Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1448/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum X7 müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlunun, Məhkum3 müdafiəçisi Hacıyeva Günay Hacıgül qızının, məhkumlar Məhkum6 və Məhkum5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə, Məhkum3 CM-nin 32.5,127.2.1, 32.5.127.2.2-ci və 32.5,128-ci maddələri ilə, Məhkum4 CM-nin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 32.5,128-ci maddələri ilə, Məhkum6 CM-nin 32.5,127.2.1, 32.5,127.2.2 və 234.1-ci maddələri ilə, Məhkum5 CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə, Məhkum7 CM-nin 128-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğl u tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 müdafiəçisi E.N.İsmayılov və Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1983-cü il tarixdə İmişli rayonunun Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, heç yerdə işləməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 178.3.2, 29, 178.3.2, 313, 32.4, 313, 320.1, 320.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3, 32.3, 315-ci maddələr ində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2019-cu il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CM-nin 313, 32.4,313, 320.1, 320.2-ci maddələri ilə cəza təyininə dair müddəalar hökmdən xaric edilmiş və üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarətmə orqanların da rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 32.3,127.2.1 və 32.3, 127.2.2-ci maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 75.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona CM-nin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-nin 66.5-ci maddəsinə əsasən isə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə Məhkum1 təyin edilmiş 2 (iki) il müddətə dövl ət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplama yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Məhkum3, xx xxxxxx 1986-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları olan, heç yerdə işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 3 2.5,127.2.1, 32.5.127.2.2-ci və 32.5,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CM-nin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməmiş və ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə bəraət verilmiş, Məhkum4, xx xxxx 1983-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər məh kum olunmamış, ünvan 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 32.5,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona CM-nin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməmiş və ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə bəraət verilmiş, Məhkum5, xx xxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Rusiya Federasiyasın ın vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddə ilə bəraət verilmiş, Məhkum6, xx xxxxxx 1980-cı il tarixdə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 4 ün vanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi evdə yaşamış, CM-nin 32.5,127.2.1, 32.5,127.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətörətməkdə təqsirli bilinərək, CM-nin 32.5,127.2.1 və 32.5.127.2.2-ci maddələri ilə 3 (üç) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.3-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum7, xx xxxxxxx 1993-cü il tarixdə Gürcüstan Respublikasının Qori şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməm iş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7 yaşamış, CM-nin 128-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, CM-nin 234.1-ci maddəsi ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum7 CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da CM-nin 32.5,127.2.1, 32.5,127.2.2 və 32.5,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə təqsirləndirilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada həbsdə saxlanılan Məhkum2, Bakı şəhərində yaşayan Məhkum5, Məhkum6, Məhkum4 və Məhkum3, habelə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmü ilə məhkum olunmuş Şahid11 və Şahid10 ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili nəzarət və audit şöbəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nə ticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən saxlamlığa az ağır zərər vurma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, cinayətkar plana uyğun olaraq Məhkum1 2020- ci ilin yanvar ayının sonlarında təqsirləndirildiyi başqa cinayət işi üzrə zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə Zərərçəkmiş şəxs mane olduğunu, sonuncunun keçiriləcək məhkəmə proseslərində iştirakının qarşısını almaq üçün ona xəsarət yetirilməsini istədiyini, bunun müqabilində 4000 manat pulun, eləcə də Zərərçəkmiş şəxs yaşayış və iş yeri barədə məlumatların qrupun digər üzvü Məhkum4 tərəfindən veriləcəyini Məhkum2 bildirmiş, sonuncu, cinayətkar razılaşmaya əsasən bunlarla bağlı telefonla qardaşı Məhkum3 məlumat vermiş, bu məqsədlə Məhkum3 tanışları - Şahid11, Şahid10, Məhkum5, Məhkum6 və Məhkum4 ilə birlikdə 19 mart 2020ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən "20 yanvar” metrostansiyası yaxınlığında görüşmüş, əvvəlcədən razılaşdıqları kimi Şahid11, Şahid10 və Məhkum6 qrupun üzvü Məhkum5 idarə etdiyi "Range Rover” markalı, Rusiya Federasiyasının X104 AB nömrə nişanlı, Məhkum3 isə qrupun digər üzvü Məhkum4 idarə etdiyi "Chevrolete Cruze” markalı, **-VP-*** dövlət nömrə nişanlı avtomobillərlə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən 399 saylı binanın yaxınlığına gəlmiş, bundan sonra aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Şahid11 həmin tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs idarə et diyi "Toyota Prius” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin binanın qarajından çıxarkən şübhə doğurmaması və sürücünün diqqətini yayındırmaq üçün əli ilə işarə edib avtomobili saxlatdıraraq avtomobilin sol qabaq şüşəsindən Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə, Şahid10 isə qəsdən bir neçə dəfə yumruqla zərbə vuraraq sonuncuya sol göz almasının kontuziyası, buynuz qişanın zədədən sonrakı eroziyası, hifema, sol gözün ağlı qişasına qansızma, sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması ilə müşaiyət olunan sol orbitanın aşağı divarının almacıq-əng birləşməsinin sınığı, burun belinin qançır xəsarətlərindən ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, l akin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuş, bundan sonra bütün iştirakçılar hadisə yerindən uzaqlaşıb Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən "Saray Petrol” yanacaq doldurma məntəqəsinin qarşısına gəlmiş, orada Məhkum4 Məhkum1 məxsus 4.000 manat pulu Məhkum6 təqdim etdikdən sonra, sonuncu özünə 900 manat götürməklə, Şahid11 1.000 manat, Şahid10 700 manat, Məhkum3 500 manat, Məhkum 5 900 manat vermişdir. Bundan əlavə, Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə təqsirləndirilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada həbsdə saxlanılan Məhkum2, habelə Bakı şəhərində yaşayan Məhkum7, Məhkum4 və Məhkum3 ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə bıçaqla sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən saxğlamlığa yüngül zərər vurma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, Məhkum1 2020-ci ilin mart ayının sonlarında təqsirləndirildiyi başqa cinayət işi üzrə zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə Zərərçəkmiş şəxs yenidən mane olduğunu, sonuncunun keçiriləcək məhkəmə proseslərində iştirakının qarşısını almaq üçün ona xəsarət yetirilməsini istədiyini, bunun müqabilində əlavə olaraq 1600 manat pulun, eləcə də Zərə rçəkmiş şəxs yaşayış və iş yeri barədə məlumatların qrupun digər üzvü Məhkum4 tərəfindən veriləcəyini Məhkum2 demiş, sonuncu, cinayətkar razılaşmaya əsasən bunlarla bağlı telefonla qardaşı Məhkum3 məlumat vermiş, bu məqsədlə Məhkum3 cinayətin icra edilməsi üçün Zərərçəkmiş şəxs yaşayış, iş yeri və hərəkət qrafiki barədə məlumatları qrupun digər üzvü Məhkum7 bildirmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum7 22 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 399 saylı binanın qarajına daxil olaraq orada sonuncunun gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs idarə etdiyi "Toyota Prius” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilli qarajda saxladıqdan sonra qarajdakı liftin qarşısında dayanan zaman Məhkum7 həmin gün saat 21: 30-da bıçaqla Zərərçəkmiş şəxs sol yan nahiyəsindən bir dəfə zərbə vuraraq ona sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, bundan sonra Məhkum3la birlikdə qrupun digər üzvü Məhkum4 yaşadığı ünvan 8 ünvanın qarşısında görüşmüş, orada Məhkum3 Məhkum4 aldığı 1600 manat puldan 600 manatını özünə götürmüş, 1000 manatını isə Məhkum7 vermişdir. Bundan başqa, Məhkum6 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,671 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi tikilinin qarşısına daşımış, ist intaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2020-ci il tarixdə saat 23:30- da Məhkum6 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi tikilinin qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,671 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, Məhkum7 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4,772 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib, h əmin psixotrop maddələri ayrılıqda çəkiləri 2,379 qram və 2,393 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərə bölərək üzərində saxlamaqla yaşadığı ünvan 9 ünvanın qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 aprel 2020-ci il tarixdə saat 19:50-də Məhkum7 yaşadığı ünvan 9 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə ayrılıqda çəkiləri 2,379 qram və 2,393 qram olmaqla ümumilikdə külli miqdarda - 4,772 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Məhkum3 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,574 qram təmiz çəkidə "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla yaşadığı ünvan 10 ünvanının qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 aprel 2020-ci il tarixdə saat 10:05-də Məhkum3 yaşadığı ünvan 10 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibinin üstündə olan kiçik cibdən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,574 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanını tərəfindən Məhkum4 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in I siyahısının II bəndinə daxil edilən külli miqdarda - 2,988 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 11 ünvanda fəaliyyət göstərən «Bazarstore» ticarət mərkəzinin yaxınlığına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 aprel 2020-ci il tarixdə saat 14:00-da Məhkum4 ünvan 11 ünvanda fəaliyyət göstərən «Bazarstore» ticarət mərkəzinin yaxınlığına saxlanılaraq həmin Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,988 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin Məhkum5 qarş da CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,994 qram çəkidə narkotik v asitə heroini əldə edib, üzərində saxlamaqla yaşadığı ünvan 3 saylı evin qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 aprel 2020-ci il tarixdə saat 15:00- da Məhkum5 yaşadığı evin qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,994 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 26 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən iş üzrə təqsirləndirilən şəxslər barəsində yuxarıda göstərilən hökm çıxarılmışdır. Hökmdən məhkumlar Məhkum3, Məhkum2, Məhkum4 müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu, Məhkum1 müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlu, Məhkum7 və müdafiəçisi Miriyev Rafiq Əlimurad oğlu, Məhkum5 müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, Məhkum6 müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, Məhkum3 müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Mehdiyev Orxan Səftər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 20 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum3 və müdafiəçisi G.H.Hacıyeva tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Məhkum2, Məhkum4 müdafiəçisi R.X.Rəşidov, Məhkum1 müdafiəçisi E.N.İsmayılov, Məhkum7 və müdafiəçisi R.Ə.Miriyev, Məhkum5 müdafiəçisi Ü.T.Salehzadə və Məhkum6 müdafiəçisi Ü.T.Salehzadə tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı O.S.Mehdiyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü aşağıdakı qaydada dəyişdirilmişdir: - hökmlə məhkumlar Məhkum2, Məhkum3, Məhkum4 “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CM-nin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməməsi hissələrində “CM-nin 32.3,128-ci maddələri ilə” sözləri “CM-nin 32.5,128-ci maddələri ilə” sözləri əvəz edilmiş; - Məhkum3 CM-nin Azərbay can Respublikasının Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) ayadək endirilmiş; - Məhkum4 CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təqsirli bilinib təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) ayadək endirilmiş; - Məhkum5 CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) ayadək endirilmiş; - Məhkum6 CM-nin 32.5,127.2.1 və 32.5.127.2.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) ayadək endirilərək CM-nin 66.3-ci maddəsinə əsasən ona həmin maddələrlə və CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum6 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; - Məhkum7 CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) ayadək endirilmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını, məhkum E.Məhkum1 müdafiəçisi E.N.İsmayılov və Məhkum4 kassasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsi və cinayət işinin icraatına adları çəkilən məhkumlara aid olan hissələrdə bəraətverici əsaslarla xitam verilm əsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) sübutların toplanılması və qiymətləndirilməsinə dair tələblər təsbit edilmiş bəzi normalarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsassız olmasını iddia edən dövlət ittihamçısı M.İ.Vəliyev həmin protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə əsassız olaraq Məhkum3 və Məhkum4 üzərində şəxsi axtarış və götü rmə keçirilməsi bərədə 24 aprel 2020-ci il tarixli protokolları, həmçinin Məhkum5 üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə 25 aprel 2020-ci il protokolu mümkün olmayan sübutlar kimi qiymətləndirərək səhv qənaətə gəlib adları çəkilən şəxslərə CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, eləcə də əsassız olaraq Məhkum 6 və Məhkum7 aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edib daşıması və saxlaması barədə hər hansı sübut mövcud olmaması əsası ilə qeyd edilən onların əməllərini düzgün olmayaraq CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmənin Məhkum3, Məhkum4 və Məhkum5 CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilərkən hökmdə istinad olunan yeganə əsas vəkilin sorğusu əsasında əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məktubuna əlavə olunan “aktların" surətləri olmuşdur ki, həmin sənədlərdə olan məlumatlar da iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış bir çox sübutlarla təkzib edilmişdir. Eyni zamanda həmin aktların surətləri prosessual statusa malik olmayan sənəd olmaqla cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən tərtib edildiyinə görə məkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər sübut kimi qiymətləndirilə bilinməz. Şərh edilənlərə baxmayaraq, məhkəmələr videoçəkiliş aparılmaqla icra edilmiş şəxsi axtarış prosessual hərəkətini, təqsirləndirilən şəxslərin özləri, müdafiəçilər və digər iştirakçılar tərəfindən imza edilməklə cinayət-prosessual qanunv ericiliyin tələblərinə müvafiq olaraq tərtib edilmiş protokolları hər hansı qanuni əsaslandırma aparmadan təkzib etmiş, lakin tərtib edilmə şəraiti, yeri və vaxtı hər hansı mötəbər dəlillə təsdiq edilməyən, ekspert tərəfindən təkbaşına tərtib olunmuş qeyri-rəsmi yardımçı sənəd olan "aktların" surətlərinə istinad edib "şəxsi axtarış" prosessual hərəkətlərini şübhə altına almışdır. Dövlət ittihamçsının qənaətinə görə, məhkumlar Məhkum3, Məhkum4, Məhkum5, Məhkum6 və Məhkum7 cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdikləri özünümüdafiə xarakterli xüsusatlar istintaq materialları ilə təkzib edilməklə, onlara istinad edilən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin törətmələri onların şübhəli və təqsirləndirilən ş əxs qismində verdikləri ifadələri, şahidlərin ifadələri, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, müvafiq ekspert rəyləri və cinayət işinin materiallarında olan digər sənədlərlə sübuta yeirilmişdir. Bundan başqa dövlət ittihamçısı bildirir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum3, Məhkum4, Məhkum5, Məhkum6 və Məhkum7 törətdikləri cinayətlərin ağırılğını, xaraktrini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətlərini səciyyələndirən halları nəzərə almayaraq onlara təyin edilmiş cəzanı əsassız olaraq yüngülləşdirmiş, Məhkum6 cinayətlərin məcmusu ilə cəza təyin edərkən isə cinayətlərin məcmusuna daxil olan hər iki əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasına baxmayaraq, CM-nin 66.2-ci maddəsinin əvəzinə CM-nin 66.3-cü maddəsinə əsaslanmışdır ki, bütün bunlar da cinayət qanunu normasının pozuntusu kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsaslanaraq, dövlət ittihamçısı kassasiya protestinin təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. CM-nin və CPM-nin bir sıra normalarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum1 müdafiəçisi E.N.İsmayılov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə şəxsi münasibətlər zəminində baş versə də məhkəmələr əsassız olaraq ona Zərərçəkmiş şəxs xəsarətlərin xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar yetirilməsi barədə nəticəyə gəlmiş, nəticə də məhkumların, o cümlədən Məhkum1 əməli CM-nin 127.2.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Ü mumiyyətlə isə Məhkum1lə Zərərçəkmiş şəxs arasında əvvəllərdən şəxsi münasibətlər zəminində ədavət olmuş, lakin o, zərərçəkmişin döyülməsini və ona hər hansı xəsarət yetirməsini təşkil etməmiş və sonuncunun döyülməsi nəticəsində hər hansı nəticənin baş verməsini arzulamamışdır. Onun təqsirli bilindiyi cinayətləri törətməsi haqda etirafedici ifadələri isə Məhkum1 təzyiq altında vermiş və bunu dindirmə protokollarında ingilis dilində etdiyi qeydlərlə təsdiq etmiş, məhkəmə iclaslarında isə hər hansı cinayət əməlini törətməməsini bildirmişdir. Məhkum1 işgəncələrin verilməsi isə onunla təsdiq olunur ki, o, Bakı İstintaq Təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şahid kimi etap edilib geri qaytarılarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində çoxsaylı xəsarət izləri aşkar edilmişdir. Həmin vaxt bu xüsusat rəsmiləşdirilmiş və Məhkum1 izahatında həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Bununla bağlı məhkəmədə məlumat olmasına, bu faktı təsdiq edən mötəbər sübutlar əldə edilməsinə baxmayaraq qeyd edilən hala ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Bundan başqa, müdafiəçi qeyd edir ki, Məhkum1 CM-nin 32.3, 127.2.1-ci maddsində nəzərdə tutulmuş cinayəti yəni zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına az ağır zərər vurulmasını təşkil etdiyinə görə təqsirli bilinməsinə baxmayaraq, məhkəmə tərəfindən ona cəza təyin olunarkən bu tövsifedici əlamət təkrarən CM-nin 61.1.8-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmışdır ki, bu da CM-nin 61.3-cü maddəsinin tələblərinə ziddir. Həmçinin, CM-nin 66.2-ci maddəsinə istinad edən müdafiəçinin fikrincə, məhkəmə CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında Məhkum1 qəti cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərini pozmuş, bunun da nəticəsində ona təyin olunmuş cəzanın müddəti qanunvericilikdə nəzərdə tutulmuş 12 il müddətdən artıq olmuşdur. Qeyd olunanları nəzərə alaraq müdafiəçisi E.N.İsmayılov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad etməklə heç bir cinayət əməlini törətmədiyini iddia edən Məhkum4 isə kassasiya şikayətində onun təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı i fadələr ondan polis əməkdaşların təzyiqi altında alınmış, lakin bu ifadələrdən başqa onun təqsirliliyinə dəlalət edən başqa sübutlar əldə edilməmiş və o, təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız olaraq məhkum edilmişdir. Buna görə də Məhkum4 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətlərinə məhkəmə baxışı iclası 29 avqust 2023-cü il tarixə təyin edilmiş və bu haqda cinayət prosesinin bütün iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılımış, lakin məhkumlar Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum7 məhkəmə iclasında iştirak etmək istədiklərini bildirməyərək bu haqda ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət etməmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs isə naməlum səbəbdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiy ası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətlərinə məhkumlar Məhkum1in, Məhkum3, Məhkum4, Məhkum7 və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, məhkumlar Məhkum6 və Məhkum7 əməlləri düzgün tövsif edilməmiş və həm onlara, həm də məhkumlar Məhkum4, Məhkum3 və Məhkum5 yüngül cəzalar təyin olunmuş, eyni zamanda Məhkum6 cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunarkən cinayət qanunu normalarının tələbləri pozulmuşdur. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Müdafiəçi E.N.İsmayılovun və Məhkum4 kassasiya şikayətlərindən isə görünür k, həmin şikayətlərin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması nəticəsində qəbul edilmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, Məhkum4 və Məhkum1 qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinin əsasını yolverilməz sübutlar təşkil etmiş və onlar əsassız və qanunsuz olaraq məhkum edilmiş, eyni zamanda Məhkum1 ağır cəza təyin olunmuşdur. Bununla da, müdafiəiçi E.N.İsmayılov və Məhkum4 müvafiq olaraq apellyasiya instansiya sı məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması və sonuncuya və Məhkum1 bəraət verilməsi ilə bağlı tələblərini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə 416.1.11. məhkəmə cinayət təqibini isti sna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.21. məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı M.İ.Vəliyevin protestini, müdafiəçi E.N.İsmayılovun və Məhkum4 isə şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və hazırki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüd udlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəm əsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiya sı məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfində n apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edil ərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmi n edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini, digər tərəfdən isə hər bir insanın və ü mumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükə li əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxil ində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-ol mamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 124.2-ci maddəsinin tələbinə görə, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu norma da təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tu tulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını i sə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və in zibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digəri nə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Yuxarıda təsvir olunanlardan çıxış edərək və kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq Məhkum1 və qeyrilərinin barəsindəki cinayət işinin materiallarını öyrənib təhlil edən məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, həmin materiallara görə, qanunvericiliklə sübutları araşdırmaq və müəyyən etmək vəzifəsi üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi Məhkum1 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə, Məhkum4 isə CM-nin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 32.5,128-ci maddələri ilə təqsirli bilinmələri barədə nəticəyə gələrkən iş üzrə ibtidai araşdırma orqanı tərəfindən toplanmış və ona təqdim olunmuş bütün sübutları tədqiq etməklə, onları CPM-nin 145.1-ci maddəsini n tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adları çəkilən məhkumların hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum1 və Məhkum4, hər birisinin yuxarıda göstərilən maddələrlə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək, bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Araşdırılmı ş sübutların hamısı ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür. Odur ki, Məhkum1 müdafiəçisi E.N.İsmayılovun və Məhkum4 kassasiya şikayətlərində irəli sürüldüyü apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum1 və Məhkum4 onlara istinad olunan cinayətləri törətməkdə təqsirliliklərinin sübuta yetirilməməsinə görə cinayət işinin icraatına onlara aid hissələrdə bəraətveici əsaslarla xitam verilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətlərində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələr tər əfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Bununla bağlı cinayət işinin materiallarına müraciət edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, məhkəmələrin araşdırılmış sübutlara əsasən Məhkum1 və Məhkum4 münasibətdə işin müəyyən etdikləri faktiki hallar ondan ibarərtdir ki, Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə CM-nin müxtəlif maddələri ilə təqsirləndirilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada həbsdə saxlanılan Məhkum2, Bakı şəhərində yaşayan Məhkum5, Məhkum6, Məhkum4 və Məhkum3, habelə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmü ilə məhkum olunmuş Şahid11 və Şahid10 ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Daxili nəzarət və audit şöbəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən saxlamlığa az ağır zərər vurma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, cinayətkar plana uyğun olaraq Məhkum1 2020-ci ilin yanvar ayının sonlarında təqsirləndirildiyi başqa cinayət işi üzrə zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə Zərərçəkmiş şəxs mane olduğunu, sonuncunun keçiriləcək məhkəmə proseslərində iştirakının qarşısını almaq üçün ona xəsarət yetirilməsini istədiyini, bunun müqabilində 4000 manat pulun, eləcə də Zərərçə kmiş şəxs yaşayış və iş yeri barədə məlumatların qrupun digər üzvü Məhkum4 tərəfindən veriləcəyini Məhkum2 bildirmiş, sonuncu, cinayətkar razılaşmaya əsasən bunlarla bağlı telefonla qardaşı Məhkum3 məlumat vermiş, bu məqsədlə sonuncu tanışları – Şahid11la, Şahid10lə, Məhkum5la, Məhkum6 ilə və Məhkum4la birlikdə 19 mart 2020-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən "20 yanvar” metrostansiyası yaxınlığında görüşmüş, əvvəlcədən razılaşdıqları kimi Şahid11, Şahid10 və Məhkum6 qrupun üzvü Məhkum5 idarə etdiyi "Range Rover” markalı, Rusiya Federasiyasının X104 AB nömrə nişanlı, Məhkum3 isə qrupun digər üzvü Məhkum4 idarə etdiyi "Chevrolete Cruze” markalı **-VP*** dövlət qeydiyyat nişanlı avtomobillərlə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Bin əqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən 399 saylı binanın yaxınlığına gəlmiş, bundan sonra aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Şahid11 həmin tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi "Toyota Prius” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin binanın qarajından çıxarkən şübhə doğurmaması və sürücünün diqqətini yayındırmaq üçün əli ilə işarə edib avtomobili saxlatdıraraq avtomobilin sol qabaq şüşəsindən Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə, Şahid10 isə qəsdən bir neçə dəfə yumruqla zərbə vuraraq sonuncuya sol göz almasının kontuziyası, buynuz qişanın zədədən sonrakı eroziyası, hifema, sol gözün ağlı qişasına qansızma, sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması ilə müşaiyət olunan sol orbitanın a şağı divarının almacıq-əng birləşməsinin sınığı, burun belinin qançır xəsarətlərindən ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmuş, bundan sonra bütün iştirakçılar hadisə yerindən uzaqlaşıb Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən "Saray Petrol” yanacaq doldurma məntəqəsinin qarşısına gəlmiş, orada Məhkum4 Məhkum1 məxsus 4.000 manat pulu Məhkum6 təqdim etdikdən sonra, sonuncu özünə 900 manat götürməklə, Şahid11 1.000 manat, Şahid10 700 manat, Məhkum3 500 manat, Məhkum5 isə 900 manat vermişdir. Bundan əlavə, Məhkum1 hazırki iş üzrə məhkum olunmuş şəxslərdən ibarət qəbaqcad an əlbir olmuş bir qrup şəxs təşkil edərək təkrarən özünün barəsindəki cinayət işinə baxılarkən Zərərçəkmiş şəxs iştirakının qarşısını almaq məqsədilə ona xəsarət yetirilməsini sifariş vermiş, bunun müqabilində əlavə olaraq 1600 manat pulun, eləcə də Zərərçəkmiş şəxs yaşayış və iş yeri barədə məlumatların qrupun digər üzvü Məhkum4 tərəfindən veriləcəyini Məhkum2 demiş, sonuncu, cinayətkar razılaşmaya əsasən bunlarla bağlı telefonla qardaşı Məhkum3 məlumat verdikdən sonra Məhkum3 cinayətin icra edilməsi üçün Zərərçəkmiş şəxs yaşayış, iş yeri və hərəkət qrafiki barədə məlumatları qrupun digər üzvü Məhkum7 bildirmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum7 22 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 399 saylı binanın qarajına daxil olaraq orada sonuncunun gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs idarə etdiyi "Toyota Prius” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilli qarajda saxladıqdan sonra qarajdakı liftin qarşısında dayanan zaman Məhkum7 həmin gün saat 21:30-da bıçaqla Zərərçəkmiş şəxs sol yan nahiyəsindən bir dəfə zərbə vuraraq ona sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, bundan sonra Məhkum3la birlikdə qrupun digər üzvü Məhkum4 yaşadığı ünvan 8 ünvanın qarşısında görüşmüş, orada Məhkum3 Məhkum4 aldığı 1600 manat puldan 600 manatını özünə götürmüş, 1000 manatını isə Məhkum7 vermişdir. Məhkum1 müdafiəçisi E.N.İsmayılovun və Məhkum4 kassasiya şikayət lərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Məhkum1 və Məhkum4 təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni onların ölərinin ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, hazırki iş üzrə məhkum olunmuş digər şəxslərin, zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələri ilə, məhkəmə-tibbi ekspertizasının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, iş üçün mühüm əhəmiyət kəsb edən sənədlərlə və başqa sübutlarla tam təsdiq olunur və məhkumların təqsirli bilindikləri cinayətlərin törədilməsinə dəlalət edən həmin sü butların ibtidai araşdırma orqanı tərəfindən toplanılması zamanı CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmiş, onların həm bu mərhələdə, həm də işə məhkəmələrdə baxılarkən bütün hüquqları, həm “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində həm də milli qanunveicilikdə nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmiş, Məhkum1 CM-nin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə və Məhkum4 Məhkum4 isə CM-nin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 32.5,128-ci maddələri ilə təqsirli bilinmələri barədə yekun məhkəmə aktları qəbul edilərkən isə yolverilməz sübutlar dan istifadə olunmamışdır. Təhlil göstərir ki, qeyd edilən yekun məhkəmə aktları həmçinin CPM-nin 349 və 351-ci maddəsinin tələblərinə, habelə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə da uyğundur. Sübutların əldə edilməsi, araşdırılması, qiymətləndirilməsi və sübutetməyə dair prosessual qanunvericiliyinin tələblərinndən çıxış edən və cinayət işinin materiallarına əsaslanan məhkəmə kollegiyası həmçinin qeyd eməyi lazım bilir ki, kassasiya müraciətlərinin əksinə olaraq, apellyasya instansiyası məhkəməsi də işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkum1 digər maddələrlə yanaşı həmçinin CM-nin 32.3,127.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğuna görə məhkəmələr tərəfindən `onun cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.8-ci maddəsində göstərilən hala düzgün olmayaraq istinad etmələri barədə müdafiəçi E.N.İsmayılovun göstəçrdiyi dəlilə cavab olaraq məhkəmə kollegiyası aşağıda göstərilənlərlərə əsasən bu dəlillə qismən razılaşır, lakin ümumilikdə məhkəmələrin bununla bağlı gəldikləri nəticədə qanun pozuntusu görmür. Belə ki, CM-nin 127.2.1-ci maddəsində həqiqətən zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lak in sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 61.1.8-ci maddəsində isə cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına qarşı törədilməsi cəzanı ağırldaşdıran hal kimi təsbit edilmişdir. CM-nin 61.3-cü maddəsində müəyyən edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qanunvericiliyin bu tələblərindən çıxış edərək məhkəmə kollegiyası Məhkum1 CMnin 32.3,127.2.1 və 32.3,127.2.2-ci maddələrində nəzərdə tut ulmuş cinayəti törətdiyinə görə cəza təyin edilərkən həmin cinayəti öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə qarşı törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasını düzgün hesab etməsə də, qeyd etməyi lazım bilir ki, Məhkum1 bu cinayətlə yanaşı həm də CM-nin 32.3,128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə də təqsirli bilinərək məhkum olunmuşdur və həmin cinayəti də zərər çəkmiş şəxsin öz xidmətini vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törətmişdir. CM-nin 128-ci maddəsində isə belə tövsifedici əlamət nəzərdə tutulmamış və məhkəmələr Məhkum1 CM-nin 75.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə) ona CM-nin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməsini mümkün bilməsələr, ümumili kdə təhlil edilən cəzanı ağırlaşdıran halı müəyyən etmələri zamanı qanun pozuntusuna yol verməmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum1 barəsində cəza tədbiri seçərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin məhkəmənin bu məsələnin həlli ilə bağlı gəldiyi nəticə ilə razılaşarkən onun törətdiyi əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkumun himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmalarını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi kifayət qədər nəzərə almış və CM-nin 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl olunmaqla ona istər təqsirli bilindiyi CM-nin 32.3,127.2.1 və 32.3,127.2.2-ci maddələri ilə, istərsə də CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzr ə qanuni və ədalətli cəzalar təyin edilmişdir. Məhkum1 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmələrin CM-nin 66.2-ci maddəsinin tələblərini pozaraq ona həmin maddədə nəzərdə tutulmuş həddən, yəni on iki ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanun pozuntusu kimi qiymətləndirən müdafiəçi E.N.İsmayılovun bu haqda dəlilinə cavab olaraq məhkəmə kollegiyası sonuncunun kassasiya şikayətində göstərdiyi bu dəlillə də razılaşmır və gəldiyi qənaətlə bağlı qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 178.3.2, 29, 178.3.2, 313, 32.4, 313, 320.1, 320.2, 32.3, 29,126.2.2, 32.3, 29, 126.2.3, 32.3, 315-ci maddələrində nəzərdə tutulan cinayə t əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CM-nin 313, 32.4,313, 320.1, 320.2-ci maddələri ilə cəza təyininə dair müddəalar hökmdən xaric edilmiş, onun üzərində isə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həmin yekun qərar qəbul edildikdən sonra onun hazırki cinayət işi üzrə CM-nin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə təqsirli bilinməsi müəyyən edilmişdir. Əvvəlki 04 mart 2021-ci il tarixli hökmdən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarından göründüyü kimi, Məhkum1 digər cinayətlərlə yanaşı həm də CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunan CM-nin 178.3.2, 29, 178.3.2, 32.3, 29,126.2.2, 32.3, 29, 126.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə də təqsirli bilinərək məhkum olunmuş və belə olan halda ona CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun qəti cəzanın təyin edilməsi zamanı, kassasiya şikayətinə göstərildiyi kimi, CM-nin 66.2-ci ma ddəsinin tələblərindən deyil, CM-nin 66.3-cü maddəsinin tələblərindən çıxış etmək, yəni həmin maddədə müəyən edilmiş qaydanı tətbiq etmək zərurəti meydana gəlmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən isə, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin Məhkum1 CM-nin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu üzrə təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti (13 il müddət) iyirmi ildən artıq olmamış, onun cəza çəkmə müddətinin əvvəli isə məhkumun birinci cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçildiyi 16 avqust 2019-cu il tarixdən hesablanmış, bununla da məhkəmələr CM-nin 66.3 və 66.5-ci maddələrinin tələblərinin hər hansı şəkildə pozulmasına yol verməmişlər. Şərh edilən əsaslara görə, məhkəmə kollegiyası həm müdafiəçi E.N.İsmayılovun, həm də Məhkum4 kassasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətlərin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin icraatına adları çəkilən məhkumlara aid hissələrdə bəraətverici, yəni CPM-nin 42-ci maddəsinə nəzərdə tutulmuş əsaslarla xitam verilməsini mümkün bilmir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum3, Məhkum4 və Məhkum5 əsassız olaraq CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, Məhkum6 və Məhkum7 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərinin düzgün olmayaraq CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, apellyasiya instansiyası məhkəməsinin isə qanunsuz olaraq məhkəmənin bu nəticələri ilə razılaşması haqqında kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməyəi lazım bilir və ilk növbədə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum3 qarşı CM-nin 234.4.3-cü madd əsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,574 qram təmiz çəkidə "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla yaşadığı ünvan 10 ünvanının qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 aprel 2020-ci il tarixdə saat 10:05-də Məhkum3 yaşadığı ünvan 10 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibinin üstündə olan kiçik cibdən satı ş məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,574 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin Məhkum4 ibtidai araşdırma zamanı CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in I siyahısının II bəndinə daxil edilən külli miqdarda - 2,988 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 11 ünvanda fəaliyyət göstərən «Bazarstore» ticarət mərkəzinin yaxınlığına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Dax ili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 aprel 2020-ci il tarixdə saat 14:00-da Məhkum4 ünvan 11 ünvanda fəaliyyət göstərən «Bazarstore» ticarət mərkəzinin yaxınlığına saxlanılaraq həmin Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,988 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə Məhkum5 CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,994 qram çəkidə narkotik vasitə heroini əld ə edib, üzərində saxlamaqla yaşadığı ünvan 3 saylı evin qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 aprel 2020-ci il tarixdə saat 15:00- da Məhkum5 yaşadığı evin qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,994 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Məhkum6 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,671 qr am çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi tikilinin qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2020-ci il tarixdə saat 23:30-da Məhkum6 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsində yerləşən fərdi tikilinin qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sol yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 2,671 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, ibtidai araşdı rma orqanı tərəfindən Məhkum7 qarşı CM-nin 234.4.3cü maddəsi ilə sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 4,772 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib, həmin psixotrop maddələri ayrılıqda çəkiləri 2,379 qram və 2,393 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərə bölərək üzərində saxlamaqla yaşadığı ünvan 9 ünvanın qarşısına daşımış, istintaq orqanının əməliyyat tapşırığına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 aprel 2020-ci il tarixdə saat 19:50-də Məhkum7 yaşadığı ünvan 9 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödə kçənin sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə ayrılıqda çəkiləri 2,379 qram və 2,393 qram olmaqla ümumilikdə külli miqdarda - 4,772 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum3, Məhkum4, Məhkum5, Məhkum6 və N.A.Alagözov, hər birisi ayrı-ayrılıqda özlərini CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilməmiş və göstərmişlər ki, onlar polis əməkdaşları tərəfindən saxlanılarkən onların üzərlərində narkotik vasitələr və psixotrop maddələr olmamış və həmin vasitə və maddələr üzərlərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Birinci instansiya məhkəməsi adları çəkilən məhkumların bu ifadələrinə tənqidi yanaşaraq və eyni zamanda həmin ifadələri əldə edilmiş və araşdırılmış digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək Məhkum3, Məhkum4 və Məhkum5 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliklərinin sübuta yetirilməməsi barədə qənaətə gələrək onlara bu əsasla bəraət verilməsini, Məhkum6 və Məhkum7 yuxarıda göstəilən əməllərinin isə CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmiş və apellyasiya instansiyası məhkəməsinin razılaşdığı bu qənaətini aşağıdakı sübutlara istinadən kifayət qədər əsaslandırmışdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, cinvayət işinə birinci instansiya məhkəməsində baxılarkən 02 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Məhkum3 müdafiəçisi Günay Hacıyeva vəsatət qaldıraraq, cinayət işinin materiallarında hüquqlarını müdafiə etdiyi şəxsin saxlanılıb üzərində şəxsi axtarış keçirilməsi vaxtı ilə ona qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması daşıması istinad olunan psixotrop maddənin aşkar olunması vaxtı arasında ciddi ziddiyyətlər olduğunu bildirmişdir. Müdafiəçinin vəsatətinə görə, istintaq orqanı tərəfindən Məhkum3 aşkar edilərək götürülməsi iddia edilən psixotrop maddə ekspertiza tədqiqatına 24 aprel 2020- ci il tarixdə vaxt etibarı ilə onun üzərində şəxsi axtarış aparılmamışdan qabaq təqdim edilmişdir. Müdafiəçi öz vəsatətini əsaslandırmaq üçün Məhkəmə Ekspertizası Mərkəzindən vəkil sorğusu əsasında əldə etdiyi 25 yanvar 2021-ci il tarixli, 68 saylı və 15 fevral 2021-ci il tarixli 135 saylı məktubları təqdim edərək həmin məktubların sübutlar siyahısına daxil edilərək digər sübutlarla yanaşı araşdırılmasını xahiş etmişdir. Bundan başqa, Məhkum4 müdafiəçisi Rövşən Rəşidov və Məhkum5 müdafiəçisi Ümman Salehzadə məhkəmə iclasında vəsatətlər qaldıraraq, onların hüquqlarını müdafiə etdikləri şəxslərə münasibətdə də oxşar ziddiyyətlərin olduğunu bildirmiş, Ümman Salehzadə Məhkəmə Ekspertizası Mərkəzindən aldığı 01 dekabr 2021-ci il tarixli 9013 saylı məktubu məhkəməyə təqdim edərək araşdırılmasını xahiş etmişdir. Həmçinin müdafiəçi Rövşən Rəşidov Məhkum4 üzərində şəxsi axtarış keçirilməsinə dair 24 aprel 2020-ci il tarixli protokolun sübutlar siyahısından xaric edilməsi barədə vəsatət qaldırmışdır. Müdafiə tərəfinin qaldırdığı həmin vəsatətlərlə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə 14 yanvar 2022-ci il tarixdə müvafiq sorğu göndərilmiş və həmin sorğuya 27 yanvar 2022-ci il tarixdə 53 saylı məktubla cavab verilmiş, bu sorğuya cavab məktubuna 24 aprel 2020-ci il tarixli 6/540 saylı və 25 aprel 2020-ci il tarixli 6/545 saylı məhkəmə kimyəvi ekspertizası rəyləri üzrə tərtib olunmuş aktların surətləri əlavə edilmişdir. İş materiallarında olan Məhkum3 üzərində şəxsi axtarışın aparılması haqqında 24 aprel 2020-ci il tarixli protokola əsasən, onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə 24 aprel 2020-ci il tarixdə saat 13:14-də başlanılmış, saat 13:26-da videoçəkiliş protokolun tərtib edilməsi məqsədilə dayandırılmış, saat 13:30-dan 13:50-dək isə protokol tərtib edilmişdir. Hal buki, Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli 53 saylı məktubu ilə məhkəməyə daxil olmuş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 24 aprel 2020-ci il tarixli aktın surətindən görünür ki, ekspert X tərəfindən 24 aprel 2020-ci il tarixdə DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid3 tədqiqat üçün DİN-nin «Zərflər üçün № 6» möhürü ilə möhürlənmiş halda 3 ədəd zərfdə metamfetaminə və heroinə bənzər maddələr qəbul edilmişdir. Akta əsasən, həmin tədqiqat obyektləri aşağıdakı şəxslərə aid olmuşdur: 1) Məhkum3-2,574 qram (zərf № 1); 2) Məhkum4-2,998 qram (zərf № 2); 3) Məhkum6 - 2,671 qram (zə rf № 3). İş üzrə tərtib olunmuş həmin görə, hər üç tədqiqat obyektləri 24 aprel 2020-ci il tarixdə saat 13:00-da ekspert tərəfindən tədqiqata qəbul edilmiş, bunlardan müvafiq olaraq 0,05 qram nümunə götürülərək, 24 aprel 2020-ci il tarixdə saat 16:00-da ekspertiza rəyləri ilə birlikdə qalıq kütlələr geri qaytarılmışdır. İş materiallarından göründüyü kimi, şəxsi axtarış keçirilməsinə dair protokolda qeyd olunmuş vaxtlara əsasən, Məhkum3 üzərində şəxsi axtarış aparılmasına saat 13:14 dəqiqədə başlansa da, bundan əvvəl, yəni saat 13:00-da Məhkum3 aşkar edilərək götürülməsi iddia edilən 2,574 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddə ekspertiza tədqiqatına təqdim edilmişdir. Araşdırılmış sübutlarla müəyyən edilir ki, eyni ziddiyyət Məhkum4 münasibətdə də mövcuddur. Belə ki, Məhk um4 üzərində şəxsi axtarışın aparılması haqqında 24 aprel 2020-ci il tarixli protokola əsasən, onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə 24 aprel 2020-ci il tarixdə saat 15:30-da başlanmış, saat 15:40-da isə videoçəkiliş protokolun tərtib edilməsi məqsədilə dayandırılmış, saat 15:50-dən saat 16:10-dək isə protokol tərtib edilmişdir. Hərçənd Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 24 aprel 2020-ci il tarixli aktın surətindən görünür ki, ekspert X tərəfindən Məhkum4 aid olması qeyd edilmiş 2,998 qram çəkidə metamfetaminə bənzər maddə 2 №-li zərfdə saat 13:00-da tədqiqata qəbul edilmiş, ondan 0,05 qram nümunə götürülərək, 24 aprel 2020-ci il tarixdə saat 16:00-da rəylə birlikdə qalıq kütlə geri qaytarılmışdır. Bundan başqa, iş materiallarında olan 24 aprel 2020-ci il tarixli raporta görə, keçirilmiş müvafiq tədbirlər nəticəsində Məhkum4 24 aprel 2020-ci il tarixdə saat 14:00-da ünvan 12 ünvanında yerləşən «BazarStore» marketin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Göründüyü kimi, raportda və şəxsi axtarış keçirilməsinə dair protokolda qeyd olunmuş vaxtlara əsasən, Məhkum4 saat 14:00-da saxlanılıb onun üzərində şəxsi axtarış aparılmasına saat 15:30 dəqiqədə başlansa da, bundan əvvəl, yəni saat 13:00-da Məhkum4 aşkar edilərək götürüldüyü iddia edilən 2,998 qram psi xotrop maddə metamfetaminə bənzər maddə artıq ekspertiza tədqiqatına təqdim edilmişdir. Birinci instansiya məhkəməsində Məhkum5 münasibətdə də oxşar ziddiyətin mövcud olması müəyyən edilmişdir. Belə ki, Məhkum5 üzərində şəxsi axtarışın aparılması haqqında 25 aprel 2020-ci il tarixli protokola görə, onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə 25 aprel 2020-ci il tarixdə saat 17:28-də başlanmış, saat 17:40-da isə videoçəkiliş protokolun tərtib edilməsi məqsədilə dayandırılmış, saat 17:45-dən saat 18:00-dək isə protokol tərtib edilmişdir. Halbuki, Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələri n götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair» 25 aprel 2020-ci il tarixli aktın surətindən görünür ki, ekspert X23 tərəfindən 25 aprel 2020-ci il tarixdə DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid7 tədqiqat üçün zərfdə heroinə bənzər maddə kütləsi qəbul edilmişdir. Akta əsasən, həmin tədqiqat obyektinin - heroinin çəkisi 2,994 qram olmuş və saat 17:00-da tədqiqat üçün qəbul edilərək, üzərindən 0,1 qram nümunə götürüldükdən sonra həmin tarixdə saat 18:00-da qalıq qalan kütlə rəylə birlikdə istintaq orqanına geri qaytarılmışdır. İş materiallarından göründüyü kimi, şəxsi axtarış keçirilməsinə dair protokolda qeyd olunmuş vaxtlara əsasən, Məhkum5 üzərində şəxsi axtarış aparılması saat 17:28 dəqiqədə başlansa da, artıq bundan əvvəl, yəni saat 17:00-da Məhkum5 aşkar edilərək götürülməsi iddia edilən 2,994 qram narkotik vasitə heroinə bənzər maddə ekspertiza tədqiqatına təqdim edilmişdir. Əvvəla, məhkəmə kollegiyası ekspertlər X və X23 tərəfindən tərtib edilmiş və Məhkəmə Ekspertizası Mərkəzindən təqdim olunmuş aktların məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilməsində heç bir qanun pozuntusu görmür ona görə ki, bu aktlar məhkəmə araşdırmaları zamanı Konstitusiyanın 125-ci maddəsinin VII hissəsi tələb etdiyi kimi, həqiqətin, yəni məhkumlar Məhkum3, Məhkum4 və Məhkum5, hər birisinin CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olub-olmamalarının müəyyən edilməsinə xidmət etmiş, digər tərəfdən isə həmin aktların tədqiqi və təhlili nəticəsində adları çəkilən məhkumların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair sübutların qanunsuz yolla əldə olunması və bu sübutların məhkumların ifadələri ilə və araşdırılmış başqa sübutlarla uzlaşmaması aşkar edilmişdir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tamamilə haqlı olaraq iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əvvəla CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq olunmuş aktları sübut kimi qəbul edərkən, Məhkum3, Məhkum4 və Məhkum5 üzərlərində şəxsi axtarışın aparlıması haqqında 24 və 25 aprel 2020-ci il tarixli protokolları və həmin protokollar əsasında toplanmış sübutları yolverilməz sübutlar kimi qiymətləndirib bu sübutları adları çəkilən məhkumların tqsirliliklərinə dəlalət edən sübutlar kimi qəbul etməkdən imtina edərkən heç bir qanun pozuntusuna yol verməmiş, digər tərəfdən isə cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasını rəhbər tutub bütün şübhələri təqsirləndirilən şəxslərin xeyrinə həll etmiş və bu zaman milli qanunvericiliyin və beynəlxalq müqavilələin aşağdakı tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrin riayət etməklə əsaslı olaraq sonuncuların hər birisinə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsini mümkün bilmişlər. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 125-ci maddəsinin VII hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusi yon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tər əfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2 və 21.3-cü maddələrinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhə li və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilm əsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyi ni, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyy ən edir. CPM-nin 145.1-145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tə ləb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməs inin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin y ekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühak imə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar ında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanı n 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Resp ublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İşin müəyyən edilmiş faktiki hallarını Azərbaycan Resçpublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, c inayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə müqayisə etməklə Məhkum3, Məhkum4 və Məhkum5, hər birisinə CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi haqqında birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, prosessual qanunverciliyin tələbinə görə, hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət edən olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalı, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün i sə şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edil miş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsi rləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəklində hazırki iş üzrə məhkum Məhkum6nin və Məhkum7 CM-nin 234.4.3-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmələri üçün yetərli olmamış və onların narkotik vasitənin və psixotrop maddəni n qanunsuz dövriyəsi ilə bağlı əməllərinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması araşdırılmış sübutlara uyğundur. Kassasiya protestində də əsas sübutlardan biri kimi istinad olunan Məhkum 6nin və Məhkum7 məhkəməyədək icraat zamanı verdikləri ifadələrinə görə, onlar ilkin araşdırma zamanı üzərlərində aşkar edilərək götürülmüş müvafiq olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini yalnız şəxsi istifadələri üçün əldə edərək saxlamış və daşımış, bu vasitə və maddəni satmaq niyyəti izləməmiş və həmin qanunsuz dövriyyəsi qadağan edilmiş əşyaların satışı ilə heç vaxt məşğul olmamışlar. İş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış digər sübutlarla da Məhkum6 və Məhkum7 qeyd edilən vasitə və maddəni məhz satış məqsədilə əldə ed ərək saxlayıb daşımaları təsdiq edilməmiş, buna dəlalət edən hallar ibtidai araşdırma zamanı da müəyyən olunmamışdır. Həmçinin adları çəkilən şəxslər barəsində təyin olunaraq keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəylərindən görünür ki, Məhkum6 narkomaniya xəstəliyi aşkar olunmuş, Məhkum7 müayinə zamanı belə xəstəlik müəyyən olunmasa da, onun tərəfindən psixotrop maddə olan metamfetamindən istifadə etmə halları mövcud olmuşdur. Məhkəmədə Məhkum6 və Məhkum7 müəyyən edilərək saxlanılmaları və Baş idarədə onların üzərinə şəxsi axtarışlar keçirilməsində iştirak etmiş polis əməkdaşları həmin şəxsləri başqa cinayət törətmələri barədə istintaq orqanı tərəfindən daxil olmuş əməliyyat tapşırıqları əsasında saxladıqlarını, Məhkum6 və Məhkum7 satış məqsədilə narkotik vasitələrin və psixotrop m addələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə nə onlarda, nə də Baş idarədə hər hansı məlumatın olmadığını bildirmişlər. Bundan başqa, iş materiallarına əlavə edilmiş 07 sentyabr 2020-ci il tarixli 6/83200040212-1220 nömrəli tapşırığa cavab məktubundan görünür ki, Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum3 aşkar edilmiş 2,574 qram çəkidə, Məhkum4 aşkar edilmiş 2,998 qram çəkidə və Məhkum7 aşkar edilmiş 4,772 qram çəkidə psixotrop maddə metamfetaminləri, eləcə də Məhkum6 aşkar edilmiş 2,671 qram çəkidə və Məhkum5 aşkar edilmiş 2,994 qram çəkidə narkotik vasitə heroinin satışı məqsədilə əldə etmələri müəyyən edilsə də, onların əvvəllər narkotik vasitə və psixotrop maddələr satdığı şəxslərin şəxsiyyətlərinin müəyyən edilərək isti ntaqa təqdim olunmaları mümkün olmamışdır. Həmçinin qeyd edilən şəxslər tərəfindən narkotik vasitə və psixotrop maddələri kimdən, nə vaxt, hansı şəraitdə əldə etmələrinin müəyyən olunması istiqamətlərdə əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Məhkum6 külli miqdarda 2,671 qram çəkidə narkotik vasitə heroini və Məhkum7 külli miqdarda 4,772 qram çəkidə psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmələri, üzərlərində saxlamaları və daşımaları qənaətinə gəlsə də, məhkəməyə bununla bağlı əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim olunmamış, məhkəmə araşdırmaları zamanı da cinayətin subyektiv cəhəti kimi təsbit edilmiş belə məqsədin olmasını təsdiq edən hər hansı bir sübut əldə edilməmi şdlir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal Məhkum6yə və Məhkum7 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın yalnız ehtimallar üzərində qurulmasına dəlalət edir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, Azərbaycan Respublikasının 28 iyun 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” I və II Siyahılarında heroinin və metamfetaminin çəkisi 0,15 qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan yuxarı olması külli miqdar hesab olunur, lakin bununla da belə o qənaətə gəlir ki, araşdırılmış sübutların, o cümlədən məhkum olunmuş şəxslərin və şahidlərin verdikləri ifadələrin fövqündə Məhkum6nin ü zərində aşkar edilərək götürülmüş narkotik vasitənin və Məhkum7 üzərində aşkar edilərək götürülmüş psixotrop maddənin bu miqdarlardan çox miqdarlarda olması da onların həmin vasitə və maddəni satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq etmir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və həmin vasitələrin və maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsinin müəyən olunması da zəruridir. Lakin ittiham tərəfi qeyd edilən xüsusatı təsdiq edəcək hər hansı bir sübut təqdim etməmiş, kassasiya protestində də belə sübutlara istinad olunmamışdır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qan una müvafiq qaydada qiymət verib Məhkum6 və Məhkum7 əməllərinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında əksini tapmış hüquq mövqeyə əməl etmiş, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almış və bütün şübhələri onların xeyrinə həll etməklə tamamilə əsaslı olaraq ehtimallar üzərində qurulmuş ittiham üzrə yekun məhkəmə aktlarını qəbul etməkdən imtina etmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum6 və Məhkum7, hər birisinin təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində nəzə rdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncuların əməllərində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onları müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; şəxs belə əməlləri qanunsuz etməlidir; narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasə n, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respubl ikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum6 və Məhkum7 əməllərinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı məhkumların qanunsuz hərəkətlər etmələri (narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edərək saxlamaları və daşımalara) və bu vasitə və maddənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumların onlara istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkum6 və Məhkum7 CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olmasına və onların üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da adları çəkilən məhkumların üzərlərində aşkar edilmiş narkotik vasitəni psixotop maddəni məhz satış məqəsədi ilə əldə edərək saxlamaları və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə əldə edilməmişdir. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmələr Məhkum6 və Məhkum7 istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəsini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxslər tərəfindən yalnız narkotik vasitəni əldə edib saxlamaları və daşımalarına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncuların hər birisinin həmin əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ümumiyyətlə kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol v erilməmiş və araşdırılmış sübutlarla Məhkum7 psixotrop maddəni və Məhkum6nin narkotik vasitələri məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması müəyyən edilmədiyindən onların cinayət əməlləri düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum3, Məhkum4, Məhkum5, Məhkum6 və Məhkum7, hər birisinin barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar yüngül olması barədə kassasiya protestinin dəlili ilə bağlı məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bunda n əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlili k dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində vurğulanmışdır ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi v ə həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-ni n 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara ə sasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı madd ələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıd ır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarına görə, cinayət qanunvericiliyinə əsasən cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyy ən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edi lən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstəri lməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, həmin məhkəmə məhkumlar Məhkum3, Məhkum4, Məhkum6 və Məhkum5, hər birisinə CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 02 (iki) il 06 (altı) ayadək və Məhkum7 CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum emə cəzasının müddətini 02 (iki) il 06 (altı) ayadək endirərkən, onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi onların ilk dəfə məhkum olunmalarını, habelə Məhkum3, Məhkum4, Məhkum6 və Məhkum7 himayələrində azyaşlı uşaqlarının olmalarını və adları çəkilən məhkumlara münasibətdə cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə almış və, göründüyü kimi, qeyd edilən cəzalar adları çəkilən şəxslərin təqsirli bilindikləri maddələrin sanksiyası həddində olmuşdur (CMnin 127.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, CM-nin 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum3, Məhkum4, Məhkum6, Məhkum5 v ə Məhkum7, hər birisinə təyin edilmiş cəzaların yüngülləşdirilməsi barədə gəldiyi nəticəni əsaslı, qanuni və ədalətli hesab edərək onu da nəzərə almağı vacib sayır ki, Məhkum3, Məhkum4, Məhkum6 və Məhkum5 köməkçi qismində iştirak etdikləri, CM-nin 127.2.1 və 127.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin bilavasitə icraçıları olmuş Şahid11 və Şahid10, Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmü ilə, hər birisinə həmin maddələrlə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə isə adları çəkilən məhkumlara CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təyin olunmuş cəzalar bu müddətdən artıq, Məhkum7 CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın müddəti isə həmin maddənin sanksiasında müəyyən edilmiş cəzanın ən yuxarı həddində olmuşdur. Bütün qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verilmədiyini qeyd edərək həmin maddədə nəzərdə tutulmuş əsasla mübahisələndirilən 20 oktyabr 2022-ci il tarixli qərarın ləğv edilməsi və cxinayət işinin yeni apellyasiya baxışına təyin olunması üçün əsaslar görmür. Bununla belə, məhkəmə kollegiyası kassasiya protestinin o, dəlili ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi CM-nin 66.3-cü maddəsinə istinad edərək Məhkum6 CM-nin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə qəti cəza təyin edərkən cinayət qanunvericiliyin normalarının tətbi qində səhvə yol vermişdir. Belə ki, CM-nin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 234.1-ci maddələrinin yuxarıda göstərilən sanksiyalarına görə, CM-nin 15.3-cü maddəsinə əsasən həmin maddələrdə nəzərdə tutulmuş cinayətlər az ağır cinayətlər kateqoriyasına aiddirlər. CM-nin 66.2-ci maddəsinin tələblərinə əsasən isə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı toplamaq yolu ilə qəti cəza təyin edilir. Yəni cinayət qanunu normasının bü müddəaları tələb edir ki, məhkəmə az ağır cinayətlərin məcmusu üzrə cəza təyin edərkən CM-nin 66.3-cü maddəsinin deyil, CM-nin 66.2-ci maddəsinin tələblərindən çıxış eməli və bu zaman məhz həmin maddəyə istinad olunmalıdır. Belə olan halda, mhkəmə kollegiyası kassasiya protestinin təhlil edilən məsələ il ə bağlı dəlili ilini qəbul edilən sayarq həmin protestin qismən təmin edilməsini və hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarında dəyişiklik edilərək həmin qərarın Məhkum6 cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi hissəsində “66.3-cü maddəsinə” sözlərinin “66.2-ci maddəsinə” sözləri ilə əvəz edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müqayisəli şəkildə təhlil edərək və kassasiya şikayətlərinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə Məhkum1 müdafiəçisi E.N.İsmayılovun, Məhkum3 müdafiəçisi G.H.Hacıyevanın, məhkumlar Məhkum6 və Məhkum5, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətlərinin isə təmin edi lməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, Məhkum1 müdafiəçisi E.N.İsmayılovun və Məhkum4 kassasiya şikayətləri təmin edilməməli, dövlət ittihamçısı M.İ.Vəliyevin kassasiya protesti isə qismən təmin edilməklə Məhkum6 cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi hissəsində “66.3-cü maddəsinə” sözləri “66.2-ci maddəsinə” sözləri ilə əvəz edilməli, bu əsasla da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı Məhkum6 aid hissədə dəyişdirilməli, həmin qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. K assasiya protesti qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5.127.2.2-ci və 32.5,128-ci maddələri ilə, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2-ci və 32.5,128-ci maddələri ilə, Məhkum6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1, 32.5,127.2.2 və 234.1-ci maddələri ilə, Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə və Məhkum7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-c i il tarixli qərarı Məhkum6 aid hissədə dəyişdirilsin. Qərarın Məhkum6 cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi hissəsində “66.3-cü maddəsinə” sözləri “66.2-ci maddəsinə” sözləri ilə əvəz edilsin. Qərar kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1448/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1448/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver