Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-144/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası X10 Qılıcov (sədrlik edən və məruzəçi), X1 və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri X7, məhkumun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi X6 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məh kəməsinin (sədrlik edən Süleyman Ağayev) 1(008)367/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Məmmədhüseynov küçəsi ev 27, mənzil 31-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq küçəsi, döngə 3, ev 2də yaşamış, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə mülki i ddiaçı X2 cavabdeh X5 qarşı maddi və mənəvi ziyana görə 150.550 manat miqdarda pul tələbinə dair iddia ərizəsi baxılmadan saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X8 məhkum olunmuşdur ona görə ki, o, xx xxx 2018-ci il tarixdə saat 21:30 radələrində etibarnamə ilə idarə etdiyi "MercedesBenz 220“ markalı AZ**-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 2 saylı doğum evinin yaxınlığında, "Yol hərəkəti haqqında" Azerbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda, bunlara riayət etməyərək avtom obilin hərəkətini davam etdirərkən hadisənin qarşısını almağa texniki İmkanı olmasına baxmayaraq, həmin vaxt yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, sürücü X3 ehtiyyatsızlığı nəticəsində pr/ada Zərərçəkmiş şəxs baş-beyin maddəsinin əzilməsi, baş- beyin yumuşaq qişalarına, maddəsinə qansızıma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, döş qəfəsinin və qarının yumuşaq toxumalarına, ağciyərə qansızma, dalağın əzilmiş-cırılmış varası (dalaq cərrahi yolla çıxarılmışdır). Hər iki baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol təpə nahiyyəsinin əzilmiş yarası, sol göz yuvası ətrafı nahiyyənin dərialü hematoması, sağ saıdin qançırı, hər iki baldırın, sol kürək nahiyyəsinin sıyrıqlarmdan ibarət ümumilikdə həyat üçün təhlükəli ol an sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti alaraq aldığı xəsarətlərdən xx.xx.2018-ci il tarixdə saat 1040 radələrində 3 saylı ŞKX-da ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Habil Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli hökmü dəyişdirilmiş, məhkum X5 təqsirli bilindi Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və məhkum xxx daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkum X3 Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması xx xxxxxx 2021-ci il tarixə təxirə salınmaqla bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə sinin Cinayət kollegiyasına xx xxxxxx 2021-ci il tarixdə, yəni məhkəmə baxışınadək məhkumun ərizəsi daxil olmuşdur. Həmin ərizədə məhkum X8 göstərmişdir ki, o, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, məhkumun Müdafiəçi oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini r əhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkum X3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-144/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-144/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver