Məhkəmə qərarları › İş №1(102)-1438/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1438/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1438/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1983-cü il tarixdə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər Sabirabad rayon məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Sabirabad rayonunun Muğangəncəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dö rd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X8 da CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2019-cu ilin sentyabr ayından noyabr ayının sonlarınadək olan müddət ərzində satış məqsə di ilə külli miqdarda, yəni 596,57 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı X3 950 manat pul müqabilində yaşadığı Sabirabad rayonu Muğangəncəli kəndində yerləşən evində əvvəlcədən aralarında olan razılığa əsasən hissə-hissə alaraq, həmin narkotik vasitənin 545 qramını həyətyanı sahəsində ayrı-ayrılıqda təmiz çəkiləri 70,0 qram, 20,0 qram, 250,0 qram, 70,0 qram, 65,0 qram, 70,0 qram olmaqla 6 (altı) ədəd balonlara yığmaqla torpağı qazıb basdırmış, qalan 51,57 qramı yaşadığı evdə 1 ədəd sellofon torbanın içərisində ayrıayrılıqda təmiz çəkiləri 3,95 qram, 2,17 qram, 3,17 qram, 3,44 qram, 3,54 qram, 3,32 qram, 3,48 qram olmaqla 7 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 2,31 qram, 0,89 qram olmaqla 2 ədəd kağız bükümdə və 1 ədəd polietilen torbada təmiz çəki si 25,30 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz saxlamış, 27 dekabr 2019-cu il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə torpağın altında gizlətdiyi 6 ədəd balonlarda ümumi təmiz çəkisi 545,0 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evdə 1 ədəd sellofan torbanın içərisində 7 ədəd kibrit qutularında, 2 ədəd kağız bükümdə və 1 ədəd polietilen torbada ümumi təmiz çəkisi 51,57 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cama lov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 04 noyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş 12 aylıq müddət buraxıldıqdan sonra verildiyindən və prosessual müddətin bərpası barədə vəsatət qaldırılmadığından, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 30 mart 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti hər əkətsiz saxlanılaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 415.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət verilməmiş və həmin məhkəmənin 10 may 2022-ci il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti verilməmiş hesab edilərək baxılmamış saxlanılmışdır. 18 aprel 2022-ci il tarixdə Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək cəzanı yüngülləşdirən halları nəzərə almaql a barəsində ədalətli cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 17 may 2022-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmiş, onun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasından isə imtina edilmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verə rək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti vermək üçün qərarın surəti ona 18 aprel 2022-ci il tarixdə cəza çəkdiyi 2 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verildiyi halda Şirvan Apellyasiya Məhkəməsi həmin qərarın ona 04 noyabr 2020-ci il tarixdə verildiyini əsas gətirərək, müddətin bərpası barədə vəsatətini təmin etməmişdir. Halbuki o, həmin qərarı 18 aprel 2022-ci il tarixdə rəsmi şəkildə imzalayıb almışdır. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq Məhkum onun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ədalətsiz və qanunsuz hesab etdiyi 17 may 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya ape llyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xit am verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azında n həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericil iyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktların dan kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, CPM-nin 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəaları”nda müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. İş materiallarından görünür ki, 25 iyun 2020-ci il tarixli Qa nunla CPM-nin 410-cu maddəsinə edilmiş dəyişikliklər qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavastə iştirak etmiş Məhkum, onun müdafiəçisinin və dövlət ittihamçısının iştirakları ilə elan olunmuş, qərarın surəti isə Məhkum təqdim edilməsi üçün 12 noyabr 2020-ci il tarixli 1 (106)-570/2020 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmiş, Məhkum də 24 dekabr 2020-ci il tarixdə müvafiq qəbzə imza edərək rəsmi qaydada qərarın surətini almışdır. Göründüyü kimi, kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 12 (on iki) aylıq prosessual müddətin axımı müda fiəçi üçün 04 noyabr 2020-ci il tarixdən, məhkum olunmuş şəxs üçün isə 24 dekabr 2020-ci il tarixdən başlamış və sonuncunun həmin şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət 24 dekabr 2021-ci il tarixdə başa çatmışdır. Məhkum ilk dəfə 18 fevral 2022-ci il tarixdə cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsindən Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, kassasiya şikayətini qanunla müəyyən edilmiş 12 aylıq müddəti buraxdıqdan sonra verdiyindən və prosessual müddətin bərpası barədə vəsatət qaldırılmadığından, o, kassasiya şikayəti vermək hüququna malik olmayan şəxs sayılaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2022-ci il tarixli qərar ı ilə həmin kassasiya şikayəti hərəkətsiz saxlanılmış, CPM-nin 415.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün isə 20 (iyirmi) gün müddət təyin edilmişdir. Lakin təyin olumuş müddət ərzində məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət verilmədiyindən həmin məhkəmənin 10 may 2022-ci il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti verilməmiş hesab edilərək baxılmamış saxlanılmışdır. Daha sonra Məhkum 18 aprel 2022-ci il tarixdə yenidən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Beləliklə də, müəyyən olunur ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətini 24 dekabr 2021ci il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 12 ay ərzində deyil, həmin müddət keçdikdən sonra vermiş və bununla da kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət onun tərəfindən hər hansı üzrlü səbəblər olmadan buraxılmışdır. Kassasiya şikayətinin məzmununa görə, Məhkum barəsindəki 04 noyabr 2020-ci il tarixli qərardan kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müddətdə verməməsini həmin qərarın ona 18 aprel 2022-ci il tarixdə təqdim olunması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 17 may 2022-ci il tarixli qərarını qanuni və əsaslı, onun dəlilini isə əsassız olmasını hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Hazırki cinayət işinin materialarından görünür ki, kassasiya şikayətin in müəllifi istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə ona verilməsinə baxmayaraq, CPM-nin 410.1.4cü maddəsində nəzərdə tutulmuş 12 (on iki) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə məhkumun müəyyən etdiyi yuxarıda göstərilən səbəblə izah etmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səb əb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən məhkum Məhkum vəsatətindən onun barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum 04 noyabr 2020-ci il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsin ə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və həmin müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin təmin edilməməsi haqda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022ci il tarixli qərardan onun verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, bu qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təm in edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar