Məhkəmə qərarları › İş №1(102)-1447/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1447/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1447/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1960-cı ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ailəli, məhkum olunmamış, Göygöl rayonunun Toğanalı kəndində qeydiyyatda olan və Goranb oy rayonunun Xanqərvənd kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(104)-114/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 1(045)-84/2022 nömrəli hökmü ilə (hakim: T.Ələkbərov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının qazancından dövlət nəfinə ilk məbləğin tutuldu ğu vaxtdan hesablanmış, hökmün icrasının yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), R.M.Cəfərov və S.B.Hüseynov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Goranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 1999-cu ildən qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı həmkəndlisi Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayı nda onunla olan münasibətlərinə son qoymasından sonra Zərərçəkmiş şəxs özü ilə birgə yaşamağa məcbur etmək məqsədilə birlikdə yaşadıqları dövrdə Zərərçəkmiş şəxs yarıçılpaq və çılpaq olaraq onunla çəkdirdiyi fotoşəkilləri 2021-ci ilin noyabr və dekabr aylarında, istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu ərazisində olduğu vaxt şəxsi istifadəsində olan 055-22249-79 nömrəli mobil telefonunda istifadə etdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs bibisi oğlu X6 ***-***-**-** mobil nömrəsində istifadə olunan “Whatsapp” mobil tətbiqinə və Zərərçəkmiş şəxs direktor müavini kimi çalışdığı Goranboy şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyada xadimə işləyən X2 ***-***-**-** mobil nömrəsində istifadə olunan “Whatsapp” mobil tətbiqinə göndərmiş, bundan başqa birlikdə olduqları müddətdə Zərərçəkmiş şəxs istifadə etməsi üçün sonuncuya verdiyi, öz adına olan ***-***-**-** mobil telefon nömrəsini Zərərçəkmiş şəxs onunla ayrılandan sonra istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxil edib qeyd edilən mobil nömrə ilə “Whatsapp” mobil tətbiqi açıb həmin tətbiqin “hekayə” hissəsində onun Zərərçəkmiş şəxs ilə çəkdirdiyi bir-birləri ilə sarılmış vəziyyətdə olan fotoşəkillərini 2021-ci ilin noyabr-dekabr aylarında, istintaqa dəqiq məlum olmayan günlərdə Goranboy rayonu ərazisində olduğu vaxt paylaşmış, həmçinin Zərərçəkmiş şəxs ilə çəkdirdiyi yuxarıda qeyd olunan fotoşəkilləri 2021-ci ilin noyabrdekabr aylarında Goranboy rayonu ərazisində olduğu vaxt ***-***-**-** nömrə altında istifadə olunan “Wha tsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs direktor müavini kimi çalışdığı Goranboy şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimi X3 istifadəsində 050- ***-**-** mobil nömrə altında istifadə olunan “Whatsapp” mobil tətbiqinə göndərmiş, həmçinin bununla kifayətlənməyərək onunla birgə yaşamağa razılıq verməməsi səbəbindən Zərərçəkmiş şəxs rüsvay etmək məqsədilə sonuncunun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və Zərərçəkmiş şəxs ilə çəkdirdiyi çılpaq və yarıçılpaq fotoşəkilləri zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində Goranboy Poçt Filialının Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs həmin kənddə yaşayan qardaşı Şahid1 göndərərək Zərərçəkmiş şəxs şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, yayılması ehtimal olunan fotoşəkillər əslində elə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən yayılmış, həmçinin iş üzrə dindirilmiş şahidlər Zərərçəkmiş şəxs qorxusundan yalan ifadələr vermiş, zərərçəkmiş şəxsin istifadəsində olan mobil nömrəyə onun tərəfindən heç bir şəkil göndərilməmiş, baş verənlə isə ona qarşı qurulmuş planın bir hissəsidir. Hazırki iş üzrə təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut olmadığı halda məhkəmələr sadəcə mülahizələrə əsaslanaq, qərəzli və əsassız olaraq onu Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirli bilmişlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fev ral 2023-cü il tarixli qərarının ləğv edilməsini, barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. B elə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə onun əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməs i və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Ple numunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifa yət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, o, yayılması ehtimal olunan fotoşəkillər əslində elə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən yayıldığını, iş üzrə dindirilmiş şahidlər Zərərçəkmiş şəxs qorxusundan yalan ifadələr verdiklərini, zərərçəkmiş şəxsin istifadəsində olan mobil nömrəyə onun tərəfindən heç bir şəkil göndərilmədiyini, baş verənlə isə ona qarşı qurulmuş planın bir hissəsi olduğunu iddia etməklə, Cina yət Məcəlləsinin 156.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, Məhkum kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktik hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin (əlavələrlə birlikdə) şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət -prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqi ni və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, barəsində Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəllifin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlə ndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində (əlavələrlə birlikdə) göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin müdafiə, digər prosessual hüquqların a əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1ci maddəsinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onun hərəkətlərində Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqları gözlənilməklə h əyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş sübut lardan: təqsirləndirilənin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrindən, telefon məlumatlarını əks etdirən çıxarışlardan, istintaq hərəkəti protokollarından və s. materiallardan çıxış etməklə müdafiə tərəfinin dəlillərini şərh etdiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində (əlavələrlə birlikdə) apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə, araşdırmanın obyektivliyinə, tamlığına, hərtərəfliliyinə kölgə sala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib - onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına alm aq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdi r. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı İmranov Hafiz Beykəs oğlunun və Zərərçəkmiş şəxs çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 21 fevral 2023-cü il tarixli, 1(104)-114/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 fevral 2023-cü il tarixli, 1(104)-114/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar