Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1438/2023 19.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X12nın iştirakı ilə, Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 2001.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-40/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs9 xx.xx.1972-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, ailəli, himayəsində iki azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 2001.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 308.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, hazırki iş üzrə barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs9 2019-cu ilin yanvar ayının əvvələrində Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşları qardaşı X1, onun vasitəsi ilə "xxxx" MMC-nin direktoru X10, tanışı X11, Gürcüstanın Marneuli şəhərində şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə c inayətlərini qəsdən törətmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin cinayətin törədilməsini təşkil etmiş və bu məqsədlə, ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirəcəkləri dərman vasitələrinin yüklənməsi üçün cinayətkar qrupun üzvü Vüqar Qədirov özünə məxsus cinayətin aləti kimi istifadə etdiyi “DAF” markalı, 99RL810 dövlət nömrə nişanlı yük avtomobilini və həmin avtomobilin 60ZA811 nömrəli yarımqoşqusunu (99RL810/60ZA811) 29 yanvar 2019-cu il tarixdə cinayətdən xəbərsiz sürücü Gürcüstan vətəndaşı Qeys Musayev tərəfindən idarə olunaraq Gürcüstanın Tbilisi şəhərinə aparılmasını təmin etmiş, daha sonra Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirəcəkləri dərman vasitələri ilə dəyişdirməyi planlaşdırdıqları tib bi məhlulun yüklənməsi məqsədilə 2019-cu ilin yanvar ayının sonlarında istintaqa məlum olmayan vaxtda V.Qədirova məxsus yuxarıda göstərilən nəqliyyat vasitəsi ilə zahiri görünüş baxımından eynilik təşkil edən və yalnız dövlət qeydiyyat nömrəsindəki bir seriya ilə fərqlənən cinayətin aləti kimi istifadə etdiyi “DAF” markalı, 99RM810 dövlət nömrə nişanlı yük avtomobilini istintaqa məlum olmayan yarımqoşqu ilə birlikdə cinayətkar qrupun üzvü Cavid Hacızadənin direktoru olduğu, onun və İlqar İskəndərlinin faktiki rəhbəri olduğu "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, BaksolBiləcəri yolunda yerləşən anbara apararaq orada saxlamış, ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına əvvəllər idxal edilmiş brutto çəkisi 15021 kiloqram, netto çəkisi 14396 kiloqr am olmaqla 26219,34 avro dəyərində olan tibbi məhlulun “DAF” markalı, 99RM810 dövlət nömrə nişanlı yük avtomobilinə yüklənməsi təmin edildikdən sonra həmin nəqliyyat vasitəsi cinayətkar qrupun üzvü Vüqar Qədirov tərəfindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən Qazax rayonunun 2-ci Şıxlı kəndinin ərazisindəki “Əhməd petrol” yanacaqdoldurma məntəqəsinə aparılmış, V.Qədirov 29 yanvar 2019-cu il tarixdə piyada yolla Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş, V.Qədirov əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 5000 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirib Bakı şəh ərində ona təhvil verilməsi müqabilində "xxxx" MMCnin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbara yerləşdirilməsi şərti ilə Tbilisi şəhərinin “Lilo 1” gömrük terminalında ümumilikdə 1214730,59 manat dəyərində dərman preparatlarını cinayətkar qrupun Gürcüstandakı üzvü ilə birlikdə “DAF” markalı, 99RL810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobilinə yüklənməsini təmin etmiş, X8 Azərbaycan Respublikası ilə sərhədində yerləşən yük avtomobillərinin dayanacağında cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş Gürcüstandakı üzvü ilə görüşüb həmin şəxsdən nəqliyyat vasitəsində Serbiya Respublikası, Vrsac şəhəri, Beogradski küçəsi, 26300 ünvanında qeydiyyatda olan “Hemofarm” şirkəti tərəfindən "xxxx" MMC-yə brutto çəkisi 15021 kiloqram, netto çəkisi 14396 kiloqram olan 26219,34 avro dəyərində tibbi məhlulun göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları, yəni 26219,34 avro dəyərində tibbi məhlul yükü göndərilməsinə dair "xxxx" MMC-nin rəsmi direktoru Cavid Hacızadə tərəfindən bəyan ediləcək məlumatlarla eynilik təşkil edən yük müşayiət sənədlərini təhvil almış, ümumi cinayətkar niyyətə uyğun olaraq Gürcüstan Respublikası ərazisində külli miqdarda dərman vasitələri yüklənmiş “DAF” markalı, 99LM810 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin cinayətdən xəbərsiz Qeys Musayev tərəfindən idarə edilərək 30 yanvar 2019cu ildə saat 01.48 radələrində Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmasını təmin etmiş, Vüqar Qədirov postda göm rük məqsədləri üçün doğru olmayan məlumatların əks edidiyi yuxarıda göstərilən sənədləri gömrük orqanına təqdim etməklə onları aldadıb nəqliyyat vasitəsindəki külli miqdarda, ümumilikdə 1214730,59 manat dəyərində dərman preparatlarını 26219,34 avro dəyərində tibbi məhlul kimi təqdim edərək külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və təyinatı üzrə stasionar rentgen qurğusuna yola salındığı zaman rentgen qurğusundan keçməyərək gömrük postunun yaxınlığında 30 yanvar 2019-cu il tarixdə saat 3 radələrində sürücü Qeys Musayevin xəbəri olmadan içərisində 1214730,59 manat dəyərində dərman preparatları olan “DAF” markalı, 99RL810/60ZA811dövlət nömrə nişanlı nəqliyyat vasit əsinin qeydiyyat nişanlarını açaraq həmin əraziyə əvvəlcədən gətirdiyi, yük yerində brutto çəkisi 15021 kiloqram, netto çəkisi 14396 kiloqram olan 26219,34 avro dəyərində tibbi məhlul olan, zahiri görünüşcə eynilik təşkil edən Vüqar Qədirova məxsus digər “DAF” markalı, 99RM810 dövlət nömrə nişanlı yük avtomobilinin qeydiyyat nişanlarını ilə dəyişdirmiş, həmçinin nəqliyyat vasitəsinin üzərinə gömrük təminatı üçün qoyulmuş GPS (naviqasiya) qurğusunu yük yerinin trosunu kəsməklə çıxararaq digər nəqliyyat vasitəsinə quraşdırmış, bundan sonra Vüqar Qədirov qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilmiş içərisində 1214730,59 manat dəyərində dərman preparatları olan “DAF” markalı nəqliyyat vasitəsini idarə edərək hərəkətini Bakı şəhəri istiqamətində davam etdirmiş, yük yerində 26219,34 avro dəyərində tibbi məhlul olan “DAF” markalı digər nəqliyyat vasitəsi isə rentgen qurğusundan keçirilməsi üçün cinayətdən xəbərsiz Qeys Musayev tərəfindən idarə edilərək stasionar rentgen qurğusunun olduğu əraziyə gətirilmiş, cinayətkar qrupun digər üzvü "xxxx" MMC-nin, direktoru Cavid Hacızadə isə vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və nformasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməklə, habelə göstərilən sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə, vəzifə saxtakarlığı etmək məqsədilə onun və cinayətin digər təşkilatçısı İlqar İskəndərlinin tapşırığına əsasən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC adından gömrük orqanına təhrif olunmuş məlumatların əks edildiyi xx.xx.2019-cu il tarixli, **********4799 nömrəli g ömrük bəyannaməsini elektron formada təqdim edərək V.Qədirova məxsus 99RL810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobili ilə guya brutto çəkisi 15021 kiloqram, netto çəkisi 14396 kiloqram olan Serbiya Respublikası, Vrsac şəhəri, Beogradski küçəsi, 26300 ünvanında qeydiyyatda olan “Hemofarm” şirkəti tərəfindən təqdim edilmiş 26219,34 avro dəyərində tibbi məhlul yükünün idxal edildiyini bəyan etmiş, Vüqar Qədirov isə qaçaqmalçılıq yolu ilə keçirdiyi ümumilikdə 1214730,59 manat dəyərində külli miqdarda dərman preparatları yüklü olan nəqliyyat vasitəsini idarə edərək Bakı şəhərinə gətirmiş və həmin dərman pereparatlarının onun və İlqar İskəndərlinin faktiki rəhbər olduğu "xxxx" MMCnin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, BaksolBiləcəri yolunda yerləşən anbarına təhvil vermişdir. Bu ndan başqa, o, təkrarən Azərbaycan Respublikası vətəndaşları "xxxx" MMC-nin direktoru X10, qardaşı X2 ilə külli miqdarda dərman vasitələrini və tibbi ləvazimatları Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini külli miqdarda satış məqsədi ilə saxlama, idxal etmə və satma cinayətlərini qəsdən törətmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən qaçaqmalçılıq cinayətinin törədilməsini təşkil etmiş, 21 adda 226827 manat dəyərində olan dərman vasitələri və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, keyfiyyətsiz 3 adda şprislər və 14 adda olmaqla tibbi ləvazimatlar olmaqla, ümmulikdə 38 adda külli miqdarda, yəni 483881 manat dəyərində malları istintaqla müəyyən edilməmiş vaxtda, lakin 01 yanvar 2017-ci il tarixdən 17 sentyabr 2019-cu il tarixədək olan müddətdə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirərək faktiki rəhbər olduğu "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbarda satış məqsədi ilə saxlanmasını təmin etmiş və 17 sentyabr 2019-cu il tarixdə həmin anbarda aparılmış axtarış və götürmə zamanı həmin mallar aşkar edilib götürülmüşdür. Bundan əlavə, o, təkrarən 2019-cu ilin sentyabr ayında Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşları qardaşı X2, onun vasitəsi ilə "xxxx" MMC-nin direktoru X10, tanışı X11, X7, Gürcüstanın Marneuli şəhərində şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə külli miqdarda dərma n vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini külli miqdarda satış məqsədi ilə saxlama, idxal etmə, satma cinayətlərini qəsdən törətmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən qaçaqmalçılıq cinayətinin törədilməsini təşkil etmiş, bu məqsədlə, cinayətkar qrupun üzvü Vüqar Qədirov Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirəcəkləri dərman vasitələrini dəyişdirməyi planlaşdırdıqları tibbi məhlulun yüklənməsi məqsədilə 08 sentyabr 2019-cu il tarixdə cinayətin aləti kimi istifadə etdikləri “DAF” markalı, 99RL810 dövlət nömrə nişanlı yük avtomobilini və həmin avtomobilin 99ZA811 nömrəli yarımqoşqusunu (99RL810/99ZA81 1) onun rəhbəri olduğu cinayətkar qrupun üzvü Cavid Hacızadənin direktoru olduğu "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, BaksolBiləcəri yolunda yerləşən anbara apararaq orada saxlamış və bundan sonra planlaşdırdıqları cinayət əməllərini həyata keçirmək üçün Vüqar Qədirov 11 sentyabr 2019cu il tarixdə yuxarıda göstərilən nəqliyyat vasitəsilə zahiri görünüş baxımından eynilik təşkil edən və yalnız dövlət qeydiyyat nömrəsindəki bir seriya ilə fərqlənən cinayətin aləti kimi istifadə etdikləri “DAF” markalı, 99RM810 dövlət nömrə nişanlı yük avtomobilini və həmin avtomobilin 60ZA811 nömrəli yarımqoşqusunu (99RM810/60ZA811) idarə edərək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana g etmiş və əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 5000 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirib Bakı şəhərində ona təhvil verilməsi və "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbara yerləşdirilməsi şərti ilə Tbilisi şəhərinin “Lilo 1” gömrük terminalında qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, 1572066,29 manat dəyərində 674 adda və Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş, istifadəyə yararlı 327105,94 manat dəyərində 71 adda olmaqla, ümumilikdə 1899172,23 manat dəyərində 745 adda dərman preparatlarını cinayətkar qrupun Gürcüstandakı üzvü ilə birlikdə idarə etdiyi “DAF” markalı, 9 9RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobilinə yüklədib satış məqsədilə saxlamış, cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Vüqar Qədirovun tapşırığı ilə cinayətkar qrupun digər üzvü X7 13 sentyabr 2019-cu il tarixdə "xxxx" MMCnin Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbarına gedərək, anbarın həyətində saxlanılan “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilinə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına əvvəllər idxal edilmiş, onun və cinayətkar qrupun digər üzvü Cavid Hacızadə tərəfindən müvəqqəti saxlanca götürülərək həmin anbarda salxanılan 3120 qutuda brutto çəkisi 18318 kiloqram, netto çəkisi 17576 kiloqram olan tibbi məhlulun yüklənməsini təmin edib 14 sentyabr 2019-cu il tarixdə saat 00:13-də nəqliyyat vasitəsini idarə edərək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən Qazax rayonunun 2-ci Şıxlı kəndinin ərazisindəki “Əhməd petrol” yanacaqdoldurma məntəqəsinə gətirmiş, cinayətkar qrupun digər üzvü "xxxx" MMC-nin direktoru Cavid Hacızadə isə vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməklə, habelə göstərilən sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə, vəzifə saxtakarlığı etmək məqsədilə cinayətin təşkilatçıları Təqsirləndirilən şəxs9 və İlqar İskəndərlinin tapşırığına əsasən 14 sentyabr 2019-cu il tarixdə direktoru olduğu "xxxx" MMC adından gömrük orqanına təhrif olunmuş məlumatların əks edildiyi xx.xx.2019-c u il tarixli, **********588 nömrəli qısa idxal bəyannaməsini elektron formada təqdim edərək V.Qədirova məxsus 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobili ilə 3120 qutuda brutto çəkisi 18318 kiloqram, netto çəkisi 17576 kiloqram olan tibbi məhlulun idxal ediləcəyini əvvəlcədən bəyan etmiş, Vüqar Qədirov isə 14 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunu piyada keçməklə, Gürcüstandan Azərbaycan Respublikasına qayıdaraq qardaşı X15 rayonunun 2-ci Şıxlı kəndinin ərazisində yerləşən “Əhməd petrol” yanacaqdoldurma məntəqəsinə qaçaqmalçılıq yolu ilə keçiriləcək mallarla dəyişdirilməsi məqsədi ilə gətirdiyi, tibbi məhlulla yüklənmiş “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilini n təhlükəsiz şəraitdə yerləşdirməsini təmin edərək yenidən Gürcüstan Respublikası ərazisinə qayıtmış və həmin gün Gürcüstanın Azərbaycan Respublikası ilə sərhədində yerləşən yük avtomobillərinin dayanacağında cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş Gürcüstandakı üzvü ilə görüşüb həmin şəxsdən nəqliyyat vasitəsində Serbiya Respublikası, Vrsac şəhəri, Beogradski küçəsi, 26300 ünvanında qeydiyyatda olan “Hemofarm” şirkəti tərəfindən "xxxx" MMC-yə 3120 qutuda brutto çəkisi 18318 kiloqram, netto çəkisi 17576 kiloqram olan 16422 avro dəyərində tibbi məhlulun göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları, yəni 16422 avro dəyərində tibbi məhlul yükü göndərilməsinə dair "xxxx" MMC-nin rəsmi direktoru Cavid Hacızadə tərəfindən bəyan edilmiş məlumatlarlarla eynilik təşkil edən 02 sentyabr 2019-cu il tarixli, 90470049 nömrəli invoysu və 13 sentyabr 2019cu il tarixli nömrəsiz əmtəə-nəqliyyat qaiməsini (CMR) əks etdirən yük müşayiət sənədlərini təhvil almış, bundan sonra Vüqar Qədirov ümumi cinayətkar niyyətə uyğun olaraq külli miqdarda dərman vasitələri yüklənmiş “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini idarə edərək 16 sentyabr 2019-cu il tarixdə saat 01.30 radələrində Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, postda gömrük məqsədləri üçün doğru olmayan məlumatlarıın əks edidiyi yuxarıda göstərilən sənədləri gömrük orqanına təqdim etməklə onları aldadıb nəqliyyat vasitəsindəki külli miqdarda, ümumilikdə 1899172,23 manat dəyərin də 745 adda dərman preparatlarını 16422 avro dəyərində tibbi məhlul kimi təqdim edərək külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və təyinatı üzrə stasionar rentgen qurğusuna yola salındığı zaman rentgen qurğusundan keçməyərək birbaşa gömrük postunun yaxınlığında olan Qazax rayonunun 2-ci Şıxlı kəndinin ərazisində yerləşən “Əhməd petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş, orada cinayətkar qrupun üzvü X.X13 birlikdə içərisində 1899172,23 manat dəyərində dərman preparatları olan “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanlarını açaraq həmin əraziyə X.Qədirov tərəfindən əvvəlcədən gətirilmiş, yük yerində 3120 qutuda 16422 av ro dəyərində tibbi məhlul olan, zahiri görünüşcə eynilik təşkil edən Vüqar Qədirova məxsus digər “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilinin qeydiyyat nişanlarını ilə dəyişdirmiş, həmçinin nəqliyyat vasitəsinin üzərinə gömrük təminatı üçün qoyulmuş GPS (naviqasiya) qurğusunu yük yerinin trosunu kəsməklə çıxararaq digər nəqliyyat vasitəsinə quraşdırmış, bundan sonra Vüqar Qədirov qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilmiş içərisində 1899172,23 manat dəyərində dərman preparatları olan “DAF” markalı nəqliyyat vasitəsini idarə edərək hərəkətini Bakı şəhəri istiqamətində davam etdirmiş, yük yerində 16422 avro dəyərində tibbi məhlul olan “DAF” markalı digər nəqliyyat vasitəsi isə rentgen qurğusundan keçirilməsi üçün əvvəlcədən razılaşdıqları kimi X.Qədirov tər əfindən idarə edilərək stasionar rentgen qurğusunun olduğu əraziyə gətirilmiş, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə Vüqar Qədirovun idarə etdiyi və içərisində qaçaqmalçılıq yolu ilə keçirilmiş dərman preparatları olan “DAF” markalı nəqliyyat vasitəsi Qazax rayonunun girişində saxlanılaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna qaytarılmış və baxış zamanı qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş 1572066,29 manat dəyərində 674 adda və Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş, istifadəyə yararlı 327105,94 manat dəyərində 71 adda olmaqla, ümumilikdə 1899172,23 manat dəyərində 745 adda dərman preparatlarını həmin nəqliyyat vasitəsindən aşkar edilib götürülmüşdür.
3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(100)-44/2022 nömrəli hökmü ilə (hakim Nural Əliyevin sədrliyi, hakimlər Dadaş İmanov və Faiq Mahmudovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs9 CM-in 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.3, 206.3.1 və 32.3, 206.3.2-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CPM-in 44.2.1-ci maddəsinə ə sasən Təqsirləndirilən şəxs9 CM-in 32.3, 313-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs9 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs9 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)192/2019 saylı hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-192/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətə dövlət or qanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilmiş, qəti olaraq ona 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ona təyin olunmuş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məh rum edilmə növündə əlavə cəzanın müddəti əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 3 mart 2021-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(100)-44/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavələr, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
5. Mə hkumun müdafiəçisi apellyasiya şikayətində, məhkum və onun müdafiəçisi apellyasiya şikayətinə əlavələrdə hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs9 bəraət verilməsini, dövlət ittihamçısı apellyasiya protestində hökmün dəyişdirilməsini, məhkuma daha ağır cəza təyin edilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-40/2023 nömrəli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavələrin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2001.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddəl əri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(100)-44/2022 nömrəli hökmünün məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavələrə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-40/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri v ə etirazlar:
8. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq bir sıra halların birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs9 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsinə dair mövqeyi ilə razılaşaraq, Təqsirləndirilən şəxs9 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğunluğunu qiymətləndirərək əsaslandırmamış, bununla da məhkum barəsində heç bir əsas olmadan daha yüngül cəza təyin edilmişdir.
9. Kassasiya protestinin müəllifi həmçinin kassasiya protestində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs9 cinayətin təşkilatçısı olmaqla, V.Qədirov, X.Qədirov, C.Hacızadə, İ.İsgəndərli və istintaq zaman ı şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslər, qabaqcadan əlbir olan bir qurup şəxs halında birləşmiş, qrup üzvləri V.Qədirov 1 epizod, X.Qədirov 2 epizod olmaqla 3 epizod üzrə ümumilikdə 3.113.902 manat dəyərində normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, habelə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin və tibbi ləvazimatlarının təkrarən satış məqsədi ilə külli miqdarda saxlamaqla onların qanunsuz dövriyyəsi cinayətini və qabaqcadan əlbir olan bir qurup şəxs tərəfindən külli miqdarda malların təkrarən sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə, həmçinin vəzifə saxtakarlığı etməklə Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirmə cinayətini törətmişdir.
10. Qeyd edilir ki, həmin hallar Təqsirləndirilən şəxs9 tərəfindən törədilən cinayətlərin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edərək ona daha ağır cəza təyin edilməsini şərtləndirməsinə, şəxsiyyəti nəzərə alınaraq təqsirləndirilən şəxsin əvvəllər də analoji cinayətlərə görə şərti məhkum olunub islah olunmadığı halda məhkəmə bunun əksinə olaraq ona qəti olaraq yüngül cəza təyin etməyi məqsədəuyğun hesab etmişdir.
11. Kassasiya protestində həmçinin qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin edərkən Təqsirləndirilən şəxs9 və onunla bir qrup şəxs təşkil edən digər şəxslərə məxsus, iş üzrə maddi sübut olan dərman vasitələrinin, preparatlarının və tibbi ləvazimatların ehtiyac olduğundan işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi məqsədi ilə başlanmış İİ Qarabağ Müharibəsi ilə əlaqədar könüllü olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə verilməsini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə almışdır. Bununla belə, məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs9 ona istinad edilən heç bir əməl üzrə özünü təqsirli bilməmiş, dərmanların ona heç bir aidiyyətinin olmadığını bildirmişdir.
12. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-40/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyas iya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
13. Məhkum Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına istinadlar edərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələri ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir.
14. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, cinayət işi üzrə ibtidai istinaq və məhkəmə istintaqı zamanı İlqar İsgəndərli və başqalarının Təqsirləndirilən şəxs9la birgə icraçılığı, eləcə də Təqsirləndirilən şəxs9 bu cinayətlərdə iştirakı təsdiq edilməmişdir. İlqar İsgəndərli və digərləri ilə Təqsirləndirilən şəxs9 cinayətlərin törədilməsində əlbirlik faktı təsdiq olunmamışdır. Odur ki, toplanmış sübutlara əsasən İlqar İsgəndərli və başqalarına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələri ilə verilmiş ittihamın məzmunundan təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs9la əlbir olub cinayət törətmələri hissəsi təsdiq olunmamışdır.
15. Məhkum Təqsirləndirilən şəxs9 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, o, Gəncə Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-40/2023 nömrəli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs9 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini və ya barəsində AR CM-in 62-ci maddəsini tətbiq edərək ona aşağı həddə cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X12 məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər
18. Kassasiya inst ansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
19. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
20. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini n 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
21. Dövlət ittihamçısı kassasiya protestində Təqsirləndirilən şəxs9 məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
22. Məhkum Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi, bu mümkün olmadığı təqdirdə isə onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona aşağı həddə cəza təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respubli kası CPM-in 416.1.3, maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. 416.1.11, 416.1.21-ci
23. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-40/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir.
25. Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
26. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzər ə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
27. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
28. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
29. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
30. Belə ki, Azərbaycan Respublikası Cinayə t Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
31. Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
32. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
33. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Re spublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
34. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.
35. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını lə ğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
36. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Təqsirləndirilən şəxs9 münasibətdə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış hökmlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur.
37. Belə ki, Təqsirləndirilən şəxs9 Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri – (hazırki işin kontekstində) C inayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilməklə sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 32.3, 206.3.1, 32.3, 206.3.2-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilməklə sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və 32.3, 313-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayət kimi təsbit edilməklə sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki iləd ək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
38. Təqsirləndirilən şəxs9 CM-in 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 2 (iki) müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3, 206.3.1 və 32.3, 206.3.2-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 313-cü maddəsi ilə cəza təyin edilməmişdir.
39. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs9 təqsirli bilindiyi CM-in 200-1.2.1, 2001.2.2, 200-1.2.3, 32.3, 206.3.1 və 32.3, 206.3.2-cü maddələri ilə təyin edilən cəzanın həddi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə olmaqla, qanuni və ədalətli olmuşdur.
40. Kollegiya qeyd edir ki, kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs9 barəsində cəza təyin edilərkən cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmışdır.
41. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 2001.2.3, 32.3, 206.3.1 və 32.3, 206.3.2-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dər əcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1 və 32.3, 206.3.2-cü maddələrinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 2001.2.3-cü maddələri ilə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 32.3, 206.3.1 və 32.3, 206.3.2-cü maddələri ilə isə daha az müddətə də (beş ildən başlamaqla) azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görülmüşdür.
42. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs9 CM-in 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1 və 32.3, 206.3.2-cü maddələri ilə təyin etdiyi cəza (2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.
43. Məhkəmə k ollegiyası yuxarıda göstərilən əsaslarla Təqsirləndirilən şəxs9 təyin edilmiş cəzanı qanuni, ədalətli və cəzanın məqsədlərinin təmin edilməsi baxımından yetərli hesab etdiyindən məhkumun müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətinin “məhkumun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinin mümkün olmadığı təqdirdə onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə aşağı həddə cəza verilməsinə” dair dəlillərinin ayrı-ayrılıqda tədqiq edilməsinə lüzum olmadığı qənaətinə gəlir və müdafiəçi tərəfindən məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə tələbin də təmin edilməsi üçün əsas görmür.
44. Məhkum Təqsirləndirilən şəxs9 müdafiəçisi tərəfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair təl əbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.
45. Belə ki, Təqsirləndirilən şəxs9 ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların m əcmusu ilə müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs9 əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
47. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 2001.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.
48. Təqsirləndirilən şəxs9 cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı po zuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.
49. Təsvir olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.3, 416.1.11, 416.1.21-ci maddələrində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.
50. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı X12nın kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməs inə dair çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-40/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3, 206.3.2 və 32.3, 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-40/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçı sı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs9 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.