Məhkəmə qərarları › İş №1(102)-1444/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1444/2019

06.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1444/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə 28 fevral 1994-cü ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu ************* kəndində qeydiyyatda olmaqla yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin (bundan sonra CM-in) 221.2.1 və 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli hökmünə əsasən (hakimlər: X.Nuriyev (sədrlik edən və məruzəçi), O.Cəlilov və N.Quliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə ə sasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməklə 2 (iki) il sınaq müddətinin müəyyən edilməsi hökm edilmişdir. Həmin iş üzrə həmçinin: 1) X11 CM-nin 221.3-cü maddəsi ilə, 2) X12 CM-nin 120.2.1, 120.2.2, 120.2.4, 221.2.1 və 221.3-cü maddələri ilə, 3) X13 CM-nin 120.2.1, 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə, 4) X24 və 5) X22 CM-nin 128 və 221.3-cü maddələri ilə, 6) X4 və 7) X14 isə CM-nin 221.3-cü maddəsi ilə məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Z.B.Babayev, hakimlər: A.Q.Dosiyev və Ə.Ə.Novruzov) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2017ci il tarixli qərarı ilə (hakimlər: İ.T.Hacıqayıbov (sədrlik edən), G.L.Rzayeva və F.A.Kərimov) dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2017-ci il tarixli qərarı məhkumlar Məhkum və X8 aid hissədə ləğv olunaraq yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), K.H.Əkbərov və R.M.Cəfərov) apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2016-cı il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmiş və hökmdən Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəlar xaric edilmiş, barəsində CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş qəti cəza, yəni 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 12 iyul 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 28 sentyabr 2014-cü il tarixdə Ağcabədi rayonunun **************** kəndində yaşayan X15 yaşadığ ı evin həyətyanı sahəsində keçirilən toy məclisi zamanı, saat 14-radələrində həmkəndliləri X5, X6, qohumu X16 və atası X9 törətdikləri xuliqanlıq hərəkətləri başa çatdıqdan, Ə6 və K6 qonşuluqda yerləşən X3 evinin həyətinə getdikdən, sonuncu evinin həyət darvazasını bağlayandan sonra, qohumları X25, X24, atası X22, qardaşı X4 ilə birlikdə həmin darvazanı daşlayaraq, söyüb onların küçəyə çıxmalarını tələb etmiş, Ə6 küçəyə çıxıb söydüklərinə görə irad bildirəndə isə X25 yumruqla Ə6 sifətindən bir dəfə vurub yerə yıxaraq sifətin sol yarısında şişkinliklə nəticələnən, sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, yaxınlıqda olan Zərərçəkmiş şəxs irəli gedib atasına kömək edib ayağa qaldırmaq istəyəndə isə o, bir səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğ unu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, gücünü nümayiş etdirmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərinə hücum edib özü ilə gətirdiyi, silah qismində istifadə etdiyi pivə butulkasının şüşəsi ilə başından bir dəfə vurub başın sol təpə qabarında dərialtı hematoma (şişkinlik) ilə nəticələnən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə, silah qismində istifadə olunan pivə butulkasının şüşəsini tətbiq etməklə xuliqanlıq etmişdir. Həmin gün saat 19-radələrində X13 toy evinin qonşuluğunda yerləşən digər əmisi X3 evinin həyətində qalmış avtomobilini götürmək məqsədi ilə piyada oraya gedib toy evinin qabağından keçəndə, o, qohumları X25, X24 və qardaşı X4 ilə birlikdə bir qrup təşkil edib heç bir səbəb olmadan özlərinin müstəsna şəxsiyyət olduqlarını və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək, güclərini nümayiş etdirmək, bilərəkdən özlərini ictimai qaydaya qarşı qoymağa cəhd etmək məqsədi ilə K6 üzərinə hücum edib əvvəlcə küçədə, daha sonra isə B6 evinin həyətində əlləri, ayaqları ilə bədəninin müxtəlif nahiyələrindən vurub zor tətbiq edərək 10 dəqiqə müddətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə, təkrarən, xuliqanlıq etmiş, daha sonra X4 ilə X24 qanunazidd hərəkətlərini davam etdirib, özləri ilə gətirib silah qismində istifadə etdikləri bıçaqları tətbiq etməklə K6 həmin bıçaqlarla ardıcıl zərbələr endirmiş, E6 bıçaqla qəsdən vurub sağ bud nahiyəsində kəsilmiş yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlərlə təkrarən xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarının bəraətverici əsaslarla ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxışının təyin olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, həm ibtidai araşdırma orqanının, həm də məh kəmələrin qərarlarında Məhkum hərəkətlərini baş vermiş hadisə zamanı özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından fərqləndirmək, gücünü nümayiş etdirmək, özünü ictimai qaydaya qarşı qoymaqla Zərərçəkmiş şəxs üzərinə hücum edib silah qismində istifadə etdiyi pivə butulkası ilə bir dəfə vurub xəsarətləndirməsini xuliqanlıq kimi qiymətləndirilərək göstərilsə də, gəlinən həmin nəticə əsaslandırılmamışdır. Müdafiəçinin fikrincə, Məhkum əlində pivə butulkasının olmasını təsdiq edən sübut növü yalnız zərərçəkmiş şəxsin ifadəsindən ibarətdir. Əslində Məhkum toyda dava-dalaş edən atasını və qardaşını sakitləşdirmişdir. Necə ola bilər ki, Məhkum atası və qardaşı dava etsin, həm də o özünü müstəsna şəxs kimi göstərsin. Müdafiəçi hesab edir ki, hazırkı iş üzrə məhkəmənin ittiham hökmü və qərarı m əhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında deyil, ibtidai istintaqın gəldiyi nəticə və ehtimallar əsasında çıxarılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normal arının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində təqsirinin tam sübuta yetirilməməsi və onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyi qeyd olunur və apellyasiya instansiyası məhkəməsini qərar ının ləğv edilməsi xahiş edilir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisələrini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki,cinayət hüququnda ictimai qayda de dikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zə rər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz h ərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət qanunvericiliyinin müddəalarını nəzərə alıb məhkəmə iclasında araşdırılmış sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən onların mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayəti törətməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə tövsif edilməsi haqqında qanuni nəticəyə gəlmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilmə si isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir k i, şəxsin CM-in 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkum CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərər çəkmiş şəxslər X30, X31, X26, X10 məhkəmə istintaqı zamanı verdikləri ifadələri, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi i fadəsi, şahidlər X27, X28, X2 məhkəmə istintaqında verdiyi ifadələri, X24 ilə X6 arasında 29 noyabr 2014-cü il tarixli üzləşdirmə protokolu, X32 ilə X5 arasında aparılmış 29 noyabr 2014-cü il tarixli üzləşdirmə protokolu, Zərərçəkmiş şəxs ilə Məhkum arasında aparılmış 19 mart 2015-ci il tarixli üzləşdirmə protokolu, hadisə yerinə baxış keçirilməsi barədə protokol, Eldəniz İsmayılovun ifadəsinin yerində yoxlanılması barədə 02 dekabr 2014-cü il tarixli protokol, şahid X19 ifadəsinin yerində yoxlanılması barədə 02 dekabr 2014-cü il tarixli protokol, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması barədə 17 dekabr 2015-ci il tarixli protokol, şahid X17 ifadəsi yerində yoxlanılması barədə 29 yanvar 2015-ci il tarixli protokol, təqsirləndirilən şəxs X7 ifadəsi yerində yoxlanılmasına dair 31 yan var 2015-ci il tarixli protokol, X18 ifadəsi yerində yoxlanılması barədə 07 mart 2015-ci il tarixli protokol, təqsirləndirilən şəxs Elmir Məmmədovun ifadəsi yerində yoxlanılmasına dair 14 mart 2015-ci il tarixli protokol, məhkəmə tibbi ekspertiza rəyləri və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərələ tam sübuta yetirilmişdir. Odur ki, kollegiya hesab edir ki, məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə tövsif edilməsi tamamilə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin Məhkum cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hə r hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Res publikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alı nır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilm əsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar