Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1443/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli 1(104)-126/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş ka ssasiya protestinə, habelə Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 1(100)-295/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim R.N.Ələkbərli, hakimlər D.H.İmanov və N.T.Əliyevdən ibarət məhkəmə tərkibi) xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 0 1 (bir) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 07 avqust 2021-ci il tarixdən 09 avqust 2021-ci il tarixədək və 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək tutulduğu ümumilikdə 6 (altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çək məklə cəzaçəkmə müddətinin 03 noyabr 2022-ci il tarixdən hesablanmış, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.B.Hüseynov, hakimlər Ə.G.Abdullayev və A.H.Hüseynzadədən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixl i qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkum tərəfindən isə kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 228.1 və 229.1-ci maddələri irəli sürülmüş ittihama əsasən, o, qanunsuz olaraq odlu silahı əldə edib saxlamış, daşımış, gəzdirmiş və odlu silahı qanunsuz olaraq hazırlamış, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 1 ədəd 3363-M №-li, keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz ov tüfəngini qanunsuz olaraq əldə edib lüləsini və qundağını istintaqa məlum olmayan tarixdə kustar üsulla kəsməklə konstruktiv dəyişikliklərə məruz qoyub ilkin təyinatını dəyişərək qanunsuz olaraq hazırladıqdan sonra üzərində saxlayaraq daşımış və gəzdirmiş, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Spartak” adlanan stadionun yaxınlığında saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə odlu silah olan 1 ədəd keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı həmin ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 01 kiloqram 29,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 9.86 qram çəkidə olan hissəsini “platinium” markalı siqaret qutusunun içərisində gizlətməklə eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, 01 kiloqram 20 qram çəkidə olan hissəsini isə üzərində “Baku Azerbaijan” sözləri yazılmış polietilen torbaya yığıb Gəncə şəhəri, Avtozavod qəsəbəsində olan yaşayış təyinatlı ünvansız yarımtikilinin içərisində gizlədərək satış məqsədi ilə saxlamış, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində - “köhnə Yevlax Avtovağzalı” adlanan ərazidə saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan şalvarın ön sol yan cibindən “platinium” markalı siqaret qutusunun içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 9.86 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin davam etdirilən əməliyyat tədbirləri ilə eyni tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yaşayış təyinatlı həmin ünvansız yarımtikilinin içərisinə ba xış zamanı oradan üzərində “Baku Azerbaijan” sözləri yazılmış polietilen torbada olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 01 kiloqram 20 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Gəncə Ağır Cinayətlər Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmiş, həmçinin odlu silahı qanunsuz olaraq hazırlanması məhkəmə istintaqı zamanı təsdiq olunmadığından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində ci nayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuş, nəticədə əsassız və qanunsuz olaraq təqsirləndirilən şəxs Məhkum əməlinin hüquqi tövsifi, o, 1029,86 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində və Gəncə şəhəri, Avtozavod qəsəbəsində olan yaşayış təyinatlı ünvansız yarımtikilinin içərisində gizlədib saxladığı halda, ittiham aktında göstərilən Cinayət Məcəlləsinin 234.4. 3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestini təmin etməməklə həmin pozuntuları aradan qaldırmamışdır. Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlməsini göstərən hal kimi xüsusilə ona istinad etmişdir ki, sonuncudan aşkar olunmuş narkotik vasitə (marixuana) bu növ narkotik vasitə üçün qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından 204 dəfə, külli miqdarın başlanğıc həddindən isə 2 dəfədən çox olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqda və daşımaqda, həmçinin qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqda, daşımaqda, gəzdirməkdə – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayı b bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin məzmunundan müəyyən edilir ki, o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassas iya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsir liliyi sübuta yetirilmədiyi halda onun əsasız olaraq Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı isə kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibi olduğu halda, əsassız olaraq onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsasl ılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə sonuncudan aşkar edilmiş narkotik vasitənin – qurudulmuş marixuananın kütləsinin külli miqdar – 1029,86 qram təşkil etməklə şəxsi istehlak miqdarından (5 qramdan) təxminən 204 dəfə, “külli miqdar”ın minimal həddindən (500 qramdan) təxminən 2 dəfə çox olması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına isti nad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş məhz həmin iqtibas dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmamaq üçün əsasdır. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən narkotik vasitəni xırda bükümlərə qablaşdırması, narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması, digər istehlakçılarla razılıq əldə etməsi kimi sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 1029,86 qram qurudulmuş marixuananın külli miqdar olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti hökmdə ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum məhkəməyədək icraatda verdiyi ilk ifadəsindən başlayaraq narkotik vasitə satmaq kimi məqsədinin olmadığını göstərmişdir. Belə ki, xx.xx.2 021-ci il tarixdə, həm xx.xx.2021-ci il tarixdə şəxsi axtarış keçirilərkən, həm də xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yarımtikilinin içərisinə baxış zamanı Məhkum narkotik vasitəni şəxsi istehlakı üçün əldə edib saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və X5 verdikləri ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Məhkum aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Həmçinin cinayət işinin materiallarından gorundur ki, Məhkum adına rəsmiləşdirilmiş mobil nömrə ilə başqa mobil telefonlar va sitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olmasına dair əldə edilmiş məlumatlarda da Məhkum satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşarkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmı ş, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışlar. Odur ki, kollegiya məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan yuxarıda qeyd olunan əməlləri (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası Məhkum tərəfindən kassasiya şikayətində irəli sürülmüş təqsirliliyi sübuta yetirilmədiyi halda Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinməsi barədə iddiaya və ona qeyd olunan maddələrlə bəraətin verilməsi dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə razılaşmaq üçün əsas görmür. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma, həmçinin qanunsuz olaraq odlu silahı əldə etmə, daşıma və gəzdirmə cinayətlərinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən hallar ın, yəni cinayətprosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş sübutlardan: təqsirləndirilənin (etirafedici), şahidlərin ifadələrindən, xx.xx.2021-ci il tarixli, həm xx.xx.2021-ci il tarixli şəxsi axtarış götürmə haqqında, həm də xx.xx.2021-ci il tarixli baxış protokollarından, məhkəmə-bioloji və məhkəmə-ballistik ekspertiza rəylərindən və s. materiallardan çıxış etməklə müdafiə tərəfinin dəlillərini şərh etdiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində (əlavələrlə birlikdə) a pellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə, araşdırmanın obyektivliyinə, tamlığına, hərtərəfliliyinə kölgə sala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib - onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr t ərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir olunanlar məhkumun apellyasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrinə göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair məhkumun, habelə kas sasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 yanvar 2023-ci il tarixli, 1(104)-126/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti və Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 yanvar 2023-ci il tarixli 1(104)-126/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1443/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1443/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver