Məhkəmə qərarları › İş №1(102)-1439/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1439/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1439/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi Məhərrəmov Z2 Ələsgər oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayət lər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxs1amed Z1 oğlu, Zərərçəkmiş şəxs2irin Kərim oğlunun nümayəndəsi Məhərrəmov Z2 Ələsgər oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), D.H.İmanov və N.T.Əliyevdən ibarət tərkibdə) 20 fevral 2020-ci il tarixli hökmü ilə 02 yanvar 1992-ci ildə Ağcabədi rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonuqeydiyyatda olmaqla yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X15 və X1 ibarət tərkibdə) Məhkum müdafiəçisi R.Z.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Ci nayətlər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü cəzanın təyin edilməsi hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 05 ilə endirilmiş, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X4 və Novruzov X6 ibarət tərkibdə) 27 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına tə yin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə) Məhkum müdafiəçisi R.Z.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum 03 oktyabr 2019-cu il tarixdə saat 01:00 radələrində Borsunlu-Tərtər-Hindarx yolunun Bərdə rayonu, Soğanverdilər kəndi ərazisindən keçən 68-ci kilometrində idarə etdiyi “VAZ-21074” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hindarx istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni, yol hərəkətinin i ştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq avtomobilin dayanıqlı hərəkətini təmin etməyib idarə etməni itirməsi nəticəsində avtomobil yolun kənarında olan ağaca çırpılmış, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişinlər X11 daxili qanaxma ilə müşayiət olunan ağ ciyərin yaralanmaları və sağ M-Mİ-İV-V-Vİ- VN-VNMX-X qabırğaların qapalı qəlpəli sınıqları ilə döş qəfəsinin qapalı küt travması, başın sağ gicgah nahiyəsinin hematoması və sağ qulaq seyvanı nahiyəsinin əzilmiş yarası ilə başın küt travması xəsarətləri yetirərək ölümünə, X12 başın sağ gicgah, sol gicgah, ənsə nahiyələrinin əzilmiş yarala rı, sağ gicgah, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, alt çənə, boyun nahiyələrinin sıyrıqları, alt çənə sümüyünün qapalı qəlpəli sınığı, döş qəfəsi nahiyəsinin sıyrıqları və sağ İV qabırğanın qapalı sınığı, sol əl nahiyəsinin əzilmiş yaraları, sağ bud və sağ baldır nahiyələrini əhatə edən sahənin sıyrığı, sol baldır nahiyələrinin sıyrıqları, sağ baldır və sol iç topuq nahiyələrinin əzilmiş yaraları, sağ baldır sümüklərinin (qamış və incik sümüklərinin) açıq qəlpəli sınıqları xəsarətləri yetirərək ölümünə, X8 müştərək açıq kəlləbeyin travması, baş beynin alın payının əzilməsi, alın cibinin xarici səhfəsinin, xəlbir sümüyünün xətti sınıqları, əngin Le Fort İİ tipli və çənənin simfiz nahiyəsinin yerini də yişmiş sınığı, döş qəfəsinin küt travması, ağ ciyərlərin əzilməsi, iki tərəfli hematoması, çağdan oma sümüyünün 3-cü fəqərəsinin yerini dəyişmiş, oturaq sümüyünün yerini dəyişməyən, qasıq sümüyünün qəlpəli yerini dəyişmiş sınığı xəsarətləri yetirərək sağlamlığına ağır zərər vurulmasına, habelə Elgun Kərimova 6500 manat məbləğində maddi ziyan vurmaqla “VAZ-21074” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxs1amed Z1 oğlu, Zərərçəkmiş şəxs2irin Kərim oğlunun nümayəndəsi Məhərrəmov Z2 Ələsgər oğlu kassasiya şikayəti verərək məhkumun barəs ində CM-nin 62ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin olunmasını xahiş etmişdirlər. Kassasiya şikayətlərində qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsinin qərarı cəzanın məqsədlərindən kənara çıxaraq, şəxsi islah etməkdən və sosial ədalətin bərpasından daha çox şəxsi əsassız cəzalandırmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin barəsində kifayət qədər yüngülləşdirici hallar olsa da, bəzi yüngülləşdirici hallar məhkəmələr tərəfindən nəzərə alınmamış, Azərbaycan Respublikas CM-nin 59-cu maddəsinin tələbləri pozularaq cəza düzgün təyin edilməmişdir. Belə ki, Məhkum ilk dəfədir ki ehtiyyatsızlıqdan cinayət əməli törədir, əvvəllər məhkum olunmamışdır, cinayətə meyilli şəxs deyil, həbs edilənədək faydalı əməklə məşğul olmuş, ailəsinə dəstək olmuşdur. Himayəsində həyat yolda şı və bir azyaşlı övladı var, ailənin tək qazanc yeridir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsin barəsində kifayət qədər yüngülləşdirici hallar olması səbəbindən onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi mümkün olsa da, məhkəmələr tərəfindən bu hallar nəzərə alınmamış, Cinayət qanunvericiliyinin tələbləri pozularaq məhkumun barəsində sərt cəza tətbiqi əsaslandırılmamış, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi kassasiya şikayətlərində qeyd olunan halların nəzərə alınmasını, məhkumun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiall arını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi mə sələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Müdafiə tərəfi kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təy in edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəc əsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini v ə ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcu d olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi 20 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, əhimayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi əsas götürmüş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Apellyasiya məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qəra rının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin hökmünü dəyişmədən saxlamaqla cəzanın məqsədini təmin edən qanuni və ədalətli qərar qəbul etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar