Məhkəmə qərarları › İş №1(102)-144/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-144/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-144/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Pərviz Müseyib oğlu Hüseynovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Sumqayıt Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elçin Məmmədov (sədrlik edən və məruzəçi), Nurəddin Hüseynli və Nahid Mirzəyev) 1(124)-335/2024 nömrəli, 03 may 2024cü il tarixli hökmü ilə xx xxx 1979-cu ilə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Xudat Ailə Sağlamlıq Mərkəzində mühafizəçi işləmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 144.3 və 149.3.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 144.3-cü maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 149.3.3-cü maddəsi ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CMin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 may 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum yetkinlik yaşına çatmayan şəxsi oğurlamış, habelə təkrar, on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmuşdur. Belə ki, o, sosial şəbəkə hesab olunan “Snapchat" mobil tətbiqi vasitəsilə tanış olduğu xx xxxxx 2010-cu ildə anadan olmuş, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs edilən hərəkətləri tam həcmdə qavramaq və anlamaq, həmin hərəkətlərin sosial mahiyyətini dərk etmək, emosional halına görə edilən hərəkətlərə qarşı müqavimət göstərmək və öz hərəkətlərini tam idarə etmək qabiliyyətinə malik olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək ailə quracağına dair Zərərçəkmiş şəxs yalan vədlər verib aldadaraq 18 may 2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığından oğurlayıb özünə məxsus ünvan 1 ünvanına gətirərək 22 may 2023-cü il saat 17 radələrinədək orada saxlamış və qeyd olunan müddət ərzində öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə 19 may 2023-cü il tarixdə saat 02:30 radələrində və 21 may 2023-cü il tarixdə saat 23 radələrində həmin evdə əlləri ilə Zərərçəkmiş şəxs tutub özünə sıxaraq hərəkətini məhdudlaşdırıb bədəninin müxtəlif nahiyələrini öpərək boyun nahiyəsinin sağ və sol tərəflərinin qançırları kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirib sonuncu ilə təkrar, təbii yolla cinsi əlaqədə olmuş, bununla da, o, yetkinlik yaşına çatmayan şəxsi oğurlamış, habelə təkrar, on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə sonuncu ilə cinsi əlaqədə olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İs mayılov) 1(105)432/2024 nömrəli 27 iyun 2024-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 03 may 2024-cü il tarixli, 1(124)-335/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və törətdiyi əməlin CM-in 152.2-ci maddəsinə tövsif edilməsi üçün işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsi Tovuz rayonunun Aşağı Quşçu kəndindən özünün razılığı olmadan Xudat şəhərinə gətirməsi heç bir istintaq sənədi ilə sübuta yetirilməmişdi r. O qeyd etmişdir ki, azyaşlı ilə “Snapchat” proqramı vasitəsilə tanış olarkən zərərçəkmiş şəxs 17 yaşı olduğunu bildirmiş, məhkumun sonuncuya etdiyi evlilik təklifini qəbul etmiş, öz hərəkətlərini tam idarə etmək qabiliyyətinə malik olmuş və hətta məhkumu Tovuz rayonuna dəvət etmişdir. Məhkum Tovuzdan Xudata qədər yolu zərərçəkmiş şəxslə birlikdə ictimai nəqliyyat vasitəsilə gəldiklərini, razılığı olmadan gəldiyi halda yolda kimdənsə kömək istəmək imkanına malik olduğunu bildirmişdir. Beləliklə, zərərçəkmiş şəxsin hərəkət azadlığı heç bir halda məhdudlaşdırılmamış, birlikdə qaldıqları evin qapısı beş gün ərzində daim açıq olmuş, sonuncunun evdən qaçmağa və ya kimisə köməyə çağırmağa tam imkanı olmuşdur. Məhkum törətdiyi əməlin cinayət olduğunu dərk etmiş, lakin cinayət təqibi orqanı işə qərəzli şəkildə yanaşaraq onun əməlini CM-in 152.2-ci maddəsinə tövsif etməmiş, məhkəmələr isə qərəzli ittihamın üzünü köçürməklə əsassız hökm çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təş kil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə sübutları düzgün qiymətləndirməmiş, bunun nəticəsində məhkumun əməlini CM-in 144.3 və 149.3.3-cü maddələri ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Kassatorun fikrində onun əməli Azərbaycan Respublikası CMin 152.2-ci ma ddəsi ilə tövsif edilməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə top lanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töv sif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirlə ndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Zorlamaya, yəni digər şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya görə cinayət məsuliyyəti CM-in 149.1-ci maddəsi ilə müəyyən olunur. Adam oğurluğu cinayətinə görə cinayət məsuliyyəti CM-in 144.1-ci maddəsi ilə müəyyən olunur. Həmin cinayət əməllərinin on dörd yaşına çatmamış şəxsə qarşı törədilməsi məsuliyyəti ağırlaşdırıcı tövsifedici hal kimi nəzərdə tutulur və əməlin müvafiq olaraq CM-in 149.3.3 və 144.3-cü maddələri ilə tövsif edilməsinə səbəb olur. Yuxarıda qeyd edilən qanun normalarına əsasən Məhkum zərərçəkmiş şəxsi oğurlayaraq onunla zor tətbiq etməklə təkrar cinsi əlaqədə olması ilə əlaqədar əməlinin Azərbaycan Respublikası CM-in 144.3 və 149.3.3-cü maddələri ilə tövsif etmək üçün onun həmin əməlləri yetkinlik yaşına çatmayan şəxsi oğurlamaqla, habelə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olması mötəbər və mümkün sübutlar əsasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara – zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eksp ertiza rəylərinə, istintaq hərəkətlərinin protokollarına və işin digər materiallarına əsasən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum yetkinlik yaşına çatmayan şəxsi oğurlamış, habelə təkrar, on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-in 144.3 və 149.3.3-cü maddələri ilə təqsirli bilinməsinə dair mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs 13 yaşı olmuş, yaş həddi ilə əlaqədar onunla edilən hərəkətləri tam h əcmdə qavramaq və anlamaq, həmin hərəkətlərin sosial mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamış, cinsi əlaqədə olmamışdan əvvəl zərərçəkmiş şəxsin azyaşlı olması barədə Məhkum məlumatı olmuşdur. İşin bu halları zərərçəkmiş şəxsin ifadəsi ilə, onun şəxsiyyətini təsdiq edən sənədlə və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə müəyyən olunmuşdur. Həmin sübutlar hər hansı bir şübhə doğurmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı gənaətə gəlmişdir ki, Məhkum azyaşlı Zərərçəkmiş şəxs onun hərəkətlərinin xarakterini və mahiyyətini tam dərk etmək, həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək Zərərçəkmiş şəxs oğurlayıb yaşadığı evə gətirmiş və həmin evdə zor tətbiq etməklə Zərərçək miş şəxs ilə sonuncunun iradəsinə zidd olaraq təkrar cinsi əlaqədə olmuşdur. Birinci instansiya məhkəməsi qeyd edilənlərlə bağlı Məhkum məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab etmiş və özünü müdafiə xarakteri daşıdığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş əməlləri törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu - zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkum əməlləri Azərbaycan Resp ublikası CM-in 144.3 və 149.3.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Birinci və apellyasiya instansiya məhkəmələrin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.3-cü maddəsinin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı mad dələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etmək istəyir ki, kassasiya şikayətinin əsasını təşkil edən dəlillər müdafiə tərəfinin apellyasiya şikayətinə baxışının predmeti olmuşdur. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə qiymət verilmiş, məhkumun elan edilmiş ittiham üzrə təqsirinin müəyyən edilməsi və onun əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilməsi barədə nəticəyə gəlmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə işə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya inst ansiyası məhkəməsi işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkumun elan edilmiş ittiham üzrə təqsirinin müəyyən ed ilməsi və onun əməllərinin hüquqi tövsifi barədə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 144.3 və 149.3.3-cü maddələri ilə təqsirli bilinməsi əsaslı və cinayət qanununun normalarına tam uyğun olmuş, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsi və ya əməlinin daha yüngül cinayət məsuliyyəti nəzərdə tutulmuş əməl kimi tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Məhkum himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirə n hallar kimi nəzərə almış, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini sair alçaq niyyətlərlə törətməsi cəzanı ağırlaşdıran hal olaraq müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikas ı CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayət təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli Məhkum ba

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar