Məhkəmə qərarları › İş №1(102)-1448/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1448/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1448/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs X2 müdafiəçisi Hüseyn Yavər Cəfər oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhk əməsinin 31 yanvar 2022-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) X4, 26 yanvar 1995-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, əvvəllər məh kum olunmamış, evli, sürücülük fəaliyyəti ilə məşğul olan, Rusiya Federasiyası, Dağıstan Respublikası, Levaşinskiy rayonunun Ulluaya kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X1 qarşı ittiham irəli sürülmüşdür ona görə ki, o, külli miqdarda narkotik vasitəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirib Rusiya Federasiyasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şə xs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə “Renault Magnum” markalı, “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 10 aprel 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçməklə İran İslam Respublikasına getmiş, cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, 43645 qram (43 kg 645 qr) həşiş qətranı narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzəriləri “silver” və “silver/export” etiketlər yapışdırılmış 72 ədəd düzbucaqlı sellofan paketləri 34 bağlamaya qablaşdırıb İran İslam Respublikasının “Sep ehr Anerji Datis” şirkətindən Rusiya Federasiyasının Moskva şəhərinə X9 adına mebel yükünün 6 ədəd kreslosunun və 2 ədəd divanının qolaltı hissələrində gömrük nəzarətindən gizlədərək yerləşdirmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 19 aprel 2021-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində onun iştirakı ilə idarə etdiyi yük nəqliyyat hissəsinin qoşqusuna yüklədərək satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə edib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 19 aprel 2021-ci il tarixdə saat 19 radələrində Astara rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçıl ıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Astara” gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qaçaqmalçılıq yolu ilə keçirilmiş qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən Məhkumun təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində 31 yanvar 2022-ci il tarixdə bəraət hökmü çıxarılmışdır. Həmin hökmdən dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 27 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin e dilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarından dövləti itihamçısı Hüseynov Elnar Əli oğlu kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində ibtidai araşdırma orqanı tərəfindən Məhkuma qarşı irəli sürülmüş ittihama, ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, əsasən də Məhkumun cinayət təqibinin müxtəlif mərəhələlərində verdiyi ifadələrə, sübut etməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və narkotik vasitələrin qanunsuz dövr iyyəsinə və qaçaqmalçılığına görə məsuliyyət nəzərdə tutulmuş CM-nin müvafiq maddələrinə, beynəlxalq yük daşımalarını tənzimləyən milli və beynəlxalq qanunvericiliyə və normativ aktlara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkuma bəraət verilərkən, apellyasiya instansiyası m əhkəməsi isə bu nəticə ilə razılaşarkən onun özünün müdafiə xarakterli ifadələrinə əsaslanmış, baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, Məhkum verdiyi ifadələrində onun İran İslam Respublikasında idarə etdiyi avtomaşına yüklənmiş mebel avadanlığının xüsusi düzəldilmiş yerlərində narkotik vasitələrin gizlədilməsindən xəbəri olmamasını göstərsə də, o, beynəlxalq yük daşımaları ilə məşğul olan təcrübəli sürücü kimi yükü qəbul edərkən onu yoxlamalı idi və bu zaman şübhəli hallar aşkar etdikdə həmin yükün daşımasından imtina etməli idi. Lakin, iş materiallarından görünür ki, o, bu vəzifəsini lazımınca yerinə yetirməmiş, məqsədli şəkildə doqquz gün İran İslam Respublikasında qalaraq idarə etdiyi avtomaşınının tutumundan qat-qat az çəkidə yükün Rusiya Federasiyasına aparmasına razılıq vermiş, avtomaşın gömrük postunda ətraflı yoxlanılarəkn yükü Moskva şəhərində qəbul edəcək X9 adlı şəxsə bu haqda məlumat vermişdir ki, bu hallar da digər sübutlarla birlikdə Məhkumun istintaqla müəyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitələrin mebel avvadanlığına gizlədilməsində iştirak etməsinə, sonradan isə həmin külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib daşımaqla onların qaçaqmalçılığını həyata keçirməsinə dəlalət edir. Dövlət ittihamçısı həmçinin qeyd edir ki, ibtidai araşdırma zamanı bütün şərh olunan hallara və onların arxasında duran sübutlara qanuna müvafiq qaydada qiymət verilmiş və bu qiymətləndirməyə uyğun olaraq da Məhkuma qarşı CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Həmin ittiham üzrə Məhkumun təqsirliliyinin sübuta yetirilməsində israrlı olan dövlət ittihamçısı kassasiya protestində irəli sürdüyü dəlillərə əsaslanaraq həmin protestin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, bəraət almış şəxs Məhkum naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs Məhkumun iştirakı olmadan baxılmasını mümk ün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliynin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutların məcmu halında qiymətləndirilməməsini, sübutların CPM -nin 143-416-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsini və bunu nəticəsi olaraq Məhkuma CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verilməsini iddia edərək həmin məhkəmə tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.2-ci maddəsində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2-ci maddəsinin tələbinə görə isə və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Belə ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiy yəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə, birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə gör ə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022 -ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, itti ham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəs ində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törət miş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olu nmasını təmin etsinlər. CM-nin 206.2-ci maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Res publikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsnə görə; CM-nin 206.3.2-ci maddəsində isə bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya, CM-nin 234.4.4.1 və 234.4.3-cü maddələrində isə müvafiq laraq həmin əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və eyni əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutulur. Əvvəla, cinyət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Məhkum külli miqdarda narkotik vasitəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydada keçirib Rusiya Federasiyasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə “Renault Magnum” markalı, “P159TE05/ AK712905” dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 10 aprel 202 1-ci il tarixdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçməklə İran İslam Respublikasına getmiş, cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, 43645 qram (43 kg 645 qr) həşiş qətranı narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzəriləri “silver” və “silver/export” etiketlər yapışdırılmış 72 ədəd düzbucaqlı sellofan paketləri 34 bağlamaya qablaşdırıb İran İslam Respublikasının “Sepehr Anerji Datis” şirkətindən Rusiya Federasiyasının Moskva şəhərinə X9 adına mebel yükünün 6 ədəd kreslosunun və 2 ədəd divanının qolaltı hissələrində gömrük nəzarətindən gizlədərək yerləşdirmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 19 aprel 2021-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində onun iştirakı ilə idarə etdiyi yük nəqliyyat hissəsinin qoşqusuna yüklədərək satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə edib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 19 aprel 2021-ci il tarixdə saat 19 radələrində Astara rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Astara” gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qaçaqmalçılıq yolu ilə keçir ilmiş qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bu nəticənin əksinə olaraq birinci instansiya məhkəməsi ona təqdim olunmuş (ittiham aktında əksini tapmış) sübutların hər birini məhkəmə iclasında bilavasitə özü araşdıraraq, tam şəkildə tədqiq edib onlara həm istinad edərək və həm də, kassasiya protestinin dəlillərinin əksinə olaraq, bu sübutları ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi də Məhkuma bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağı dakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkumun CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətləri hər hansı şəxslə qabaqcadan əlbir olaraq törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə həmin ittihamın iş materiallarında olan sübutlarla təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Məhkuma qarşı göstərilən maddələrlə ittiham irəli sürülmüş, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla bəraət almış şəxsin ittihamda təsvir olunmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmamışdır. Hazırki iş üzrə ibtidai istintaq orqanı Məhkumun bu cinayətləri törətməsinin əsas sübutu kimi Astara gömrük postunda gömrük nəzərəti ilə bağlı a parılan yoxlama zamanı sonuncunun idarə etdiyi yük maşında olan mebel avadanlığının içərisində gizlədilmiş külli miqdarda narkotik vasitə olan həşiş qətranının aşkar edilməsi faktına istinad etmiş, lakin həmin narkotik vastənin xüsusi düzəldilmiş yerə Məhkum tərəfindən və ya onun iştirakı ilə gizlədilməsinə, bununla da onun aşkar edilmş narkotik vasitəni qanunsuz olaraq əldə eməsinə, daşınmasına və saxlamasına dair heç bir sübut əldə olunmamış, belə sübutlar məhkəmələrə təqdim olunmamış, ibtidairi araşdırma orqanı faktiki olaraq Məhkumun ona elan olunmuş ittiham üzrə cinayətlərin obyektiv cəhətini təşkil edən əməlləri törətməsinin sübuta yetirilməsi istiqamətində zərur istintaq hərəkətləri aparmamış, bunun üçün heç təşəbbüs belə göstərməmişdir. İşdə olan sənədlərlə Məhkumun onun idarə etdi yi avtomaşında olan yükün Moskva şəhərinə aparacağı və həmin yükün orada yaşayan X10 təhvil verəcəyi müəyyən edilsə də, ibtidai araşdırma zamanı həmin şəxsin də dindirilməsinə heç bir təşəbbüs göstərilməmişdir, baxmayaraq çoxtərəfli və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanmış ikitərəfli beynəlxalq müqavilələrə ( MDB dövlətləri tərəfindən bağlanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22 yanvar 1993-cü il yanvarın 22-də Minsk Konvensiyası və "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyası, habelə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 22 dekabr 1992-ci il tarixdə bağlanmış “Hüquqi yardım, mülki, ailə və cinayət işlər i üzrə hüquqi münasibətlər haqqında” Müqavilə) əsasən cinayət işlərii üzrə hüquqi yardım çərçivəsində bunun üçün kifayət qədər imkanlar olmuşdur. İş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla (əsasən Məhkumun cinayət təqibinin bütün mərhələlərində verdiyi eyni məzmunlu ifadələri ilə) müəyyən edilmişdir ki, uzun müddət sürücülük fəaliyyəti ilə məşğul olan və başqa dövlətlərdən beynəlxaq yük daşımalarını həyata keçirən Məhkum 06 aprel 2021-ci il tarixdə idarə etdiyi yük maşınına panel yükü yükləyib Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirmiş, həmin yükü Bakı şəhərində təhvil verdikdən sonra İran İslam Respublikasından Rusiya Federasiyasına yük aparmaq məqsədi ilə 10 aprel 2021-ci il tarixdə Azərbaycan-İran sərhəddini keçib İran İslam Respublikasının Astara şəhərinə getmiş, yük tapa bilmədyinə görə 9 gün orada qalmışdır. Həmin müddətdə onun uzaq qohumu və onun kimi, sürücü işləyən Abdulla ona zəng edərək İran İslam Respublikasında X adlı bir şəxsi tanıdığını və həmin şəxsin onun üçün yük tapa biləcəyini demişdir. Həmin gün X ona zəng edərək Rusiya Federasiyasına göndərməli ümumi çəkisi 21.000 kq olan mebel avadanlığının olduğunu bildirmiş və onların aralarında olan razılaşmaya əsasən onun üçün yük tapdığına görə o, Xya 100 ABŞ dolları məbləğində pul verməli olmuşdur. Həmin gün X bir nəfərlə onun qaldığı otelə gəlmiş, yanındakı adamın mebel yükünü göndərən şəxs olduğunu və adının X olduğunu demişdir. X ona növbəti gün mebeli gələcəyini və İran gömrüyündə Məhkumun avtomaşınına yüklənəcəyini demiş və həmi n yükü İran İslam Respublikasından Rusiya Federasiyasına aparması müqabilində ona 2300 ABŞ dolları veriləcəyini vəd etmişdir. Həmçinin X adlı şəxs bildirmişdir ki, həmin puldan 300 ABŞ dollarını o, qalan hissəsini isə yükü Rusiya Federasiyasında qəbul edən şəxs verəcək. 18 aprel 2021-ci il tarixdə balaca yük maşını onun maşınına yaxınlaşmış və o, Xdən yükün çəkisi barədə soruhduqda sonuncu yükün 1000 kq çəkidə olmasını bildirmişdir. Məhkum Xin əvvəl dediyi çəki ilə bu çəki arasında kəskin fərq olmasının səbəbini soruşduqda sonuncu yükün bahalı olduğunu deyib buna görə də az həcmdə göndərilməsini demişdir. Həmin gün İran gömrüyündə Məhkumun iştirakı ilə mebel avadanlığı gətirildiyi avtomaşından birbaşa onun idarə etdiyi “Renault Magnum” markalı, “P159TE05/AK712905” dövlət qeydiyyat nişanlı yük avtomaşınına yüklənmiş, bu avadanlıq bağlamalarda və plomblanmış vəziyyətdə olmuş, yükün xarici görününşündə isə hər hansı şübhəli hallar müəyyən edilməmişdir. X **********2 telefon nömrəsini ona verərək həmin nömrənin Rusiya Federasiyasında olan və mebel yükünü qəbul edəcək şəxsin nömrəsi olduğunu, həmin şəxsin adının X9 olduğunu bildirmiş, həmçinin Rusiya Federasiyasına çatdığı zaman onunla əlaqə saxlamasını tapşırmışdır. 19 aprel 2021-ci il tarixdə Məhkum Rusiya Federasiyasına getmək məqsədi ilə İran İslam Respublikası gömrüyünü keçib İran-Azərbaycan dövlət sərhədi istiqamətində gəlmiş sərhədi keçib “Astara” gömrük postuna daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra, saat 19 radələrində növbə ona çatmış və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xətti nə sürmüşdür. Gömrük işçisi Məhkumla şifahi sorğu-sual apararkən o, idarə etdiyi nəqliyyat vasitəsində heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş malların olmadığını bildirmişdir. Yoxlama zamanı ilk öncə yük avtomobilinə xidməti it tətbiq edilmiş, bu zaman xidməti it yük maşınının qoşqusunun ətraflarına reaksiya vermişdir. Sonra onun idarə etdiyi nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş və bu vaxt gömrük işçiləri Məhkuma idarə etdiyi yük maşınının qoşqusunda olan mebel yükünə gömrük yoxlamasının tədbiq ediləcəyini bildirmişlər. Həmin vaxt Məhkum X9ə zəng edərək Azərbaycanın gömrük postunda olduğunu, idarə etdiyi yük avtomaşınına gömrük yoxlaması tədbiq ediləcəyini bildirmişdir. X9 isə on dəqiqə sonr a ona zəng edərək problem olmadığını demişdir. Yoxlama zamanı Məhkumun idarə etdiyi yük avtomobilinin qoşqusunda olan mebel avadaenlığı - 2 ədəd divan və 6 ədəd kreslo yerə boşaldılmış və yoxlama zamanı xidməti it tədbiq edilərkən həmin it divanın və kresloların qoltuqaltı hissələrinə reaksiya vermişdir. Buna görə gmrük işçiləri xüsusi alətlərdən (balta və digər kəsici alətlərdən) istifadə edərək qeyd olunan mebel avadanlığının qoltuqaltılarını sökmüş, qoltuqaltıların üz hissəsində olan taxta örtük kəsilərək metal hissələri çıxarılmış və həmin hissələrin arxasındakı boşluqlarda gizlədilmiş gümüşü rəngli falqaya yerləşdirilmiş ümumilikdə 34 ədəd bağlama aşkar edilmişdir. Daha sonra həmin bağlamalar açılaraq baxış keçirilmiş və baxış zamanı 34 ədəd bağlamanın içərisində üzərinə “silver” və “ silver/export” yazılı etiketlər yapışıdırlmış ümumilikdə 72 ədəd ayrı-ayrılıqda şəffaf sellofan paketdə qablaşdırılmış yastı və düzbucaqlı formalı bağlamalarda qara rəngli, kəskin iyli maddə, sonradan müəyyən edildiyi kimi, cəmisi 43 kq 645 qram həşiş qətranının olması məlum olmuşdur. İşə baxan məhkəmələr Məhkumun idarə etdiyi yük avtomobilinə İran gömrüyündə onun iştirakı ilə mebel yükü gətirildiyi avtomaşından birbaşa onun idarə etdiyi “Renault Magnum” markalı, “P159TE05/AK712905” dövlət qeydiyyat nişanlı yük avtomaşınına yüklənməsini, mebel yükünun bağlamalarda və plomblanmış vəziyyətdə olmasını, bu səbəbdən gözlə həmin predmetin bağlama və ya mebel yükünün olmasının ayırd etməyin mümkünsüz olmasını, yalnız yükün ağızı açılıb mebellerin hamısı yerə boşaldıldıqdan sonra fiziki toxunuş et məklə kütlənin faktiki olaraq mənsubiyyətinin (adi mebel və ya digər maddə olmasının) müəyyən edilməsinin mümkün olmamasını, mebel yükünün nəqliyyat vasitəsinə yükləndikdən sonra avtomobilin ilk olaraq İİR-in Astara şəhərində yerləşən gömrük ərazisində rentgen qurğusundan keçməsini, bundan sonra maşının yük yerinə bağlanmış kəndirlərin yük yerinin giriş qapısında bir yerdə bağlanmaqla həmin hissəyə İİR-in gömrük orqanına məxsus rəsmi plombun vurulmasını, plombu qırmamaq şərtilə yük yerinin qapısının açılması, eləcə də, yük yerinin digər hissəsindən yük yerinə girişin mümkünsüz olmasını, avtomobilin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postuna daxil olub yoxlama keçirilən ana qədər yük yerinin giriş qapısına vurulmuş İİR-ə məxsus rəs mi plombun qırılmamasını və tamlığının pozulmamasını, həmin plombun yoxlama aparan gömrük əməkdaşları tərəfindən açılmasını, yük yerində olan bütün mebel avadanlığının tamlığının pozulmamasını, narkotik vasitə aşkar olunarkən bu halı təəccüblə qarşılamasını nəzərə alaraq hesab etmişdir ki, Məhkum idarə etdiyi yük avtomobilində olan divan və kreslolarda gizlədilmiş 43645 qram (43 kg 645 qr) narkotik vasitəsə – həşiş qətranınından məlumatsız olmuşdur. Başqa sözlə, qeyd olunan narkotik vasitənin əldə edilməsi, mebel avadanlığında xüsusi düzəldilmiş yerlərdə gizlədilməsində və Azərbaycan Respublikasına daşınmasında onun təqsiri olmamışdır. Nə məhkəməyədək icraat dövründə, nə də ki, məhkəmə istintaqı zamanı ittiham tərəfi qeyd olan halları təkzib edən sübutları əldə etməmiş və məhkəməyə təqdim etməmişdir. İbtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlar qaçaqmalçılıq və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayətlərinin Məhkumun qəsdi ilə əhatə olunmasını nəinki təsdiq, hətta təkzib etmişdir. Məhkəmə kollegiyası həmçinin Məhkumun istifadəsində olan yük avtomobilinin yük yerinə yüklənmiş mebel avadanlığında xüsusi vasitələrdən istifadə edilməklə aşkar edilmiş 43645 qram (43 kg 645 qr) kiloqram olan narkotik vasitə – həşiş qətranının orada olmasını sürücü kimi qabaqcadan bilmək vəzifəsinin olub-olmaması məsələsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasinin 11 fevral 2000-ci il tarixli Qanunu ilə qoşulmuş “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə görə, beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin Konvensiyasının 11-ci maddəsində yükgöndərən yükü göndərməzdən əvvəl lazımi sənədləri fakturaya əlavə etmək və ya daşıyıcının ixtiyarına vermək, gömrük və digər rəsmiyyətlərin icrası üçün tələb edilən bütün məlumatları təqdim etmək vəzifəsi təsbit edilmişdir. Göstərilən maddənin 2-ci hissəsinə əsasən isə bu sənədlərin düzgünlüyünün və bütövlüyünün yoxlanılması daşıyıcının vəzifələrinə aid deyil. Qanunvericiliyin qeyd olunan normasına əsasən beynəlxalq yükü qəbul edən sürücünün vəzifəsi yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamaqla məhdudlaşır. Həmin qanunda sürücün ün zavod üsulu ilə qablaşdırılmış yükü açmaq və onu yoxlamaq kimi səlahiyyətləri müəyyən edilməmişdir. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edlilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onları n markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Göstərilən Beynəlxaq Konvensiyaya və Qaydalara əsasən hazırki iş üzrə daşıyıcı Məhkumun daşıdığı yükün daxilini yoxlamaq səlahiyyəti, eləcə də yükü müşaiyət edən sənədlərin düzgünlüyünü və bütövlüyünü yoxlamaq vəzifəsi olmamışdır. Beləliklə, iş üzrə bəraət almış şəxs Məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla uzlaşmır, yəni həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun bu cinayətləri törətməsini təsdiq edən obyektiv sübutlar olmamış, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, elə cə də məhkəmə istintaqı zamanı da onun bu cinayətləri törətməsi öz təsdiqini tapmamışdır. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən sübutları və işin faktiki hallarını, cinayətin ittiham aktında göstərildiyi kimi, yəni Məhkumun CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddlərində nəzərdə tutulan cinayətləri törətməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alıb düzgün olaraq hesab etmişdir ki, ona qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda göstərilən cinayətləri törətməsi yalnız mülahizə (ehtimal) xarakteri daşımaqla məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki iş üzrə Məhkuma elan olunmuş ittihama uyğun olaraq onun cinayətkar qrupun (müəyyən edilməmiş şəxslərdən ibarət olan) üzvü kimi r olunun nədən ibarət olması, yəni həmin narkotik vasitəni nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər hansı bir razılaşmasının olmasını təsdiq edən heç bir sübutlar istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamış, kassasiya protestində də belə sübutlara istinad olunmamışdır. Eyni zamanda Məhkumun ona daşıması üçün yük tapmış X, həmin yükü göndərən X adlı şəxslərlə, habelə yükü Moskva şəhərində qəbul etməli olan X12 ilə və başqa hansısa bir şəxslə daşıma üçün qəbul etdiyi mebel avadanlığında narkotik vasitə olmasına dair danışıq aparması və ya razılaşması müəyyən edilməmişdir. Həmçinin müəyyən edilir ki, 19 aprel 2021-ci il tarixədək olan müddətdə Məhkumun istifadəsində olan +**********2 mobil telefon nömrə si ilə Navid adlı şəxsin istifadəsində olmuş +**********61 və mebeli Moskva şəhərində qəbul etməli olan X12un istifadəsində olan +**********2 telefon nömrələri arasında danışıqlar aparılmamışdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkumun qabaqcadan əlbir olmuş şəxslərlə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətləri kimlərlə birlikdə törətməsini təsdiq edən sübutların mövcud olmamasına, habelə ittihamın iş materiallarında olan sübutlarla (iş üzrə dindirilmiş şəxslərin ifadələri, yükün sellofanla tam olaraq bağlı olması, sürücünün yükün içərisində narkotik vasitənin gizlədilməsini bilməsini istisna edən halların olaması və s.) təkzib olunmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Məhkuma qarşı ittih am irəli sürülmüş və məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə ona CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin gəldikləri bu nəticə bütün yuxarıda təsvir edilənlərlə yanaşı həm də aşağıda göstərilən tələblərə də tam uyğundur. Belə ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsir li bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minm iş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübh əli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçir ilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənə dlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qa ydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə q iymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). İşin müəyyən edilmiş faktiki hallarının cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh e dilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağı dakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezump siyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün ki fayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsi r etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tu tulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarını n və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidl ərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdırİnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstə rmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallar ından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumun CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə - Məhkumun barəsində çıxarılmış bəraət hökmünün qüvvəsində saxlanılmalı olması barədə qənaət isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməlidir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsi nə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası bütün qeyd olunanları bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticələr, yəni Məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin bu məsələlərə dair dəlilləri əsassızdır və buna görə də həmin protestin təmin edilməsi mümkünsü zdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin öz nəticəsini təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək Məhkuma təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs Məhkumun müdafiəçisi Y.C.Hüseynin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkumun təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 -cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar