Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1445/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkum X2 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 d ekabr 2023-cü il tarixli qərarından məhkum X7 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(101)-955/2023 nömrəli hökmü ilə (Novruz Kərimovun sədrliyi, hakimlər Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədovadan ibarət tərkibdə) xx xxxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplamaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 24 avqust 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, xx xxxxx 1998-ci ildə Cəlilabad şəhərin də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplamaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzas ının təyin olunması, Məhkum təyin edilmiş cəzanın başlanğıcının 24 avqust 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum ona təyin edilmiş cəzanın ümumi rejimli cəza çəkmə müəsisəsində çəkməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 sədrliyi və məruzəsi ilə, Cavid Hüseyn və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 28 dekabr 2023-cü il tarixli qərarı ilə məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(101)955/2023 nömrəli hökmü hər iki məhkum edilmiş şəxsə münasibətdə cəza təyini hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına endirilsin, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(101)-955/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri üzrə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan m əhrum etmə cəzasının müddəti 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına endirilsin, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(101)-955/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri üzrə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs, Məhkum ilə birlikdə cinayət törətmək üçün qrup halında birləşərək xx xxxxxxxx 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 pul verəcəyini vəd verərək onu öz gənin əmlakını açıq talama yolu ilə ələ keçirmək üçün qabaqcadan əlbir olan qrupun cinayətkar fəaliyyətinə cəlb edib birlikdə idarə etdiyi avtomobildən taksi kimi istifadə edib özünün taksi sürücüsü, Zərərçəkmiş şəxs2 və Məhkum bir-birlərini tanımayan sərnişinlər görüntüsü yaradıb kənardan şübhə yaratmadan və bu üsulla cəlb edərək nəqliyyat vasitəsinə əyləşəcək təsadüfi müştərinin pulunu və ya qiymətli əşyalarını açıq talamağı planlaşdırdıqdan sonra, 21 avqust 2022-ci il tarixdə idarə etdiyi Opel markalı, Az **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dəniz kənarında yerləşən “MY BEACH” istirahət mərkəzinin yaxınlığına gedib aralarında olan razılığa əsasən plana uyğun olaraq Zərərçəkmiş şəxs2 arxa sərnişin, Məhkum isə ön sərnişin oturac ağında əyləşib cinayətkar niyyətlərini həyata keçirmək üçün gözləmiş, həmin gün saat 16 radələrində həmin yerdə təsadüfən müştəri qismində qeyd edilən nəqliyyat vasitəsinə yaxınlaşıb Pirşağı qəsəbəsinin mərkəzinə getmək üçün arxa sərnişin oturacağında Zərərçəkmiş şəxs1 əyləşdikdən sonra avtomobilini hərəkətə gətirib yolda olarkən Zərərçəkmiş şəxs2 özünü məhkum olunmuş cinayətkar kimi təqdim edib, Məhkumla birlikdə həbsdə olan şəxslərə maddi yardım etməli olduğunu səsləndirib bu barədə məqsədyönlü söhbətlər aparmaqla zərərçəkmiş şəxsdə qorxu və vahimə hissi yaradıb Zərərçəkmiş şəxs1 sol cibinə əlini salıb **********63450 imei kodlu İphone 11 markalı 800 manat dəyərində üzərində 6 manat dəyərində ********** və 6 manat dəyərində 051 ******* mobil simkart nömrəsi olan telefonunu açıq talamaqla ələ keçirərək, özgə əmlakını açıq talama yolu ilə ələ keçirməsinə yönəlmiş cinayət hərəkətlərini inadla davam etməklə o isə, idarə etdiyi avtomobili maqistral yolundan ayırılıb “Merakl” istirahət mərkəzinin yaxınlığında saxladığı zaman Zərərçəkmiş şəxs2 maşından düşüb oradan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs1 əli ilə itələyib yerə salaraq, Zərərçəkmiş şəxs2 cinayət fəaliyyətinə onu cəlb etmiş özündən yaşda böyük olan və Məhkum müşahidəsi ilə Zərərçəkmiş şəxs1 təqib edərək ona sol said, sağ dirsək, bel, büzdüm və sol diz nahiyələrinin sıyrıqları, sol milbilək, sol əl və sol ayaq pəncəsi nahiyələrinin qançırları ilə müşaiət olunan sağlamlığına zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qolundan 40 manat dəyərində Curren M8106 markaklı qol saatını çıxardıb ələ keçirərək, Qanuni nümayəndə yenidən avtomobilə minməsini imkan yaradaraq avtomobili idarə edib hadisə yerinən uzaqlaşaraq, Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ümumilikdə 852 manat məbləğində əmlakını açıq talayıb soyğunçuluq etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, məhkəmə araşdırmaları zamanı sübutların tədqiqi nəticəsində Təqsirləndirilən şəxs ona aid edilən CM-in 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, əksinə onun bu cinayət əməlini törətməsi təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş CM-in 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəl alət edən sübutlar kimi Təqsirləndirilən şəxs, iş üzrə digər təqsirləndirilən şəxs Nehmətov Coşqunun və zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ifadələrinə istinad edilmişdir. Lakin ifadələri təhlil etdikdə və onları müqayisəli şəkildə qiymətləndirdikdə müəyyən edilir ki, həmin ifadələr Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb edilməsini sübut etmir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi yüngülləşdirici halları nəzərə alarkən CM-in 59.1.12 və 59.1.13-cü maddələrinin tələblərinə zidd olaraq daha 2 yüngülləşdirici halları nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ş əkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Ailəlidir, 2 azyaşlı uşağı var, qız övladı anadan gəlmə gözdən əlildir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Vətən müharibəsində iştirak etmişdir, “Laçının azad olunmasına görə” medalla təltif edilmişdir. Məhkum Coşqun Nəhmətov kassasiya şikayətində göstərmişdir ki, ona qarşı irəli sürülən ittiham prosessual pozuntularla müşaiət edilmişdir. O cinayət törədərkən zərərçəkmiş Zərərçəkmiş şəxs2 yetkinlik yaşına çatmamasını bilməmişdir. Belə ki Qanuni nümayəndə çox cüssəli idi və öz yaşıdlarından da böyük görünürdü. Etdiyi əməldən peşmandır, valideynlərini 14 yaşında itirmiş və kimsəsiz böyümüşdür. İlk məhkumluğunun və ailə vəziyyətinin nəzərə alınmasını və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafi əçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarının Təqsirləndirilən şəxs CM-in 170.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsində ləğv edilməsi və həmin maddə üzrə onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, onun CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum edilməsi ilə əlaqədar ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasını CM-in 62-ci maddəsini tətbiq etməklə qeyd edilən maddələrlə müəyyən edilmiş aşağı hədd olan 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasından da aşağı həddə cəza təyin etməklə cəza təyini hissəsində dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum C.Nəhmətov məhkəmə kollegiyasının iclasında çıxış ed ərək CM-in 170.3-cü maddəsi ilə ona bəraət verilməsini, CM-in 180-cı maddə ilə isə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini, qərarın dəyişdirilməsini və CM-in 170.3-cü maddəsi ilə işə müdafiəçisi olduğu şəxs barəsində bəraətverici əsaslarla xitam verilməsini, CM-in 180-ci maddəsi ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək məhkumun və müdafiəçisinin verdiyi kassasiya şikayətinin dəlil lərinin əsassız olduğunu, cinayət əməlinin məhkumlar tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkumlara təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yox layaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktla rı müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar məhkumların əməllə rinin tövsifini və təyin olunmuş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konst itusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi bo rcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhl il etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşd ırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işinin materiallarından görünür ki, hər iki məhkum CM-in iki maddəsi ilə (CMin 170.3-cü maddəsi və 180.2.1, 180.2.4-cü maddəsi ilə) təqsirli bilinərək məhkum edilmişlər. Hər iki məhkum CM-in 170.3-cü maddəsi ilə onlara qarşı irəli sürülmüş ittihamı təkzib edərək zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 18 yaşına çatmadığını bilmədiklərini bildirmişlər. Lakin məhkumların bu dəlili cinayət işində olan sübutlarla və cinayət işinin halları ilə təkzib olunur. Belə ki, Zərərçəkmiş şəxs2 məhkum Təqsirləndirilən şəxs bibisi oğludur və Kənan İlkinin yetkinlik yaşına çatmadığını bilməyə bilməzdi. Eyni zamanda, digər Məhkum həmin ərazidə, Kənanın evində kirayədə yaşamış və cinayət hadisəsi törətməmişdən öncə dəfəl ərlə ünsiyyətdə olmuş, cinayətin törədilməsi barədə məsləhətləşmişlər. Bu faktlar hər iki məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdə ətraflı təsvir edilmiş və bu ifadələr real hadisə mexanizminə daha uyğun gəldiyi üçün birinci və apellyasiya instansiyası məhkəmələri həmin ifadələri daha inandırıcı və səmimi ifadə kimi qəbul edərək məhkumlar tərəfindən CM-in 170.3-cü maddədə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların əməlini CM-in 170.3-cü maddəsi ilə tövsif edərkən və məhkumları həmin maddə ilə təqsirli bilərək məhkum edərkən məhkəmələrin gəlmiş olduğu nəticə inandırıcı, qanuni və əsaslıdır və bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı müdafiə tərəfinin kasssaiya şikayəti təmin edilməmli dir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, hər iki məhkum düzgün olaraq CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə də təqsirli bilinərək məhkum edilmişlər və hər iki məhkumun təqsirli olmaları cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslərə təyin edilən cəza ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, hər iki məhkuma münasibətdə məhkəmə onların cəzanı yüngülləşdirən və ağırlaşdıran halları araşdırmış, təhli etmiş, nəticədə hər iki məhkuma CM-in 170.3-cü maddəsi ilə təyin edilmiş cəzanın müddəti 6 ay az aldımışdır. Hər iki məhkuma təqsirli bilindikləri CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza maddənin sanksiyasının aşağı həddinə yaxın olduğundan apellyaisya məhkəməsi həmin cəzanı dəyişdirməmiş və məhkumlara cəzaların məcmusu qaydasında 6 il 6 ay müddətinə qəti cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamələrədən görünür ki, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, 13 fevral 2020-ci il təvəllüdlü X8 və 06 aprel 2021-ci il təvəllüdlü Şahid2 Kənan oğlu Təqsirləndirilən şəxs azyaşlı övladlarıdır. Cinayət işinin materiallarına əlavə olunmuş vəsiqədən görünür ki, Nəsirov X5 azad olunmasına görə medalla təltif edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs barələrində olan yüngülləşdirən halların müstəsna hal hesab edilməsi və Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsasla r müəyyən edilməmişdir. Eyni zamanda, məhkumlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur və hər iki məhkum tam islah olunaraq cəmiyyətə qayıtmaları, cəmiyyətə qayıtdıqdan sonra ətrafda olan insanlara qarşı cinayət əməlləri törətməkdən çəkinmək ruhunda tərbiyələnmək üçün onlara təyin edilmiş cəzaları real olaraq çəkməlidirlər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Coşğun Nəhmədov və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarı müdafiə tərəfinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1445/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1445/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver