Məhkəmə qərarları › İş №1(102)-1437/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1437/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1437/2023 19.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) Göygöl Rayon Vəkil Bürosunun vəkili X7, Məhkum müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-180/2022 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 2000-ci il tarixdə Göygöl rayonu Yeni Zod kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı övladı olan, Azərbyacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Suni Mayalanma mərkəzində toxum almaq üçün teknik vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2zırda həbsdədir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktik i hallarına görə, Məhkum 23 avqust 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 3 ünvanından çıxıb işə gedən zaman qonşusu Zərərçəkmiş şəxs ona yaxınlaşaraq bir neçə gün öncə azyaşlı övladı X4 qorxuducu sözlər deyib qorxutduğu üçün ona öz iradını bildirməsi ilə bağlı aralarında yaranmış mübahisə nəticəsində atası Şahid2 zəng vurduqda Zərərçəkmiş şəxs Şahid2 ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış münaqişə zəminində o, istintaqla əldə edilməsi mümkün olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs bədəninin qarın nahiyəsindən bir dəfə qəsdən vurub ona qarının sağ yarısının ön səthində qara ciyərin zədələnməsi ilə müşayiət olunan, qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır, istintaqla əldə edilməsi mümkün olmayan bərk küt əşya ilə isə burnunun sağ qanadında və bel nahiyəsində sıyrıqlarla müşayiət edilən sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(100)-275/2021 nömrəli hökmü ilə (hakim Natiq Əliyevin sədrliyi, hakimlər Dadaş İmanov və Nural Əliyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 23 avqust 2020-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

4. Hökmdən zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-180/2022 nömrəli qərarı ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 1(100)-275/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

5. X9 Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)180/2022 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən k assasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

6. Zərərçəkmiş şəxs kassasiya şikayətində cinayət işi materiallarında olan işin faktiki hallarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə, vəsatətlərə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

7. Kassasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, həm istintaq orqanı, həm də birinci instansiya və apellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmişdir. Belə ki, o, təqsirləndirilən şəxs tərəfindən az yaşlı uşağının gözü önündə bıçaqlanmasına baxmayaraq, onun əməli xüsusi amansızlıqla tö vsif edilməmişdir. Həmin orqanlar təqsirləndirilən şəxsin əməlini AR CM-in 126.1-ci maddəsi ilə tövsif etməklə demək olar ki, onu məsuliyyətdən azad etmişlər. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri qismində mülki iddia tələbini də mübahisələndirməsinə baxmayaraq, məhkəmə tərəfindən qərarın əsaslandırma hissəsində fikir bildirilsə də, qərara aldı hissəsində mülki iddiasına dair heç bir münasibət bildirilməmişdir.

8. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-180/2022 nömrəli qərarının ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələrinə əsasən əlavə ağır ittihamın verilməsi üçün cinayət işinin yeni apellyasiya ba xışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X13 zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəl illərinə etiraz edərək məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələ blərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kas sasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum törətmiş olduğu əməlin məhkəmələr tərəfindən əsassız olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, əməlin düzgün olmayaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi nəticəsində məhkuma yüngül cəza təyin edildiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir.

18. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımın dan səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-180/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

20. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl də cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, məhkumun müdafiəçisinin və dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-180/2022 nömrəli qərarı isə dəyişdirilmədən saxlanıl malıdır.

24. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmı şdır.

25. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.

26. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməli olduğu iddia edilir.

27. Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə yəni, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətd ə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilmə; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə və ya Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə bağlı nəticəyə gəlmək üçün hər iki məhkəmə istintaqı zamanı hər hansı bir sübut aşkar edilməmişdir.

28. Qeyd olunanlara əsasən, zərərçəkmiş şəxsin kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan ki fayət qədər sübutların məcmusu ilə tam təsdiq olunur.

29. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

30. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

31. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhku m təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür.

32. Kollegiya eyni zamanda, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində göstərilən “apellyasiya şikayətinin dəlilləri qismində qeyd etdiyi mülki iddiasına məhkəmə tərəfindən qəbul edilmiş qərarın qərara aldı hissəsində qiymət verilməməsinə” münasibətdə qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-180/2022 nömrəli qərarından görünür k i, məhkəmə Zərərçəkmiş şəxs şikayətinin mülki iddiaya həsr olunmuş dəlillərinə hüquqi qiymət verərək bildirmişdir ki, zərərçəkmiş şəxs ona dəyən maddi zərəri təsdiq edə biləcək müvafiq sübutlar (sənədlər və s.) təqdim etmədiyindən birinci instansiya məhkəməsi onun mülki iddiasını baxılmamış saxlamışdır. Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərərlə bağlı mülki iddia qaldırarkən dəlillərini təsdiq edə biləcək sənədlər təqdim etməmişdir. Lakin bu zaman nəzərə almaq lazımdır ki, onun mülki iddiası rədd edilməmiş, baxılmamış saxlanılmışdır. Belə ki, mülki iddia rədd edildikdə mülki iddia vemiş şəxslər sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququna malik olmurlar. Lakin hazırki iş üzrə mülki iddia baxılmamış saxlanıldığından Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasın da mülki iddia qaldırmaq hüququ vardır. CPM-in 180.3-cü maddəsində göstərilir ki, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər.

33. Qeyd edilən əsaslandırmasının məntiqi nəticəsi olaraq da, apellyasiya məhkəməsi yekun qərarının qərara aldı hissəsində zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlmişdir.

34. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb e dilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı uşağının olması), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

36. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən zərərçəkmiş şəxsin, onun nümayəndəsinin, məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsa slara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)180/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 1(104)-180/2022 nömrəli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar