Məhkəmə qərarları › İş №1(102)-1442/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1442/2019

26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1442/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi X5 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Mə hkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X7 və onun nümayəndəsi X8 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədirlik edən), N.F.Quliyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) Məhkum- 22 aprel 1985-ci ildə Cəlilabad rayonu, Musalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, ********* kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsi rli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum həmkəndlisi X9 2018-ci ilin fevral ayının ortalarından etibarən onun evdə olmadığı hallarda bir neçə dəfə axşam saatlarında evinə gələrək arvadı X4 onunla cinsi əlaqədə olmağı təklif etməsi barədə P8 məlumat alaraq S6 qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlmiş, lakin arvadı X14 kənd sakinləri arasında rüsvay etməklə kifayətlənəcəyini, S6 ona cinsi əlaqəyə girməyi təklif etməsini şəxsən eşidib əmin olmaq istədiyini bildirməklə, məqsədini həyata keçirmək üçün 01 mart 2018-ci il tarixdə kustar üsulla hazırlanmış, təsərr üfat-məişət təyinatlı daş çəkicini arvadının xəbəri olmadan evin dəhlizindən götürüb mətbəxdəki pəncərənin qarşısına qoyub üzərinə pərdəni çəkməklə orada gizlətmiş və S6 növbəti dəfə evinə gəlməsini gözləmişdir. Məhkum 02 mart 2018-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən evin pəncərəsinə fənərlə işıq salındığını görüb həyətinə gələn şəxsin S6 olduğunu bilərək mətbəxə keçmiş, daş çəkicini gizlətdiyi yerdən götürüb mətbəxin giriş qapısının arxasında gizlənmişdir. S6 həmin vaxt evə daxil olmuş, mətbəxdə P8 yaxınlaşaraq onunla cinsi əlaqədə olmağı israrla təklif etməyə başlamışdır. Məhkum bu zaman daha da qəzəblənərək S6u öldürmək niyyətini həyata keçirmək üçün qəflətən qapının arxasından çıxaraq əlindəki daş çəkici ilə S6un sağ gicgah-təpə, sol üz-çənə və sol gicgah nahiyələ rindən üç dəfə ardıcıl zərbələr vurmaqla ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid başın sağ təpə nahiyəsində hematoma; sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid burun və üz sümüklərinin qapalı sınığı və yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid ağır kəllə-beyin travması, sol gicgah-təpə sümüyünün basılmış qəlpəli sınığından əmələ gələn baş beyin toxumasının ağır dərəcəli əzilməsi, baş beyin toxuma və qişalarına qansızma ilə nəticələnib ölümünə səbəb olan xəsarətlər yetirməklə X10 qəsdən həyatdan məhrum edib öldürmüşdür. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X7 verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və K.S.Bəşirovdan ibarət tərkibdə) 17 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X2 və müdafiəçisi-vəkil X8 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırıb müzakirə etmədən, həmçinin açıq-aşkar ədalətsiz olaraq təqsirləndirilən şəxsə CM-nin 120.1-ci maddəsi ilə verilmiş yüngül cəzanın törədilmiş cinayətin ağırlığına uyğun olub-olmamasını və cəzanın sosial məqsədlərini ödəyib-ödəməməsini müzakirə etmədən birinci instansiya məhkəməsinin qanunsuz hökmünü qüvvədə saxlamışdır. Cinayət işi materaillarından da görünür ki, Məhkum əvvəlcədən bu cinayəti arvadı Pərvanə ilə birlikdə planlaşdıraraq S6u xüsusi amansızlıqla öldürmüşdür. Bu səbəbdən məhkəmə kollegiyasının bu qanunsuz qərarı ləğv olunmalı, Məhkum əməli xüsusi amansızlıqla və qrup halında törədilmiş cinayət kimi tövsif olunmalıdır. Qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilərək, işin yenidən baxılaraq ədalətli qərar qəbul edilməsi üçün həmin məhkəmə göndərilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəm ə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Kassasiya şikayətində Məhkum əvvəlcədən bu cinayəti arvadı Pərvanə ilə birlikdə planlaşdıraraq S6u xüsusi amansızlıqla öldürməsi, bu səbəbdən Məhkum əmə linin xüsusi amansızlıqla və qrup halında törədilmiş cinayət kimi tövsif olunmalı olması göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasın da məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Cinayət işinin materiallarından müəyyən edilir ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə başlanmış və Məhkum həmin maddə ilə təqsirləndirilən şəxs qismində tanınaraq ona ittiham v erilmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı təmin edilmiş və ibtidai istintaq başa çatdıqdan sonra o cinayət işinin materialları ilə tanış edilərək bu barədə tərtib edilmiş 17 may 2018-ci il tarixli protokolda heç bir vəsatətinin olmaması barədə qeyd etməklə protokolu imzalamışdır. Birinci instansiya məhkəməsinin iclaslarında da zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirak etmiş, məhkəmə çıxışlarında təqsirləndirilən şəxsə ağır cəza verilməsi barədə çıxış etsə də, təqsirləndirilən şəxs Məhkum daha ağır ittiham verilməsi ilə əlaqədar cinayət işinin ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılması barədə Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydada vəsatət verməmişdir. Cinayət işinin materiallarında Məhkum S6u qabaqcadan əlbir olan bir qrup şəxs halında və xüsusi amansızlıqla öldürməsi barədə ittiham verilməsi üçün mötəbər əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri də mötəbər sübutlarla deyil, subyektiv mülahizələrlə əsaslandırılmışdır. Cinayət işinin materiallarında olan Məhkum həyat yoldaşı X3 ifadələrindən görünür ki, o mərhum S6un dəfələrlə onun yaşadığı evin həyətinə gecə vaxtı gələrək əxlaqsız təkliflər etsə də, onun bu hərəkətlərinin qarşısını almaq üçün təkidlə ona bildirsə də o həmin hərəkətlərini davam etdirmiş, həyat yoldaşını S6la münaqişədən yayındırmağa çalışmış, hətta köçüb Bakı şəhərində yaşamağı da təklif etmişdir. Yəni onun hərkətləri S6u həyatdan məhrum etməyə düyil, onun əxlaqsız hərkətlərinin qarşısını almağa yönəlmişdir. Kassasiya şikayətində həm də Məhkum əməl inin xüsusi amansızlığa dəlalət edən hallarının mövcudluğu da göstərilməmişdir "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərç əkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Həmin qərarın 8-ci bəndində izah edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallar la bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Hazırkı cinayət işinin mat eriallarından göstərilən Plenum qərarının izahlarındakı halların hər hansı birinə dəlalət edən halların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə cəza təyin edilməsi məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallardan biri kimi, Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsində nəzərdə tutulmuş Məhkum cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə cinayət işinin faktiki hallarına uyğundur. Məhkumun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydalarını tətbiq etməklə cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçü həddində cəza təyin edilmişdir. Beləliklə məhkuma daha ağır cəza təyin edilməsi qanunla məhdudlaşdırıldığından birinci instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanın yüngüllüy ü də mübahisələndirilə bilməz. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 17 oktyabr 2018-ci il tarixli qərarı ilə düzgün olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətini təmin edilmədən saxlamışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1- ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L İ R: Zərərçəkmiş şəxsin hüquqi varisi X7 və onun nümayəndəsi X8 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar