Məhkəmə qərarları › İş №1(102)-144/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-144/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-144/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli 1(1 07)-10/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(039)-2/2021 nömrəli hökmü ilə (sədrlik edən hakim: R.Əlizadə) xx.xx.1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, ünvan 1 ünvanında qeydiyyatda olan, x ya şayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə (ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihama görə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə) nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilmiş və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev və Elçin Hüseynov) 08 oktyabr 2021-ci il tarixli 1(107)-311/2021 nömrəli qərarı ilə Yevlax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edil məmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022ci il tarixli, 1(102)-681/2022 nömrəli qərarı ilə dövlət ittihamçısı Cabbarov Vidadi Əhməd oğlunun kassasiya protesti tam və Azərbaycan Respublikasının Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Cinayət-Prosessual Məcəllənin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla X5 barəsində olan Səki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər Ə.C.Seyidov və İ.Ə.Rəcəbovdan ibarət məhkəmə tərkibi). Səki Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yası 05 iyun 2023-cü il tarixli 1(107)10/2023 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər İ.H.Şükürov və X.H.Səmədovdan ibarət məhkəmə tərkibi ) dövlət ittihamçısı Cabbarov Vidadi Əhməd oğlu tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 1(039)-2/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli qərardan dövlət ittihamçısı kassasiya protesti və mülki iddiaçı kassasiya şikayəti vermişlər. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X9 ittiham edilir ona görə ki, o, 2017-ci il ərzində Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının alışını təşkil edərək, həmin məhsulları müxtəlif ölkələrə ixrac etməklə, vergi ödəyicisi olaraq maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82.1, 85.1, 95, 96, 97, 101.3, 130.1, 130.2, 149.2, 152.1, 218, 219 və 220-ci maddələrinin tələblərini pozaraq qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə t əhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə külli miqdar təşkil edən 134438,37 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X9 meyvə-tərəvəz məhsullarının Azərbaycan Respublikasında alışını təşkil edərək, həmin məhsulları müxtəlif ölkələrə ixrac olunması sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, 2017-ci il üzrə əldə etdiyi gəliri 4064701,68 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 3387251,41 manat, vergiyə cəlb edilməli gəliri 677450,27 manat, ödənilməli gəlir vergisi 135490,05 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına həmin il üzrə təqdim etdiyi bəyannaməyə təhrif olunmuş məlumatlar daxil edərək, əldə etdiyi gəliri 4064701,68 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 4056000,00 manat, vergiyə cəlb edilməli gəliri 87 01,68 manat, ödənilməli gəlir vergisini 1740,34 manat bəyan edib, 1084,46 manat ödəyərək, 134405,59 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, X2 fəaliyyətini həyata keçirərkən qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində 2018-ci ilin 1-ci rübü üzrə əldə etdiyi hasilatı 813,20 manat, həmin məbləğdən 2 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 16,26 manat bəyan edib ödəməyərək, həmin ilin 2-ci rübü üzrə əldə etdiyi hasilatı 826,20 manat, həmin məbləğdən 2 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 16,52 manat bəyan edib ödəməyərək, 16,52 manat, cəmi 32,78 manat məbləğində sadələşdirilmiş vergini, ümumilikdə 134438,37 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayın mışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək, təqsirləndirilən şəxs X2un əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsinin hökmünə əsasən X9 təqsirsiz hesab edilmiş və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirlili yi kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq etməmiş, faktiki halları ilə müqayisəli təhlil aparmadan, müstəsna olaraq X5 özünümüdafiə xarakterli ifadəsi və ziddiyyətli ekspertiza rəyləri və ekspert ifadələri əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı kassasiya protestində bildirir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət Prosessual Məcəllənin 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi ü zrə yanlış nəticəyə gəlmişdir. X5 vergi orqanına təqdim etdiyi “malların alış aktları” xərc sənədi kimi tanınmaq baxımından qanunvericilik normalarının tələblərinə cavab vermədiyi üçün haqlı olaraq vergi orqanı tərəfindən xərc sənədi kimi qəbul edilməmişdir. Yəni, təkcə bu fakt X9 tərəfindən xərclərin uçotunun aparılmadığını, yalnız sonradan xərclərinin əsassız olaraq süni şəkildə artırılmaq yolu ilə məsuliyyətdən yayınmaq məqsədilə tərtib edilərək saxtalaşdırılmış xərc sənədləri hazırlandığını sübut edir. X9 tərəfindən təqdim edilmiş alış aktlarının saxtalaşdırılmış xərc sənədləri olduğunu sübut edən digər sübutları da məhkəməyə təqdim etməsinə baxmayaraq istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi həmin sübutları qiymətləndirmədən iş üzrə birtərəfli m övqe sərgiləməklə yanlış nəticəyə gəlmişlər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr əsassız olaraq X7 bəraət vermişlər. Belə ki, cinayət işi üzrə məhkəmələr X9 tərəfindən təqdim edilmiş alış aktlarının xərclər ini təsdiq edən sənədlər kimi qəbul edilməsinin mümkünlüyünə qiymət verilməsindən yayınmışdır. X9 tərəfindən xərclərinin uçotunun aparılmaması, xərc sənədi kimi təqdim etdiyi alış aktlarının saxtalaşdırılmış xərc sənədi olmaqla qanunvericiliyin tələblərinə cavab verməməsi işin mübahisəsiz halıdır və apellyasiya məhkəməsi tərəfindən bu hala hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəmə qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməməsinin nəticəsi olaraq 07 aprel 2021-ci il tarixli 9/6072 nömrəli ekspert rəyində əslində əsassız olaraq ekspert komissiyasının qarşısında qoyulan sualları cavablandırmaqdan yayınmasını müəyyən edə bilməmişdir. Belə ki, 07 aprel 2021-ci il tarixli 9/6072 nömrəli ekspert rəyi üzrə ekspert komissiyasının qarşısında qoyulmuş birinci sual aşağıdakı kimi ol muşdir: İş üzrə xərc sənədi kimi təqdim edilmiş malların alış aktlarının saxta olub-olmaması və həmin sənədin sübut kimi nəzərə alınması və qiymətləndirilməsi məhkəmənin səlahiyyətlərinə aid olduğu üçün malların alış aktları nəzərə alınmadan X5 2017-ci ildə fəaliyyəti üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergi məbləği hansı məbləğ təşkıl edir. Göründüyü kimi, məhkəmə tərəfindən ekspert komissiyasına vergi ödəyicisinin xərclərinin müəyyən etməyin mümkün olmadığı hala uyğun gəlirləri əsasında vergilərin hesablanması tapşırılmışdır. Ekspert komissiyası isə həmin suala cavab verməkdən əsassız olaraq yayınmış, səlahiyyətinə aid olmadığı halda vergi qanunvericiliyinin ayrı-ayrı maddələrinə şərh verməklə kifayətlənmişdir. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələl əri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya müraciətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X5 Cin ayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmaması haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X də apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv edilməsi, mülki iddianın tam təmin edilməsi barədə kassasiya tələbini analoji dəlillərlə əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və mülki iddiaçının kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilm əsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.2-cü maddəsində şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Dövlət ittihamçısı kassasiya protestində və mülki iddiaçı kassasiya şikayətində X2un 134405,59 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasının kifayət qədər sübut olunduğu halda apellyasiya instansiyası məhkəməsinin sübutları düzgün tədqiq edib qiymətləndirmədiyini iddia e dərək, birinci instansiya məhkəməsi tərəfindən və onunla razılaşan apelyasiya məhkəməsinin X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə verilmiş bəraətin əsaslarını mübahisələndirmişlər. Dövlət ittihamçısının və mülki iddiaçının kassasiya müraciətlərinə münasibət bildirərkən, məhkəmə kollegiyası hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 1(102)681/2022 nömrəli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 06 sentyabr 2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 1(107)-311/2021 nömrəli qərarını dövlət ittihamçısının və mülki id diaçının kassasiya müraciətlərinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, məhkəmələr tərəfindən X5 əməllərinə (CM–nin 213.1-ci maddəsi ilə bəraətin verilməsi barədə nəticə) obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı hərtərəfli və obyektiv araşdırılma aparılmamış, o cümlədən məhkəmələr X2a qarşı irəli sürülmüş ittiham üzrə verilmiş bəraətin əsasını ("alış aktlarını” nəzərə alaraq gəlir vergisinin tam ödənilməsi yoxsa kameral vergi yoxlaması zamanı X5 2017-ci il üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablanması) dəqiq göstərməmişlər, mülki iddiaçının alış aktları ilə əlaqədar gətirdiyi dəlilləri yoxlamamışlar, alış aktlarının mötəbər sübut kimi qəbul edilib- edilməməsi məsələsini müzakirə etməmişlər, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmişlər, bununla da adı çəkilən şəxsin barəsində müvafiq nəticəyə gələrkən CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi yeni məhkəmə baxışında Ali Məhkəmənin müvafiq qərarında əks olunmuş mövqeyini nəzərə almaqla, iş üzrə obyektiv, ətraflı və keyfiyyətli araşdırma həyata keçirərək X5 2017-ci il üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablanması, belə olduğu halda "alış aktlarını” nəzərə alaraq sonuncu tərəfindən gəlir vergisin in tam ödənilibödənilməməsinin araşdırılmasına lüzum olmaması barədə qənaətə gəlmiş və göstərilən hallardan çıxış etməklə birinci instansiya məhkəməsinin X2a qarşı CM-nin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraətin verilməsini qanuni və əsaslı hesab etmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan qənaəti dövlət ittihamçısının və mülki iddiaçının kassasiya müraciətlərində iddia etdiklərinin əksinə olaraq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə s əyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisini n xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəl li olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinin 2-ci bəndinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eynicinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eynicinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin gös tərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin maddənin 3-cü bəndinə əsasən isə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.14-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı 01 mart 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir; 6-cı bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti renta bellik norması əsasında onun mənfəətini vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında və ya vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında müəyyən edir; 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Vergi orqanı tərəfindən fiziki şəxs X2un vergi borclarının ödənilməməsinin araşdırılması nəticəsinə dair dövlət vergi müfəttişi Şahid2 tərəfindən 17 avqust 2018-ci il tarixdə akt tərtib olunmuş və həmin akta əsasən fiziki şəxsin sahibkarlıq fəaliyyəti üzrə 134438,37 manat məbləğində əsas vergi borcu olduğu müəyyən edilmişdir. Həmin məbləğ cari bəyannamə ilə hesablanmış, 2017-ci il üzrə 655,88 manat gəlir vergisi və 2018-ci ilin 1ci 2-ci rübləri üzrə 32,78 manat sadələşdirilmiş vergi, habelə kameral vergi yoxlaması ilə hesablanmış 2017-ci il üzrə 133749,71 manat gəlir vergisi olmaqla, ümumilikdə 134438,37 manat məbləğində borcu olmuşdur. İbtidai araşdırma dövründə müstəntiqin qərarı əsasında keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 15 iyul 2019-cu il tarixli 8253 nömrəli rəyinə əsasən fiziki şəxs X1 fəaliyyəti üzrə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcu 134.438,37 manat məbləğində müəyyən edilir, o cümlədən: cari bəyannamə üzrə SV 2018 2-ci rüb-16,52 manat, SV 2018 1-ci rüb16,26 manat FŞGV 2017-ci il-655,88 manat, kameral yoxlama ilə FŞGV 2017-ci il 133749,71 manat. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin həmçinin ittiham tərəfinin vəsatətləri əsasında təkrar və komisyon məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının 19 oktyabr 2020-ci il tarixli 9/3451 saylı rəyindən görünür ki, fiziki şəxs X9 tərəfindən dövlət büdcəsinə ödənilməli olan gəlir vergisi aşağıdakı kimi hesablanır: ümumi gəlir- 4064701,68 manat; gəlirin əldə olunması ilə çəkilən xərclər (o cümlədən: malın dəyəri 3.968.210,90 manat, e-qaimə 3645,70 manat, gömrük rüsumu 61470,0 manat)- 4033326,60 manat, vergiyə cəlb olunan-31375,08 manat, gəlir vergisi 20% dərəcə ilə - 6275,02 manat. Rəydə qeyd edilir ki, X15 üzrə "0” dərəcəsi ilə ixrac zamanı depozit hesabı vasitəsi ilə ödənilmiş 9396 manat ƏDV məbləği qanunvericiliyin tələ blərinə uyğun olaraq vergi orqanı tərəfindən vergi borcu ilə əvəzləşdirilməli olduğu halda qeyd olunan ƏDV məbləği əvəzləşdirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 175.7 maddəsinə əsasən sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV-yə cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən adsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir. YGB üzrə ödənilmiş 9396,0 manat əvəzləşdirilməyən ƏDV məbləğini nəzərə aldıqda 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi üzrə yaranmış gəlir vergisi borcu ilə müqayisədə vergi ödəyicisinin dövlət büdcəsin ə ödənilməli olan vergi məbləği müəyyən edilmir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, X9 tərəfindən aparılmış əməliyyatlara görə 2017-ci il üzrə fiziki şəxsin gəlir vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunmamışdır. Məhkəmə iclasında tədqiq edilən komisyon məhkəmə mühasibatlıq ekspertizasının 07 aprel 2021-ci il tarixli 9/6072 saylı rəyindən görünür ki, fiziki şəxs X9 tərəfindən dövlət büdcəsinə ödənilməli olan gəlir vergisi aşağıdakı kimi hesablanır: ümumi gəlir- 4064701,68 manat; gəlirin əldə olunması ilə çəkilən xərclər (o cümlədən: malın dəyəri 3.968.210,90 manat, e-qaimə 3645,70 manat, gömrük rüsumu 61470,0 manat)- 4033326,60manat, vergiyə cəlb olunan31375,08 manat, gəlir vergisi 20% dərəcə ilə - 6275,02 manat. Rəydə qeyd edilir ki, X15 üzrə "0” dərəcəsi ilə ix rac zamanı depozit hesabı vasitəsi ilə ödənilmiş 9396 manat ƏDV məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq vergi orqanı tərəfindən vergi borcu ilə əvəzləşdirilməli olduğu halda qeyd olunan ƏDV məbləği əvəzləşdirilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 175.7 maddəsinə əsasən sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV-yə cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən adsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir. YGB üzrə ödənilmiş 9396,0 manat əvəzləşdirilməyən ƏDV məbləğini nəzərə aldıqda 2017-ci il üzrə təqdim edilmiş mənfəə t vergisi üzrə yaranmış gəlir vergisi borcu ilə müqayisədə vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləği müəyyən edilmir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, X9 tərəfindən aparılmış əməliyyatlara görə 2017-ci il üzrə fiziki şəxsin gəlir vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunmur. Bundan başqa məhkəmə iclasında dindirilmiş ekspert X16 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cü il tarixli rəyi, cinayət işinin materiallarında təkcə satışa dair sənədlər mövcud olmasını nəzərə alıb tərtib etmişdir. Qərarında göstərilən suallar nəzərə alınaraq müvafiq rəy verilmiş, xərc sənədləri təqdim edilməmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, ciddi uçot blankının tarixi ilə həmin ciddi uçot blankında əməliyyatın aparıldığı tarixlərin fə rqliliyi onun ixtisasına aid olmadığı üçün qeyd edilən suala cavab verə bilmir belə ki, onun ixtisası xaricindədir. Qeyd edilən iş üzrə qərarda 55-ci maddənin tətbiq edilməsi göstərilmiş, o, da müvafiq olaraq həmin maddəni tətbiq etmişdir. Onda iş üçün analoji vergi ödəyicisinin gəlirinin statistikası barədə məlumatı yoxdur, bu iş üçün analoji vergi ödəyicisini onlar müəyyən edə bilməmişlər. Çünki ciddi uçot blanklarında əməliyyatlar düzgün aparılmır. Rentabelliyi 40-60 faiz olan mallar var. Sadəcə olaraq qeyd edilən işlə bağlı malların tərkibi eyni deyildir. Araşdırma aparılan işlə bağlı analoji işlərin olması barədə məlumat vergi orqanının baza məlumatlarında ola bilərdi. Xərc sənədlərinin təqdim edilməsi barədə vəsatət vermişlər. Həmin vəsatət xərc sənədi olmadığı üçün təmin edilməmişdi r. Əvvəlki prosedurlar olmamış rentabelliyi əldə etmək mümkün deyildir. Onlar xərc sənədlərini təqdim edə bilməməkləri əsas problem deyil. Malın alınıb təhvil verilməsi şərtləri vardır. Alıcı ilə satıcının üzərinə düşən vəzifələr orada göstərilir. Bu işdə isə müqavilələrdə rəsmiləşdirilən mallar satış kimi göstərilir. O məbləğlər də onlarda mövcuddur. Həmin məbləğlər gömrük məlumatları ilə müəyyən edilir. Həmin məbləğlər əsasında da gəlir müəyyən edilir. Dindirilmiş digər ekspert X13 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2020-ci il tarixli rəy onun tərəfindən verilmiş, onun qarşısında sahibkar və 11 saylı Ərazi Vergi Baş idarəsi tərəfindən sual qoyulmuşdur ki, 2017-ci il tarixdə aparılmış kameral vergi yoxlamasının düzgün hesablanıb-hesablanmaması müəyyənləşdirilsin və əgər düzgün hesab lama aparılmamışdırsa qeyd edilən iş üzrə nə qədər vergi hesablanmalı idi. Onlara təqdim edilmiş sənədlər əsasında tədqiqat aparılmışdır. Vergi orqanına ekspert tərəfindən vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən vergi ödəyicisinin xərc sənədləri təqdim edilmişdir. Həmin xərc sənədləri əsasında tədqiqat aparılıb. Həmin sənədlər əsasında vergi ödəyicisinin gəlirləri və gəlirdən çıxan xərcləri müəyyən edilir və onun əsasında gəlir vergisi hesablanıb təqdim edilmişdir. Ekspert qarşısında AR Vergi Məcəlləsinin 67.1-ci maddəsi ilə bağlı sual qoyulmamışdır. Bununla bağlı qeyd ona görə verilmişdir ki, Vergi orqanı vergi ödəyicisinin birbaşa olaraq AR Nazirlər Kabinetinin 55-ci maddəsinə istinad etməklə rentabellik əsasında mənfəət vergisi barədə hesablama aparmışdır. Onlar da ona görə AR Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinin gözlənilmədiyini qeyd etmişlər. Analoji vergi ödəyicisinin olub-olmaması barədə məlumat verilməli idi. Ancaq bu iş üzrə analoji vergi ödəyicisinin olmaması barədə məlumat təqdim edilməmişdir. Belə bir məlumat olmamışdır. Onlar AR Vergi Məcəlləsinin 67.2-ci maddəsinə istinad etmişlər. Onların qarşısında başqa sual qoyulmamışdır. Ardıcıllıq müəyyən edilməmiş, onlarda analoji vergi ödəyicisi ilə bağlı işlər gələndə vergi orqanı bu barədə məlumat göndərir. Bu işdə vergi orqanı məlumatı təqdim etməmişdir. Faktiki olaraq onlara alış aktları təqdim edilib. Biz onlar orqanı deyillər ki, həmin sənədin saxta olub-olmamasını araşdırsınlar. Onların alış aktında və satışda olan fərqinin səbəbini araşdırmaq onlarında səlahiyyətlərində deyil. Ola bilsin ki, hə min məhsulun bir hissəsi xarab olmuşdur. Məhkəmə iclasında dindirilmiş ekspert X14 ifadəsində göstərmişdir ki, sonuncu yəni xx.xx.2021-ci il tarixli rəy onlara məxsusdur. 1-ci və 2-ci sual üzrə müəyyən etmişdir ki, yoxlanış aparılarkən vergi idarəsi tərəfindən verginin 134438 manat hesablandığı müəyyən edilmişdir. Onunla bağlı xərc sənədlər, alış aktları olmuşdur. Onlar nəzərə alınmışdır. Ümumi gəlirdən xərc sənədlərini çıxaraq ona uyğun verginin miqdarını hesablamışlar. Ancaq vergi orqanı Nazirlər Kabinetinin 55-ci maddəsinə əsasən xərc sənədləri olmadığı üçün rentabelliklə hesablamışdır. onların qarşılarına sual qoyulmuşdur ki, sənədlər olmadıqda vergi necə hesablanmalı və vergi nə qədər ola bilərdi. Bu suala cavab olaraq rəydə qeyd etmişlər ki, belə olan halda analoji vegi ödəyicisi olm alı idi. Analoji vergi ödəyicisi barədə də vergi qanunvericiliyində olan maddələrlə ətraflı ardıcıllıqla bağlı izah vermişlər. Bu ardıcıllıq pozulmaqla bir başa analoji vergi ödəyicisinin gəlirləri hesablanmadan Nazirlər Kabinetinin 55-ci maddəsinə əsasən vergi hesablanmışdır. Bununla da AR Vegi Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri pozulmuşdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, iş materiallarında analoji vergi ödəyicisinin müəyyən edilməməsi barədə heç bir səbəb göstərilməmişdir. Cinayət işi onlara təqdim edilmişdir. Ciddi uçot blankının tarixi ilə həmin ciddi uçot blankında əməliyyatın aparıldığı tarixlərin fərqliliyi onun ixtisasına aid olmadığı üçün qeyd edilən suala cavab verə bilmərəm. Ancaq biz ona qiymət verə bilirik. Həmin uçot blankının saxta olub-olmamasına yəqin k i, qiymət verilməlidir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun vergi hesablanmadığı təqdirdə analoji vergi ödəyicisi olduğu təqdirdə verginin hesablanmasına lüzum yox idi. Bu işdə analoji vergi ödəyicisi olmadan bir başa rentabellik hesablanmışdır. Malların alınması ilə satılan mallar hesablananda malın alınması ilə hesablanmalı idi. Mal qalığı olmaması araşdırılmalı idi. Malların alınması və satışı barədə olan sənədlərə biz rəy vermirik. Belə ki, biz alış aktını hesablayanda, elektron qaimə və gömrük xərci ilə birlikdə ******* məbləğ təşkil etmişdir. Qiymətlərdə uyğunsuzluq olmamışdır. Bəlkə həmin alış aktları sonradan təqdim edilib. onlarda olan alış aktları ilə sənədlər uyğunluq təşkil edir. Onlar kq-la hesablamırlar. Qeyd edilən analoji işlərlə məşğul olanlar olub. H ətta bir müddət bu işlərlə bağlı araşdırmalar çoxalmışdır. Məhkəmə iclasında dindirilmiş ekspert X17 ifadəsində göstərmişdir ki, X5 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı bir neçə dəfə rəy verilmşdir. Sonuncu rəy onun tərəfindən verilməklə X2 tərəfindən təqdim olunmuş sənədlər əsasında hesablanma aparılmış və onun vergi borcu olmadığı müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə rəyin verilməsi üçün X2un gəlirləri və xərcləri ilə bağlı sənədləri, kassa mədaxil-məxaric orderlərini, ödəniş tapşırıqlarını və s. vergi orqanından tələb edilmişdir. Lakin vergi orqanı həmin sənədləri təqdim etməmişdir. Belə olduğu halda vergilər Azər baycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəlirin) birbaşa müəyyən etmək mümkün olmadığı halllarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına əsasən hesablanmışdır. Lakin müstəntiqin ekspert qarşısında qoyduğu suala cavab verməyə borclu olduğu üçün cinayət işi üzrə məhkəməyədək icraat zamanı verdiyi rəyində o, hesablanmış vergi borcunun rəydə sadalanmış qeyd şərtlərlə düzgün ola biləcəyini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizaları zamanı sahibkar tərəfindən xərc sənədləri təqdim olunduğundan yenidən hesablamalar aparılmaqla müvafiq rəylər verilmişdir. Həmin rəyi vermək üçün daha ətraflı tədqiqat aparmış və X2un 2017-ci il üzrə hər hansı ver gi borcunun olmadığı barədə rəy verilmişdir. Belə ki, X2a vergi orqanı tərəfindən vergi borcu hesablanarkən Vergi Məcəlləsinin tələbləri və təqsirləndirilən şəxsin çəkdiyi bütün xərclər, nəzərə alınmamış, müstəntiq və vergi orqanı X2un vergi borcunun hesablanması üçün tələb olunan sənədləri ekspertə təqdim etməmişlər. Göründüyü kimi ibtidai araşdırma orqanı tərəfindən X2a münasibətdə 2017-ci ilə aid olan sahibkarlıq fəaliyyəti üzrə kameral vergi yoxlamasının həyata keçirilməsinin, habelə cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən aparılmasının əsasını məhz X2un yoxlamaya xərc sənədlərinin (alış aktları) təqdim etməməsi olmuşdur. Belə olan halda ibti dai araşdırma orqanı dövlət vergi müfəttişi Şahid2 tərəfindən tərtib olunmuş “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair” 17 avqust 2018-ci il tarixli aktdan və məhkəmə-mühasibatlıq ekspertizasının 15 iyul 2019-cu il tarixli 8253 nömrəli rəyindən çıxış edərək X2a qarşı Cinayət Məcəlləsinin 213.1-ci (daha əvvəl 213.2-ci maddəsi ilə) maddəsi ilə ittiham irəli sürmüşdür. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxs X2un gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”-na müvafiq olaraq şərti rentabellik norması tətbiq edilməklə hesablanmışdır. Aşağı instansiya məhkəmələri ibtidai araşdırma orqanından fərqli olaraq belə qənaətə gəlmişlər ki, vergi ödəyicisi olan X5 gəlirlərini müəyyən etmək mümkün olmadıqda vergi orqanı tərəfindən ilk növbədə Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tələb edilən şərtlərə uyğun hesablamalar aparılmalı, yalnız bu hərəkətlər həyata keçirildikdən sonra vergi ödəyicisinin gəlirlərini və ya xərclərini yenə də müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanmalı idi. Lakin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət edilməmiş, vergi ödəyicisi olan X2un tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumat larından istifadə edilməmiş, birbaşa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na uyğun) şərti 20 faiz dərəcə ilə rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Göstərilən hallardan, həmçinin cinayət işi üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının 19 oktyabr 2020-ci il tarixli 9/3451 saylı və 07 aprel 2021-ci il tarixli 9/6072 saylı rəylərindən və onları vermiş ekspert ifadələrindən çıxış edərək məhkəmələr haqlı olaraq vergi orqanı tərəfindən X5 gəlirinin analoji fəaliyyət növü ilə məşğu l olan vergi ödəyicisini müəyyən etmədən şərti rentabellik əsasında hesablanmasını vergi qanunvericiliyin pozulmasına dəlalət edən hal kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası məhkəmələr gəlmiş olduğu qənaətlə razılaşmaqla yanaşı qeyd edir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq hüququ, onun həmin üsula münasibətdə seçim hüququnu deyil, həmin üsuldan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin üsuldan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada is tifadə etdiyini açıqlamağa borcludur. Qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Təsvir edilən halların, cinayət təqibi orqanının təqdim etdiyi sübutlar bazasına və ittihama yaranan ciddi şübhələrin fonunda birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə X5 əməlində cinayət tərkibinin olması barədə mötəbər və yekun nəticəyə gəlmək üçün sübutların kifayət etmədiyini hesab etmiş, ittiham tərəfi mövcud şübhələri aradan qaldıra biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutlar ın X5 ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azə rbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və X10 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məh z ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına i cazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılmış sübutların mötəbərliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin X2a Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə b əraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş po zuntulara yol vermədiyini qeyd edərək X7 əməlində cinayət tərkibinin olmamasına görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı kassasiya protestinin və mülki iddiaçının şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin və şikayətin təmin edilməsi üçün əsaslar görmür. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi haqqında dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli və X5 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli 1(1 07)-10/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X5 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli 1(107)-10/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar