Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1440/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 31 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1985-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31 mart 2003-cü il tarixli hökmü ilə CM-nin 153-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, FizuliQubadlı Hərbi Məhkəməsinin 10 iyun 2004-cü il tarixli hökmü ilə CM-nin 333-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2008-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Məhkum olunmuş şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2010-cu il tarixli Sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına soununcu məhkumluq üzrə təyin edilmiş cəzanın çəkilməmiş 01 (bir) il 02 (iki) ay 09 (doqquz) gün müddətində hissəsi 06 (altı) ay azaldımış, həmin məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 07 (yeddi) il müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə həmin cəza Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş, sonradan isə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən 06 (altı) ay azadılmış və çəkilməmiş 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla qəti olaraq 07 (yeddi) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum 13 fevral 2020-ci il tarixdən 13 iyul 2020-ci il tarixədək hazırki iş üzrə həbsdə saxlanıldığı 05 (beş) ay müddət CM-nin 69.3-cü maddəsi nə əsasən qəti cəzadan çıxılmaqla üzərində son olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 26 yanvar 2020-ci il tarixdə, saat 10 radələrindən saat 11 radələrinədək olan müddət ərzində Göygöl rayonu, Yeni Qızılca kəndində ev heyvanlarının satışının həyata keçirildiyi “Mal bazarı” adlanan bazarın yaxınlığında yerləşən “Çənlibel” kafesinin qarşısında dayanıqlı vəziyyətdə olan və Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2107” markalı, **-RN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ ön şüşəsini sındırmaqla qapısını açaraq avtomobilin salonuna daxil olub oradan 60 manat nağd pulu, Tailand Respublikası istehsalı olan “Pioneer” markalı, “DEHX1950UB” modelli 150 manat dəyərində 1 ədəd audiomaqnitafonu və Çin Respublikası istehsalı olan 4 giqabayt yaddaşa malik 15 manat dəyərində 1 ədəd mikro kartı, ümumilikdə isə zərərçəkmiş şəxsin vahid niyyətlə 225 manat dəyərində əmlakını tamah məqsədilə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar 09 fevral 2020-ci il tarixdə, saat 09 radələrindən saat 11 radələrinədək olan müddət ərzində Göygöl rayonu, Yeni Qızılca kəndində ev heyvanlarının satışının həyata keçirildiyi “Mal bazarı” adlanan bazarın yaxınlığında dayanıqlı vəziyyətdə olan və Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı, **-DF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kilidlənməmiş qapısını açmaqla salonuna daxil olub oradan Thailand Respublikası istehsalı olan “Pioneer” markalı, “DEH9350SD” modelli 320 manat dəyərində 1 ədəd audiomaqnitafonu və Çin Respublikası istehsalı olan “Samsu ng” markalı, “GTC3322” modelli 15 manat dəyərində 1 ədəd mobil telefonu, ümumilikdə isə zərərçəkmiş şəxsin vahid niyyətlə 335 manat dəyərində əmlakını tamah məqsədilə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 519.82 qram külli miqdarda narkotik vasitə olan tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib 11.659 qram çəkidə olan hissəsini bir ədəd siqaret qutusunun içərisində ağ rəngli sellofana büküb gizlətməklə eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, 508.161 qram olan hissəsini isə bir ədəd qara rəngli sellofan torbanın içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 272.465 qram, 132.361 qram və 103.335 qram olmaqla üç ədəd qara rəngli sel lofan torbalarda bükümlərə ayıraraq yaşadığı Gəncə şəhəri, 77 saylı Texniki Peşə məktəbinin yataqxanasındakı 1 otaqlı mənzilində olan çarpayının üzərindəki döşəyin altında eyni məqsəd ilə gizlətməklə saxlamış, Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2020-ci il tarixdə, saat 14:10 dəqiqədə Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində, yolun kənarında saxlanılıb Kəpəz rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə baxış keçirildikdə əynindəki göy rəngli gödəkçənin sağ yan cibində olan bir ədəd siqaret qutusunun içərisindən ağ rəngli sellofana bükülü vəziyyətdə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 11.659 qram narkotik vasitə olan tiryək, bundan sonra isə yaşadığı Gəncə şəhəri, 77 sayl ı Texniki Peşə məktəbinin yataqxanasındakı 1 otaqlı mənzilinə baxış keçirildikdə həmin mənzildə olan çarpayının üzərindəki döşəyin altından bir ədəd qara rəngli sellofan torbanın içərisində olmaqla hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 272.465 qram, 132.361 qram və 103.335 qram, ümumi təmiz çəkisi isə külli miqdarda olan 508.161 qram olan üç ədəd ayrı-ayrı qara rəngli sellofan torbalara bükülü vəziyyətdə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü 24 fevral 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməs i üçün qanunvericilikdən nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 31 avqust 2022-ci il tarixdə Məhkum həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Gəncə Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Mahmudov Faiq Nüsrət oğlu) Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdull ayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun apellyasiya şikayətini qanunla müəyyən edilmiş vaxtda verə bilməməsinə səbəb onun xəstə olması və buna görə də Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicədə olması olmuşdur. Bundan əlavə, o, cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsindən dəfələrlə müddətin bərpası üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət etsə də həmin müraciətlər məhkəmə tərəfindən itirilmiş, lakin bu halı təsdiq edən sənədlər onun şəxsi işinə əlavə olunmuşdur. Qeyd olunanlara əsaslanaraq Məhkum onun sağlamlıq və ailə vəziyyətlərini, habelə ərizələrinin itirilməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansi yası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkə məsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə b ildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiy a məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından apellyasiya şikayətlərinin və ya apellyasiya protestlərinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər q ərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələbləri ndən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apel lyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin m ateriallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünün surəti 31 yanvar 2022-ci il tarixli 1(100)-10/2022 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına göndərilmiş və 03 fevral 2022-ci il tarixdə qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 24 fevral 2022-ci il tarixdə qüvvəyə minmiş və eyni tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız 31 avqust 2022-ci il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 06 (altı) ay 28 (iyirmi səkkiz) gündən sonra Məhkum barəsindəki 28 yanvar 2022-ci il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Gəncə Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra hər hansı ağır xəstəliyə tutularaq Müalicə Müəssisəsində müalicədə olması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar, habelə məhkumun qanunvericilikdə nəzərdə tutulmuş müddətə apellyasiya şikayəti verməsi, lakin onun bu şikayətinin itirilməsi iş materiallarından görünmür və məhkum özü də bu halla rı təsdiq edən müvafiq sənədləri, yəni lazımi sübutları istər öz müraciətlərinə, istərsə də kassasiya şikayətinə əlavə etməyərək məhkəmələrə təqdim etməmişdir. Halbuki, 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum və onun müdafiəçisi X1 Məhkum cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmişlər və onların hökmdən vaxtında apellyasiya şikayətlərini verməsi üçün heç bir maneə olmamışd ır. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 10 oktyabr 2022-ci il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkumun vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Məhkum kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq onların təmin edilm əsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin şikayətin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum CM-nin 177.2.2 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq mhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1440/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1440/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver