Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1437/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5, Məhkum qızının iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 1(106)-626/2019 nömrəli qərarından Məhkum qızı tərə findən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum qızı 08 yavar 1987-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmamış, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 16 sentyabr 2019-cu il tarixli ittiham aktı ilə Məhkum qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qızı 01 iyun 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində bir qru p şəxslə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətin həyata keçirilməsi məqsədilə həmin tarixdə Astara şəhərində qrupun İran İslam Respublikasındakı istintaqla müəyyən edilməmiş üzvündən 1000 manat pul müqabilində Azərbaycan Respublikasında qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırılması üçün 7 bükümdə ayrı-ayrılıqda çəkiləri 56.840 qram, 58.613 qram, 56.580 qram, 56.810 qram, 56.748 qram, 56.420 qram, 57.670 qram olmaqlaümumilikdə külli miqdarda, 399.681 qram heroin narkotik vasitəsini və 1 ədəd sellofan bağlamanın içərisində külli miqdarda, t əsiredici maddəsinin miqdarı 1.96 qram olan, üzərində „F/M 40“ yazısı həkk olunmuş 49 həb metadon narkotik vasitəsini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, içərisində heroin narkotik vasitəsi olan bükümləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə cinsiyyət orqanında-uşaqlıq yolunda yerləşdirməklə, içərisində metadon narkotik vasitələri olan sellofan bükümü isə salfetə bükərək çantasında saxlamaqla daşımış və 01 iyun 2019cu ildə saat 14 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 201 9-cu il tarixli, 1(99)447/2019 nömrəli hökmü ilə Məhkum qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 01 iyun 2019-cu il tarixdən hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
5. Hökmdən apellyasiya şikayəti vermiş məhkum edilmiş şəxsin müdafiəçisi X1 hökmün dəyişdirlərək, Məhkum qızı tərəfindən Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinə əsasən cəzası nın çəkilməsinin himayəsindəki azyaşlı uşağının 14 yaşına çatanadək təxirə salınması və cəzasının minumum həddə endirilməsi barədə qəra qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum qızının azadlıqdan məhrumetmə cəzasına məhkum olunması və azadlıqda olmaması, həmçinin onun ərinin azyaşlı uşağa qayğı göstərməməsi uşağının baxımsız vəziyyətdə qalmasına gətirib çıxarır. Həmin uşaq qız övladıdır və təbii ki, ana qayğısına böyük ehtiyacı vardır. Lakin nə atası, nə də ki, anası yanında deyil. Bu vəziyyət, yəni valideyinsiz keçəcək 6 il 6 ay müddəti azyaşlı uşağın gələcək həyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərmiş olacaq, bununla da məhkumun ailə həyatının tamamilə məhvinə gətib çıxara biləcəkdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 16 dekabr 2019-cu il tarixli, 1(106)-626/2019 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. X3 Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 1(106)626/2019 nömrəli qərarından Məhkum qızı kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Məhkum qızı kassasiya şikayəti verərək, ilk məhkumluğunu, törətdiyi əməldən çox peşman olduğunu, azyaşlı qızının vəziyyətini və kimsəsizliyini nəzərə alaraq, ən aşağı həddə cəza təyin edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Kassasiya instansiy ası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanu nun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişd irməyə haqlıdır.
14. Məhkum qızı tərəfindən verilmiş kassasiya şikayətində cəzanın ağır olması mübahisə edilir və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası Məhkum qızının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2019-cu il tarixli qərarını yox layıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 16.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq s ahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 v ə 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
17. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
18. Məhkum edilmiş şəxs Məhkum qızının ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə qismən razılaşır və hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilsə də, cəza təyin edərkən, onlar məhkumun cəzasını yüngülləşdirən halla rın olmasını tam nəzərə almamış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməmişdir.
19. Qeyd olunan cinayət-hüquqi normaları baxımından kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum qızına hökmlə təyin edilmiş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəzanın yüngülləşdirilməsinə əsas yaradan halların olduğu müəyyən edilir.
20. Belə ki, hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum qızının himayəsində 01 fevral 2007-ci il təvəllüdlü uşağı mövcuddur, uşağın atası yoxdur və o, hal-hazırda nənəsinin himayəsin dədir. Bu halın olması qeyd edilsə də, məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi kifayət qədər nəzərə alınmamışdır.
21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən yüngülləşdirici halın mövcud olması və hökmlə müəyyən edilmiş digər cəzanı ağırlaşdıran halların olmaması, Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Məhkum qızının Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2019cu il tarixli, 1(99)-447/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 3 (üç) a y müddətə və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 9 (doqquz) ay müddətə qədər azaldılmalı, həmin cəzalar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə, cinayətlərin məcmusu üzrə qəti olaraq Məhkum qızına 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
22. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də Məhkum qızının islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
23. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum qızının kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 1(106)-626/2019 nömrəli qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum qızının kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 1(106)-626/2019 nömrəli qərarı dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 1(99)447/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 (beş) il 3 (üç) ay müddətə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 9 (doqquz) ay müddətə qədər azaldılsın, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə, cinayətlərin məcmusu üzrə qəti olaraq Məhkum qızına 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 1(106)-626/2019 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.