Məhkəmə qərarları › İş №1(102)-1440/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1440/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1440/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 1 oktyabr tarixli, 1(103)-1443/2024 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X12 (sədrlik edən), X7 və X5 ibarət tərkibdə) 2022-ci il 10 noyabr tarixli, 1(101)-1452/2022 nömrəli hökmü ilə xx xxxxx 1979-cu il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 14 mart 2022-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli, 1(103)526/2023 nömrəli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 10 noyabr tarixli, 1(101)-1452/2022 nömrəli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli, 1(103)-526/2023 nömrəli qərarından narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilmiş Məhkum barəsində həmin maddə ilə məhkəməyə verildiyi ittiham üzrə CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən müvafiq olaraq cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər Mövsümov Nazim Rasim oğlu (sədrlik edən), X17 və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 2024-cü il 17 aprel tarixli, 1(102)-783/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 28 fevral tarixli, 1(103)-526/2023 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X18 (sədrlik edən), X13 və X2 ibarət tərkibdə) 2024-cü il 1 oktyabr tarixli, 1(103)-14 43/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(101)-1452/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, ittihamdan və hökmdən xx.xx.2022-ci il tarixdə saat 13:00-dan saat 13:20-dək Məhkum üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,2 qram, 9,7 qram, 8,9 qram və 14,5 qram olmaqla, ümumi təmiz çəkisi 50,3 qram olan qəhvəyi rəngli, toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə hero inin aşkar edilərək götürülməsi, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edərək saxlayıb daşıması hissəsi xarici edilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi çəkisi 2009,7 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşıyaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibində və yaşadığı ünvan 2 ünvanında saxlamış, xx.xx.2022ci il tarixdə səhər saat 12:00-da Bakı şəhəri Suraxanı rayon Polis idarəsi 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanın qarşısında saxlanılıb, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 33-cü Polis bölməsinin inzibati binasına gətirilərək, xidməti otaqların birində videoçəklişdən istifadə olunmaqla üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 17,2 qram, 9,7 qram, 8,9 qram və 14,5 qram olmaqla, ümumi təmiz çəkisi 50,3 qram olan qəhvəyi rəngli, toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazır lanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə Məhkum yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən, evdə divanın altından 5 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,9 qram, 20,8 qram, 17,0 qram, 20,4 qram, 5,3 qram olmaqla, ümumi təmiz çəkisi 79,4 qram və bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1880,0 qram olan qəhvəyi rəngli toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində heroin izləri, arxasında “500 g/0.1g” yazısı olan gümüşü rəngli tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ Mə hkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, müdafiə etdiyi Məhkum vaxtaşırı narkotik vasitənin heroin növünü istifadə etmiş, narkotik vasitənin aludəçisi olduğundan polis əməkdaşları ona qarşı qərəzli olmuşlar. Belə ki, onu tutanda qonşuları bunu görmüş, onun üzərinə baxış keçirilən zaman müdafiəçi olmamışdır. Onu 4-5 nəfər cavan polis döymüş, etirafedici ifadələrə qol çəkdirmişdirlər. Onun cibinə narkotik vasitəni cavan bir şəxs qoymuş, narkotik vasitənin evinə qoyulmasını görməmiş, lakin evinə daxil olan polis əməkdaşlarına narkotik vasitəni divanın altına atmalarının tapşırıldığını eşitmişdir. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən ona qarşı təzyiq göstərildiyini bildirmiş, döyüldüyü üçün etirafedici ifadələr vermək məcburiyyətində qaldığını qe yd etmişdir. O cümlədən, apellyasiya məhkəməsində də dindirmə protokolunda olan imzaların və qeydlərin ona məxsus olduğunu, lakin ifadəni təsdiq edib yazmadığını, narkotik vasitənin ona məxsus olmadığını, həmin ifadələrin polis təzyiqi altında verdiyini bildirmişdir. Bununla yanaşı, tutularkən Məhkum ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmiş, təhqiqatçının qərarı ilə ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra, təhqiqatçı tərəfindən Məhkum üzərində axtarış və götürmə aparılması barədə qərar qəbul edilmiş, həmin qərarla müdafiəçi tanış edildikdən sonra psixi pozuntudan əziyyət çəkən şübhəli şəxs Məhkum “gələcəkdə cinayət prosesi zamanı hüquqlarının keyfiyyətli müdafiə oluna bilməsi üçün axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə” ə rizə imza etdirmiş, yəni şübhəli şəxsə onun xahişi ilə müdafiəçi təqdim edilməsindən sonra onun üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan keçirmişdir. Məhkum müdafiəçidən imtina etməmiş, bu barədə rəsmiləşdirmə olmamışdır. Bununla yanaşı, məhkumun müdafiəçi qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı CM-in 59-cu maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin cəzasını yüngülləşirən hallarla bağlı sübutlar məhkəməyə təqdim olunsa da, məhkəmə həmin halları tam, obyektiv və hərtərəfli araşdırmamış və müvafiq hüquqi qiymət verməmişdir. Bundan başqa, CM-in 61-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da müəyyən edilməmişdir. Buna baxmayaraq, bu hallar birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 1 oktyabr tarixli, 1(103)1443/2024 nömrəli qərarının ləğv edilməsi və CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilmiş şəxs Məhkum barəsində CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən müvafiq olaraq cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi məhkumun psixoloji problemlərinin olduğunu qeyd edərək kassasiya şikayətini əsaslı hesab edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-ci il 1 oktyabr tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin d ə xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəm ələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, məhkuma bəraət verilməsini, eləcə də məhkuma təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzər ə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da i şin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyas ı işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hazırkı kassasiya şikayətində qaldırılan məsələlər müdafiə tərəfindən apellyasiya instansiya məhkəməsində də qaldırılmış və apellyasiya məhkəməsi mü dafiə tərəfinin hər bir dəlilinə əsaslandırılmış qiymət verərək həmin dəlillərlə qismən razılaşmışdır. Cinayət işi üzrə toplanmış mötəbər sübutlardan da görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun müdafiə hüququnun pozulması ilə bağlı ona qarşı irəli sürülmüş ittihamdan bir epizod xaric edilmiş, lakin Məhkum yaşadığı evdən çıxan narkotik vasitəyə münasibətdə onun təqsirli olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işi üzrə toplanmış mötəbər sübutlarla əlaqəli şəkildə təhlil edərək, ittiham və müdafiə tərəflərinin arqumentlərini qarşılıqlı şəkildə müqayisə edərək, məhkəmələrin iş üzrə toplanmış sübutlara vermiş olduğu qiymətin qanuniliyini və əsaslılığını yoxlayaraq belə nəticəyə gəlir ki, məhkumun müdafiəçisinin kassas iya şikayətinin təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyil. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi (evindən 79,4 qram və 1880 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür), məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bili ndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1.10.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 1 oktyabr tarixli, 1(103)-1443/2024 nömrəli qərarı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar