Məhkəmə qərarları › İş №1(102)-1437/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1437/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1437/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il t arixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fikrət Qəribov (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Əli Məmmədov) xx.xx.2022-ci il tarixli 1(101)-346/2022 nömrəli hökmü ilə - Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməklə təyin edilmiş 4 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla o, qəti olaraq 6 (altı) il müddətinə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 iyul 2021-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Eldar İsmayılov) 20 iyul 2023-cü il tarixli qərarı ilə Məhkum оğlunun Bаkı Аğır Cinаyətlər Məhkəməsinin 22 fevral 2022-ci il tаriхli 1(101)-346/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsаtəti əsаssız оlduğundаn təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Cavid Hüseynov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyev) xx.xx.2023-cü il tarixli, 1(103)1896/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 22 fevral 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cavid Hüseynov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyev) 13 fevral 2024-cü il tarixli, 1(103)-1896/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti üzrə müddətin ötürülmə səbəbi məhkumun qərarı gec alması və səhhətində yaranan problemlər olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2024-cü il tarixli 1(103)-1896/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələ lər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti ve rmək müddətini buraxmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 1(103)1896/2023 saylı mübahisələndirilən qərarı məhkuma təqdim edilməsi üçün həmin məhkəmə tərəfindən Bakı İstintaq Təcridxanasına göndərilmiş, həmin qərar 11 oktyabr 2023-cü il tarixdə məhkuma rəsmi qaydada təqdim edilmiş, qərardan şikayət vermək hüququ və qaydası həmin qərarın nəticəvi hissəsində də öz əksini tapmışdır. Məhkum müvafiq ərizəni və kassasiya şikayətini 28 dekabr 2023-cü il tarixdə imzalamış, şikayət 02 yanvar 2024-cü il tarixdə cəzaçəkmə müəssisəsi tərəfindən qeydə alınaraq aidiyyəti üzrə məhkəməyə ünvanlanmışdır. Göründüyü kimi, kassasiya şikayəti mübahisələndirilən qərar məhkuma rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində yox, 2 (iki) ay 21 (iyirmi bir) gün so nra verilmişdir. Məhkum vəsatətində kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti hansı səbəbdən ötürməsini ümumiyyətlə göstərməmiş, o, uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmamış, kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə olmamış, onun iradəsindən asılı olmayan digər halın baş verməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı gündən 1 (bir) ay müddətində kassasiya şikayəti verilir. Qüvvədə olan qanunvericiliyə əsasən Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 1(103)-1896/2023 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə 11 oktyabr 2023-cü il tarixdən başlamış 11 noyabr 2023-cü il tarixdə başa çatmışdır. Məhkum isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti 28 dekabr 2023-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bə rpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqe yi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 1 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (103)-1896/2023 nömrəli 21 iyul 2023-cü il tarixli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassa siya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1896/2023 nömrəli 13 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1896/2023 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar