Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1446/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X11 qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(104)-112/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ev 45, mənzil 1-də qeydiyyatda olmaqla yaşayıb, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum istin taqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni, ümumi təmiz çəkisi 1,170 qram, ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,078 qram, 0,080 qram, 0,076 qram, 0,079 qram, 0,067 qram, 0,088 qram, 0,121 qram, 0,070 qram, 0,085 qram, 0,076 qram, 0,093 qram, 0,073 qram, 0,053 qram və 0,066 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla yaşadığı Gəncə şəhər Z.Hacıyev küçəsinə daşımış, 15 mart 2024-cü il tarixdə saat 17 radələrində Gəncə şəhər BPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum yaşadığı Gəncə şəhəri, Z.Hacıyev küçəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri BPİ-nin inzibati binasına gətirilmiş, orada üzərin ə şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd şəffaf rəngli politelin bükümdə ümumi təmiz çəkisi 1,170 qram, 10 ədəd qızılı rəngli və 5 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,078 qram, 0,080 qram, 0,076 qram, 0,079 qram, 0,067 qram, 0,088 qram, 0,121 qram, 0,070 qram, 0,085 qram, 0,076 qram, 0,093 qram, 0,073 qram, 0,053 qram və 0,066 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Gəncə Şəhər Məhkəməsinin (sədrlik edən hakim: X2) 28 noyabr 2024-cü il tarixli, 1(125)-401/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il, 3 (üç) ay m üddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən məhkum olunmuş Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət məhkəmə tərkibində) 23 yanvar 2025-ci il tarixli, 1(104)112/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protestinin təmin edilməməsi, Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 1(125)- 401/2024 nömrəli hökmünün apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(104)-112/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticələrə və bir sıra qanunvericilik normalarına istinadlar edərək əməlind ən səmimi peşman olmasını, ilk dəfə məhkum olması, himayəsində xəstə anasının olması və ondan başqa qayğısına qalacaq başqa şəxsin olmamasını nəzərə alaraq, məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(104)-112/2025 nömrəli qərarını dəyişdirərək, məhkum barəsində azadlığın məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X11 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
11. Kassasiya insta nsiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
12. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
14. Məhkum müdafiəçisi kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
15. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(104)-112/2025 nömrəli qərarının qanun iliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
17. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
20. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
21. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
22. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
23. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
24. Belə ki, Məhkum barəsində dah a yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 1(125)-401/2024 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsini n Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində xəstə anasının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qa nunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
26. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və k assasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
28. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə ka ssasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
29. Qeyd olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. qərarın
30. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısnın çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(104)-112/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 1(104)-112/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.