Məhkəmə qərarları › İş №1(102)-1448/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1448/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1448/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarından xüsusi ittihamçı Xudiyeva Məlahət Vəli qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Günel Səmədova) 1(009)-123/2023 saylı 23 avqust 2023-cü il tarixli hökmü ilə 28 iyu n 1977-ci ildə Kəlbəcər rayonunun, Keştək kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan (sürücü), əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında faktiki yaşamış X13 27 iyul 1974-cü ildə Kəlbəcər rayonu, Keştək kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatında olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış X4 13 noyabr 1996-cı ildə Oğuz rayonunun Kərimli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Qaraçanlı ərazi dairəsi, Tatlar kəndində qeydiyyatında olmaqla, ünvan 3 ünvanında faktiki yaşamış X9 18 aprel 1974-cü ildə K əlbəcər rayonunun, Keştək kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan (sürücü), əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.2-ci maddəsi ilə əməllərində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. İşin halları: Xüsusi ittihamçı Xudiyeva Məlahət Vəli qızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X11, X3, X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 iyun 2019-cu il tarixdə qohumları X19 və X3 övladları X20 yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi Gəncl ər şəhərciyində yerləşən mənzilinin eyvanından yıxılmış və o, onu təsadüfən həmin vəziyyətdə görərək təcili xəstəxanaya çatdırmışdır. Kənan xəstəxanaya çatdırıldıqdan 2 saat sonra aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisədən müəyyən vaxt keçdikdən sonra o, X19, X16, X7 və X17 tərəfindən şər və böhtanlara məruz qalmışdır. Belə ki, X19 və X1 ölümündən bir neçə ay sonra prokurorluğa və digər dövlət orqanlarına ərizə ilə müraciət edərək onu xüsusi ilə ağır cinayətdə ittiham edib Kənan Musayevin ölümünü onun üstünə ataraq qeyd etmişdir ki, bu hadisə guya onun, Məlahət Xudiyevanın təşkilatçılığı ilə törədilmişdir. Bundan sonra prokurorluqda və daxili işlər orqanlarında uzun müddət araşdırmalar aparılmış, ədalət araşdırmalar nəticəsində haqq öz yerini tapmış və onun bu hadisə ilə heç bir əlaqəs i olmadığı tam olaraq sübuta yetirilmişdir. Buna baxmayaraq, X19, X16, X7 və X17 ARB telekanalında "Səni Axtarıram" verilişində 2022-ci ilin fevral ayından-iyul ayınadək olan müddətdə efirə gedən verilişləri zamanı onu uşaq qatili və qətlin sifarişçisi barədə əsassız ittihamları dəfələrlə təkrarlamaqla ona qarşı şər və böhtan atmış, onun şərəfini, ləyaqətini və nüfuzunu qəsdən alçaltmışlar. Onlar onu Kənanın ölümündə təqsirkar hesab edirlər. "Səni Axtarıram" verilişinin 07 aprel 2022-ci il tarixli verilişdə X19, X7 və X17 təkrar onu xüsusi ağır cinayətdə ittiham edərək qatil və qatilin sifarişçisi adlandırırlar (02:19:00), xx.xx.2022-ci il tarixli verilişdə (01:31:00) (02:19:30) X19, X7 və X17 təkrar onu xüsusi ağır cinayətdə ittiham edərək qatil və qatilin sifarişçisi adlandırırlar, xx.xx.2022-ci il tarixli verilişdə (00:26:00) X19 onun qatil olduğunu deyir, həmin verilişdə X7 da (00:33:30), (01:33:00) xx.xx.2022-ci il tarixində (0:24:45) və (00:43:15), (00:46:15-00:47:00) X16, X17 onu konkret olaraq, qatil cinayəti törədən şəxs olduğumu bildirir, xx.xx.2022-ci il tarixli verilişdə 01:35:00-01:42-dək və daha sonra da X19, X7 və X17 təkrar onu xüsusi ağır cinayətdə ittiham edərək qatil və qatilin sifarişçisi adlandırırlar. xx.xx.2022-ci il tarixli verilişdə (02:01:18) isə vəkil Müdafiəçi5 da onlara qarşı çıxaraq bunun əsassız olduğunu deyir. Onlara bu hərəkətlərinə görə cavab verməli olacaqları barədə xəbərdarlıq etsə də onlar bu əməllərindən əl çəkməmiş və onu demək olar ki, 2022-ci ilin fevral ayından iyul ayının sonunadək davam edən və onun da iştirak etdiyi verilişlərdə milyonların qarşısında xüsusi ilə ağır cinayətdə ittiham etməkdə davam etmişlər. Bununla onlar bütün xalqın qarşısında onun şərəf və ləyaqətini alçaltmış onu tanıyan insanların gözündə nüfuzdan salmışlar. Halbuki, onun uşağın ölümündə heç bir təqsiri yoxdur. Əgər belə bir şey olmuş olsaydı barəsində tədbir görülmüş olardı. Buna baxmayaraq, təqsirləndirilən şəxslər X19 və X7 və X17 onu televiziya efirində şər və böhtan atmaqda davam etmişlər. Qeyd olunanlar "Səni Axtarıram" verilişinin YouTube-dakı kanalında da yerləşdirilmiş və yüz minlərlə insan tərəfindən izlənilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər X19, X16, X7 və X17 "Səni Axtarıram" verilişində 2022-ci ilin fevral ayından iyul ayınadək olan müddətdə olan verilişləri zamanı onu qatili və qatilin sifarişçisi olduğu barədə əsassız ittihamları dəfələrlə təkrarlamaqla ona qarşı şər və böhtan atmış, onun şərəf, ləyaqətini və nüfuzunu qəsdən alçaltmışlar. Bununla da onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli 1(103)-1996/2023 nömrəli qərarı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2023cü il tarixli 1(009)-123/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, xüsusi ittihamçı Xudiyeva Məlahət Vəli qızının nümayəndəsi vəkili X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Xüsusi ittihamçı Xudiyeva Məlahət Vəli qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarının ləğv edilm əsini və barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X19, X16, X7 və X17 barəsində ittihamedici hökm çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı Xudiyeva Məlahət Vəli qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə zəruri araşdırma aparmadan, tətbiq etməli olduğu hüquq normalarını tətbiq etmədən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X11, X3, X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirin olması, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxış larda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməlinin olması sübuta yetirilməmişdir. Halbuki, təqsirləndirilən şəxslərin ARB telekanalının “Səni axtarıram” verilişində ona qarşı aşkar surətdə dəfələrlə təkrarlanan böhtanları ataraq, onu övladlarının qatili və sifarişçisi adlandırması barədə video sübutlar məhkəməyə təqdim olunmuşdur, həmin videolara milyonlarla insan baxmış və sonradan ARB telekanalının “YouTube” kanalında da yerləşdirilmişdir. Buna baxmayaraq, məhkəmə təqsirləndirilən şəxslərə "vəkillik" edərək "onların əməlində böhtan yayma əməlinin olmadığı" kimi əsassız və qanunsuz bir nəticəyə gəlmişdir. "Böhtan işlərində böhtan atan şəxsin yalan yaydığını bildiyinin sübuta yetirilməməsi cinayət təqibin i istisna edir. Böhtan əlamətlərini müəyyən etmək üçün zərər çəkmiş haqqında yayılan yalan məlumatın onun şərəf, ləyaqət və nüfuzunu ləkələməsi lazımdır. Yayılan məlumat yalan da olsa, qurbanı rüsvay etmirsə, böhtan yoxdur". Bununla məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxslərin onu ARB telekanalında efirə gedən və milyonlarla insanın izlədiyi “Səni axtarıram” verilişində dəfələrlə təkrarlanan formada övladlarının qatili və sifariçisi alandırmaları onun şərəf, ləyaqət və nüfuzunu ləkələmir və bu fikir azadlığıdır. Bu tamamilə absurd, əsassız və qanunsuzdur. Belə çıxır ki, istənilən şəxs televiziya çıxıb efirdən istədiyi şəxsin barəsində istədiyi sözü, fikri (şər, böhtan və ya təhqir olsa belə) bildirə bilər və buna görə heç bir məsuliyyət də daşımayacaq, ədalət rəmzi olan məhkəmə bu nu cinayət hesab etməyəcək. Birinci instansiya məhkəməsinin hökmü daxili ziddiyyətli olmaqla yanaşı formal mülahizələr və söz yığımından ibarətdir. Belə ki, iş materiallarında onların təqsirini sübuta yetirən kifayət qədər sübutlar mövcuddur və görünür hökmü əsaslandırmaqda çətinlik çəkən məhkəmə təqsirləndirilən şəxslərə təqsirsiz donu geydirməyə çox çalışsa da nəticədə buna nail ola bilməmişdir. Apellyasiya instansiyası da öz növbəsində yanlış həmin hökmü köçürərək təsdiq etmişdir. X19, X7, X17 və X16 2022-ci ilin fevral ayından iyul ayının sonunadək davam edən və onun da iştirak etdiyi verilişlərdə milyonların qarşısında xüsusi ilə ağır cinayətdə ittiham etməkdə davam etmişlər. Bununla onlar bütün xalqın qarşısında onun şərəf və ləyaqətini qəsdən alçaltmış onu tanıyan işanların gözündə nüfuzdan salmışlar. Halbuki, onun uşağının ölümündə heç bir təqsiri yoxdur. Əgər belə bir şey olmuş olsaydı onun barəsində tədbir görülmüş olardı. Buna baxmayaraq, X19, X7, X17 və X16 televiziya efirində ona şər və böhtan atmaqda davam etmişlər. Qeyd olunanlar "Səni axtarıram" verilişinin “YouTube”dakı kanalında da yerləşdirilmiş və yüz minlərlə insan tərəfindən izlənilmişdir. Həmin kadrlar onun tərəfindən video diskdə məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kifayət qədər sübutların olmasına baxmayaraq, X11, X3, X5 və X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət hökmünü qüvvədə saxlamaqla maddi və prosessual hüquq normaların kobud pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayə t üzrə materialları öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Xüsusi ittihamçı Xudiyeva Məlahət Vəli qızının kassasiya şikayətini n başlıca dəlili X11, X3, X5 və X6 barələrində bəraət hökmünün çıxarılması əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlmişdir ki, kassasiya şikayətin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-in 147-ci maddəsinə əsasən böhtan yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə CM-in 147.2-ci maddəsi ilə daha ağır cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin təl əblərinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutla r təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictim ai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, şəxs CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə yalnız onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu mötəbər sübutlarla təsdiq edildiyi halda cəlb edilə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın onu yayan şəxs üçün bilə-bilə yalan olması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Böhtan atan şəxsin təqsirinin müəyyən edilməsi üçün onun yaydığı məlumatın yalan olmasını bildiyi müəyyən edilməlidir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, həmin məlumatlar əslində yalan olsa belə onun təqsirsiz olduğundan CM-in 147-ci maddəsi ilə cinayət m əsuliyyəti istisna olunur. Buna görə də şəxsin böhtana görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun yalan yaydığını bildiyi sübuta yetirilməlidir. İş materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, "Səni axtarıram" televerilişində X19, X7 və X2 Məlahət Vəli qızını qatil və qətlin sifarişçisi adlandırırlar. İşə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubundan görünür ki, X12 19 iyun 2019-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, 2 saylı bina, 74 nömrəli mənzilin eyvanından yıxılaraq aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ibtidai istintaqı aparılaraq hazırda icraatı dayandırılmış, ********* nö mrəli cinayət işi üzrə X14 təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Birinci instansiya məhkəməsi xüsusi ittihamçı Xudiyeva Məlahət Vəli qızı tərəfindən təqdim edilmiş sübutları və iş hallarını araşdırıb nəticəyə gəlmişdir ki, həmin sübutlarla X19, X7, X17 və X16 tərəfindən "Səni axtarıram" televerilişində Xudiyeva Məlahət Vəli qızını qatil və qətlin sifarişçisi adlandırılmaları təsdiq etsə də, onların bu əməllərində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhəti, yəni həmin əməllərin onlar tərəfindən təqsirli olaraq törədilməsi müəyyən olunmur. Kassasiya kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin cinayət cinayət- prosessual qanunla rının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası X11, X3, X5 və X6 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Belə ki, qanunun tələblərinə görə ittiham hökmü fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfi ndən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Böhtan yalnız birbaşa qəsdlə törədildiyi üçün şəxsi həmin cinayətdə təqsiri təsdiq etmək üçün hökmdə onun bu barədə niyyəti olduğunu təsdiq edən sübutlara və hallara istinad etmək lazımdır. Bununla əlaqədar aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar təqsirləndirilən şəxsin lehinə şərh edilməlidir. Şəxsin təqsirini sübut etmək, yəni qəsdi və yayılmış məlumatın yalan olması bildiyini sübut etmək vəzifəsi isə xüsusi ittihamçının üzərinə düşür. Məhkəmə kollegiyası toplanmış sübutların məcmusuna nəzər salıb hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11, X3, X5 və X6 Azərbaycan Respublikasının CM-in 147.2ci maddəsi ilə nəzərdə tutu lan cinayət əməlinin törədilməsində təqsirli olmalarına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmələr əsaslı olaraq belə qənaətə gəlmişlər ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X13, X4, X9 və X10 qarşı Azərbaycan Respublikasının CM-in 147.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirin olması, yəni yalan olduğunu bilə-bilə xüsusi ittihamçını nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma əməlinin olması sübuta yetirilməmişdir. X11, X3, X5 və X6 əməldə CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətin mövcud olmaması onların cinayət məsuliyyətini istisna edir. Bundan əlavə, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi X13, X4, X9 və X10 qeyd edilən maddə ü zrə barələrində bəraət hökmü çıxarılarkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayət törədilməsində aidiyyəti olmadıqda; təqsirliliyi süb uta yetirilmədikdə. Göründüyü kimi hazırki xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı CPM-in 42.1-ci maddəsində göstərilən hallar müəyyən edilmişdir. İşə baxan məhkəmələr də haqlı olaraq X13, X4, X9 və X10 barələrində CM-in 147.2-ci maddəsi üzrə bəraət hökmü çıxarmışlar. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X13, X4, X9 və X16 barələrindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə m üəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli X19, X7, X17 və X16 barələrindəki qərar dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar