Məhkəmə qərarları › İş №1(102)-1443/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1443/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1443/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(103)-54/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən), Azad Məcidov və Əhməd Quliyev) 20 iyun 2023-cü il tarixli 1(101)-739/2023 nömrəli hökmü ilə xx xxxx 1988-ci ildə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan c inayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Məhkum xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində istintaqa məlum olmayan Yusif adlı şəxsdən ünvan 2 ünvanında 250 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd üzərində “DUFRY” yazılmış qırmızı rəngli sellofan torbanın içərisində olan 3 ədəd skoçla bağlanmış polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 730,0 qram, 1460 qram və 2235 qram olmaqla, ümumi təmiz çəkisi 4425 qram (4 kq 425 qram) olan bitki mənşəli çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşımış, 17 sentyabr 2022-ci il tarixdə saat 00:40 radələrində ünvan 2 ünvanının qarşısında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə dəvət olunmuş, polis şöbəsinin xidməti otaqların birində Məhkum üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əlində olan həmin qırmızı rəngli sellofan torbanın içərisindən 3 ədəd skoçla bağlanmış polietilen bağlamada ayrı-ayırlıqda təmiz çəkiləri 730,0 qram, 1460 qram və 2235 qram olmaqla, ümumi təmiz çəkisi 4425 qram (4 kq 425 qram) olan bitki mənşəli çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 27 iyun 2024-cü il tarixli qərarı 1(103)-54/2024 nömrəli ilə qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 1(101)-739/2023 nömrəli hökmü cəza hissəsində dəyişdirilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 27 iyun 2024-cü il tarixli, 1(103)-54/2024 nömrəli qərarının ləğv edilməsini və işin apellyasiya məhkəməsinə yenidən baxılmasının təyin edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2024cü il tarixli, 1(103)-54/2024 nömrəli qərarını ləğv edərək Məhkum cinayət məsuliyyətindən azad olunmaqla barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısı3 onunla əsaslandırmışdır ki, CMin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residi və görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkum əməlində cinayətlərin təhlükəli residivi olduğu üçün təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddəti 8 ildən az ola bilməz. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum qarşı irəli sürülmüş ittihamlar tamamilə əsassızdır. Məhkəmə istintaqını səthi aparılmış, ittiham aktında yazılanları hökmə köçürməklə kifayətlənmiş, hətta ittiham aktında yol verilmiş yanlışlığı (təqsirləndirilən şəxsin məhkəmə iclasında da bildirməsinə baxmayaraq, onun ali təhsilli olması barədə məlumatın daxil edilməməsi) aradan qaldırmamış birinci instansiya məhkəməsinin hökmündə qeyd edilənlər apellyas iya məhkəməsi tərəfindən təkrarlanmışdır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiə tərəfindən verilmiş çoxsaylı vəsatətlərdən yalnız biri təqsirləndirilən şəxsin həbs edilməsi zamanı polis əməkdaşları tərəfindən döyülməsinə dair material Nərimanov rayon prokurorluğundan tələb edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 4(005)-1012/2022 saylı məlumatından görünür ki, Nərimanov rayon Polis İdarəsinin təqdimatına baxılarkən “məhkəmə iclasında baxılması zamanı təqsirləndirilən şəxs Məhkum sifət nahiyəsində müxtəlif xəsarət izləri aşkar şəkildə müəyyən olunmuşdur. ” Həmin məlumatda məhkəmə hesab etmişdir ki, “təqsirləndirilən şəxs Məhkum Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin istintaq şöbəsinin əməkdaşları tərəfindən təzyiq, t əhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması məhkəmə iclas zalında hakimdə ciddi şübhə doğurduğundan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata prokurora həmin məsələnin yoxlanılması üçün məlumat verilsin.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, 17/386643 saylı məlumatından da görünür ki, Nərimanov RPl-nin İŞ-nin hesabında olan həbs edilmiş şəxs Məhkum üzərinə baxış keçirilən zaman, onun sağ gözünün ətrafında tünd bənövşəyi rəngli qançır izləri, sağ bazu və qarnının sol nahiyələrində yaşılımtıl rəngli qançır izləri, sol bilək nahiyəsində qərtməkli yara xəsarətləri aşkar olundu. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, prokurorluqda aparılmış həmin araşdırma zamanı təqsirləndirilən şəx sin müdafiə hüququ pozularaq onun ifadəsi müdafiəçisinin iştirakı olmadan alınmışdır. Bununla da həm yerli qanunvericiliyin, həm də Avropa Konvensiyasının tələbləri kobud surətdə pozulmuşdur. Prokurorluq tərəfindən təqdim edilən materiala əlavə edilmiş polis əməkdaşlarının prokurorluqda verdikləri ifadələri ilə məhkəmədə verdikləri ifadələr arasında aşkar ziddiyyətlər olsa da, məhkəmələr tərəfindən buna əhəmiyyət belə verilməmişdir. Məhkəmə istintaqı zamanı Nərimanov rayon Polis İdarəsinə verilmiş, ştamp vurulmaqla qəbul edilmiş vəsatətin iş materiallarında olmamasına istintaq tərəfindən gizlədilməsinə əsaslı şübhələr olduğu halda bu pozuntuya məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyasında işə baxılan zaman isə polis əməkdaşları tərəfindən Məhkum telefonu ap ellyasiya prosesi yekunlaşmadan yaddaşı formatlaşdrılaraq (yəni bütün məlumatlar silinərək) qardaşı X2 təhvil verilmiş və qardaşı tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş və mobil telefon hazırda həmin məhkəmədədir. Həmin ifadələrdən də göründüyü kimi, təqsirləndirilən şəxs israrla bildirir ki, videogörüntüdə stolun üstündə göstərilən mobil telefon onun telefonu deyil, həmin telefon müstəntiqin telefonu olmuşdur. Təqsirləndirilən şəxsin mobil telefonu ibtidai istintaq tərəfindən belə ciddi-cəhdlə gizlədilməsi isə onunla bağlıdır ki, təqsirləndirilən şəxsin telefonuna baxış keçiriləcəyi təqdirdə ona qarşı irəli sürülmüş ittihamların tamamilə əsassız olması sübuta yetiriləcəkdir. Belə ki. həmin telefonda olan yazışmalardan birmənalı məlum olacaqdır ki, “satıcı" əslində təhrikçi (müd afiə tərəfinin ehtimalına görə xüsusi konfident- təhrikçi) olmuşdur. Məlum olduğu kimi hər bir mobil cihazın təkrarolunmaz İMEİ kodu var və bu kod müvafiq qaydada qeydiyyatdan keçir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası"-nın 1.2.4-cii bəndində əsasən, mobil cihaz üçün tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləsdirməni) göstərən nömrə (İMEİ-lnternational Mobile Equipment İdentification). İMEİ kodu vasitəsi ilə həmin cihaza aid digər məlumatları (qeydiyyat tarixi və yeri, istifadə edilən nömrə və s.) da əldə etmək mümkündür. Görünür, bu səbəbdən ibtidai istintaq orqanı müxtəlif bəhanələrlə təqsirləndirilən şəxsin telefonunu gizlətm əklə ona qarşı irəli sürümüş saxta ittihamların əvvəlcədən planlaşdırılmış və təhrikedici konfidentin iştirakı ilə təqsirləndirilən şəxsi törətmədiyi cinayətə görə məhkum etmək olmuşdur. Mobil cihazın İMEİ kodu onun gövdəsində yazılır və telefonun işlək vəziyyətdə olub-olmamasından asılı olmayaraq, onun hansı tarixdə, harada qeydiyyata alınmasının və s. digər məlumatların yoxlanılması mümkündür. İstintaq orqanı isə təqsirləndirilən şəxsin mobil telefonundan yalnız bir məlumatın satıcının bank kartı hesabına 250 manat ödənilməsinə dair qəbzin surətinin və seçmə üsulu ilə bir neçə digər məlumatı təqdim etməklə kifayətlənmiş, həmin mobil telefonda olan digər məlumatları isə məhkəməyə təqdim etməmişdir. Belə ki, müstəntiq tərəfindən Məhkum məxsus mobil telefonun “Whatsapp” proqramında olan yaz ışmaların görüntüləri olan fotocədvələ narkotik vasitənin ümumi görünüşünü əks etdirən foto (Foto №2) əlavə edilsə də, Məhkum tərəfindən dəyəri ödənilmiş və 50 q. narkotik vasitənin (büküldüyü sellofan torbanın da çəkisi ilə birlikdə 61 q.) tərəzi üzərində ayrıca büküm şəklində olmasını əks etdirən foto əlavə edilməmişdir. Halbuki, həm Məhkum məxsus mobil telefonun “Whatsapp” proqramında, həm də Yusif adlı şəxsin mobil telefonun “Whatsapp” proqramında belə foto olmuşdur. Həmin fotoda tərəzidəki çəkinin 61 q. olmuşdur. Yusif də ona bildirmişdir ki, sellofan bükümdə olan marixuananın təmiz çəkisi 50 q.-dır, 11 q. sellofandır. Apellyasiya məhkəməsi tərəfindən banka verilmiş sorğuya əsasən, məlum olmuşdur ki, Məhkum “E-Manat" terminalı vasitəsi ilə pulu köçürdüyü kredit kartı Şahid3 məxsus o lmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən olunmuşdur ki, Məhkum qeyd olunan narkotik vasitələrin alışı üçün 250 manat pul vəsaitini Sumqayıt səhər sakini Şahid3 məxsus bank kartına köçürmüşdür. Apellyasiya məhkəməsində ifadə vermiş Şahid3 ifadəsindən görünür ki, “o, həqiqətən də bank kartının onun adına olduğunu, bank kartının onunla tanışlığı olan Sumqayıt Səhər Polis İdarəsinin polis əməkdaşı Şahid5 tərəfindən onun adına açıldığım, lakin faktiki olar acı Şahid5 tərəfindən təyinatı üzrə istifadə edildiyini göstərmişdir...." Məhkəmə iclasında dindirilmiş Şahid5 Şahid3 tanıdığını, ancaq sonuncunun adına hər hansı bank kartını olmadığını və istifadə etmədiyini göstərmişdir. Məhkəmə iclasında bir daha dindirilmiş Şahid3 əvvəlki məhkəmə prosesində verdiy i ifadəsini təsdiq edərək, məhkəmədə aparılan üzləşdirmə zamanı göstərilən xüsusatları Şahid5 bildirmişdir. İş materialları və kartına pul vəsaiti köçürülmüş şahidin ifadəsindən də göründüyü kimi Məhkum pul köçürdüyü kart narkotik vasitələrdən qanunsuz istifadəyə görə məhkum edilmiş (halbuki faktiki olaraq o satıcıdır və bu hal istintaq orqanı tərəfindən gizlədilmişdir) polis əməkdaşı tərəfindən istifadə edilmişdir. Məhkum öz şəxsi istifadəsi üçün 50 qram narkotik vasitə almaq üçün pul köçürməsi ilə daha çox narkotik vasitənin alışı görüntü yaratmaq üçün polis əməkdaşının da xəbəri və iştirakı olduğu saxta əməliyyat təşkil edilmişdir. Apellyasiya prosesi yekunlaşmadan polis əməkdaşları tərəfindən Məhkum telefonunun yaddaşı formatlaşdırılaraq (yəni bütün məlumatlar silinərək) qardaşı M.N.No vruzova təhvil verilməsi ilə Cinayət Prosessual Məcəlləsinin 131-ci maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, cinayət işi üzrə icraat başa çatanadək qaytarılmalı olan əşyalar siyahısında “mobil telefon" nəzərdə tutulmamışdır. Tələsik olaraq apellyasiya icraatı yekunlaşmamış mobil telefonun məhkum edilmiş şəxsin qardaşına təhvil verilməsi cinayət izlərinin gizlədilməsidir. Guya, təqsirləndirilən şəxsin "ümumi təmiz çəkisi 4425 qram (4 kq 425 qram) olan bitki mənşəli çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşımasını" isə təsdiq edən və Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab verən heç bir sübut olmadığı halda, təqsirləndirilən şəxs barəsində ittiham h ökmünün çıxarılması tamamilə əsassız və qanunsuz olmuşdur. Hazırkı işdə narkotik maddələri satan şəxsin (Yusif adlı şəxsin) Bank hesabının məlum olması və bununla əlaqədar onun identifıkasiya edilməklə aşkar edilərək, istintaqa cəlb edilməsinə heç bir maneə olmadığı halda, polisin həmin şəxsi “istintaqa məlum olmayan" şəxs kimi təqdim etməsi, onun axtarılaraq istintaqa təhvil verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini tələb etməyimizə baxmayaraq, bu istiqamətdə heç bir tədbirin görülmməsi. təqsirləndirilən şəxsdən götürülmüş mobil telefonun tədqiq edilməsi üçün məhkəməyə təqdim edilməməsi, həmçinin Nərimanov rayon Polis İdarəsinə rəsmi təqdim edilmiş vəsatətin iş materiallarına belə əlavə edilməməsi həmin şəxsin təhrikedici xüsusi konfıdcnt (gizli a gent) olduğuna əsaslı şübhələr yaradır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. K assasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun barəsində qəbul edilmiş hökm və qərar cinayət prosessual qanunvericiliyinin pozuntuları ilə, yəni sübutlara düzgün qiymət verilmədən qəbul edilmişdir. Dövlət itti hamçısı3 kassasiya protestinin başlıca dəlili isə apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən əməlin cinayətlərin təhlükəli residivi olmasının nəzərə alınmamasının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası ilk öncə kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdi r. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri o lubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublik ası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İbtidai araşdırma zamanı toplanmaqla, birinci və apellyasiya instansiyası məh kəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum məlum olmayan mənbədən 4425 qram narkotik vasitə olan qurudulmuş marixuananı 17 sentyabr 2022-ci il tarixdə saat 00:30-da əldə edib üzərində saxlamaqla daşıyaraq, həmin tarixdə saat 00:40-da polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis Şöbəsində Məhkum üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Lakin, nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr Məhkum ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan marixuananı əldə edərkən, məqsədinin onu satmaq olmasını müəyyən etməmiş, bu məqsədə yalnız əldə edilmiş marixuananın miqdarına əsasən gəlmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin törədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. Belə ki, Məhkum hətta ibtidai istintaq zamanı narkotik vasitənin aşkar edilməsini etiraf etsə də, onun satış məqsədi əldə etdiyini göstərməmişdir. İbtidai istinta q orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə, məhkəmələr tərəfindən onu həmin maddə ilə təqsirli bilinməsi barədə məhkəmə aktlarının çıxarılmasına baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə icraatı zamanı onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya onda bu niyyətin olmasını təsdiq edən heç bir sübut əldə olunmamış və heç bir hal müəyyən edilməmişdir Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun bir ədəd sellofan torbanın içərisində 4425 qram narkotik vasitə olan marixuananı əldə etməsi öz-özlüyündə onun həmin narkotik vasitənin satmaq məqsədini ehtiva etmi r, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət edən digər hallar da müəyyən edilməmişdir. Belə ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı polis orqanlarına daxil olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmişdir. Cinayət işinə əlavə edilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-in rəisi A.Məmmədovun 24 oktyabr 2022-ci il tarixli məktubdan da görünür ki, istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum narkotik vasitələrin satılması ilə məşğul olması müəyyən edilməmişdir. Həmçinin Məhkum istifadəsində olan mobil telefonuna baxışı zamanı onun narkotik vasitələrin sa tışı ilə məşğul olmasını təsdiq edən SMS məlumatları aşkar edilməmişdir. Məhkəmələrin araşdırması zamanı da Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrinin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübut müəyyən edilməmişdir. Həm birinci, həm apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında Məhkum göstərmişdir ki, o marixuana narkotik vasitəni istifadə edir. Marixuananı əldə etmək üçün 16 sentyabr 2022-ci il tarixdə Yusif adlı şəxsə zəng etmiş və 250 manat müqabilində ondan 50 qram miqdarında marixuananı almaq razılığa gələrək Yusifin bank kartına ödəniş terminalı vasitəsi ilə 250 manat pul köçürmüşdür. Bundan sonra Yusif ona “Ulduz” metro stansiyasının yaxınlığında olan ərazidə marixuananı götürə biləcəyini demiş və həmin yerin çəkiliş i onun telefonuna atmışdır. 17 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində narkotik vasitəni götürmək üçün həmin əraziyə gəlmiş və narkotik vasitənin gözləndiyi yeri tapmış, lakin marixuananın miqdarı sifariş etdiyi miqdardan artıq olmasını görüb ona əl vurmamışdır. Həmin vaxt onu polis əməkdaşları saxlamış və polis bölməsinə aparmışlar. Məhkum məhz 50 qram miqdarında marixuana narkotik vasitənin almaq məqsədinin olması onun istifadəsində olan mobil telefonuna baxış zamanı orada aşkar edilmiş “eManat” ödəniş terminalının qəbzi ilə təsdiq olunmuşdur. Həmin qəbzdən görünür ki, Məhkum tərəfindən Yusif adlı şəxsə məhz 250 manat pul köçürmüşdür. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, pul ödəyəndən sonra həmin Yusif adlı şəxs ona narkotik vasitənin olduğu yer haqqında ətraflı məluma t vermişdir. İş materiallarından isə görünür ki, Məhkum məhz həmin yerin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkum bu ifadələri cinayət işi üzrə toplanmış sübutlarla təkzib olunmur, əksinə yuxarıda qeyd edildiyi kimi onun telefona baxış keçirilməsi zamanı əldə edilmiş məlumatlarla təsdiq olunur və Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələblərinə əsasən onun xeyrinə təfsir edilməlidir. Məhkum narkotik vasitənin miqdarının sifariş etdiyi miqdardan artıq olması ilə əlaqədar bağlamaya əl vurmadığı barədə ifadəsi, onu saxlayan polis əməkdaşlarının ifadələri ilə təkzib olunur. Məhkəmə kollegiyası polis əməkdaşlarının ifadələrini şübhə altına almaq üçün əsas görmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Məhkum şəxsi istifadəsi üçün 50 qram marixua na almaq məqsədilə “Ulduz” metro stansiyası yaxınlığına gəlməsi barədə ifadəsi hər hansı digər sübutlarla təkzib edilmədiyindən, onun həmin yerdə daha böyük miqdarda - 4 kiloqram 425 qram marixuananı aşkar edilərək götürülməsi faktı yalnız narkotik vasitənin miqdarına əsaslanaraq bu əməlin satış məqsədi ilə törədilməsi kimi qiymətləndirilməsinə kifayət etmir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzərindən aşkar edilmiş 3 ədəd bükümdə külli miqdarda 4425 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edilməsi, üzərində saxlanması, daşınması iş materialları ilə müəyyən edilmir, hətta cinayət işi üzrə digər sübutlarla təkzib olunur. Belə olan halda məhkəmə kollegiyası cinay ət-prosessual qanunun yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum əməlinin CM-in Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ondan aşkar olunub götürülmüş narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham və onun barəsində həmin maddə ilə çıxarılmış ittiham hökmü yalnız ehtimallara əsaslanmışdır. Bu səbəbdən təqsirləndirilən şəxs Məhkum əməli qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan külli miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlid ir. Polis əməkdaşları tərəfindən məhkuma qarşı zor tətbiq olunması, habelə məhkumu cinayət törətməyə təhrik edilməsi barədə kassasiya şikayətində irəli sürülmüş dəlillər də aşağıda göstərilən səbəblərə görə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və məhkumun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə əsas vermir. Belə ki, cinayət işinin materiallarından aydın olur ki, polis əməkdaşları tərəfindən tutulduqdan sonra Məhkum bədəninin üzərində xəsarətlər aşkar edilmişdir. Məhkum ifadəsində göstərmişdir ki, həmin bədən xəsarətləri polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində əmələ gəlmişdir. Bu barədə məlumatla əlaqədar prokurorluqda araşdırma aparılmış və 05 noyabr 2022-ci il tarixdə polis əməkdaşları barələrində cinayət işinin başlanılmas ının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkumun bədəninin üzərində xəsarətlərin olması və məhkumun həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi barədə iddialarla bağlı hazırkı cinayət işi üzrə araşdırmanın aparılması polis əməkdaşlarının təqsirini müəyyən etmək üçün deyil, məhkumun həmin ərəfəsində verdiyi ifadələrin və onun iştirakı ilə keçirilmiş digər istintaq hərəkətlərinin mötəbərliyinə düzgün qiymət verilməsi üçün əhəmiyyət kəsb edir. Yuxarıda qeyd edildiyi kimi, məhkumun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi və həmin maddə ilə onun təqsirliliyinin müəyyən edilməsi Məhkum məhkəmə iclaslarında verdiyi ifadələr və digər sübutlar əsasında həll olunmuşdur. Belə ki, məhkum məhkəmə iclasında verdiy i ifadələrdə Yusif adlı şəxsə 50 qram narkotik vasitə olan marixuana üçün 250 manat ödədiyini, narkotiki götürmək məqsədilə Yusifin göstərdiyi yerə gəldiyini və orada sifariş etdiyi miqdardan artıq narkotik vasitənin aşkar edildiyini inkar etməmişdir. Lakin onun bu narkotik vasitəni götürmədiyi barədə iddiası polis əməkdaşlarının ifadələri ilə təkzib olunur. Polis əməkdaşları tərəfindən Məhkum narkotik vasitəni almağa təhrik edilməsi barədə dəlilə gəldikdə, qeyd olunmalıdır ki, həmin dəlil əsassızdır. Belə ki, məhkum məhkəmə iclasında verdiyi ifadəsində özü Yusif adlı şəxsə zəng edərək narkotik vasitə almaq istədiyini bildirdiyini göstərmişdir. Bundan əlavə, məhkum ifadəsində əvvəl də Yusif adlı şəxsdən pul ödəməklə narkotik vasitə aldığını etiraf etmişdir. Şahid3, Məhkum tərəfindən narkot ik vasitəyə görə pul köçürülən onun adına olan bank kartının Sumqayıt şəhər Polis İdarəsinin sabiq əməkdaşı Şahid5 istifadəsində olması barədə ifadəsi də polis əməkdaşlarının təhriki barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, sabiq polis əməkdaşı Şahid5 cinayət törədildiyi vaxt məhkumu saxlayan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin əməkdaşları ilə əlaqəsini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Cinayət işinə əlavə olunmuş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmünün surətindən göründüyü kimi, sabiq polis əməkdaşı Şahid5 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəb ərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törəd ilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törə tməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilərinə münasibətdə də qeyd etmək istəyir ki, hazırda Məhkum əməli CM-in 234.1-1-ci maddəsinə tövsif edildiyindən həmin dəlillərə hüquqi qiymət verilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törə tməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın ın 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkuma Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin e diləcək cəzanın növü və həcmi müzakirə edərək, onun şəxsiyyəti və işin digər halları ilə yanaşı məhkəmə kollegiyası onun tərəfindən əldə qanunsuz edilmiş və saxlanmış psixotrop maddənin miqdarını nəzərə alır və ona CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini və onun həmin cəzanı real çəkməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Dövlət ittihamçısı3 tərəfindən veril miş apellyasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli, 1(103)-54/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(103)-54/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar