Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1442/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum2 müdafiəçisi Mirzəyev Ramiz Məmməd oğlunun, Məhkum1 müdafiəçiləri Əliyev Eldar İbrahim oğlunun və Hacıyev Namiq Sərkar oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-739/2024 nömrə li, 24 oktyabr 2024-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Mirzəyev Vüsal Əlövsət oğlu və Məhkum1 müdafiəçisi Qənbərov Ziya Cavanşir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxx-ci il tarixdə X kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, X kəndində qeydiyyatda olmaqla yaşamışdır. Məhkum2 xx xxxxxxxx-cı il tarixdə X kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, X kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 12 yanvar 2023-cü il tarixli ittiham aktına görə Mə hkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 144.3cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 15 fevral 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, məhkumlar Məhkum1 və Məhkum2 yaxın qohumu olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə qohum olmaları və həmkəndli kimi aralarında olan ailəvi münasibətlərə görə sonuncunun xx xxxxxx 2003-cü il tarixdə doğularaq cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmadığını aşkar surətd ə bildiyi halda Zərərçəkmiş şəxs iradəsi ziddinə qəsdən oğurlayaraq faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə apararaq saxlamaqla evlənmək niyyətilə digər təqsirləndirilən şəxslər - atası Təqsirləndirilən şəxs2, dayısı Məhkum1, əmisi qızı Təqsirləndirilən şəxs3, əmisi oğlu Məhkum2 və sonuncunun arvadı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən birləşib, Zərərçəkmiş şəxs Ağcabədi rayonunun İmamqulubəyli kəndindəki “Qobu” adlanan ərazidə olan bulaqdan tez-tez su götürdüyünü müşahidə edərək adam oğurluğunun həyata keçiriləcəyi yeri müəyyən etdikdən sonra cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə əvvəlcədən aralarında rolları bölüşdürüb Təqsirləndirilən şəxs2 qrup üzvləri və oğurlanması planlaşdırılan adamın daşınacağı avtomobili idarə edəc əyi, Məhkum2 adam oğurluğunun həyata keçirildiyi vaxt kənar şəxslərin müdaxiləsinin qarşısını alacağı, özünün Məhkum1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs tutaraq avtomobilə yerləşdirəcəyi, Təqsirləndirilən şəxs4 isə Zərərçəkmiş şəxs avtomobillə aparıldığı müddətdə müqavimətini qıraraq aktiv hərəkətlər etməsinə mane olacağı və kənardan müşahidə edilməməsi üçün gizlədəcəyi barədə qrup üzvləri ilə birgə icraçılıqla bağlı razılığa gələrək, 25 may 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs qohumları Şahid1 və Şahid3, həmçinin qonşusu Şahid5 ilə birgə qeyd edilən bulaqdan su götürüb piyada yaşadığı evə qayıdarkən, həmin kənddə yerləşən “Qobu” adlanan ərazidə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zə rərçəkmiş şəxs və digərlərinin qarşısında dayanıb, əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq Təqsirləndirilən şəxs2 həmin avtomobili işlək vəziyyətdə saxlamaqla sükanı arxasında gözləmiş, qrupun digər üzvləri isə avtomobildən aşağı enərək Məhkum2 onlara müdaxilə etməyə çalışan Şahid1, Şahid3 və Şahid5 itələyib yerə yıxaraq saxlayıb aktiv müqavimətlərini qırmış, Məhkum1 və Təqsirləndirilən şəxs3 onları gördükdən sonra onların niyyətlərini anlayıb qaçaraq uzaqlaşmağa başlayan Zərərçəkmiş şəxs arxasınca qaçmaqla yaxalayaraq sonuncunun sərbəst buraxılmasına dair aman diləyən yalvarışlarına heç bir məhəl qoymadan müqavimətini qırmaq üçün həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək başından, qollarından və ayaqlarından tutub daşıyaraq və həmin hərəkətləri ilə sağlamlığına z ərər vurmadığından dərəcəsi təyin edilməyən sağ və sol saiddə sıyrıqlar kimi xəsarətlər yetirərək həmin avtomobilin yanına gətirmiş, bundan sonra özü də həmin şəxslərlə birlikdə Zərərçəkmiş şəxs tutaraq qeyd olunan nəqliyyat vasitəsinin arxa oturacaqlarına zorla yerləşdirmiş, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs həmin avtomobillə aparıldığı müddət ərzində sonuncunun kənardan müşahidə edilməməsi məqsədi ilə başından tutaraq aşağı sıxmaqla gizlətmiş və aktiv müqavimətinin qarşısını almış, Təqsirləndirilən şəxs2 isə avtomobili idarə etməklə Zərərçəkmiş şəxs faktiki olduğu yerdən qanunsuz və iradəsi ziddinə tanışı Şahid6 Ağdam rayonunun Üçoğlan kəndində yerləşən fərdi yaşayış evinə aparmışlar, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qanunsuz olaraq oğurlamaqla tanışı Şahid6 Ağd am rayonunun Üçoğlan kəndində yerləşən fərdi yaşayış evində saxlayarkən Zərərçəkmiş şəxs ilə evlənmək niyyəti ilə onunla qohum olmaları və həmkəndli kimi aralarında olan ailəvi münasibətlərə görə sonuncunun xx xxxxxx 2003-cü il tarixdə doğulub cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmadığını aşkar surətdə bildiyi halda 25 may 2022-ci il tarixdə, saat 23 radələrində qeyd olunan fərdi yaşayış evinin yataq otağında olan çarpayıda uzanmış Zərərçəkmiş şəxs tutaraq döşəmənin üzərinə sərdiyi döşəyin üstünə yıxıb, sonuncuya fiziki zor tətbiq etməklə və yorğunluğu ilə əlaqədar müqavimət göstərmək iqtidarında olmadığı üçün köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs əynindəki paltarları zorla çıxararaq və ayaqları ilə sonuncunun aşağı ətraflarına fiziki qüvvə tətbiq edərək sıxıb Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmadığından dərəcəsi təyin olunmayan sağ və sol budların iç səthində qançırlar kimi xəsarətlər yetirməklə ayaqlarını bir-birindən ayırmasına nail olaraq gərginləşmiş xarici cinsiyyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeritməklə qızlıq pərdəsinin tamlığını pozub cinsi əlaqədə olmaqla yetkinlik yaşına çatmayan şəxsi zorlamış və bundan sonra tanışı Şahid12 yaşadığı Bərdə rayonunun Otuzikilər kəndində yerləşən fərdi yaşayış evinə aparılması ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu cinayətini törətmişlər.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-10/2024 nömrəli, 22 may 2024-cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cin ayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 10 (on) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 may 2024-cü il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq döv ründə tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 10 (on) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 may 2024-cü il tarixdən hesablanması; Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi, mənəvi zərər kimi mülki cavabdehlər Təqsirləndirilən şəxs1 20000 (iyirmi min) manat, Təqsirləndirilən şəxs2 10000 (on min) manat, Məhkum1 2500 (iki min beş yüz) manat, Məhkum2 2500 (iki min beş yüz) manat, Təqsirləndirilən şəxs3 1000 (bir min) manat və Təqsirləndirilən şəxs4 1000 (bir min) manat pul vəsaitinin mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməmə si hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü (köhnə redaksiyada) maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə eyni Məcəllənin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Məmmədzadə Əkbər Yusif oğlu və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Əhədov Eyvaz Ağaməmməd oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmadığını əsas göstərməklə onlara bəraət v erilməsini xahiş etmişlər.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-10/2024 nömrəli, 22 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 müdafiəçisi Qənbərov Ziya Cavanşir oğlu və Məhkum2 müdafiəçisi Mirzəyev Vüsal Əlövsət oğlu ayrıayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkum1 müdafiəçisi Qənbərov Ziya Cavanşir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr məhkumun ifadəsini lazımi qaydada nəzərə almadan onun digər şəxslərlə qabaqc adan əlbir olması qənaətinə gəlmişdir. Halbuki həm məhkumun özü, həm də digər iştirakçılar ifadələrində onun törədilmiş cinayətdən xəbəri olmadığını, heç kimlə hər hansı plan qurmadığını bildirmişlər. Müdafiəçinin mövqeyinə görə, Məhkum1 sadəcə olaraq bu barədə məlumatı olmadan digər şəxslərlə birlikdə həmin avtomobildə olmuşdur ki, bu hal onun tərəfindən cinayət törədilməsinə dəlalət etmir. Eyni zamanda qeyd edilmişdir ki, zərərçəkmiş şəxs hadisə zamanı hər hansı etiraz bildirməmiş, etiraz üçün əsas yarada biləcək davranış nümayiş etdirməmişdir. Zərərçəkmiş şəxs aparıldıqdan bir neçə gün sonra isə onun yaxınları tərəfindən şikayət edilmişdir. Bundan sonra Məhkum1 könüllü şəkildə Ağcabədi Rayon Polis Şöbəsinə gəlmiş, cinayət işinin araşdırılması üçün zəruri köməklik göstərmişdir ki, bu h al iş materiallarında olan ifadələrlə də təsdiqlənir. Müdafiəçi həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs bir qrup şəxs tərəfindən aparılmış olsa belə, Məhkum1 sonradan onu evdə qalmağa məcbur etməmiş, valideynlərinin evinə qayıtmasına mane olmamış, əksinə, könüllü olaraq polis şöbəsinə gələrək zərərçəkmiş şəxsi də polis orqanına təqdim etmişdir. Bu halın Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsini şərtləndirdiyi göstərilmişdir. Həmin normaya əsasən, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış şəxsi könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Göstərilən xüsusat məhkumun, eləcə də digər şahidlərin ifadələri ilə təsdiq edilmişdir. Bundan əlavə, iş material larından görünür ki, hadisənin baş verdiyi gün Zərərçəkmiş şəxs polis əməkdaşlarına Ramin adlı şəxslə könüllü getdiyini və hər hansı bir şəxs barəsində şikayətinin olmadığını bildirmiş, sonradan isə ailəsinin təsiri ilə verdiyi ifadəsində zorla qaçırıldığını göstərmişdir. Məhkəmələr məhkumun himayəsində azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət əməlini ilk dəfə törətməsini, habelə Vətən müharibəsində iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, onun əməlində cinayət tərkibinin olmamasını nəzərdən qaçırmışlar. Göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarının Məhkum 1 aid hissədə ləğv edilməsi və onun barəsində cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul olunması xahiş edilir.
11. Məhkum2 müdafiəçisi Mirzəyev Vüsal Əlövsət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 özünü Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilməmiş, hadisənin baş verdiyi gün digər şəxslərlə birlikdə hərəkət etsə də, zərərçəkmiş şəxsin oğurlanmasında əvvəlcədən razılaşması və ya fəal iştirakı olmamışdır. Müdafiəçi göstərmişdir ki, məhkum hadisədən sonra zərərçəkmiş şəxsi evdə saxlamamış, onun valideynlərinin yanına qayıtmasına maneçilik törətməmiş, sonradan isə könüllü şəkildə polis orqanına müraciət etmişdir. Bu hallar cinayət işinin materiallarında olan ifadələrlə təsdiq olunur və Azərbaycan Respublikası CM-nin 144-cü maddəsini n qeyd hissəsinə əsasən məhkumun cinayət məsuliyyətindən azad edilməsini şərtləndirir. Bu əsaslarla müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu ins tansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasi bətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Kassasiya şikayətlərində məhkumların cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olduğu, eyni zamanda onların törətdikləri əməldə cinayət tərkibinin olmadığı iddia edilir, bununla da kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.6 və 416.1.11-ci maddələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks e tdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıll ıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 əməllərində cinayət tərkibi olmadığı əsası ilə onlara bəraət verilməsi barədə müdafiəçilərinin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
24. Belə ki, hər iki məhkumların müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkumlar Məhkum1 və Məhkum2 məhkəmədə özlərini Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri bilməsələr də, onların həmin cinayətin törədilməsində təqsiri özlərinin və baxılan iş üzrə məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə verdikləri qismən etirafedici ifadələri ilə yanaşı, habelə Zərərçəkmiş şəxs, şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, keçirilmiş məhkəmə-tibbi və digər ekspertizaların rəyləri, ifadənin yerində yoxlanılması haqqında protokol, zərərçəkmiş şəxslə məhkum edilmiş şəxslər arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolları, telefon danışıqlarına baxış aparılması haqqında protokol, istintaq və məhkəmə hərəkəti protokolları və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum1 və Məhkum2 hərəkətlərinin tədqiqindən, təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi nin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməllərində Cinayət Məcəlləsinin ittiham edildikləri maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onların həmin maddə üzrə təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləc ək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
27. Kassasiya şikayətlərinin məhkumlar barəsində Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin qeyd hissəsi tətbiq olunmaqla onların cinayət məsuliyyətindən azad edilməli olduqları barədə kassasiya şikayətlərinin dəlillərinə münasibətə məhkəmə kollegiyası xatırladır ki, Cinayət Məcəlləsinin istinad edilən müddəasında əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Bu cinayət məsuliyyətindən azad etmənin xüsusi halıdır. Həmin əsasın yaranması üçün ilkin şərt oğurlanmış şəxsin, yəni zərərçəkənin bunun üçün müvafiq imkanlar olduğu halda könüllü azad edilməsidir.
28. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə isə zərərçəkmiş şəxsin məhkum edilmiş şəxslər tərəfindən könüllü azad olunması ilə bağlı hər hansı hərəkətin atılması aşkar olunmamış, müvafiq olaraq zərərçəkmiş şəxsin məcburiyyətdən azad edilməsi Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin qeyd hissəsinin təsir dairəsinə düşməsi üçün əsas yaratmır. Belə olan halda kassasiya şikayətlərinin müvafiq dəlilləri mülahizə xarakterli olmaqla, cinayət məsuliyyətindən azad edilməyə yönəlmiş cəhd kimi qiymətləndirilməlidir.
29. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarının qəbul edilməsindən sonra baxılan iş üzrə yeni halların yaranması, həmin qərarın məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 təyin edilmiş cəzaya aid hissəsində dəyişdirilməsinə əsas verir.
30. Belə qənaətə gələrkən məhkəmə kollegiyası ilk öncə nəzərə alır ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, hə m də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012- ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
31. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğ unsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
32. Lakin qeyd edilənlərlə yanaşı o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında verdiyi şərhlərə görə, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azə rbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
33. Davam edərək məhkəmə kollegiyası qeyd edir ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci ümumi məzmununa əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar o lduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
34. Cəza siyasətinin tənzimlənməsinə yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında isə qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşd irici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarı, № 4, § 8, 25 iyun 2003-cü il).
35. Baxılan cinayət içinin hal-hazırda formalaşmış halları qeyd edilənlərlə birgə təhlil edildikdə müəyyən olunur ki, məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edən birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini səciyyələndirən halları, eləcə də təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, o cümlədən Məhkum1 cəzasını yüngülləşdirən hallar olaraq ilk dəfə cinayət əməlini t örətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, 2-ci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak hərbi xidmətinə görə medallarla təltif olunmasını, Məhkum2 isə himayəsində üç azyaşlı uşağının olmasını, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onların hər birinə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsinin sanksiyasının aşağı həddində (maddənin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
36. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəl əndirilən qərarının məhkumlara təyin edilmiş cəzaya aid hissədə maddi hüquq normalarına uyğun olduğunu qəbul etsə də, hesab edir ki, həmin qərarın qəbulundan sonra məhkumların zərərçəkmiş şəxslə barışması və ona vurduqları maddi ziyanı tam ödəməsi kimi yaranmış yeni hal, hazırkı qərarın 35-ci paraqrafında göstərilmiş digər yüngülləşdirici hallarla birlikdə götürülməklə, barələrində törətdikləri cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsinə imkan verən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə əsas yaradır.
38. Belə ki, araşdırma predmeti olan kassasiya şikayətlərinə baxıldığı dövrdə müdafiə tərəfi Zərərçəkmiş şəxs 14 avqust və 11 sentyabr 2025-ci il tarixlərində verdiyi notarial qaydada təsdiq edilmiş ərizələri təqdim etmiş, həmin ərizələrdə z ərərçəkmiş məhkumlar Məhkum1 və Məhkum2 ilə barışdığını, onlara qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu yeni hal, yəni məhkumların zərərçəkmiş şəxslə barışaraq vurduqları maddi ziyanı tam ödəməsi, həm onların törətdikləri cinayət əməlinin nəticələrinin aradan qaldırılması istiqamətində konkret və ölçülə bilən addım kimi qiymətləndirilməli, həm də məhkumların şəxsi davranış və məsuliyyət anlayışının dəyişdiyini, hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə hazır olduqlarını göstərir. Məhkəmə kollegiyasının fikrincə, məhkumların zərərçəkmişlə barışıq əldə etməsi yalnız cinayət məsuliyyətinin azaldılması üçün əsas yaradan hərəkət kimi qiymətləndirilməməli, eyni zamanda onların islah yoluna qədəm qoyduğunu və cəmi yyət üçün faydalı fəaliyyətə qayıtmağa istiqamət aldıqlarını göstərən mühüm fakt kimi nəzərə alınmalıdır. Bu hal cəzanın məqsədləri - islah və sosial reabilitasiya - baxımından önəmli əhəmiyyət daşıyır və məhkumların gələcək davranışlarının daha məsuliyyətli olacağına dair inam yaradır.
40. Nəticə etibarilə, yaranmış yeni halın mövcudluğu həm cəzanın humanist prinsipləri ilə uyğunluğu təmin etdiyindən, həm də məhkumların tam islah olunmaları istiqamətində atdıqları addımı praktiki təsdiq etdiyindən məhkəmə kollegiyası hesab edir ki, cəza institutunun məqsədlərinin təmini üçün məhkumlar Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi mümkündür, onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında müəyyən edilən aşağı həddən az cəza təyin edilə bilər, belə cəza vasitəsi ilə də hər iki məhkum edilmiş şəxsin islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın bütün məqsədlərinə çatmaq olar.
41. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Qənbərov Ziya Cavanşir oğlu və Məhkum2 müdafiəçisi Mirzəyev Vüsal Əlövsət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı cəza təyini hissəsində dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Qənbərov Ziya Cavanşir oğlu və Məhkum2 müdafiəçisi Mirzəyev Vüsal Əlövsət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı cəza təyini hissəsində dəyişdirilsin. Məhkum1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-10/2024 nömrəli, 22 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum1 ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-10/2024 nömrəli, 22 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 10 (on) il 06 (a ltı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-739/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.