Məhkəmə qərarları › İş №1(102)-144/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-144/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-144/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkum – Məhkum, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Adəm Məhərrəm oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə (Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 12 avqust 1989-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, xxx qeydiyyatda olmaqla or ada yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Salyan rayon məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli qərarı ilə Məhkum təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 2 (iki) ay, 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu ü zrə qəti olaraq 11 (on bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 27 may 2020-ci ildən hesablanması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Həsənov Bəkir Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 16 sentyabr 2021ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, uzun müddət ərzində tanıdığı və intim münasibətdə olduğu X1 dəfələrlə müxtəlif adlarla ondan aldığı pul borcunu qaytarmaması ilə bağlı mütəmadi telefon danışıqlarında sonuncunun aldığı pulu qaytarmayacağını bildirərək onu təhqir etməklə tutduracağı ilə hədələdiyinə görə qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə Şəhla İbrahimova ilə telefonla danışdığı zaman ona pul vərəcəyini bildirib aldadaraq, həqiqətdə isə onu bəhanə ilə çöllük sahəyə aparıb niyyətini həyata keçirmək üçün 2020-ci ilin may ayının 24də saat 19 radələrində yaşadığı Salyan rayonunun Yenikənd kəndində yerləşən evindən özünə məxsus olmaqla əmək fəaliyyətində istifadə etdiyi iş aləti olan kərkini götürərək Kürsəngi-Yenikənd kəndarası avtomobil yolunun 4-cü kilometrliyindən ayrılmaqla əkin sahələrinə gedən yolun kənarında gizlətdikdən sonra Şəhla İbrahimovanın kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlib sonuncunu başqasından pul alacağı bəhanəsi ilə aldadaraq Bakı şəhəri, Lökbatan dairəsində əyləşdikləri, təsadüfən yoldan keçən, məlum olmayan avtomobillə həmin gün saat 23 radələrində Salyan rayonunun Yenikənd kəndinə gətirib kərkini gizlətdiyi yerdən götürərək Şəhla İbrahimova ilə birlikdə əkin sahələrinə doğru torpaq yolla piyada 800 metr getdikdən sonra əkin sahələrindən keçən «SK-15-4-2» kollektor sisteminin kənarında kərkinin küt hissəsi ilə qəflətən arxadan onun başına ardıcıl olaraq 6 dəfə zərbə endirib, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid, başın yumşaq toxumalarının iç səthinə, beynin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə qapağının, alın-təpə sümüyünün qəlpəli basılmış açıq sınığı, başın təpə, alın-gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi xəsarətlər yetirərək Şəhla İbrahimovanı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhk əmə qərarına əsasən, guya mütəmadi telefon danışıqlarında Ş.İbrahimovanın aldığı pulu qaytarmayacağını bildirərək Məhkum təhqir etməklə tutduracağı ilə hədələdiyinə görə sonuncu qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlmişdir. Hətta Məhkum ilkin ifadəsində guya Ş.İbrahgimovanın qızıl alqı-satqısı ilə məşğul olduğunu, ona 18.000 manat məbləğində pul verdiyini bildirmidir. Halbuki, cinayət işi materiallarından da göründüyü kimi Məhkum Şəhla İbrahimovaya borc kimi pul verdiyini, mərhumun qızıl alqı-satqısı ilə məşğul olduğu hər hansı bir mötəbər sübutla təsdiq olunmamışdır. Eyni zamanda, daha öncə özgənin əmlakını gizli taladığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş, fəhləlik fəaliyyəti ilə məşğul olan, maddi imkanı kifayət qədər aşağı olan bir şəxsin Ş.İbrahimovaya 18.000 mana t məbləğində pul verdiyi qənaətinə gəlmək ağlabatan deyildir. Həmçinin Məhkum Ş.İbrahimovadan pul tələb etdiyini təsdiq edən hər hansı mesaj, səs yazısı və şahid ifadəsi belə mövcud deyildir. Bundan başqa guya Məhkum mərhum Ş.İbrahimovam kərki aləti ilə başından altı dəfə zərbə endirərək öldürmüşdür. Halbuki, sözügedən alət ibtidai istintaq zamanı tapılmamış və maddi sübut kimi iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda işin hallarından da göründüyü kimi baş vermiş cinayət hadisəsinə heç bir şahid olmamışdır. Həmçinin, ibtidai istintaq dövründə Məhkum işgəncə və təzyiqə məruz qalmışdır və bunun nəticəsi olaraq etirafedici ifadə vermişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarını ləğv edərək Məhkum barəsində bəraət verilməsinə dair qərar qəbul e dilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında A.M.Məmmədov çıxış edərək, cinayət işinin materiallarında müdafiə etdiyi şəxsin təzyiq altında vermiş olduğu ifadədən başqa bir sübutun olmadığını, cinayətin motivi kimi verilmiş pulun geri tələb olunmasının qeyd olduğunu, lakin bunun əsassız olduğunu, şəxslər arasında gərginliyin olmasına dəlalət edən heç bir yazışmanın belə aşkar edilmədiyini bildirib kassasiya şikayətinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021ci il tarixli qərarının ləğv edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib kassasiya şikayətinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Re spublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uy ğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri b axımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəz ərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu m üəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatd an məhrum etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun ifadəsi, şahidlərin ifadələri, müvafiq ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi il ə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Belə ki, iş materiallarında görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən və apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayarkən, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni Məhkum ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, 26 may 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında”, xx.xx.2020-ci il tarixli «Meyitə baxış keçirilməsi haqqında», xx.xx.2020-ci il tarixli «Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında», Azərcell”, “Bakcell” və "xxxx" MMC mobil telefon operatorlarının elektron daşıyıcılardakı məlumatların təhlilinə dair protokollarla, məhkəmə-tibb ekspertizasının 26 may 2020-ci il tarixli 09 nömrəli, məhkəmə-tibbi bioloji ekspertizasının 22 iyun 2020-ci il tarixli 6/615 nömrəli, əlavə məhkəmə-tibbi ekspertizasının 12 avqust 2020-ci il tarixli T2032020 saylı, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 iyul 2020-ci il tarixli 1247 nömrəli rəyləri, işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Məhkum CM-nin 120.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam sübuta yetirilməsi barədə nəticəyə gəlmişdir. Eyni zamanda kassasiya şikayətinə ibtidai istintaq dö vründə məhkumun işgəncə və təzyiqə məruz qalması və bunun nəticəsi olaraq etirafedici ifadə verməsi iddia edilmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həy ata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyo xlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 avqust 2020-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon prokurorunun müavini, İ dərəcəli hüquqşünas X7 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Mə hkum 2020-ci ilin may ayının 26-da Salyan rayon polis şöbəsinin əməkdaşları Asəf, Qismət və Orxanın onu döyüb işgəncə verməsi, ünvanına nalayiq sözlər işlədib təhqir edərək Şəhla İbrahimovanın qəsdən öldürülməsi ilə bağlı cinayəti boynuna almasını tələb etmələri, ona görə də məcbur olub cinayəti törətməsi ilə bağlı ifadə verməsi barədə müraciəti üzrə araşdırma aparılmış, şikayətçinin göstərdiyi xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığından 22 avqust 2020-ci il tarixli qərarla rədd edilmiş və həmin qərardan da şikayət verilməmişdir. Bundan əlavə iş materialında olan Bakı İstintaq Təcridxanasının 16 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Məhkum 30 may 2020-ci ildə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimat a uyğun olaraq Təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, kitabçanın “həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar qrafasında” Məhkum zədə olmaması barədə qeydiyyat aparılmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum ifadələrini işgəncə, fiziki və ya psixi təzyiqlərə altında verməsi və məcbur edilərək imzalaması ilə bağlı məhkəmələr tam araşdırma aparmış və bu barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş qəsdən adam öldürmə ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu il ə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafəçisi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halları n mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndi rə bilməz. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində 2 azyaşlı uşaqlarının olmasını, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və valideynlərinin olmasını), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərba ycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkə mə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar