Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1440/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (hakim Nigar İmanova) 20 dekabr 2023cü il tarixli hökmü ilə xx xxxx 1999-cu il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, faktiki nikahda olan, orta təhsilli, məhkumluğu olmayan, Lerik rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 1 il müddət ə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Məhkum cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimovun sədrliyi və məruzəsi ilə, Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkib də,) 8 fevral 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə məhkum olunmasına dair 1(008)1049/2023 saylı, 20 dekabr 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs ilə tanış olaraq sonuncuya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi dalan 11də yerləşən fərdi yaşayış evində aylıq 100 manat müqabilində kirayə qalmaqla əlaqədar aralarında bağlanmış şifahi razılaşmaya əsasən həmin bağ evinə, o cümlədən orada olan əşyalara dair istifadəetmə hüququ və saxlama səlahiyyə ti əldə edərək ona etibar edilmiş 1300 manat dəyərində taxta və parça materialdan hazırlanmış 2 ədəd türkiyə istehsalı kreslo və 1 ədəd divan dəstini, 100 manat dəyərində dəmir və mis materialdan hazırlanmış 3 ədəd iran istehsalı qaz sobasını, 200 manat dəyərində 2 ədəd iran istehsalı qızdırıcı sobanı, 200 manat dəyərində yerli istehsal taxta materialdan hazırlanmış 1 ədəd masa və 4 ədəd yerli istehsal taxta və parça materialdan hazırlanmış oturacağı, 200 manat dəyərində taxta və dəmir materialdan hazırlanmış 3 ədəd çarpayını, 60 manat dəyərində yerli istehsal, uzunluğu 2.20 m, eni 1.50 m olan 1 ədəd toxunma xalçanı, 60 manat dəyərində 32 nəfərlik süfrə qabı dəstini 2022-ci ilin dekabr ayının ortalarında həmin ərazidən keçən, tanımadığı şəxsə məxsus “Qazel” markalı avtomobilə yükləyib Sabu nçu rayonu ərazisində mövcud olan “Rus” bazarı adlanan yerdə şəxsi ehtiyaclarını təmin etmək məqsədi ilə tanımadığı şəxslərə sataraq, ümumilikdə 2120 manat dəyərində ona etibar edilmiş özgə əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus əşyaları vahid niyyətlə qanunsuz yolla ələ keçirib mənimsəməklə talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsində onun təqdim etdiyi mülki iddia ərizəsinin icraata qəbul etməməsini əsassız hesab etmişdir. O, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:30-da keçirilən məhkəmə iclasında hakim A.İbrahimov onun təqdim etdiyi mülki iddia ərizəsini icraata qəbul etməmiş və bildirmişdir ki artıq qərar elan edilmişdir və o yenidən mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müra ciət etməlidir. Odur ki tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassas iya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayəti ilə bağlı aş ağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətindən görünür ki, zərərçəkmiş şəxsin əsas tələbi maddi ziyanın ödənilməsi və apellyasiya məhkəməsində işə baxılarkən mülki iddiasının qəbul edilərək baxılmaması ilə bağlıdır. Cinayət işinin materiallarından da görünür ki, zərərçəkmiş şəxs nə ibtidai istintaq zamanı, nə də ki, işə birinci instansiya məhkəməsində baxılarkən mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənın 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasə n mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Kollegiya qeyd edir ki, hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmamış, o, qanunla müəyyən edilmiş qaydada və müddətdə mülki iddia ilə məhkəməyə müraciət etməmiş, işə apellyasiya məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanandan sonra mülki iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim etmişdir. CPM-in tələblərinə uyğun olaraq cinayət işləri üzrə mülki iddia yalnız birinci instansiya məhkəməsində, tərəflərin məhkəmə çıxışı başlanana kimi verilə bilər. Göründüyü kimi, qanunverici cinay ət işlərinə baxılarkən mülki iddianın verilməsi müddətini və imkanını məhdudlaşdırmışdır. Yəni işə Apellyasiya Məhkəməsində baxılarkən mülki iddianın verilməsini, verilmiş iddianın qəbul edilməsini və baxılmasını qanun qadağan edir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinin dəlillərinə münasibətdə qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-359/2024 saylı, 8 fevral 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1440/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1440/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver