Məhkəmə qərarları › İş №1(102)-144/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-144/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-144/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 18 may 2021-ci il tarixli, 1(104)-225/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamışdır. 2. 13 avqust 2020-ci il tarixli ittiham aktına Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 avqust 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş itt iham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2020-ci ilin mart-aprel ayları ərzində ətrafındakı dostlarının onunla görüşmək təklifindən mütəmadi olaraq imtina etməsinin səbəblərini axtararkən dostlarının onunla görüşdən yayınmasının tanışı Əliyev Tural İntiqam oğlunun bir neçə il əvvəl onu və vəfat etmiş atası Nəsibov Şahmar Cəlal oğlunu guya nalayiq ifadələrlə təhqir etməsi və bu səbəbdən barəsində mənfi ictimai rəyin formalaşması ilə əlaqədar olduğu qənaətinə gələrək 01.05.2020-ci il tarixdə, saat 13 radələrində Tural Əliyevin yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, D. Qorqud küçəsi, 40 nömrəli binanın qarşısına gedib sakit tərzdə sonuncunun illər öncə onu və at asını təhqir edib-etmədiyini aydınlaşdırmaq əvəzinə, öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub özünün uydurma mülahizələrini cinayət törətmək üçün bəhanə edib heç bir əsaslı səbəb olmadan Tural Əliyevi qəsdən öldürmək məqsədi ilə sonuncunun yaşadığı binanın qarşısında təklikdə durmasını öz cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli şərait kimi qiymətləndirib, Tural Əliyevə arxadan yaxınlaşaraq adını səsləyib əynindəki şalvarın sağ yan cibində gəzdirdiyi, soyuq silah hesab edilməyən bıçağı çıxararaq həmin bıçaqla üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub Tural Əliyevə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən qarın nahiyəsinin ön səthində sağda yerləşən, nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan 1 ədəd da xilə keçən yara, hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində sağda 1 ədəd, qarın nahiyəsinin ön səthində solda 1 ədəd, sağ sağrı nahiyəsində 1 ədəd və sağ bud nahiyəsində 1 ədəd daxilə keçməyən yaralar, ümumilikdə 5 ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri yetirərək Tural Əliyevin müqavimət göstərməsi, ətrafda olan şəxslərin münaqişənin qarşısını almaq üçün onlara müdaxilə etməsi, habelə zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması ilə əlaqədar, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş ictimai təhlükəli əməllərini başa çatdıra bilməyərək Əliyev Tural İntiqam oğlunu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 1(100)220/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 03 may 2020-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum apelyasiya şikayəti verərək hökmlə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, zərərçə kmiş şəxs Tural Əliyev məhkəmə iclasında ondan heç bir şikayət və tələbinin olmamasını bildirməsinə baxmayaraq, məhkəmə ona ağır cəza təyin etmişdir. Bundan başqa məhkum olunması onun psixologiyasına mənfi təsir göstərib, stress və psixoloji gərginlik yaşayır. Törətdiyi əməldən olduqca peşmandır. Bu səbəbdən hökmü cəzaya aid hissədə qanunsuz hesab edir və hökmün cəzaya aid hissədə dəyişdirilməsini xahiş edir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci tarixli, 1(104)-225/2021 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində 01 oktyabr 2020-ci il tarixli 1(100)-220/2020 nömrəli hökmü isə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Gəncə Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli, 1(104)-225/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri

9. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən məhkum edilmiş şəxsin əməli düzgün tövsif edilməmişdir. Hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli idi. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, məhkum edilmiş şəxsə təyin edilən cəza ağır cəzadır. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli, 1(104)-225/2021 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiya m əhkəməsinə göndərilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhk əməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifini və ona təyin edilən cəzanın ağırlığını mübahisələndirmiş, müdafiəçi tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli, 1(104)-225/2021 nömrəli qərarının qanuniliyini və əsaslılı ğını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cina yət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

21. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, apellyasiya instansiya məh kəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlin i törətməkdə təqsirli bilinmişdir.

23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

24. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə ed ərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin bu hissədə qəbul etdiyi qərar da maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmişin ondan heç bir şikayət və ya tələbinin olmamasını, onunla barışmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasının ağırlaşdıran halın olmamasını, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi və məhkumum şəxsiyyətini səciyyələndirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

25. Məhkəmə kollegiyası eyni zamand a qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

27. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2021-ci il tarixli, 1(104)225/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhku m barəsində olan 18 may 2021-ci il tarixli, 1(104)-225/2021 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar