Məhkəmə qərarları › İş №1(102)-1447/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1447/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1447/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə d air Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023cü il 5 iyul tarixli 1(104)-374/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X13 və X8 ibarət tərkibdə) 2023-cü il 14 aprel tarixli, 1 (100)-90/2023 nömrəli hökmü ilə, xx.xx.1985-ci ildə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olan, Ağdam rayonu, Quzanlı qəsəbəsi, ev 639da yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının CM-in 263-1.3-cü maddəsi il ə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilmə müddətinin onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsi, Məhkum təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, hökmün icrasına nəzarətin Məhkum qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Gəncə Apellyasiyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X11 və X9 ibarət tərkibdə) 2023-cü il 5 avqust tarixli, 1(104)-374/2023 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2023-cü il 05 iyul tarixli, 1(104)-374/2023 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X11 və X9 ibarət tərkibdə) 2025-ci il 17 mart tarixli, 1(104)-374/2023 nömrəli qərarı ilə kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatət təmin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə edib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 19 iyun 2021-ci il tarixdə saat 13 radələrində "X17” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ, sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etdiyi "Moskviç 412" minik markalı, **DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər-Borsunlu-Hindarx yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrliyində "X17" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayır mamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda bunu etməyərək, 80-90 km/saat sürətlə yolun sağ zolağı ilə Hindarx qəsəbəsi istiqamətində hərəkətdə olan zaman, avtomobil üzərində idarəetməni itirmiş, avtomobil yolun sağ kənarına çıxaraq aşmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobildə olmuş sərnişin X5 başın sağ gicgah nahiyəsinin qançırı, sağ gicgah, təpə və kəllə əsası sümüklərinin sınıqları, beyin qişalarına, yumşaq qişa altına, beyin toxumasına və mədəciklərinə qansızma, sol bazu sümyünün açıq sınığı, sol çiyinüstü, sağ bayır topuq, sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ diz oynağı, sol qoltuq nahiyələrinin əzilmiş yaraları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsar ətlər almasına, almış olduğu xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məhkum edildiyi maddə CM-in 263-1.3-cü maddəsidir, bu maddə özü-özlüyündə ağırlaşdırıcı halları əhatə edir və hökm çıxarılarkən nəzərə alınmışdır. X12 Məhkəməsi apellyasiya protestinə baxarkən CM-in 61-ci maddəsinin tələblərini pozmuş, ağırlaşdırıcı halları hansı ki, 263-1.3cü maddəsində əhatə olunub, yenidən nəzərə almış və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışma faktını nəzərə almadan aparılan araşdırmalarla kifayətlənmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən, ona CM-in 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla da ha az cəza və ya CM-in 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti azadlıqdan məhrum etmə cəzası tətbiq edilməklə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2023-cü il 5 iyul tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kass asiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydası nda ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi və yaxud şərti tətbiq edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu madd əsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpa sı, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə gör ə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzası nı yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Apellyasiya məhkəməsi məhkumun cəzasənı ağırlaşdırılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, Məhkum təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi məhkuma həmin maddənin sanksiyasının ən aşağı həddində cəza təyin etmişdir. Lakin məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddi ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşin müəyyən olunmuş hallarından görünür ki, məhkum qeyd olunan cinayət əməlini sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan törətmiş, o, avtomobili saatda 80-90 kilometr saat sürətilə hərəkət etdirərək qeyd olunan cinayət əməlini törətmiş və bir şəxsi həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulmağı zəruri hesab edir ki, məhkumun törətdiyi əmə l hər nə qədər ehtiyatsızlıqdan törədilsə də, nəzərə almaq lazımdır ki, məhkum dərk etdiyi halda sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobil idarə etmiş və yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda, bunu etməyərək avtomobili 80-90 km/saat sürəti ilə idarə edərək hazırki əməli törətmişdir. Qeyd olunan hallar (məhkumun avtomobili sərxoş vəziyyətdə idarə etməsi və yol şəraitini nəzərə alıb sürət həddini düzgün seçməməsi) məhkumu oxşar analoji cinayətləri törətmiş məhkumlardan fərqləndirməyi zəruri edir. Məhkumun həm sərxoş vəziyyətdə, həm də sürücülük hüququ olmadan avtomobili idarə etməsi onun əməlinin ictimai təhlükəliliyini əsaslı şəkildə artıran haldır. Kassasiya şikayətində apellyasiya məhkəməsinin q ənaətlərini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları və ya kassasiya şikayətində istinad olunan digər xüsusatları Məhkum cəzasının yüngülləşdirilməsini və yaxud CM-in 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsini və ya onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntunun müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə A ğır Cinayətlər Məhkəməsinin 2023-cü il 14 aprel tarixli 1(100)-90/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 5 iyul tarixli 1(104)-374/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar