Məhkəmə qərarları › İş №1(102)-1446/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1446/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1446/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Məhkum – Məhkum, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311. 2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1204/2023 saylı, 27 dekabr 2023-cü il tarixli hökmü (X1 (sədrlik edən və məruzəçi), X7 və X9) ilə 4 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsində inspektor vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edi lmişdir ki, o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 10 mart 2022-ci il tarixli, 1000/254Ş nömrəli əmrlə həmin X10 üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin inspektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi rəisinin 6 iyun 2022-ci il tarixli, 2100/015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsi haqqında Əsasnamə”yə əsasən, mənbəyi bəlli olan məlumatlardan istifadə etməklə risklərin müəyyən edilməsi məqsədilə idxal olunmuş malların bazar qiymətinin araşdırılması, xarici ticarət əməliyyatlarının nəticələrinin real iqtisadi və sosial göstəricilərlə müqayisə edilməsi, məlumatların təhlilinin nəticəsi əsasında risklərin təhlükəlilik dərəcəsinin qiymətləndirilməsi, gömrük dəyərinin düzgünlüyünün araşdırılması, qanunvericilik aktlarında nəzərdə tutulmuş üsullardan istifadə etməklə malların gömrük dəyərinin müəyyən edilməsi, malların gömrük dəyərinin gömrük bəyənnaməsində göstərilən məlumatlara uyğunluğunun yoxlanılması, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyannamə ilə bağlı sənədlərin və məlumatların bəyənnaməçidən tələb edilməsi, dəyərləndirmənin düzgün olmadığı qənaətinə gəldikdə, gömrük dəyərinə düzəlişlərin edilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaq ədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasına gətirilmiş Almaniya Federativ Respublikası və Yaponiya istehsalı olan avtomobillərin gömrük dəyərinin real qiymətdən aşağı qiymətləndirilməklə ödəniləcək gömrük rüsum və ödənişlərinin aşağı salınmasında köməklik göstərilməsi məqsədilə 2022-ci ilin dekabr ayında və 2023-cü ilin yanvar ayında özünə müraciət etmiş Şahid1 həmin müddətdə gömrük sərhədinə gətirilmiş ayrı-ayrı avtomobillərin, o cümlədən, M1-8703, benzinelektrik(hibrid) mühərrikli, 1497 sm3, buraxılış ili 2005 olan VİN: JTDKB20U357007735 nömrəli “Toyota Prius” markalı, M1-8703, benzinelektrik(hibrid) mühərrikli, 1497 sm3, buraxılış ili 2006 olan VİN: JTDKB20U763167058 nömrəli “Toyota Prius” markalı, M18703, benzin-elektrik(hibrid) mühərrikli, 1497 sm3, buraxılış ili 2007 olan VİN: JTDKB20U383326354 nömrəli “Toyota Prius” markalı, M1- 8703, benzin-elektrik(hibrid) mühərrikli, 1497 sm3, buraxılış ili 2008 olan VİN: JTDKB20U087748350 nömrəli “Toyota Prius” markalı, M1-8703, dizel mühərrikli, 1950 sm3, buraxılış ili 2017 olan VİN: WDD2130041A347104 nömrəli “Mercedes Benz 220 D” markalı, M1-8703, benzin mühərrikli, 1997 sm3, buraxılış ili 2014 olan VİN: WBA5A7C51ED616001 nömrəli “BMW 528” markalı, cəmi 6 ədəd avtomobilin gömrük dəyərinin avtomobillərin texniki eyniləşdirmə şəhadətnaməsinə real dəyərindən aşağı, yəni buraxılış ili 2005, şassi nömrəsi JTDKB20U357007735 olan “Toyota Prius” markalı avtomobilin gömrük dəyəri 3.918 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.660,6 (altı min altı yüz altmış manat altmış qəpik) manat olmalı olduğu halda 2.900 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.930 (dörd min doqquz yüz otuz) manat, buraxılış ili 2006, şassi nömrəsi JTDKB20U763167058 olan “Toyota Prius” markalı avtomobilin gömrük dəyəri 4.468 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 7.595,6 (yeddi min beş yüz doxsan beş manat altmış qəpik) manat olmalı olduğu halda 3.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.950 (beş min doqquz yüz əlli) manat, buraxılış ili 2007, şassi nömrəsi JTDKB20U383326354 olan “Toyota Prius” markalı avtomobilin gömrük dəyəri 5.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.500 (səkkiz min beş yüz) manat olmalı olduğu halda 3.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 5.610 (beş min altı yüz on) manat, buraxılış ili 2008, şassi nömrəsi JTDKB20U087748350 olan “Toyota Prius” markalı avtomobilin gömrük dəyəri 5.118 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 8.700,6 (səkkiz min yeddi yüz manat altmış qəpik) manat olmalı olduğu halda 3.700 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.290 (altı min iki yüz doxsan) manat, buraxılış ili 2017, şassi nömrəsi WDD2130041A347104 olan “Mercedes Benz 220 D” markalı avtomobilin gömrük dəyəri 39.900 avro, həmin dövrün rəsmi məzənnəsi ilə 71.369,13 (yetmiş bir min üç yüz altmış doqquz manat on üç qəpik) manat olmalı olduğu halda 34.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 58.310 (əlli səkkiz min üç yüz on) manat, buraxılış ili 2014, şassi nömrəsi WBA5A7C51ED616001 olan “BMW 528” markalı avtomobilin gömrük dəyəri 10.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 17.000 (on yeddi min) manat olmalı olduğu halda 9.700 A BŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 16.490 (on altı min dörd yüz doxsan) manat məbləğdə qiymətləndirmə məbləğinin yazılmasına görə işlədiyi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında 2022-ci ilin dekabr ayının sonlarında görüşləri zamanı Şahid1 özü üçün birbaşa yolla şəxsən Azərbaycan Respublikasına gətirilmiş 4 ədəd “Toyota Prius” və 1 ədəd “Mercedes Benz 220 D” markalı avtomobil üçün maddi nemət olan 400 manat, 2023-cü ilin yanvar ayının əvvəllərində qeyd edilən ünvanda görüşləri zamanı isə 1 ədəd “BMW 528” markalı avtomobil üçün maddi nemət olan 400 manat olmaqla, ümumilikdə maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitin i Şahid1 rüşvət qismində istəyib, həmin niyyətlə Şahid1 təqdim etdiyi cinayətdən xəbərsiz arvadı X6 məxsus "xxxx" ASC-yə aid 5167********0123 nömrəli kart hesabına sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsində yerləşən “Bizim Market” mağazasında quraşdırılmış “Emanat” terminalı vasitəsilə 10 yanvar 2023-cü il tarixdə göndərilmiş 400 (dörd yüz) manat və 17 yanvar 2023-cü il tarixdə göndərilmiş 400 (dörd yüz) manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olub həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində almışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəf indən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X12, hakimlər: X4 və X2 ibarət tərkibdə) 21 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1204/2023 saylı, 27 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarının ləğv edilib Məhkum bəraət verilməsi xahiş edilmişdir. 30 may 2024-cü il tarixdə Məhkum məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçinin ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştir akçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun əri zəsini nəzərə alıb cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar