Məhkəmə qərarları › İş №1(102)-1439/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1439/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1439/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 1 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı İlqar Həsənağa oğlu Əsədov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (məruzəçi), Nizami Quliyev (sədrlik edən) və Aqil Musayev) 1(099)-255/2021 nömrəli 07 iyul 2021-ci il tarixli hökmü ilə xx xxx 1996-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olumuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşamış Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 234.4.1-ci maddəsi itti hamdan xaric edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. xx xxxx 1999-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olumuş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. 30 avqust 2000-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iş ləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, M.P.Vaqif küçəsi, Dalan 2, ev 1-də qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər məhkum olunmuşdur ona görə ki, Məhkum3 məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-108,86 qram narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və həmin narkotik vasitənin satışını realizə etmək üçün ayrı-ayrılıqda sellofan bükümlərə qablaşdıraraq bir bükümdə 97,893 qram heroini etibar namə ilə idarə etdiyi VAZ-21015 markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının alt hissəsində, üç bükümdə 9,205 qram, 1,032 qram və 0,730 qram heroini üzərində saxlayıb 03 oktyabr 2020-ci il tarixdə idarə etdiyi avtomobillə Lənkəran şəhərində hərəkət etməklə daşıyarkən həmin vaxt avtomobildə sərnişin qismində olan tanışı Məhkum1 bir bükümdə 0,730 qram narkotik vasitə olan heroini 25 manata satmış, bir bükümdə 1,032 qram narkotik vasitə olan heroini isə avtomobildə sərnişin qismində olan qardaşı Məhkum3 vermişdir. Daxil olmuş məlumat əsasında həmin gün saat 21 radələrində Lənkəran ŞəhərRayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarə etdiyi həmin avtomobil Lənkəran şəhəri, M.Nəsirli küçəsində saxlanılıb Lənkərən ŞRPŞ -nə gətirildikdən sonra polis şöbəsində üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir büküm 9,205 qram narkotik vasitə olan heroin, habelə idarə etdiyi avtomobilin ön sağ oturacağının alt hissəsində bir büküm 97,893 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, eyni zamanda avtomobildə sərnişin olmuş şəxslər Məhkum2 üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir büküm 1,032 qram narkotik vasitə olan heroin və Məhkum1 şalvarının cibindən bir büküm 0,730 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs Məhkum2 03 oktyabr 2020-ci il tarixdə, axşam saatlarında qardaşı Məhkum3 idarə etdiyi VAZ-21015 markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən qardaşı Məhkum3 satış məqsədi olmad an qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 1,032 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayıb daşımış və daxil olmuş məlumat əsasında həmin gün saat 21 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum3 idarə etdiyi avtomobil Lənkəran şəhəri, M.Nəsirli küçəsində saxlanılmış və onlar Lənkərən ŞRPŞ-nə gətirildikdən sonra polis şöbəsində Məhkum2 üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir büküm 1,032 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs Məhkum1 03 oktyabr 2020-ci il tarixdə, axşam saatlarında tanışı Məhkum3 idarə etdiyi VAZ-21015 markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində o larkən Məhkum3 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 0,730 qram narkotik vasitə olan heroini alaraq əldə edib üzərində saxlayıb daşımış və daxil olmuş məlumat əsasında həmin gün saat 21 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum3 idarə etdiyi avtomobil Lənkəran şəhəri, M.Nəsirli küçəsində saxlanılmış və onlar Lənkərən ŞRPŞ-nə gətirildikdən sonra polis şöbəsində Məhkum1 üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir büküm 0,730 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), hakimlər Məhəmməd Bağırov və İsmayıl Əhmədo v) 1(106)48/2022 nömrəli 21 yanvar 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmaqla, ona təyin olunmuş 2 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 8 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay azaldılmış və apelyasiya məhkəməsinin bu qərarı elan olunduğu gündən, yəni 21 yanvar 2022-ci il tarixdən Məhkum2 çəkiləcək azadlıqdan məhrumetmə cəzasının müddəti 2 (iki) ay 12 (on iki) gün müəyyən edilmişdir. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti, təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı2 verdiyi kasasiya protestində xahiş edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum3, Məhkum2 və Məhkum1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində əldə etmələri, saxlamaları və daşımaları tam sübuta yetirilmiş, lakin məhkəmə kollegiyasının məhkumların əməllərinin tövsifinə dair nəticəyə gələrkə n yalnız təqsirləndirilən şəxslərin işin obyektiv hasllarına uyğun olmayan, özünümüdafiə xarakterli ifadələrinə əsaslanmışdır. Belə ki, iş materiallarından və yuxarıda qeyd olunmuş xüsusatlardan göründüyü kimi, hər iki instansiya məhkəmələri təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verərkən, ilk növbədə onların verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirib-etdirməməsi, həmin ifadələrin iş üzrə toplanan sübutlarla hansı qaydada təsdiq və ya təkzib olunmasını, məhz hansı digər sübutlar əsasında təkzib və ya təsdiq olunmasını, düzgün qiymətləndirməmiş, formal yanaşma nümayiş etdirərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən təqsirləndirilən şəxslərin ifadələrindəki xüsusatları diqqətə almamış, nəticədə hökmdə yanlış hüquqi mövqe nümayiş etdirmiş, bir çox hallarda sübutları təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi baxımından özünün gələcəyi nəticəyə uyğun formada qiymətləndirmişdir. Məhkəmələr təqsirləndirilən şəxslərin cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri baxımından onların, məhz axşam saatlarından, yəni 03 oktyabr 2020-ci ildə saat 21 radələrində saxlanılmalarını, hər üç şəxsin ayrı-ayrı yerlərdə və ayrı-ayrı məkanlarda deyil, məhz Məhkum3 etibarnamə əsasında idarə etdiyi avtomobildə birlikdə saxlanılmalarını, Məhkum3 məhkəmə istintaq zamanı aşkar olunmuş narkotik vasitələrin onlara məxsus olub-olmaması ilə bağlı kifayət qədər ziddiyyətli ifadələrini və sonda isə qrupun digər üzvülərindən də aşkar olunmuş narkotik maddələrin onlara deyil özünə məxsusluğunu, ilkin if adələrində isə Məhkum2 Məhkum1 ilə həmin hissədə eyni məzmunlu ifadə verərək polis şöbəsində təsir və təzyiqlərə məruz qaldıqlarını və narkotik vasitələrin özünə, Məhkum2 və Məhkum1 məxsus olmadığını, polislərin həmin narkotik vasitələri üzərlərinə və avtomobilinə qoymasını bildirməklə Məhkum2 və Məhkum1 daha ağır cinayət məsuliyyətindən kənarda qalmasına yönəlik hərəkətlər etməsini işin kifayət qədər obyektiv halları olmasına baxmayaraq nədənsə öz hökmündə birtərəfli hüquqi yanaşma göstərərək nəzərə almamışlar. Həmçinin məhkəmələr belə bir qənaətə gəlmişdir ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlayaraq daşımamış, sadəcə olaraq polis əməkdaşları avtomobili saxlayan zaman əl tormozunun yanında olan Laç ına məxsus 1,032 qram çəkidə bir büküm heroini götürüb üzərinə qoymuş (baxmayaraq ki, Məhkum2 ibtidai və məhkəmə istintaqı zamanı həmin faktı tam olaraq təkzib edib bildirmişdir ki, narkotik vasitəni onun üzərinə polis əməkdaşları qoymuşdur) məhz şəxsi axtarış zamanı həmin narkotik vasitə ondan aşkar edilmişdir ki, Məhkum2 həmin narkotik vasitəni satış məqsədi olmadan əldə edib üzərində saxlamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, əgər həqiqətən də, Məhkum2la Məhkum3 və digər şəxs Məhkum1 aşkar olunmuş ümumi narkotik vasitə ilə bağlı əlbirliyi yox idisə ondan nəyə görə Məhkum2 Məhkum3 məxsus olan narkotik vasitəni polislər onları saxlayan zaman əl tormuzunun yanından götürüb üzərində saxlamalı idi. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, əgər həqiqətən də, 108,86 qram narkotik vasit ə olan heroini məhz Məhkum3 özü əldə edib, satış məqsədilə saxlamamışdırsa, onda nəyə görə həmin narkotik vasitəni bükümlərə ayırıb, Məhkum2 və Məhkum1 avtomobildə aşkar formada görə biləcəkləri əl tormuzunun yanına qoyaraq saxlamışdır. Bütün bunlarla yanaşı məhkəmə öz hökmündə göstərmişdir ki, istintaq orqanı tərəfindən iş üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı Lənkəran ŞRPŞ-nin CABnin məlumatında bildirilir ki, Məhkum3, Məhkum2 və Məhkum1 kim və ya kimlərə narkotik vasitələr satması, aşkar edilərək götürülmüş narkotik vasitəni kimlərə satacaqları istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, məhkəmələrin hökm və qərarda birtərəfli hüquqi yanaşma göstərməsi həm də ondan məlum olur ki, məhkəmələr təqs irləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın həlli zamanı nəzərə almamışlar ki, əməliyyat-istintaq yolu ilə Məhkum3, Məhkum2 və Məhkum1 kim və ya kimlərə narkotik vasitələr satması, aşkar edilərək götürülmüş narkotik vasitəni kimlərə satacaqları istiqamətində kifayət qədər mümkün olan bütün istintaq və əməliyyat hərəkətləri icra edilmiş lakin buna baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Məhkəmə ittihamın həlli zamanı hər hansı digər sübuta yox məhz qeyd etdiyi hala istinad etməklə işin obyektiv halları ilə uyğunlaşmayan qərar qəbul etmişdir. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı m addələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq təqsirləndirilən şəxslərin əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşıması hissəsinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-in 416.1.2 və 416.1.15ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419- cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protes tinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum3 oğlunun ittihamından Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin xaric edilməsi, Məhkum2 və Məhkum1 əməlinin isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsi üçün müəyyən edilməlidir ki, onun tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə etməsi və ya saxlaması satış məqsədi ilə tö rədilmiş, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitə onun tərəfindən satılmışdır. Azərbaycan Respublikası CM-in 234.4.1-cü maddəsinin dispozisiyasına əsasən həmin maddə ilə əməl satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və saxlaması, habelə narkotik vasitələrin satılması qabaqcadan əlbir olan bir qrup şəxs halında və ya mütəşəkil dəstə tərəfindən törədildiyi halda tövsif edilir. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qab aqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin maddənin cinayət-hüquqi mahiyyəti ondan ibarətdir ki, burada cinayətkar qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunması tələb olunur. Təqsirləndirilən şəxs Məhkum3 məhkəmədə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, üzərində və idarə etdiyi maşında aşkar olunmuş heroin, eləcə də qardaşı Aqşininin və tanışı Kamilin üzərində aşkar olunmuş heroin özünə məxsus olmuş, o, həmin heroini (cəmi 108,86 qram heroini) yerdən tapıb özündə saxlamış, daha sonra 03 oktyabr 2020-ci il tarixdə o, həmin heroinin bir hissəsini (9,205 qram heroini) üzərində saxlamı ş, iki bükümdə olan hissəsini (1,032 və 0,730 qram heroini) idarə etdiyi maşında əl tormuzunun (əyləcin) yanına qoymuş, digər hissəsini (97,893 qram heroini) idarə etdiyi maşında ön oturacağın altında gizlətmişdir. Həmin gün saat 20 radələrində qardaşı Aşqin onu nənəsigilə aparmasını bildirib maşına oturmuş, sonra küçədə tanışı Kamil onu Lənkəran şəhərində “KapitalBank”ın yanına apamasını xahiş edib maşına minmişdir. Bundan sonra o, maşını idarə edib hərəkətdə olarkən Kamil ondan istifadəsi üçün heroin istəmiş, o da əl tormuzunun yanına qoyuduğu bukumlərdən birini Kamilə vermiş, Kamil də heroinin pulunu sonra verəcəyini dediyindən o, heroini niysə götürdüyü üçün 25 manat verəcəyini demiş, Kamil də razılaşmışdır. Lənkəran şəhərində “KapitalBank”ın yanında polis əməkdaşları onun idarə etdiyi maşını saxlayarkən qardaşı Aqşin əl tormuzunun yanında olan bir büküm heroini götürüb cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onlar saxlanılıb polis şöbəsinə aparılmışlar. Digər təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 ibtidai istintaq zamanı verdikləri ifadələrdə təqsirləndirilən şəxs Məhkum3 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxslərin ifadələrinə əsasən onların verilmiş ittihamda göstərilən cinayəti birgə törətmələrini müəyyən olunmur. Bundan başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, həm də tədqiq olunmuş digər sübutlarla təqsirləndirilən şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini (CM-nin 234.4.1-ci maddəsi ilə) qabaqcadan əlbir olmaqla törət mələri təsdiq olunmamışdır. Həmçinin istintaq orqanı tərəfindən iş üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı Lənkəran ŞRPŞ-nin CAB-nin məlumatında bildirilir ki, Məhkum3, Məhkum2 və Məhkum1 kim və ya kimlərə narkotik vasitələr satması, aşkar edilərək götürülmüş narkotik vasitəni kimlərə satacaqları istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Eyni zamanda iş üzrə təqsirləndirilən şəxslərə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrinə dəlalət edən yeganə hal onların bir yerdə, yəni Məhkum3 idarə etdiyi maşında Məhkum2 və Məhkum1 bir yerdə olmaları, habelə Məhkum3 külli miqdarda, Məhkum2 və Məhk um1 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin aşkar edilməsi olmuşdur. Lakin yəni Məhkum3, Məhkum2 və Məhkum1 narkotik vasitəni əldə olunub, saxlanılıb, daşınması və satılmasına dair qabaqcadan razılaşmaları barədə, habelə onların arasında qabaqcadan hər hansı bir razılaşmanın olmasını təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum3, Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olaraq cinayət törətmələrini təsdiq edən sübutların mövcud olmamasına və verilmiş həmin ittihamın (CM-nin 234.4.1-ci maddəsi ilə) tədqiq olunmuş sübutlarla təkzib olunmasına baxmayaraq istintaq orqanı tərəfi ndən əsassız olaraq onların hər üçünün əməli CM-nin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olaraq cinayət törətmələri öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən Məhkum2 tərəfindən 1,032 qram və Məhkum1 tərəfindən 0,730 qram miqdarında narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə edilməsi və saxlanılması müəyyən etsə də, nəticəyə gəlmişdir ki, həmin sübutlarla onların narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi təsdiq olunmur. Məhkəmənin gəldiyi nəticə məhkumlar Məhkum3, Məhkum2 və Məhkum1 məhkəmə istintaqı zamanı verdiyi ifadələr i ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam uyğunluq təşkil edir və həmin sübutlarla təkzib olunmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik v asitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum2 və Məhkum1 onlarda aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkumlarda aşkar edilmiş narkotik vasitənin (1,032 qram və 0,730 qram) məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 narkotik vasitəni hərhansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi müəyyən edilməmiş və bunun üçün Məhkum2 və Məhkum1 hər hansı avadanlıq aşkar edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum2 və Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasına dair istintaq materiallarında mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onların əməlləri Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü ma ddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum2 və Məhkum1 narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum2 və Məhkum1 əməlinin tövsifi ilə bağlı hissədə ə saslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum2 və Məhkum1 əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumların əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum2 və Məhkum1, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum3, Məhkum2 və Məhkum1 haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli Məhkum3, Məhkum2 və Məhkum1 haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum3, Məhkum2 və Məhkum1 haqqındakı 21 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar