Məhkəmə qərarları › İş №1(102)-1444/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1444/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1444/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Məmmədov Nurlan Samir oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Nurlan Samir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 24 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 sentyabr 2023-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum istintaqa məlum olmayan tarixdə şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı “Fərhad” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun Zərdab-Mollakənd yolunun 3-cü kilometrliyində, yolun sağ tərəfində, çölllük sahədə gizlətdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən külli miqdar hesab olunan 01 ədəd böyük qara sellofan torbanın içərisində ki 04 ədəd kiçik qara sellofan torbada, hər birinin içərisində isə müvafiq olaraq təmiz çəkiləri 1.350,00 qram, 1.295,00 qram, 485 qram və 998 qram olmaqla, ümumi təmiz çəkisi 4.128,00 qram narkotik vasitə olan heroini və külli miqdar hesab olunan üzərinə “Methedone 40” markalanma göstəricisi yazılmış 04 ədəd konvalyutda, hər birinin içərisində isə 10 ədəd olmaqla, 40 ədəd ümumi təmiz çəkisi 1,6 qram güclü təsir edən narkotik vasitə olan metadonu 08 fevral 2023-cü il tarixdə, saat 00:10-da satış məqsədilə qanunsuz olaraq əldə etməklə daşımış, 08 fevral 2023-cü il tarixdə, saat 00:15 dəqiqədə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Məhkum Zərdab-Mollakənd yolunun 3-cü kilometrliyin də, yolun sağ tərəfindən ayrılan torpaq yoldan bir qədər irəlidə taxta ilə hasarlanmış çöl sahəsində həmin narkotik vasitəni daşıyan zaman saxlanılaraq polis şöbəsinə gətirilib, şübhəli şəxs qismində tutulmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman satış məqsədilə qanunsuz olaraq külli miqdarda daşıdığı həmin 01 ədəd böyük qara sellofan torbanın içərisindəki 04 ədəd kiçik qara sellofan torbada, hər birinin içərisində isə müvafiq olaraq təmiz çəkiləri 1.350,00 qram, 1.295,00 qram, 485 qram və 998 qram olmaqla, ümumi təmiz çəkisi 4.128,00 qram narkotik vasitə olan heroin və külli miqdar hesab olunan üzərinə “Methedone 40” markalanma göstəricisi yazılmış 04 ədəd konvalyutda, hər birinin içərisində isə 10 ədəd olmaqla, 40 ədəd ümumi təmiz çəkisi 1,6 qram güclü təsir edən narkotik vasitə olan metadon aşkar edilərək götürülmüşdür.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-48/2024 nömrəli, 11 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, 08 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Əliyev Emil Namiq oğlu apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-48/2024 nömrəli, 11 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmmədov Nurlan Samir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cinayət işi üzrə kifayət qədər prosessualhüquq və qanun pozuntuları olmasına, istintaqın birtərəfli qaydada, çəkişmə prinsipinə riayət edilmədən aparılmasına baxmayaraq məhkəmə istintaqı zamanı qeyd edilən pozuntuların heç biri araşdırılmamış, obyektiv və ədalətli şəkildə məhkəmə baxışı aparılmamışdır. Cinayət işinin istintaq materiallarında Məhkum konkret olaraq hansı saatda şübhəli şəxs qismində tutulmasını müəyyən etmək mümkün deyildir. Məhkum şübhəli şəxs qismində tutulduqdan təxminən 35 saat sonra dindirilmişdir. Ancaq tutulduqdan uzun müddət sonra dindirilmiş Məhkum ifadəsinin yekun hissəsində narkotik vasitəni döyə-döyə boynuna qoyduqlarını qeyd etmişdir. Həmçinin, ona ittiham elan edilməmişdən əvvəl təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bundan əlavə iş üzrə təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizasının rəyində cinayət işi materiallarında olan imzaların məhkuma məxsus olmadığının bildirməsinə baxmayaraq məhkəmə məhkumun fərqli imzalar çəkə bildiyini əsas gətirib, yenə də ittiham tərəfinin mövqeyi ilə razıla şmışdır. Bundan əlavə, Məhkum narkotik vasitələrin saxlanılması, daşınması və satışı ilə bağlı hər hansı sübut aşkar edilməmişdir. Ancaq əməliyyat orqanı qeyd edilən hallarla bağlı hər hansı sübut təqdim edə bilmədiyi halda o, külli miqdarda narkotik vasitəni satış məqsədilə saxlamaqda ittiham edilərək azadlıqdan məhrum edilmişdir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələri ndən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində müdafiəçi Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib xahişini faktiki o laraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bü tün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cin ayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” 29 noyabr 2022-ci il tarixli Qərarı).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçisinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, Məhkum və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə to planmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi tam etirafedici izahatı ilə yanaşı, ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə qarşısında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin məhkəməyədək və məhkəmə araşdırmasında verdikləri ifadələri, video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və götürm ə aparılması haqqında protokol, telefona baxış keçirilməsi haqqında protokol, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübut, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməli ndə Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli ol duğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Kassasiya şikayətinin dəlilləri olaraq irəli sürülmüş Məhkum ibtidai istintaq dövründə təzyiqə məruz qalaraq polis əməkdaşları tərəfindən etirafedici ifadələr verməyə məcbur edilməsi barədə xüsusatlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən həm Məhkum, həm də polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələri əsasında müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum hadisə yerində saxlanılan zaman əlində olan torbanı yerə atıb qaçmağa cəhd etdiyindən polis əməkdaşları ona güc tətbiq edərək bunun qarşısını almış, eyni zamanda Məhkum əlində olan mobil telefon cihazını qırmağa cəhd etmiş və polis əməkdaşları onun bu hərəkətini dayandırmaq məqsədilə fiziki qüvvə tətbiq etmişlər.

26. Belə ki, baxılan cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 nömrəli, 11 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Məhkum bədənində olan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə onun saxlanılarkən fiziki müqavimət göstərməsi zamanı əmələ gəlməsi üçün xarakterikdir, döyülmə üçün xarakterik deyildir; yetirilmə müddəti 08 fevral 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aid olması göstərilmişdir.

27. Həmçinin, cinayət işinin materialları ilə müəyyən edilir ki, Məhkum Zərdab RPŞ-nə gətirilərkən orada polis əməkdaşları tərəfindən döyülməsi barədə şikayəti ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılmış, müvafiq ekspert iza keçirilmiş və prokurorluğun müstəntiqinin 28 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın surəti Məhkum göndərilməklə ona həmin qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin həmin qərardan məhkumun özü və ya müdafiəçisi şikayət verməmişdir.

28. Halbuki, Azərbaycan Respublikası CPM-nin 449.2 və 449.2.1-ci maddələrinin ümumi məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər.

29. Eləcə də həmin Məcəllənin 449.3 və 449.3.5- ci maddələrində göstərilir ki, Cinayət Prosessual Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslərin cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər.

30. Nəticə etibarilə, Zərdab rayon prokurorluğunun 28 aprel 2023-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı hazırda qüvvədə olduğundan, məhkəmə kollegiyası həmin qərar üzrə müəyyən edilmiş hallara kassasiya şikayətinin dəlilləri qismində münasibət bildirməsini yolverilməz hesab edir.

31. Belə nəticəyə gələn məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini də nəzərə al ır, bu mövqeyə görə, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir, belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gəlir (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10, § 151, 18 iyun 2019-cu il).

32. Hazırki halda isə məhkumun müdafiəçisi kassasiya şikayətində pis rəftara aid iddialarını ümumi sözlərlə əsaslandırmış, iddialarının həqiqiliyinə dəlalət edən hər hansı sübutu, yaxud iddiasını konkretləşdirən yetərli məlumatı təqdim etməmişdir.

33. Hər iki əsası nəzərə alaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini təfsiri verilən bu hissədə də əsassız hesab edir.

34. Məhkəmə k ollegiyası iş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinin məhkəmələr tərəfindən nəzərə alınmadığına dair kassasiya şikayətində irəli sürülmüş dəlilini nəzərdən keçirərək qeyd edir ki, həmin dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, bununla bağlı ətraflı araşdırma aparılmaqla, baxılan iş üzrə qəbul edilmiş məhkəmə aktında bu iddiaya müvafiq cavablandırma verilmişdir. Buna görə də apellyasiya şikayətlərində irəli sürülmüş mahiyyətcə eyni dəlillər üzrə yenidən araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının həmin hissədə də qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onun təsdiqi ilə kifayətlənmək mümkündür.

35. Yuxarıda təsvir edlənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiyası məhkəmələri ndə məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

36. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

37. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfi ndən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkum müdafiəçisi Məmmədov Nurlan Samir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Məmmədov Nurlan Samir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməs in. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar