in 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini, zərər çəkmiş şəxslərdən hədə-qorxu ilə pul tələb etmədiyini göstərsə də, onun bu ifadələri göstərilən zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, bir sıra istintaq hərəkətlərinin, o cümlədən məhkum olunmuş şəxslə zərər çəkmiş şəxslər arasında üzləşdirmələrin aparılması haqqınd a protokollarla, əməliyyataxtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla və işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə təsdiq edilmişdir (bu sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların təkrarən hazırki qərarda təsvirinə ehtiyac görmür). İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması, o cümlədən istər zərərçəkmiş şəxslərin, istərsə də şahidlərin dindirilmələri zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, sonuncuların hər hansı təsir və ya təzyiq altında ifadələr vermələri müəyyən edilməmiş, aparılmış istinta q hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən məhkəmələr Məhkuma qarşı irəli sürülmüş ittihamda əksini tapmış üzrə faktiki halların təsdiq olunması barədə mötəbər nəticəyə gəlmişlər. Eyni zamanda məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında sübutları təsvir etməklə kifayətlənməyib həmin sübutlara mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verərək onları Məhkum təqsirliliyinin müəyyən edilməsi üçün kifayət edən hesab etmiş və sonuncunun törətdiyi əməllərinin CM-in 182.2.4 və Azərbaycan SSR CMin 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddələri ilə tövsif edilməsi barədə ibtidai araşdırma orqanının mövqeyi ilə razılaşaraq onun CM-in 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırmalı olması, Azərbaycan SSR C M-in 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddəsində nəzərdə tutulmuş cinayət üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə isə - ona həmin maddə ilə cəzanın təyin edilməməsi barədə mötəbər yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası məhkəmələrin bu nəticəsini qanuni və əsaslı hesab edərək onu da vurğulamağı lazım bilir ki, məhkəmələr iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarını əsaslandırarkən qanun pozuntusu ilə, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə olunmuş heç bir sübuta istinad etməmiş, çünki belə sübutların olması ümumiyyətlə müəyyən edilməmişdir. Bununla yanaşı, işə məhkəmələrdə baxılarkən cinayət prosesinin iştirakçıları, o cümlədən müdafiə tərəfini təmsil edən məhkum Məhkum və onun müdafiəçisi A.T.Layıc məhkəmələrə irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək hər hansı sübut təqdim etməmiş, sonuncuların işin düzgün həlli üçün əhəmiyyətsiz olan bir sıra məlumatların əldə edilməsi barədə vəsatətləri məhkəmələrin əsaslandırılmış qərarları ilə düzgün olaraq təmin edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş, apellyasiya şikayətinə tam və ya qismən məhkəmə istintaqı aparılmaqla baxılamasına, yəni iş üzrə Məhkum təqsirliliyinin müəyyən edilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurət yaranmamış və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prins iplərinə uyğun olaraq keçirilmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Eyni zamanda həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında mülahizələrə və ehtimallara deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış və istər işə mahiyyəti üzrə bax arkən, istərsə də yekun məhkəmə aktları qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmiş, həmçinin bunlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini də nəzərə almışlar. Belə ki, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə əməllərinin törədilməsinə görə cinayət məsuliyyəti CM-in 182.1-ci maddəsində, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə bu əməllərin törədilməsinə görə isə bel ə məsuliyyət CM-in 182.2.4-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şantaj yolu ilə mənfəət əldə etmək, yəni zərər çəkən şəxsin və ya onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə xüsusi mülkiyyətdə olan əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyəti həmçinin 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR CM-in 146-cı maddəsində də müəyyən edilmişdir. İstər yeni, istərsə də qüvvədə düşmüş cinayət qanununun bu normalarının tələblərinə əsaslanan məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, əvvəla zərər çəkmiş şəxsin və ya onun qohumlarının üzərlə rində zor göstərmə hədə-qoxusu dedikdə, sonunculara qarşı ediləcək və ediləcəyi mümkün, yəni real olan istənilən zorakı hərəkətlər başa düşülür, digər tərəfdən isə obyektiv hallar belə hərəkətlərin edilə biləcəyi barədə zərər çəkmiş şəxsdə də inam yaradır. Hazırki işin hallarından göründüyü kimi, Məhkum 1996-cı ildə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qarşı bu xarakterli hərəkətlər edəcəyi hədə-qorxusu ilə sonuncudan ona xeyli miqdarda pul vəsaitini verməsini tələb edərkən, onların hər ikisi, Zərərçəkmiş şəxs2 isə həmçinin ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənarda – Rusiya Federasiyasının Lipetsk şəhərində yaşamış, Məhkum isə həmin şəhərdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müəyyən nüfuza və həm özü bilavasitə, həm də ətrafında olan şəxslərin vasitəsilə digər şəxslərə bu və ya digər şəkildə təsir etmək, yaxud da onlara qarşı istənilən zorakılıq hərəkətlərini etmək imkanına malik olmuşdur. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, belə nəticəyə gəlməyə əsas verən obyektiv hallardan biri də odur ki, həmin dövrdə, yəni 90-cı illərin ortalarında, mətbuatdan da bəlli olduğu kimi, Rusiya Federasiyasında mütəşəkkil cinayətkar birliklərin yayradılması və onların ölkənin bütün regionlarında fəaliyyət göstərmələri, cinayətkarlığın, o cümlədən adam oğurluqlarının, hədə-qorxu ilə əmlak tələb etmə (reketin) əməllərinin və digər ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi geniş yayılmış və bu baxımdan belə şəraitdə Məhkum Zərərçəkmiş şəxs2 ünvanına söylədiyi hədə-qorxunun icrası real olmuş, bu hədə-qorxunun onun və ailə üzvləri üçün tə hlükə yartmasını sonuncu tam həqiqiliyi ilə dərk etmiş və buna görə ilk növbədə Azərbaycana göndərmiş, sonradan isə öz Rusiya Federasiyasından ölkəyə qayıtmışdır. Müdafiəçi A.T.Layıcın kassasiya şikayətində göstərdiyi kimi, ittihamın bu epizodu ilə bağlı Zərərçəkmiş şəxs2 başqa digər şəxslər dindirilməsə, məhkəmə kollegiyası hesab edir ki, zərər çəkmişin cinayət təqibinin bütün mərəhələrində ardıcıl olaraq eyni məzmunda verdiyi ifadələri, habelə iş üzrə müəyyən edilmiş və yuxarıda göstərilən obyektiv və təkzibedilməz hallar Məhkum həmin epizod üzrə də hədə-qorxu ilə tələb etmə cinayətini törətdiyinə təqsirli bilinməsi kifayət etmişdir. Həm quvvədə olan CM-in 182.1-ci maddəsində, həm də qüvvədə düşmüş CM-in 146-cı maddəsində “rüsvayedici məlumatlar” dedikdə isə hədə-qorxuya məruz qalmış şəx sin yayılmasını istəməyən istənilən məlumat, o cümlədən onun həm hər hansı şəkildə təsdiq olunan, həm də təsdiq olunmayan qanunsuz, o cümlədən cinayət xarakterli əməlləri törətməsi, habelə ailə sirrini və ya işguzar fəaliyyətinə aid sirri təşkil edən hər hansı və bu kimi digər məlumatlar başa düşülür. Burada önəmli məsələ odur ki, zərərçəkmiş şəxs özü belə məlumatların yayılması nəticəsində rüsvay edilə biləcəyini dərk etsin, belə məlumatların yayılması ilə bağlı hədəqorxuya məruz qalsın, göstərilən məlumatların yayılmaması üçün isə təqsirkar tərəfindən onun əmlakı ya əmlak xarakteri daşıyan digər hərəkətlər edilməsi ondan tələb olunsun. Məhkəmə Kollegiyası vurğulamağı lazım bilir ki, yuxarıda şərh edilən hüquqi mövqedən həmçinin Azrbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti ə ldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatların həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi q iymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətləri ni araşdıraraq qeyd etmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Bununla yanaşı, cinayət qanunvericiliyində hədə-qorxu ilə tələb etmə cinayətinin bir neçə tövsifedici əlamətləri nəzərdə tutulmuşdur. Belə tövsifedici əlamətlərdən biri də bu əməlin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsidir (Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi). Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yə ni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1- 182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədəqorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir. Belə olan halda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş zərərçə kmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranmasının ziyanın real mövcud olması ilə şərtləndirilməsi, həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğun gəlmir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Eyni hüquq mövqe həmçinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qərarında da (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdə də əksini tapmışdır. Belə ki, həmin Qərarın 3-cü bəndinin 2-ci abzasında izah olunmuşdur ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Qərarın 3 -1-ci bəndinə görə, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əm əl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Həmçinin adı çəkilən Qərarın 7-ci bəndində izah edilmişdir ki, hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.4-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.2.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədi n müəyyən edilməsi Cinayət Məcəlləsinin həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən c inayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Həmin Qərarın 7-ci bəndinə əsasən, isə təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsif edici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun barəsində rüsvayedici məlumatları yayacağı hədə-qorxusu ilə sonuncuya xeyli miqdarda ziyan vurmaq məqsədi ilə bu məbləğdə pul vəsaitini ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 isə bu hədə-qorxunun real olaraq icra ediləcəyini, yəni Məhkum həqiqətən informasiya texnologiyalarından istifadə etməklə kütləvi informasiya vasitələrində və ya digər şəkildə həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaya biləcəyini dərk edib buna inanaraq, eyni zamanda cəmiyyətdəki və ailəsində qazandığı nüfuzunu qoruyub saxlamaq üçün məcburiyyət qarşısında qalara ondan tələb edilən pul vəsaitinin bir hissəsini – 10.000 manatını ona vermişdir. Bütün qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum Zərərçəkmiş şəxs1 da qarşı onun xeyli miqdarda pul vəsaitini əldə etmək məqsədilə sonuncunun barəsində rüsvayedici məlumatları yayma hədə-qorxusu ilə özgə əmlakını tələb etmə cinayət əməlini törətmiş və bu haqda ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələr də Məhkum ona qarşı irəli sürülmüş ittihamın ikinci epizodu üzrə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri bu nəticəni də əsaslı və mötəbər olmasını qeyd edərək Məhkum törətdiyi əməllərinin ümumilikdə başqa cür qiymətləndirilməsi, habelə iş üzrə başqa nəticəyə gəlmək, o cümlədən kassasiya şikayətinin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 11 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin icraatına hər hansı əsasla xitam verilməsi üçün əsaslar görmür və bunu mümkün bilmir. Məhkəmə kollegiyası həmçinin onu da vurğulayır ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası ınatnsiyası məhkəmələri iş üzrə yuxarıda göstərilən nəticəyə gələrkən həmçinin prosessual qanunvericiliyin də aşağıdakı tələblərinə əməl etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzər almışlar. Belə ki, CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sü but kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsas lı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-in 349.5-ci maddəsinin tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdiklər i, məhkəmə iclasında isə tədqiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanuns uz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegi yasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunm alıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində i ttihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hazırki işin materiallarına əsaslanaraq onu da qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə işə baxarkən iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etməmiş, Məhkum təqsirliliyi barədə məhkəmələrin gəldikləri nəticə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qə rarında əksini tapmış bütün sübutların məcmusuna uyğun olmuş və məhkəmələr haqlı olaraq qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına məhz araşdırılmış və qiymət verilmiş sübutları qoymuş, bu sübutların əsasında Məhkum CM-in 182.2.4 və Azərbaycan SSR CM-in 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi A.T.Layıcın kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və bu dəlillər müdafiəçi tərəfindən Məhkum cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Belə qənaəti ilə əlaqədar məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının əsasına qoyulmuş sübutların yol verilməz olmasını təsdiq edən sübutlar müdafiəçi tərəfindən məhkəmələrə təqdim olunmamış və kassasiya şikayətində də belə mötəbər sübutlara istinad edilməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. İş materiallarının təhlili göstərir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq v ə müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl edilərək onun törətdiyi əməllər ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmış və ona bu hallara uyğun olan, təqsirli bilindiyi CM-in 182.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Buna görə, bütün qeyd olunanlardan çıxış edib iş üzrə toplanmış və araşdırılmış sübutlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CM-in 182.2.4 və Azərbaycan SSR CM-in 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi barədə nəticəyə gəlir, birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-in 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsini, bununla da kassasiya müraciətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum müdafiəçisi A.T.Layıcın, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, müdafiəçi A.T.Layıcın kassasiya şikayəti təmin edilməməli və Məhkum onun CM-in 182.2.4 və Azərbaycan SSR CM-in 146-cı maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi A.T.Layıcın kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar