Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1443/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X14 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: X14 oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Ələkbərli Roman Nəriman oğlu) X1 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında X14 oğlunun şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan X14 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 09 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2019-cu tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X14 oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: X14 oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən prosessual pozuntulara yol verilməklə, ədalətsiz və qeyri obyektiv qərar qəbul edilmişdir. X4 onu xüsusi ilə ağır cinayət törətməkdə təqsirli bilinməsini xahiş etməklə ona qarşı böhtan atmışdır. Lakin, xüsusi ittiham qaydasında verdiyi şikayət icraata qəbul edilməyər ək yalnış nəticəyə gəlinmişdir.Məhkəmənin qərarı qanunsuzdur. X14 məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olara q qərarın qanuniliyini yoxlayaraq qeyd edir ki, apellyasiya məhkəməsi heç bir qanun pozuntusuna yol verməmiş, qərar qanunun tələblərinə riayət edilməklə çıxarılmış, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. X9 iştirakı barədə müraciət etməmişdir.Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini (birinci instansiya məhkəməsinin qərarının ləğv edilməli olduğuna dair nəticəni) qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci. maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma –CM-nin 147.2-ci maddəsi ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan – atmadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi aşağıdakı hallarda baş verir: həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. İş materiallarından müəyyən olur ki, X4, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla Vüqar Əliyevin Azərbaycan Respublikası CM-nin 120.2.1,120.2.3,120.2.4, 152,170.3.1,228.4-cü maddələri llə təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə zərərçəkmiş mərhum X6 hüquqi varisinin nümayəndəsi kimi iştirak etmiş, məhkəmələrdə cinayət-prosessual qanunvericiliyində təsbit edilmiş müddəalara uyğun fəaliyyət göstərmişdir. Vəkil(nümayəndə) X1 cinayət-prosessual fəaliyyətdən kənar məhkum barəsində öz adından ayrıca onu ağır cinayət törətməkdə ittiham etməsi ilə bağlı hər hansı bir hərəkət etməsi (müraciət, məlumat verməsi) müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən X14 oğlunun xüsusi ittiham qaydasında şikayəti, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmamasına və şikayəti əsassız olduğuna görə icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul etməklə əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən prosessual pozuntuya yol verilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qəbul etdiyi qərar işin faktiki hallarına uyğundur, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1443/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1443/2019
26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver