Məhkəmə qərarları › İş №1(102)-1439/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1439/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1439/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X3 və X2 ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi ilə bağ lı xx.xx.2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) 10 yanvar 2020-ci il tarixli hökmü ilə xx.xx.1986-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də hüquqşünas işləmiş, məhkum olunmuş və cəzasını çəkib qurtarmış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xızı Rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 1(068)-16/2016 nömrəli hökm ü ilə Məhkum təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasının çəkilməmiş 10 (on) ay hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına birləşdirilmiş və üzərində qəti olaraq 10 (on) ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Kamran Əkbərovun sədrliyi və məruzəsilə, Faiq Qasımov və Elmar Rəhimovdan ibarət t ərkibdə) 26 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli hökmü A. Məmmədova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum edilmiş şəxs Məhkum kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı xx.xx.2020-ci il tarixdə çıxarılsa da, həmin qərar cəzaçəkmə müəssisəsində olduğu vaxtı rəsmi qaydada ona verilməmişdir. Cəzaçəkmə müəssisəsində olduğu vaxt dəfələrlə məhkəməyə müraciət edib qərarı istəsə də qərar ona göndərilməmişdir. Yalnız xx.xx.2023-cü il tarixdə rəsmi qaydada Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək qərarın göndərilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə qərarı rəsmi surətdə almışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)-426/2020 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-426/2020 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-426/2020 nömrəli qərarından məhkum edilmiş şəxs Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ona cəzaçəkmə müəssisəsində olduğu vaxtı rəsmi qaydada təqdim edilməmişdir. Cəzaçəkmə müəssisəsində olduğu vaxtı dəfələrlə məhkəməyə müraciət edib qərarı istəsə də qərar ona göndərilməmiş və ya qərar müəssisəyə göndərilib amma ona təqdim olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-426/2020 saylı qərarında qeyd olunub ki, guya o, xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə qərarı qəbul etmişdir. Bununla bağlı bildirmişdir ki, o, heç bir qəbzə qol çəkib qərarı rəsmi olaraq almamışdır. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-426/2020 saylı qərarının ləğv edilməsi və kassasiya şikayəti üzrə müəyyən olunmuş prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarını vaxtında ala bilmədiyi üçün müddəti ötürdüyündən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkum eyni zamanda hüquqşünas olduğunu və hüquqlarından məlumatlı olduğunu bildirdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək bildirmişdir ki, Məhkum qanunda istinad olunan müddəti üzürsüz səbəbə görə ötürmüş və prosessual qaydanı pozmuşdur. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən və kassasiya şikayət inin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq ya lnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum barəsində çıxarılmış qərarın surətini almadığını və məhz bu səbəbdən kassasiya şikayəti vermədiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olmasına dair mövqeyini əsaslandırmağa cəhd etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyə tlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, məhkəmənin qərarı proses iştirakçılarının, o cümlədən məhkumun və müdafiəçisinin iştirakı ilə elan edilmiş, xx.xx.2020-ci il tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 1(103)-426/2020 saylı qərarı Məhkum tərəfindən xx.xx.2020-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. A zərbaycan Respublikası CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Göründüyü kimi, məhkum edilmiş Məhkum Bakı Apellyasiya Məhkəməsinin barəsində olan xx.xx.2020-ci il tarixli qərarından qanunda nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verməmiş, qərarı aldıqdan uzun müddət keçdikdən sonra kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatət vermiş, vəsatətində kassasiya şikayətinin verilməsi müddətini üzürlü səbəbdən buraxdığını qeyd etsə də, fa ktiki olaraq mülahizəyə istinad etmiş və müddətin buraxılması ilə bağlı əsaslı üzürlü səbəblər göstərə bilməmişdir. Əslində Məhkum hansı müddətdə və qaydada kassasiya şikayətinin verilməsindən məlumatı olmuş, lakin naməlum səbəblərdən müddətlər daxilində kassasiya şikayətini vermək istəməmişdir. Məhkəmə kollegiyasının iclasında da göstərdi ki, təhsili hüquqşünaslıqdır və hüquqlarını bilir. Məlumdur ki, A.Məmmdəov 4 il müddətində azadlıqdan məhrumetmə növündə cəza çəkmiş, yalnız azadlığa çıxdıqdan sonra kassasiya şikayəti ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Məhkum dəlillərini əsassız hesab edir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin t əmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar