Məhkəmə qərarları › İş №1(102)-1441/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1441/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1441/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə xx xxxxxxxx 2003-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 33, mənzil 36-da yaşamış, hazırda cəza çəkən Məhkum1 Azərbaycan Respubli kasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 1(104)-427/2022 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(100)-69/2021 nömrəli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), D.H.İmanov və N.T.Əliyev) Məhkum1 Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Məhkum1 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, onun 31 mart 2020-ci il tarixdən 02 aprel 2020-ci il tarixədək "şübhəli şəxs qismində” tutulduğu müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Məhkum1 təyin olunmuş 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkk iz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti təyin edilmiş, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə, Mə hkum2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(100)-69/2021 saylı hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş, məhkəmənin hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci maddəsinə əsasən Məhkum2 barəsində amnistiya tətbiq edilərək ona təyin edilmiş cəza 01 (bir) il endirilmiş və üzərində 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Az ərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli, 1(102)-470/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxslərə cəzanın təyin edilməsinə və güzəştli institutun tətbiq edilməsinə (CM-nin 70-ci maddəsinin) dair dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsaslarla Məhkum1 və Məhkum2 barələrində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir (sədrlik edən və məruzəçi hakim Ə.C.Seyidov, hakimlər Ə.Ə.Novruzov və T.L.Kazımovdan ibarət məhkəmə tərkibi). Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, mübahisələndirilən hökm dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq olunması ilə bağlı müddəalar Gəncə Ağır Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(100)-69/2021 saylı hökmündən xaric edilmiş, Məhkum1 CM-nin 126.2.4-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaqla ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 31 mart 2020-ci il tarixdən 2 aprel 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum1 münasibətdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq olunmuş və ona təyin olunmuş 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılaraq onun üzərində qəti olaraq 2 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 24 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 tanışı Məhkum2 ilə bir qrup şəxs halında 31 mart 2020-ci il tarixdə saat 15 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı yer olan Gəncə şəhəri, 6-cı Vağzal küçəsində yerləşən 42 saylı orta məktəbin həyətində Zərərçəkmiş şəxs “instagram” sosial şəbəkəsində “yaxşı oğlanın bacısı namaz qılar” sözlərini yazdığı üçün sonuncunu həmin yerə çağırıb əsassız mübahisə yaradaraq ətrafdakı insanları özlərinə cəlb etməklə ətrafda olan şəxslərə məhəl qoymayıb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə po zulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müşayiət olunan hərəkətlər edərək Məhkum2 yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbə vurub zorakılıq edərək üzərində gəzdirdiyi istintaq zamanı müəyyən edilməmiş bıçağı çıxarıb nümayiş etdirərək hədələməklə qərəzli hərəkətlərini davam etdirmək istəyən zaman Zərərçəkmiş şəxs zorakılıqdan yayınmaq üçün qaçaraq oradan uzaqlaşmaq istəmiş, bundan sonra o, Məhkum2lə birlikdə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs arxasınca qaçaraq məktəbin stadionunda sonuncunu yaxalayıb ətrafdakı şəxslərə məhəl qoymadan ictimai qaydanı kobud surətdə pozaraq razılaşdırılmış ümumi niyyətdən kənara çıxaraq xuliqanlıq niyyəti il ə əlində olan soyuq silah hesab edilməyən turist bıçağını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vuraraq sol ağciyərin zədələnməsi ilə müşayiət edilən solda V qabırğa səviyyəsində döş qəfəsinin ön səthinin bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır, qaraciyərin zədələnməsi ilə müşayiət edilən qarının epiqrastal nahiyəsinin ön səthinin bir ədəd daxilə keçən kəsilmişdeşilmiş yarası ilə nəticələnən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır, bir ədəd sol dirsək oynağının və bir ədəd sağ bazu nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən hər biri ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurub qərəzli xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi instansiya məhkəməsi tərəfindən Məhkum1 barəsində əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi (Məhkum1 CM-nin 126.2.4-cü maddəsi ilə) tətbiq edilərək, ona cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, şəxsiyyətinə uyğun olmayan həddə yüngül cəza təyin edilmiş, bununla Cinayət Məcəlləsinin həmin və cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının, ədalət prinsipinin tələbləri pozulmuşdur. Kassasiya protestində CM-in 62-ci maddəsinin əsassız olaraq tətbiq edildiyini göstərə n xüsusatlar kimi xüsusilə Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmamış yüngülləşdirici halların apellyasiya məhkəməsi tərəfindən qərarda əsaslandırmadan nəzərə alınmasına, habelə bu və digər cəzanı yüngülləşdirən halların məcmusunun düzgün olmayaraq müstəsna hallar kimi qiymətləndirilməsinə istinad olunur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsinin nəzərdə tutduğu halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin m addədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin onun şəxsiyyətinin, törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə tətbiq olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövl ət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət törətmiş şəxs barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cə zanın tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız həmin instituta həsr olunmuş norması (Cinayət Məcəlləsinin 62-ci maddəsi) deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir: “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini bilavasitə tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində isə təsbit olunur ki, “cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəli liyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə “cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Kassasiya protestindən aydın olur ki, dövlət ittihamçısı Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin əsassızlığını cəzanın təqsirkarın törətdiyi cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmamasında, eləcə də cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasında görür. Bununla əlaqədar kollegiya onu qeyd edir ki, cinayət qanunu cinayət törətmiş şəxslər barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqini yalnız törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı etməmişdir. Kollegiyanın fikrincə cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların cəzanın təyin edilməsində əhəmiyyət kəsb edən digər hallardan ayrılıqda nəzərdən keçirilməsi, həmin halların özü-özlüyündə təqsirkarlara məhz cinayə t-hüquqi normaların sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini tələb edən əsaslar kimi qiymətləndirilməsi ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) zidd yanaşma olardı. Odur ki, kollegiya apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən Məhkum1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə əlaqələndirilən dəlillərlə razılaşmır. Cəzanı yüngülləşdirən halların düzgün olmayaraq nəzərə alınması və müstəsna hallar kimi qiymətləndirilməsi barədə kassasiya protestinin dəlillərinə gəldikdə, kollegiya bu dəlillərlə də razılaşmaq üçün əsas görmür. Belə ki, cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1.159.1.14-cü maddə lərində sadalanan, eləcə də bu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Hazırkı cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum1 xx xxxxxxxx 2003-cü il təvəllüdlü olmaqla, qeyd olunan cinayətləri 31 mart 2020-ci ildə törətmiş, yəni həmin cinayətləri törədərkən onun 17 yaşı belə tamam olmamışdır. Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Habelə yetkinlik yaşına çatmamış şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CPM-in 435.4-cü maddəsində göstərilən normaların - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır (435.4.1.); yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir (435.4.2); yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir (435.4.3.) məhkəmələr tərəfindən nəzərə alınması mütləq şərtdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olm ayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında verilən izahlardan və cinayət və cinayət prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxsə cəza təyini zamanı sonuncunun həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Bundan başqa hazırki işdə müəyyən edilmişdir ki, Məhkum1 zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Qeyd olunan və digər (o cümlədən, Məhkum1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, səmimi etirafı və əməlindən peşman olm ası, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi) cəzanı yüngülləşdirən halların mövcudluğu barədə məhkəmələrin gəldikləri nəticələr məzmun etibarı ilə həmin nəticələrlə uzlaşan, yolverilənliyi nə kassasiya protestində, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrində təkzib edilməyən sübutlarla təsdiq olunur. Cəzanı ağırlaşdıran hər hansı bir hal müəyyən edilmədiyi vəziyyətdə apellyasiya məhkəməsinin (qeyd olunan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla) Məhkum1 cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin (CM-nin 62-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar) müstəsna hal kimi nəzərə alınması onu göstərir ki, Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi (yalnız CM 126.2.4-cü maddəsinə münasibətdə) ə saslı və qanuni olaraq tətbiq edilmişdir. Belə ki, kassasiya protestində iddia olunanların əksinə olaraq, apellyasiya məhkəməsinin istinad etdikləri xüsusatlar onu göstərir ki, Məhkum1 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü məhkəmənin gəldiyi nəticə həqiqətən də CM-in 62.1-ci maddəsində həmin institutun tətbiq edilməsi əsasları sırasında göstərilən - cinayətin və təqsirkarın ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan (müstəsna xarakter daşıyan) həqiqi hallardan hasil edilmişdir. Təsvir olunanlar onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi Məhkum1 cəza təyin edərkən, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, ümumiyyətlə məhkumun şəxsiyyətinin səciyyələndirilməsi üzrə məsələləri düzgün həll etməklə bərabər, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətli cəza vasitəsi ilə islah oluna biləcəyi barədə nəticəyə gəldiyindən, həmin maddə ilə ona təyin olunmuş 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, cinayətlərin məcmusu ilə Məhkum1 üzərində saxlanılmış qəti 3 il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institututuna dair CM-in 62-ci maddəsinin müddəalarına, Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verməyən cəza kimi nəzərdən keçirilə bilməz. Bu səbəblərdən məhkəmə kollegiyası kassasiya protesti ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda sadalanmış cinayət və cinayət prosessual hüquqi normaların tələblərinə cavab verən, Ali Məhkəmənin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun - qanuni və əsaslı qərar çıxarmışdır. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəf indən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum1 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2022-ci il tarixli, 1(104)-427/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara al dı: Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 barəsində olan 24 oktyabr 2022-ci il tarixli, 1(104)-427/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar