Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1441/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Saadov Zaur Famil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1856/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçı sı Hüseyinova X5 tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızının nümayəndəsi Süleymanov Mərdəli Binəli oğlu və Məhkum müdafiəçisi Saadov Zaur Famil oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1957-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin iş icraçısı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü Yeni yaşayış massivi, 1-ci M.Abdin küçəsi, döngə 1, ev 30 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 25 dekabr 2023-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan s onra - “Azərbaycan Respublikası CM”) 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum "xxxx" MMC ilə aralarında bağlanmış 10 may 2023-cü il tarixli “əmək müqaviləsi” əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında iş icraçı vəzifəsini icra edərkən “Tikinti şöbəsi, təmir-tikinti sektoru iş icraçısının” vəzifə təli matının 1-ci abzasının tələbinə görə «Sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edib, tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini, 2-ci abzasına görə «Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edilməsini, «Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.2-ci bəndinin tələblərinə görə iş meydançasının təşkili, iş sahələrinin və iş yerlərinin yerləşdirilməsi zamanı insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilməsini, təhlükəli zonalar, təhlükəsizlik nişanları və müəyyən edilm iş formada yazılar ilə nişanlanmasını, 2.26-ci bəndinin tələblərinə görə 1,3 metr və daha çox hündürlükdə və aşırımdan 2 metrədək məsafədə olan iş yerlərini dövlət standartına uyğun olaraq müvəqqəti qoruyucu çəpər ilə təmin etməli olduğu halda bu tələblərə əməl etməyərək, təsdiq edilmiş “iş icraçısının vəzifə təlimatı”-nın 1 və 2-ci abzaslarının və «Tikinti norma və qaydaları İİİ-480. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.2, 2.26 bəndlərinin tələblərini pozmaqla, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, öz vəzifələrinin icrasına cinayətkarcasına etinasızlıq göstərib, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə, Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında insanlar üçün təhlükəli istehsalat faktorları olan zonaların, yəni mərtəbələrin kənarlarının müəyyən edilib həmin zonaların təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanması və mərtəbələrin kənarlarının müvəqqəti qoruyucu çəpərlə bağlanmasını təmin etmədiyinə görə "xxxx" MMC ilə arasında bağlanmış 19 may 2023-cü il tarixli “əmək müqaviləsi” əsasında “qəlibçi” vəzifəsində işləyən Zərərçəkmiş şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi ilə Mərkəzi küçəsinin kəsişməsində inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsinin tavan hissəsinin inşası zamanı beto n tökülməsi üçün qəlibi işini görməkdən ötrü zəruri olan dəmir parçalarını və üzərində dayanıb iş görmək üçün lazım olan taxta materialdan düzəldilmiş qutuşəkilli predmeti binanın 7-ci mərtəbəsindən götürüb digər binaya keçid etmək istəyərkən iki bina arasında olan 90 sm məsafəli boşluqdan, 29.1 metr hündürlükdən binanın bünövrə hissəsinə yıxılaraq baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəli baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən çoxsaylı sınıqları, alt çənənin, solda körpücük sümüyünün, sağda İİ, İİİ, İV, V, Vİ qabırğaların, onurğanın döş və bel hissələrində fəqərələrin yerinidəyişmiş çoxsaylı sınıqları, dalağın, qaraciyərin cırılması, hər iki ağciyərin əzilməsi, sol böyrək ətrafı yumşaq toxumalara qansızma, bədənin çoxsaylı səthi əzilmiş ya raları, sıyrıqları və hematoması kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alması nəticəsində baş vermiş hadisə ilə səbəbli əlaqə təşkil edən tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-171/2024 nömrəli, 25 iyun 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə növündə cə zasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X6 qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızının "xxxx" MMC-yə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, 28 aprel 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunda uşaqlara nəzərdə tutulan məbləğdə, yəni 235 (iki yüz otuz beş) manat pulun hər ay "xxxx" MMC-dən tutularaq Dadaşova Səlbinə Məmmədağa qızının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkə məsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti və həmin şikayətə əlavə verərək hökmün dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızı və hüquqi varisin nümayəndəsi Süleymanov Mərdəli Binəli oğlu da apellyasiya şikayəti verərək, hökmünün dəyişdirilməsi, iş üzrə verilmiş mülki iddianın tam təmin olunması və təqsirləndirilən şəxs Məhkum verilmiş ittiham üzrə maddənin sanksiyası daxilində daha ağır cəza təyin edilməsi haqda yeni qərarın çıxarılmasını xahiş etmişlər.
8. Hökmdən eləcə də dövlət itthamçısı apellyasiya protesti verib, hökml ə təqsirləndirilən şəxsə təyin olunmuş əlavə cəza üzrə konkret vəzifə və ya fəaliyyətin müəyyən edilməsi, daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmaqla, eləcə də mülki iddia ilə bağlı hissədə cinayət-prossesual qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməklə hökmün dəyişdirilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1856/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızı və hüquqi varisin in nümayəndəsi Süleymanov Mərdəli Binəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-171/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X6 qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızının "xxxx" MMC-nə qarşı maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iddiasının qismən təmin edilməsi, "xxxx" MMC-dən 5000 (beş min) manat mənəvi zərər, 28 aprel 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçü n 350 (üç yüz əlli) manat məbləğin hər ay zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızının xeyrinə tutulması, iş üzrə vurulmuş zərərin əvəzi olaraq BPM**********46 nömrəli, 24 sentyabr 2024-cü il tarixli ödəniş tapşırığına əsasən Bakı Apellyasiya Məhkəməsinin «AZ28CTRE********************» saylı depozit hesabına ödənilmiş 9000 (doqquz min) manat məbləğin Dadaşova Səlbinə Məmmədağa qızına ödənilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızının nümayəndəsi Süleymanov Mərdəli Binəli oğlu və Məhkum müdafiəçisi Saadov Zaur Famil oğlu tər əfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
11. Kassasiya protestində qeyd olunmuşdur ki, hər iki instansiya məhkəməsinin cəzanı yüngülləşdirən hallara münasibətdə gəldikləri qənaət əsaslı hesab oluna bilməz. Məhkəmələr cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alınmasını qeyd etsələr də, cəza təyin edərkən həmin hallara formal yanaşmışlar. Məhkumun əməlindən səmimi peşman olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınsa da, qeyd olunan halın yüngülləşdirici hal kimi qəbul edilməsi qərarda kifayət qədər əsaslandırılmamışdır. Bundan başqa işin faktiki hallarından göründüyü kimi zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməmiş, onların ziy an tələbi tam təmin edilməmiş, qanuni nümayəndəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, ailə başçısını itirməyə görə, həmçinin mənəvi zərərə görə zərərçəkmiş şəxsin tələb etdiyi kompensasiya tam ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cəzanı dəyişdirmədən qüvvəsində saxlayarkən qeyd olunanları və cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1856/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızının nümayəndəsi Süleymanov Mərdəli Binəli oğlu kassasiya şikayətində qeyd etm işdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının mənəvi zərərin tutulması hissəsi ilə razılaşsalar da, lakin dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə razı deyillər. Maddi zərər hissəsində iddia tələbi ümumiyyətlə təmin edilməmiş, məhkum tərəfindən məhkəmənin depozitinə qoyulmuş 9000 manat dəymiş maddi ziyanın əvəzi deyildir, bu məbləğ ailə başçısının itirilməsi halının əvəzi ola bilməz. Ailə başçısını itirməyə görə dəymiş zərərin əvəzi olaraq hər ay 1000 manat pulun "xxxx" MMC-dən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi ilə bağlı iddiasını qismən 350 manat hissəsində təmin etməsi ilə bağlı nəticə ilə də razı deyillər. Belə ki, zərərçəkmiş şəxsin əmək haqqı 350 manat göstərilsə də, lakin o, 1000 manatdan yuxarı əmək haqqı almışdır. Müqavilədə göstərilən 350 manat məbləğində əmək haqqı formal göstərilən rəqəmdir, bu hissədə düzgün olmayan qərar verilmişdir. Həmçinin, məhkəmə cəzanın ağırlaşdırılması hissəsində şikayətlərini təmin etməmişdir. Məhkumun cəzasını yüngülləşdirən hallar kimi istinad olunan hallar ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsi üçün əsas deyildir və təyin olunan cəza islah məqsədi daşımamışdır. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı həm mülki iddia, həm də cəza hissəsində qanunsuz və əsassız olduğundan kassasiya qaydasında ləğv edilməli, mülki iddianın tam təmin olunması, təyin olunmuş cəzanın ağırlaşdırılması barədə yeni qərar qəbul olunmalıdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1856/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, mülki iddianın təmin olunması və məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkum müdafiəçisi Saadov Zaur Famil oğlu kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı cəza təyini hissəsində ədalətsizdir. Hesab edir ki, məhkum barəsində təyin edilmiş cəza onun şəxsiyyətinə, ailə vəziyyətinə, cinayətin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Məhkəmə cəza təyin edərkən məhkumun törədilən əməli etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi dəstək göstərməsini, istintaq müddətində və məhkəmə gedişində özünü bütün prosessual norma və qaydalara uyğun şəkildə aparmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, özü nün kifayət qədər yaşlı olmasını və ailənin yeganə gəlir gətirən şəxsi olması kimi cəzanı yüngülləşdirən halların məcmusunu və cəzasını ağırlaşdıran halların olmamasını obyektiv şəkildə nəzərə almamış və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növünün tətbiq edilməsi barədə qərar çıxarmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1856/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarının cəza təyini hissəsində ləğv olunmasını və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini nəzərə almaqla məhkuma sanksiyada nəzərdə tutulmuş aşağı həddə ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkumun müdafiəçisi kassasiya protestinə dair yazılı etiraz verərək, məhkəmə qərarlarında əksi ni tapmış məhkumun cəzasını yüngülləşdirən halları sadalayaraq bildirmişdir ki, məhkum cinayət hadisəsi baş verdiyi gündən bu günədək zərərçəkmiş şəxsin ailə üzvləri ilə barışığa cəhd etmiş, lakin külli miqdarda pul vəsaitinin tələb olunması səbəbindən barışıq əldə olunmamışdır. Barışığın əldə olunmaması məhkum edilmiş şəxsə ağır cəza təyin edilməsinə əsas yaratmır. Əgər barışıq mümkün deyilsə, zərərçəkmiş şəxsin tələbləri real deyilsə, məhkəmə bu amili nəzərə alaraq obyektiv qərar qəbul etməlidir. Eləcə də, kassasiya protestində təyin edilmiş cəzanın hansı əsasla və hansı zərurətdən irəli gələrək artırılması əsaslandırılmamışdır. Qeyd olunanları nəzərə alaraq, kassasiya protestinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kasasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Pros essual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiy a instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu, məhkumun müdafiəçisinin kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətində cəzanın yüngül olması ilə yanaşı, eləcə də mülki iddianın düzgün həll edilmədiyi iddia edilir, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişlər.
21. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri b axımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1856/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
22. İlk növbədə kassasiya müraciətlərində məhkuma təyin edilmiş cəza ilə irəli sürülən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəz i müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli qərarları).
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 19 99-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
24. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cin ayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
25. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmi n edə bilmir.
26. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
27. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
28. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
29. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
30. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
31. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təy in etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apel lyasiya baxışına təyin etməlidir.
32. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
33. Kassasiya müraciətlərində irəli sü rülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül və ya ağır olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
34. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
35. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətin i səciyyələndirən xüsusatları, cəzasını yüngülləşdirən hallar olaraq əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ahıl yaşında olduğunu, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə 15.000 manat məbləğində pul təklif etməklə barışıq əldə edilməsinə cəhdini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
36. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunanlarla yanaşı həmçinin Məhkum apellyasiya icraatı zama nı məhkəmənin depozitinə zərərçəkmiş şəxsin hüquqi varisinə verilməsi üçün 9000 (doqquz min) manat məbləğində pulun köçürməsini, yəni sadəcə barışmağa cəhd etməsini deyil, eləcə də zərərin əvəzi kimi müəyyən məbləğdə pul vəsaiti ödəməsini, onun yaşını, cinayətin ehtiyatsızlıqdan törədilməsini nəzərə alaraq məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsaslar müəyyən etməsə də, lakin təyin edilmiş əlavə cəzanın növünün konkretləşdirməli olduğu qənaətinə gələrək, onun 02 (iki) il müddətə tikinti quraşdırma və tikinti təhlükəsizlik sahəsində məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qərara almışdır.
37. Məhkum daha ağır və yaxud daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məh kəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
38. Davam edərək zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin maddi ziyanın tam təmin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və ha zırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin bu hissədə də əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətində qaldırdığı məsələlərə münasibətdə ətraflı əsaslandırma təmin edilməklə müvafiq cavablandırma verilmişdir.
39. Kassasiya müraciətində mərhum zərərçəkmiş şəxsin daha yüksək gəlir əldə etdiyi iddia edilsə də, lakin bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən, cinayət işi materiallarında olan "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış əmək müqaviləsinə əsasən onun aylıq əmək haqqı məbləğinin 350 manat təşkil etdiyi müəyyən edildiyindən, həmin məbləğin ailə başçısının itirilməsinə görə dəymiş zərərin əvəzi olaraq hər ay "xxxx" MMC-dən tutulub 18 yaşına çatanadək zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual mülki-hüquqi normaların tələblərinə tam uyğun, qanuni və əsaslı olmuşdur.
40. Yuxarıda təfsir edilənlərə yanaşı məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına cinayət işinin hallarının onların mənafelərinə uyğun təfsirinin təqdim edilməsi üçün məhkəmə çəkişmələrində bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
41. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
42. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı Hüseyinova X5 tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızının nümayəndəsi Süleymanov Mərdəli Binəli oğlu və Məhkum mü dafiəçisi Saadov Zaur Famil oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1856/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin qanuni nümayəndəsi Dadaşova Səlbinə Məmmədağa qızının nümayəndəsi Süleymanov Mərdəli Binəli oğlu və Məhkum müdafiəçisi Saadov Zaur Famil oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1856/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.