Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1442/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şir van Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, hökmü ilə (hakimlər X5 (sədrlik edən), X13 oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) xx.xx.1983-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, xx qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi X7 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Əliyev Elşad İbış oğlu və Abdullayev ilkin Qismət oğlundan ibarət tərkibdə) 29 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadl ıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qərarına əsasən Məhkum barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq olunmuş və ona təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir o na görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 1005,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotıklərlə Mübarizəsinin əməkdaşları 21 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 20:00-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində saxlanilaraq Ağcabədi rayon Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 1005,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana sağ əlində saxladığı bir ədəd polietilen torbada aşkar edil ərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət- prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli 2478 nömrəli rəyindən görünür ki, Məh kum kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkotmaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 21 may 2021-ci il tarixdə Məhkum üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 03 vərəqdən ibarət “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Məhkum üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı bir ədəd torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görü nür ki, Məhkum şəxsi axtarış keçirildikdən sonra şifahi sorğu zamanı üzərindən aşkar olunmuş qurudulmuş marixuanam öz sahəsində əkdiyini, həmin kütləni 2020-ci ilin noyabr ayında topladığını və satış məqsədi ilə üzərində daşıdığını bildirmişdir. Beləliklə iş materiallarından göründüyü kimi, Məhkum ifadələrində, onda aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi barədə göstərməsinə baxmayaraq, onun həmin narkotik vasitənin məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna və həmin qanunla təs diq edilmiş İ siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı 500 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum aşkar edilmiş 1005,0 qram miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından 201 dəfədən, külli miqdarından isə 2 dəfədən çox olmuş, lakin məhkəmə iş üzrə cinayət əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən mühüm əhəmiyyət kəsb edən bu faktiki hallara qiymət verməmiş, onları araşdırmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işin in apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilməd iyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllə 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tətqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməllərdən hər hansı birinə öz fikrini bildirmədikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərin ə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gə lməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilm iş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə m əsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq işə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsi Məhkum Azərbaycan Res publikası CM-nin 234.4.3-cü maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini Məhkum qismən etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. İşə baxan birinci instansiya məhkəməsi şəxsin üzərində aşkar edilən narkotik vasitələrin satış məqsədilə əldə edilməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş şahidlərin ifadələri və ekspertizanın rəylərinə əsaslanmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi isə məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitələrin satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığın olması barədə, ümumiyyətlə “satış” məqsədini təsdiq edən hər hansı bir sübut aşkar edilməmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş mat eriallarına əsasən həqiqətən məhkumun aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsini, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumaları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi Məhkum narkotik vasitəni satmaq niyyətində olmasını digər hər hansı bir sübut olmadan yalnız külli miqdarda, şəxsi istehlak miqdarından artıq miqdarda olması və 21 may 2021-ci il tarixdə barəsində şəxsi axtarış və götürmə aparılan zaman Məhkum ona verilmiş suallara cavab olaraq bildirdikləri ilə əsaslandırmışdır. Belə ki, Məhkum 21 may 2021-ci il tarixdə barə sində şəxsi axtarış və götürmə aparılan zaman ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütləni 2020-ci il tarixdə öz sahəsində əkdiyini, toxumunu isə tanımadığı şəxsdən əldə etdiyini, həmin kütləni 2020-ci ilin noyabr ayında yığdığını, sözügedən qurudulmuş marixuananı satış məqsədilə gəzdirdiyini, özünün narkotik vasitələrdən istifadə etmədiyini, başqa yerlərdə narkotik vasitə saxlamadığını bildirsə də, lakin sonradan Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələrində, o cümlədən birinci instansiya məhkəməsində verdiyi ifadəsində 21 may 2021-ci il tarixdə barəsində şəxsi axtarış və götürmə aparılan zaman bildirdiklərini təkzib etmiş, narkoti k vasitə olan marixuana istifadəçisi olduğunu və həmin narkotik vasitəni Kamal adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Məhkum ifadələrində mütəmadi sürətdə Kamal adlı şəxsdən özünün şəxsi istehlakı üçün narkotik vasitə - marixuana aldığını, Kamalın mütəmadi şəkildə onun işlədiyi kafeyə gələrək ona narkotik vasitə gətirdyini, onun üzərində müəyyən olunmuş həmin narkotik vasitəni həmin gün işlədiyi kafeyə gətirərək almağı məhz Kamalın ona təklif etdiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəisi Əbülfət Rzayev Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisi islam Hümbətova Məhkum haqqında ifadə verdiyi “Kamal” adlı şəxsin şəxsiyyətinin, olduğu yerin və əlaqələrinin müə yyən edilməsi, həmin şəxsin istintaqa təqdim olunması; Məhkum əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığının yoxlanılması, müsbət halda əvvəllər narkotik vasitələr satması hallarının müəyyən edilməsi; Məhkum narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması; Məhkum narkotik vasitələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması; Məhkum satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında iştirakı olan cinayətin digər iştirakçılarının şəxsiyyətinin, onların bu cinayətdə iştirakının və rolunun müəyyən edilməsi; külli miqdarda narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində xx.xx.2021-ci il tarixdə əm əliyyat tapşırığı vermişdir. Qeyd edilən əməliyyat tapşırığına verilmiş xx.xx.2021-ci il tarixli cavabda göstərilmişdir ki, "Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı hansı şəraitdə əldə etməsini, onun əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, əlaqələrini, Məhkum narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını, görə biləcək şahidlərin dairəsini, onun digər cinayətlərin törədilməsində iştirakını, eləcə də Kamal adlı şəxsi müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır”. Bundan başqa Məhkum narkotik vasitəni öz sahəsində əkdiyini göstərsə də, həmin faktın doğruluğunu yoxlamaq üçün əməliyyat-axtarış təd birini həyata keçirmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yerində hər hansı bir yoxlama, baxış və s. aparılmamış, ümumiyyətlə vacib əməliyyat tədbirləri keçirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən tərtib olunmuş ittiham aktında Məhkum narkotik vasitəni “Kamal” adlı şəxsdən yalnız öz istifadəsi üçün əldə etməsi barədə verdiyi ifadəsini təkzib edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışında da ittiham tərəfindən belə sübutlar təqdim olunmamış, məhkəmə istintaqında şahidlərin konkret fakta istinad olunmayan ifadələri də Məhkum narkotik vasitəni satış niyyətində olmasını sübut etməmişdir. Məhkum narkotik vasitəni özünün istifadə etməsi barədə həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi məlumatın həqiqətə uyğun olması ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi ilə də təsdiq olunmuşdur. Həmin rəyə əsasən onda kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkotik vasitənin miqdarı ilə bağlı kassasiya protestində qeyd edilənlər ilə bağlı, yəni Məhkum əldə etdiyi narkotik vasitə olan 1005,0 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı külli miqdarda şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına dair qərarda qeyd edilənlərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin əldə etmə və ya saxlama məqsədinin müəyyən olunması zamanı, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olm ası və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən verilmiş ittihamı təsdiq edərkən iş faktiki hallarını tam və hərtərəfli araşdırmamış, CPM-nin sübutetməyə dair 33, 125, 139, 144, 146-cı maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin yalnız polis əməkdaşlarının ifadəsi və ekspertiza rəyləri üzərində qurulan ittiham üzrə heç bir əlavə sübut tədqiq etmədən, yalnız narkotik vasitənin miqdarına əsasən məhkumun həmin maddələri məhz satış məqsədilə əldə etməsi barədə gəldiyi nəticə keyfiyyətli məhkəmə araşdırmasının nəticəsi kimi qəbul edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfində n Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların mə cmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestin in dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1442/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1442/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver