Məhkəmə qərarları › İş №1(102)-1438/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1438/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1438/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və təqsirləndirilən şə xs Məhkum iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 18 mart 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Mustafayeva Solmaz Rafael qızı) 5 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum, 6 fevral 1960-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC- də böyük mexanik vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasını yaşay ış yeri üzrə çəkməsi, bu cəzanın icrası müddətinin onun cəzanı icra edən probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş, Məhkum dəymiş maddi zərərə görə cəmi 3000 (üç min) manat, mənəvi zərərə görə 1000 (min) manat məbləğində, cəmi 4000 (dörd) min manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin tutularaq mülki iddiaçıya ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Məhkum 19 aprel 2023-cü il tarixdə saat 07 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Touareg” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Vaqif prospekti istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozaraq, yəni yolayrıcı qarşısında həmin üstünlük nişanı qoyulmasına əhəmiyyət vermədən və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib hərəkətini davam etdirməklə yolayrıcına daxil olaraq Bakı şəhəri, Vaqif prospekti ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21015 ” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağ said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sol əlin İİ barmağının və sol baldırın sıyrıqları, sol qalça nahiyəsinin qançırı kimi dərəcələri təyin olunmayan, sol gicgah nahiyəsinin qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığının yüngül və İİİ döş fəqərəsinin cisminin üst diskogen zonasında kompression sınığı kimi sağlamlığın uzun müddətə pəzulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək həmin hökmün dəyişd irilməsini və tərəfindən verilmiş mülki iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 24 yanvar 2024-cü il tarixdə Məhkum da həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Mustafayeva Solmaz Rafael qızı) təqsirləndirilən şəxs Məhkum 05 dekabr 2023-cü il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış mü ddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 18 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hökmdən apellya siya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə və barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən təqsirləndirilən şəxs Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış hökm birinci instansiya məhkəməsi tərəfindən yaşadığı ünvana göndərilsə də, həmin vaxt o Xəzər dənizində Neft daşlarında işdə olmuş, sahilə çıxması 20 gündən bir olduğundan evə gəlib hökmlə tanış olan zaman artıq hökmdən apellyasiya şikayəti vermə müddəti ötmüşdür. Həmin müddəti üzrlü səbəbdən ötürməsi ilə bağlı məhkəməyə 1 dekabr 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək Nef t daşlarında olması ilə bağlı iş yerindən arayış təqdim etsə də, məhkəmələr həmin arayışı nəzərə almadan əsassız olaraq apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina etmişlər. Kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq təqsirləndirilən şəxs Məhkum kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın qəbul olunmasını xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, laki n zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Fərhadov Əhməd Hüseyn oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Ə.H.Fərhadovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və la zımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olun an maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları mü əyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa ed ilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu q ərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, həmin materiallardan, o cümlədən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında özü bilavasitə iştirak etmiş və digər proses iştirakçıları kimi, ona da hökmdən şikayət vermə qaydası və müddəti izah edilmişdir. Yalnız 24 yanvar 2024-cü il tarixdə, yəni hökmü elan edildiyi gündən 1 (bir) ay 5 (beş) gündən sonra təqsirləndirilən şəxs Məhkum onun barəsindəki 5 dekabr 2023-cü il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Təqsirləndirilən şəxs Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun başqa, o cümlədən vəsatətdə və kassasiya şikayətində göstərilən səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan digər üzrlü səbəblər də iş materialları ilə sübuta yetirilmir. Təqsirləndirilən şəxs Məhkum isə müraciətlərində və kassasiya şikayətində hökm çıxarılan ərəfədə Neft daşlarında işdə olduğunu, 20 gündən bir sahilə çıxdığını, evə gələrək hökmlə tanış olduğu zaman artıq apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyünü iddia etmiş, həmçinin müd dətin ötürülməsinə üzrlü səbəb kimi 1 dekabr 2023-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək iş növbəsində olması ilə bağlı müvafiq arayışa əsaslanmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum 1 dekabr 2023-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək iş növbəsində olduğunu bildirsə də, həmin müddətdə, yəni 5 dekabr 2023-cü il tarixdə barəsində cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən və həmin tarixdə hökm elan olunarkən məhkəmə iclasında, 18 yanvar 2024-cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında iştirak etmiş, apellyasiya şikayətini isə 24 yanvar 2024-cü il tarixdə vermişdir. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında təqsirləndirilən şəxs Məhkum vəsatətinə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 23 fevral 2024-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə 18 mart 2024-cü il tarixdə qəbul etdiyi qərarla haqlı olaraq birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqınd a təqsirləndirilən şəxs Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətinin təmin edilməsi barədə təqsirləndirilən şəxs Məhkum, həmin şikayətin təmin edilməməsi barədə isə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hök mdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq mhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar