Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1439/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 1(003)145/2024 nömrəli (hakim: Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi) hökmü ilə xx.xx.1989-cu ildə Lerik rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, xxx qeydiyyatda olan və xxx fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 170.1-ci maddəsi i lə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə onun qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının 11 mart 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli 1(103)-2513/202 4 nömrəli (hakimlər: Qəniyev Faiq Əsəd oğlu (sədrlik edən və məruzəçi), Ələkbərov Əfqan Qəzənfər oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb təkrarən oğurlu q etmiş və yetkinlik yaşına çatmayanı vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb etmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evin həyətinə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 800 manat olan 8 top elektrik naqili (hər topda 100 metr və bir metrinin dəyəri 1 manat olan elektrik naqili), dəyəri 80 manat olan 1 ədəd laqonda, dəyəri 200 manat olan 1 ədəd lazer aparatı (lazer tərəzi) və dəyəri 50 manat olan dəmir arabanı gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1130 (min yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, özgənin əmlakını gizli olaraq talam a məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 02 radələrində X3 yaşadığı məxsus xxx fərdi evinin həyətinə qanunsuz daxil olaraq evdən 1 metrinin dəyəri bir manat olan 100 metr uzunluğunda elektrik naqili, dəyəri 30 manat olan 1 ədəd drel, dəyəri 120 manat olan 1 ədəd perefarator və dəyəri 260 manat olan taxta kəsən aləti gizli talayaraq X6 ümumilikdə 510 (beş yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 xxx qəsəbəsində yerləşən vətəndaşlara məxsus fərdi evlərə qanunsuz daxil olaraq oğurluq etməkdə köməklik etmək məqsədi ilə sonuncuya oğurladıqları əşyaları satdıqdan sonra əldə etdikləri puldan ona da verəc əyini vəd verərək cinayətkar fəaliyyətə cəlb etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı xxx ərazisində yerləşən nömrəsiz fərdi evin həyətinə qanunsuz daxil olaraq evdən dəyəri 3.000 manat olan 1 ədəd “LG” markalı televizor, dəyəri 100 manat olan 1 ədəd tuner (krosno antena aparatı), dəyəri 250 manat olan 1 ədəd “Samsung” markalı DVD, dəyəri 2.800 manat olan 1 ədəd buxarla işləyən ütü, dəyəri 75 manat olan modemini gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 6225 (altı min iki yüz iyirmi beş) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik y aşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus xxx ərazisində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evdən dəyəri 299 manat olan 1 ədəd 82 ölçülü “Erqo” markalı televizor, dəyəri 150 manat olan 1x2 metr ölçüdə 1 ədəd boz rəngli xalça, dəyəri 1500 manat olan 12 predmetdən ibarət 1 ədəd qab dəsti, dəyəri 50 manat olan 1 ədəd elektron tərəzi, 1 ədədinin dəyəri 38 manat olan 2 ədəd adyal, ümumi dəyəri 800 manat olan, kişi, qadın və uşaq geyimlərini gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 2.750 (iki min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus xxx ərazisində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evdən dəyəri 600 manat olan 1 ədəd qutuda qaşıq dəsti, ümumi dəyəri 200 manat olan 4 ədəd qazan, dəyəri 50 manat olan 1 ədəd böyük tutumlu teşt, dəyəri ümumi dəyəri 900 manat olan qab-qacaq, 1000 manat olan 1 ədəd xalça, ümumi dəyəri 1500 manat olan 2 ədəd xalça, dəyəri 800 manat olan xalça, dəyəri 200 manat olan 1 ədəd samovar, dəyəri 150 manat olan 1 ədəd su qızdırıcısı və dəyəri 400 manat olan dörd pilətəli qaz sobasını gizli talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 5.800 (beş min səkkiz yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndiri lən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs6 məxsus xxx ərazisində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evdən dəyəri 600 manat olan 1 ədəd 82 diaqonallı “Shivaki” markalı televizor, dəyəri 300 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 400 manat olan 1 ədəd yemək qızdırıcı, dəyəri 90 manat olan 1 ədəd blender, dəyəri 50 manat olan 1 ədəd ütü, ümumi dəyəri 200 manat olan 20 ədəd boşqab, ümumi dəyəri 240 manat olan qazan dəsti, dəyəri 90 manat olan bıçaq-qaşıq dəsti, dəyəri 55 manat olan sini dəsti, ümumi dəyəri 32 manat olan 2 ədəd qənd qabı, ümumi dəyəri 20 manat olan 3 ədəd çörək qabı, dəyəri 2.000 manat olan 1 ədəd xalça, ümumi dəyəri 400 manat olan 3 ədəd adyal və ümumi dəyəri 120 manat olan 3 dəst yorğan üzləri gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 4597 (dörd min beş yüz doxsan yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs7 məxsus xxx ərazisində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 300 manat olan 6 ədəd stul, dəyəri 400 manat olan 1 ədəd stol, dəyəri 70 manat olan 1 ədəd divar saatı, dəyəri 200 manat olan 1 ədəd soba, dəyəri 120 manat olan 1 ədəd məcməyi, ümumi dəyəri 100 manat olan 2 ədəd ləyən, ümumi dəyəri 200 manat olan 40 ədəd xrustal stəkan, ümumi dəy əri 200 manat olan 40 ədəd nəlbəki, ümumi dəyəri 150 manat olan 3 dəst çay servisi, ümumi dəyəri 800 manat olan 4 ədəd xalça, ümumi dəyəri 100 manat olan 2 ədəd döşək, ümumi dəyəri 70 manat olan 3 ədəd yorğan, ümumi dəyəri 150 manat olan 3 ədəd divanüstü, ümumi dəyəri 60 manat olan 2 ədəd stol örtüyü, dəyəri 100 manat olan qaşıq-çəngəl dəsti, dəyəri 45 manat olan 1 dəst bıçaq, ümumi dəyəri 160 manat olan 2 ədəd drel, dəyəri 150 manat olan 1 dəst dəsmal, ümumi dəyəri 160 manat olan 20 ədəd döşəkçə, ümumi dəyəri 50 manat yataq dəsti üzü, ümumi dəyəri 300 manat olan 6 ədəd yastıq, ümumi dəyəri 210 manat olan 3 ədəd xrustal meyvə qabı, ümumi dəyəri 400 manat olan 3 ədəd dəri gödəkçə, ümumi dəyəri 400 manat olan 2 ədəd kişi kostyumu, dəyəri 140 manat olan 1 ədəd elektrik çayniki, dəyəri 120 man at olan 1 ədəd su qızdırıcı, dəyəri 125 manat olan 1 ədəd qaz sobası, dəyəri 40 manat olan hamam duşu, dəyəri 60 manat olan əl-üz yuyan, ümumi dəyəri 30 manat olan 6 ədəd sini, ümumi dəyəri 50 manat olan 2 ədəd qazan, ümumi dəyəri 30 manat olan 2 ədəd aşsüzən, ümumi dəyəri 50 manat olan 20 ədəd kasa, ümumi dəyəri 150 manat olan 35 ədəd boşqab, ümumi dəyəri 60 manat olan 2 ədəd 5 litrlik yağ, ümumi dəyəri 20 manat olan 2 ədəd 5 kq-lıq yuyucu tozu, dəyəri 120 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 50 manat olan 1 ədəd mikser, ümumi dəyəri 20 manat olan 2 ədəd gümüş üzük və həyətdəki talvardan ümumi dəyəri 100 manat olan 20 ədəd dəmir armaturları gizli talayaraq Zərərçəkmiş şəxs7 Əzrətquli qızına ümumilikdə 6.060 (altı min altmış) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğ urluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı ünvan 2 ünvanının həyətinə qanunsuz daxil olaraq evdən dəyəri 500 manat olan 1 ədəd ”Siemens” markalı paltaryuyan maşınını gizli talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs9 məxsus xxx ərazisində yerləşən yaşayış olmayan nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evindən dəyəri 45 manat olan 1 ədəd l aqonda, dəyəri 270 manat olan 1 ədəd laqonda, dəyəri 200 manat olan 1 ədəd perefarator, ümumi dəyəri 150 manat olan 2 top (biri topu 100 metr) elektrik naqili, 1 metrinin dəyəri 6 manat olan 35 metr uzunluğunda elektrik naqili, 1 qutusunun dəyəri 5 manat olan 5 qutu alçıpan yivi (şurup), 1 ədədinin dəyəri 0,5 manat olan 8 ədəd elektrik aşarının yuvası (kulçator karopkası), dəyəri 150 manat olan elektrik qızdırıcısı, ümumi dəyəri 80 manat olan santexnik malları, həyətdə olan quyunun içərisindən dəyəri 165 manat olan su mühərriki, həyətdə olan dəyəri 50 manat olan dəmir araba gizli talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 1.000 (min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əl bir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixədə saat 02 radələrində Zərərçəkmiş şəxs10 məxsus xxx ərazisində yerləşən yaşayış olmayan nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evindən xxx ərazisində yerləşən nömrəsiz fərdi evindən dəyəri 40 manat olan 1 ədəd elektrik tənzimləyicisi, dəyəri 110 manat olan 1 ədəd aspirator, dəyəri 150 manat olan dörd piltəli qaz sobası və dəyəri 40 manat olan elektrik tənzimləyicisi gizli talayaraq Zərərçəkmiş şəxs10 ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəb əsi, S.Şükürov küçəsində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evdən dəyəri 1300 manat olan 1 ədəd “LG” markalı televizor, dəyəri 150 manat olan 1 ədəd “LG” markalı DVD və mətbəxdən dəyəri 200 manat olan samovarı gizli talayaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 1.650 (min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs12 məxsus xxx ərazisində yerləşən yaşayış olmayan nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evindən xxx ərazisində yerləşən yaşayış olmayan nömrəsiz fərdi evindən dəyəri 80 manat olan drel, ümumi dəyəri 70 manat olan 2 ədəd dr el, dəyəri 360 manat olan lazer aparatı (tərəzi nizamlayıcı) və dəyəri 70 manat olan 1 ədəd laqonda, dəyəri 50 manat olan feni gizli talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 630 (altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 03:30 radələrində Zərərçəkmiş şəxs13 məxsus xxx ərazisində yerləşən nömrəsiz fərdi evinin həyətinə qanunsuz daxil olaraq evdən ümumi dəyəri 18 manat olan 18 ədəd stəkan, ümumi dəyəri 18 manat olan 18 ədəd nəlbəki, dəyəri 350 manat olan 2x3 metr ölçüdə 1 ədəd xalça, ümumi dəyəri 150 manat olan 1,5x2,5 metr ölçüdə 1 ədəd xalça, dəyəri 200 manat olan 2x3 metr ölçüdə 1 ədəd xalça, dəyə ri 20 manat olan 1x1,5 metr ölçüdə xalça, ümumi dəyəri 24 manat olan bir cüt (2 ədəd) meyvə qabı, dəyəri 100 manat olan video maqnitafon, ümumi dəyəri 50 manat olan büjiteriya (bəzək əşyaları), ümumi dəyəri 150 manat olan 2 dəst yorğan, ümumi dəyəri 45 manat olan 3 ədəd qadın ətri, ümumi dəyəri 20 manat olan 5 ədəd pult (televizor və DVD pultu), dəyəri 50 manat olan 1 dəst yorğan üzlüyü, dəyəri 50 manat olan 1 ədəd adyal, dəyəri 40 manat olan 1 ədəd çamadanın içərisində qadın alt paltarları, dəyəri 12 manat olan 6 ədəd boşqab, dəyəri 6 manat olan şüşə qab dəsti, dəyəri 12 manat olan əl-üz dəsmalı və hamam otağında dəyəri 90 manat olan su qızdırıcısını gizli talayaraq Zərərçəkmiş şəxs13 ümumilikdə 1405 (min dörd yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Mə hkum Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum vermiş olduğu kassasiya şikayəti ilə, ailə vəziyyətini, 4 uşaq atası olmasını, valideynlərinin vəfat etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəm əsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını i sə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə alma dan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin mate riallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının qərarın dəyişdirilmədən saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsin ə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun o laraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa d üşülür. İş materiallarından görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsin in 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cü mlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda n əzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunanlara əsasən də birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur k i, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının məhkuma aid hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 dekabr 2024-cü il tarixli q ərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1439/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1439/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver