Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1441/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Rəhim oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (hakim Elçin Qurbanov) 1(032)-97/2021 nömrəli 16 mart 2021-ci il tarixli hökmü ilə 09 sentyabr 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 11, mənzil 10 qeydiyyatda olan, Şirvan şəhəri, Xanlar küçəsi, ev 9-da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 16 yanvar 2021-ci il tarixdən 17 yanvar 2021-ci il tarixəd ək 2 (iki) gün həbsdə saxlanılma müddəti nəzərə alınmaqla, qəti olaraq ona 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 mart 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,649 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və 16 yanvar 2021-cİ il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən dəmiryol vağzalının yaxınlığında Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd bükümdə0,649 qram çəkidə psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Rafiq Cəfərov və Məhəmməd Bağırovdan ibarət tərkibdə) 1(106)-401/2021 nömrəli 04 iyun 2021-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi Rəhim oğlu verdiyi kassas iya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 iyun 2021-ci il tarixli qərarını dəyişdirərək, Məhkum barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cinayət prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə cəza təyin edərkən iş üzrə ağırlaşdırıcı halların olmamasını və eləcə də, iş üzrə mövcud olan yüngülləşdirici halları faktiki olaraq nəzərə almamış və bu səbəbdən də ədalətsiz və əsassız olaraq məhkum olunmuş şəxsə ağır növdə cəza təyin etmişdir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirini etiraf edib, əməlindən səmimi peşman olması kimi yüngülləşdirici hallarına əhəmiyyət verməyərək nəzərə almamışdır. Məhkəmələrdə bu cür cinayətlərdə cəza təyini məsələsində vahid məhkəmə təcrübəsi yoxdur və yaxud, məhkəmələr Azərbaycan Respublikası Ali Məhkəmənin 25.06.2003-cü il tarixli Plenum Qərarının tələblərini nəzərə almırlar. Təcrübədə bu cür cinayətlər üzrə məhkəmələr müxtəlif cəzalar təyin edirlər. Bəzən hətta, əvvəllər məhkum olunmuş şəxslərə məhkəmələr azadlığın məhdudlaşdırılması cəzaları təyin ediblər. Halhazırki isin hallarından da açıq-aşkar görünür ki, Məhkum ədalətsiz, əsassız cəza təyin edilmişdir. Göründ üyü kimi, məhkəmə yalnız formal mülahizələrə əsaslanaraq nə üçün ilk dəfə məhkum olunmuş şəxsə, şəxsiyyəti mənfi xarakterizə olunmayan şəxsə, iş üzrə ağırlaşdırıcı halların olmadığı bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının hansı səbəbdən tətbiq edilə bilməməsini, onun bu cəza ilə islah oluna bilməməsinin səbəblərini açıqlamamış və nə üçün şəxsə maddənin sanksiyasında yüngül cəza növü olduğu halda, ağır cəza təyin etməsini qərarında əsaslandırmamışdır. Kassatorun fikrincə işin halları, iş üzrə ağırlaşdırıcı halların olmaması və yüngülləşdirici halların mövcud olması əsası ilə, xüsusən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunan şəxsə məhkəmə qanunun tələbi ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməli idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya ş ikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bi lməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum oğlu əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi il ə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cə zanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhr um etmə cəzasını təyin edilmişdir. Qeyd olunmalıdır ki, həmin maddənin sanksiyasında 1 bir) ildən 3 (üç) ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 (üç) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr Məhkum cəza təyin edilərkən həm cəzanı yüngülləşdirən halların və həm də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışlar. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 iyun 2021-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1441/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1441/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver