Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1448/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib Elnur Nizami oğlu İsa-zadə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, zərərçəkmiş Zərərçəkmiş şəxs, onun nümayəndəsi X3, məhkumun müdafiəçisi X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunma sı barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X21 və X4 ibarət tərkibdə) Məhkum – xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cə zasına məhkum edilmiş, iş üzrə mülki iddia maddi ziyan hissəsində tam, mənəvi ziyan hissəsində isə qismən təmin edilərək Məhkum maddi ziyanla əlaqədar 10.176,4 manat, mənəvi ziyanla əlaqədar isə 50.000 manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 22 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Hökmə əsasən Məhkum qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçun təhlükəli olan görmə orqanın funksiyasının itirilməsinə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 11.02.2017-ci il tarixdə saat 22:45 radələrində Bakı şəhəri, ********************** prospektində yolun kənarında keçmiş yeznəsi Zərərçəkmiş şəxs ilə bacısı S8 boşanma səbəbini aydınlaşdırarkən aralarında baş vermiş mübahisə zəminində Zərərçəkmiş şəxs sağ gözün ə qəsdən yumruqla bir dəfə vuraraq Zərərçəkmiş şəxs sağ gözdə görmə itiliyinin tam itməsinə səbəb olmuş gözün ən kəskin görən hissəsini - görmə sinirləri ilə zəngin olan ''sarı cismin, yəni makulanın yırtığı ilə müşaiyət olunan sağ göz almasının küt travması, sağ gözyuvası ətrafı nahiyənin yumuşaq toxumasının hematoması, sağ əng cibində qanın yığılması ilə müşaiyət olunan sağ orbitanın gözyuvasının aşağı divarını təşkil edən sümüyün qəlpəli sınığı və həmin səviyyədə sağ gözaltı nahiyənin sıyrığı ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%) daimi dayanıqlı itirilməsinə səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli hökmündən məhkumun müdafiə çisi X16 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X17 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X25 (sədrlik edən və məruzəçi), X6 və X11 ibarət tərkibdə) 04 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs müdafiəçisi X17 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi) X19 və X5 ibarət tərkibdə) 19 oktyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərar ından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 129-cu maddəsinə tövsif olunmasını, vurulmuş maddi zərərin 2000 manat müəyyən edilməsini, mənəvi ziyanın ödənilməmısinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən işin faktiki halları, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə barəsində ədalətsiz qərar qəbul edilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası cinayət hadisəsi baş verən zaman onun affekt vəziyyətində olmağını nəzərə almamaqla yanaşı hadisənin zərərçəkmişin təqsirli hərəkətləri nəticəsində baş verməsini, daha doğrusu məhkəmə cəza təyin edərkən c inayətin zərərəçəkmişin bacısına qarşı etdiyi qeyri-insani, qəddar hərəkətləri, heç bir səbəb olmadan qısa zaman ərzində, yəni 4 aydan sonra bacısını boşaması, bütün bunlar azmış kimi atasını kobud ifadələrlə təhqir etməsi və bu halın onun gözü qarşısında baş verməsi nəticəsində əsəblərinə hakim kəsilə bilməməsi, törətdiyi cinayəti səmimi olaraq etiraf etməklə peşman olmağını, zərərçəkmiş tərəfə maddi ziyanı ödəməklə bağlı təklif edilməsi, onunla barışmağa cəh edilməsi, həmçinin gözünün müalicəsi ilə baölı lazım olarsa xarici dövlətdən ixtisaslı həkimlərin cəlb edilməsi və ya xarici dövlətdə müalicə olunmasının təmin edilməsi ilə bağlı təkliflər edilməsi və bu kimi digər yüngülləşdirici halları nəzərə almamışdır. Həmçinin məhkəmə praktikasında bu həcmdə mənəvi ziyanın təmin edilməsinin ras t gəlinən hal olmadığını, mənəvi ziyan olaraq təxminən 3000-5000 manatdan artıq ziyanını tutulmadığını bildirərək hər iki məhkəmə kollegiyasının cinayət işinin nəticəsində zərərçəkmiş tərəfdən maraqlı olmasını vurğulamışdır. Göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarının ləğv edilərək əməlinin CM-nin 129-cu maddəsinə tövsif olunmasını,həbsdə olduğu müddıtlı kifayətlənərək barəsində həbslə əlaqədar olmayan cəza təyin olunaraq məhkəmə zalından azad olunmasını, həmçinin maddi ziyanın 2000 manata endirilməsini və mənəvi ziyanın təmin olunmaması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilmə si barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının,zərərçəkmiş şəxsin və onun nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya inst ansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarının ləğv olunmasını, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 129-cu maddəsinə tövsif olunmasını, vurulmuş maddi zərərin 2000 manat mü əyyən edilməsini, mənəvi ziyanın ödənilməmısinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 129-cu madəsində zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında hadisə zamanı Zərərçəkmiş şəxs Məhkum və ya onun atasına qarşı zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranış ı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şəraitin yaranması müəyyən edilməmişdir. Müdafiə tərəfinin bu dəlili apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya şikayətinin həmin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən cinayət işinin materialları üzrə tam, hərtəfli və obyektiv yoxlanılmış və əsasızlığı müəyyən edildiyindən təmin edilməmişdir. Ona görə də məhkumun cinayət əməlinin hüquqi tövsifinin Azərbaycan Respublikası CM-nin 129-cu maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri təmin edilməməlidir. bununla yanaşə məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış məhkəmələr Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət işi üzrə müəyyən edilmiş halları nəzərə almamışlar. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyini məsələsini həll edərkən mövqeyini aşağıdakı məzmunda əsaslandırmışdır: “Cinayət işinin 77-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən olunur ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən haldır. Məhkum CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olması nı və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan R espublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununvəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilənləri nəzərə almaqla məhkəmə cəza məsələsini müzakirə edərək hesab edir ki, Məhkum islah olunması cəmiyyətdən tə crid olunması yolu ilə mümkündür, ona ittiham olunduğu CM-nin maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmaq olar.” Birinci instansiya məhkəməsinin istinad etdiyi «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 2-ci bəndində izah edilmişdir ki, Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxs in islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işinin materiallarında məhkumun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyi kimi, ailədə mənfi davranışına dair hər hansı hal da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin istinad etmədiyi Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlə rdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Birinci instansiya məhkəməsi Məhkum islah olunması üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olduğunu əsaslandırsa da nəyə görə məhz 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğunu əsaslandırmamışdır. Baxmayaraq ki, CM-nin 58.1-ci maddəsi tələb edir ki, nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Birinci instansiya məhkəməsi məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 ildən 6 ilədəkdir. Göstərilən qanunun mənasına görə məhkəmə cəzanın həddi baxımından sanksiyanın aşağı həddindən daha ciddi cəza təyin edərkən, məhkumun islah olunması üçün sanksiyanın aşağı həddində nəzərdə tutulmuş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə onun islah olunacağının mümkünsüzlüyünü əsaslandırmalıdır, lakin işə baxan məhkəmə bunu əsaslandırmamışdır. Cinayət işinin materiallarında məhkumun cəzasını ağırlaşdıran hal müəyyən edilmədiyi halda, onun cəzasını yüngülləşdirən bir hal da olsa müəyyən edildiyi halda məhkumun islah olunmasına sanksiyanın aşağı hədində nəzərdə tutulmuş cəza ilə deyil daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzası ilə nail olmağın mümkünlüyü əsaslandırılmamışdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci mddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkuma cəza növü olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cinayətin cəzasız qalmaması, özlüyündə cəzanın sosial ədalətin bərpası və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini təmin edir. Məhkumun islah edilməsi məqsədinə gəldikdə bu məqsədin təmin edilməsi üçün Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərildiyi kimi mümkün olan minimum həddə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddin də deyil, nisbətən yuxarı həddinin təyin edilməsi üçün cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdirsə onda nisbətən aşağı həddə cəza təyin edilməsi cəzanın islah məqsədinin təmin edə bilən tədbir kimi qəbul edilməlidir. Lakin birinci instansiya məhkəməsi hər hansı cəzanı ağırlaşdıran hal müəyyən etmədən və nəyə görə bu həddə cəza təyin edilməsini əsaslandırmadan məhkuma sanksiyanın orta həddində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək məhkuma təyin edilmiş cəzanın həddi endirilməlidir. Kassasiya şikayətində mülki iddianın maddi və mənəvi zərərin ödənilməsinə dair hissələrinin t əmin edilməsi də mübahisələndirilmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi maddi zərərin ödənilməsinə dair iddianın hissəsini təmin edərkən zərərçəkmiş şəxsin təqdim etdiyi təsdiqedici sənədlərə əsaslanmışdır. Ona görə də bu hissədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Mənəvi zərərin ödənilməsinə dair hissədə isə məhkəmənin gəldiyi nəticə hər hansı sübutla əsaslandırılmamış, məhkəmə təcrübəsinə, Avropa məhkəməsinin presedentlərinə istinad edilməmişdir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinə etirazında məhkəmə təcrübəsində mənəvi zərərin daha böyük məbləğlərdə təmin edilməsinə dair məhkəmə qərarları olduğu göstərilsə də, konkret məhkəmə qərarlarına istinad edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə Konvensiyanın 3-ci maddəsinin pozuntusu halları müəyyən edilərkən təyin edilən kompensasiya məbləğləri 15000-20000 avro civarında dəyişir. Avropa İnsan Hüquqları Məhkəməsinin Butrin Rusiya Federasiyasına qarşı işi üzrə 22 mart 2016-cı il tarixli qərarında X10 uzun müddət istintaq təcridxanasında işgəncələrə məruz qaldığından və qeyri-insani şəraitdə saxlandığından katarakt xəstəliyi nəticəsində görmə qabiliyyətini tamamilə itirmiş və 1-ci qrup əlil tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi bu halı konvensiyanın 3-cü maddəsinin pozuntusu müəyyən etmiş və mənəvi ziyana görə 15000 avro kompensasiya təyin etmişdir. Apellyasiya instansiya məhkəməsinin Ablyazov Rusiya Federasiyasına qarşı işi üzrə 30 oktyabr 2012-ci il tarixli qərarında X20 polisin müvəqqəti saxlama t əcridxanasında etirafedici ifadələr alınması məqsədi ilə müntəzəm döyülməsi nəticəsində gicgahına və başının digər nahiyyələrinə yetirilmiş çoxsaylı xəsarətlər konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab edilərək, mənəvi zərərə görə 15000 avro kompensasiya təyin edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin İlqiz Xalikov Rusiya Federasiyasına qarşı işi üzrə 15 yanvar 2019-cu il tarixli qərarından görünür ki, ərizəçi X15 polis tərəfində istintaq təcridxanasından məhkəməyə 7 nəfər məhkum üçün nəzərdə tutulmuş avtomobildə 9 nəfər olmaqla aparılarkən, yolda avtomobildə baş bermiş münaqişə zamanı tapançadan atılan atəş nəticəsində sol ayağından ağır xəsarət aldığını konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi qiymətləndirərək 20000 avro kompensasiya təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq, apronun manata olan məzənnəsini nəzərə alaraq Məhkum mənəvi ziyanla əlaqədar alınaraq Zərərçəkmiş şəxs verilməsi nəzərdə tutulmuş məbləğ 30000 (otuz min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.02-ci və 416.0.21-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L İ R: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) aya endirilsin. Məhkum mənəvi ziyanla əlaqədar alınaraq Zərərçəkmiş şəxs verilməsi nəzərdə tutulmuş məbləğ azaldılaraq 30000 (otuz min) manat müəyyən edilsin. Qalan hissədə qərar dəyişdirilməsin. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1448/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1448/2019
29.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver