Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1448/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilinin iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəs i ilə təqsirli bilinib məhkum olunmasına, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli 1(101)-409/2024 nömrəli (hakimlər: Məmmədov Əli İrfan oğlu (sədrliyi), Məcidov Azad Əli Ağa oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1992-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, xxx qeydiyyatda olan, həbs olunanadək xxx-də yaşamış Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi, cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 3 dekabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci i lə bağlı məsələlər həll edilmişdir. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli 1(103)-2468/2024 nömrəli (hakimlər: İbrahimov Zamin Vəliyəddin oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tər əfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktından görünür ki, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamış və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni külli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarix və şərait də Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı tərəfindən gizlədilmiş yerdən ümumi çəkisi 114,473 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Güvən” klinikasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən 5-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı 1 ədəd göy rəngli, üzərində BMW markasının loqosu əks olunmuş sellofanın içərisindəki 06 ədəd ağ rəngli sellofana bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 110,0 qram; 1,317 qram; 0,327 qram; 0,275 qram; 0,337 qram; 0,270 qram, 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,322 qram; 0,255 qram, 1 ədəd ağ rəngli salfet bükümdə təmiz çəkisi 1,260 qram və 1 ədəd qızılı rəngli falqa kağızı bükümündə təmiz çəkisi 0,110 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində 0,06 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanın hissəscikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop m addələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarix və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən külli miqdarda ümumilikdə 64 ədəd ağ-qəhvəyi rəngli kapsula güclü təsir edən maddə, təsiredici maddəsinin miqdarı 19,2 qram olan preqabalini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr ospektində yerləşən “Güvən” klinikasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən 5-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı 1 ədəd göy rəngli üzərində BMW markasının loqosu əks olunmuş sellofanın içərisindən narkotik vasitə və psixatrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 19,2 qram olan güclü təsir edən külli miqdarda ümumilikdə 64 ədəd ağ-qəhvəyi rəngli kapsula güclü təsir edən maddə preqabalin aşkar edilərək götrülmüşdür. Birinci və apellyasiya instansiyası məhkəmə kollegiyaları isə yuxarıda qeyd olunmuş nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hazırkı qərarı çıxararkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün (qərarının) əsasını yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, Məhkum üzərində narkotik vasitə və güclü təsir edən maddənin aşkar olunması məhkəmədə tədqiq olunmuş əməliyyat axtarış fəaliyyətinin keçirilməsinə səbəb olmuş materiallar, onun üzərində axtarış aparılması haqqında protokol, axtarış keçirilməsində aparılmış videoçəkilişlə də təsdiq olunur. Məhkəmə göstərilən sübutları nəzərə almadan Məhkum tutular kən ona zor tətbiq olunmaqla xəsarətlər yetirilməsi, bununla bağlı prokurorluqda aparılmış araşdırma zamanı Məhkum bədəni üzərində xəsarətlərin olmasının təsdiq olunmasını əsas götürərək xx.xx.2022-ci ildə Məhkum şübhəli şəxs qismində və xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübutlar siyahısından çıxarılması qənaətinə gəlmişdir. Halbuki, bağlı prokurorluqda aparılmış araşdırma zamanı qəbul edilmiş qərardan görünür ki, Məhkum bədəni üzərində olan xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi təsdiq olunmamışdır. CPM-in 65-ci maddəsinin tələblərinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna e dən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Cinayət işinə əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar yuxarı prokuror və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən ləğv olunmamışdır Eyni zamanda məhkəmə, Məhkum aşkar edilmiş qurudulmuş marixuananın 114,473 qram olmasına, onun satış məqsədilə 9 ədəd təxminən bərabər bükümlərə ayrılmasına, üzərində aşkar edilmiş tərəzi üzərində qurudulmuş marixuananın qalıqlarının olmasına, 19,2 qram preqobolini aptekdən almamasına, reseptdə olan məlumatların həqiqəti əks etdirməməsinə, preqobolinin əsəb xəstəliyi zamanı is tifadə edilməli olmasına baxmayaraq psixi xəstəliyinin olmamasına, narkomaniya xəstəliyindən əziyyət çəkməməsinə baxmayaraq üzərində narkotik vasitə aşkar edilməsinə, Məhkum ilkin ifadələrinə, şahidlərin ifadələrinə, onun üzərində axtarış aparılması, üzərində qurudulmuş marixuana və preqobolin aşkar edilməsi haqqında protokol və həmin istintaq hərəkətini özündə əks etdirən videoçəkilişə diqqət yetirmədən, sübutları müqayisəli qiymətləndirmədən yanlış nəticəyə gəlmişdir. Məhkəmə yekun qərara gələrkən şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin üzərində axtarış aparılması protokolunu, ekspertiza rəylərini düzgün qiymətləndirmədən nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə yalnız təqsirləndirilən şəxs Məhkum özünümüdafiə xarakterli ifadəsini əsas götürərək həmin halları digər sübutların məcmu su üzrə düzgün qiymətləndirməmiş, sonda da işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni ape llyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi1 çıxış edərək, kassasiya protestinin əsassız olduğunu bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən Məhkum əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildi yi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPMin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum CM-in 240.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmaması əsası haqqında nəticəyə gəldiyini, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 41 6.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqs irə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci madd əsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədlə ri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalət li cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəm ənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini y erinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya pro testinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, müdafiə tərəfinin isə kassasiya protestinin təmin edilməməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin hökmlərindən görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlama, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələ rə aid olmayan güclü təsir edən maddəni külli miqdarda əldə edib daşıyaraq saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam olaraq sübuta yetirilməmiş, iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum əməlində satış niyyətinin olmadığı, cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmədiyi qənaətinə gəlinərək onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş, ona əməlində CM-in 240.3.2-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə bəraət verilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsa slanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına ə sasən həqiqətən məhkumun üzərindən aşkar olunmuş narkotik vasitələri və narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri psixotrop maddəni satış niyyəti ilə əldə edib saxlamasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən belə hesab edir ki, kassasiya protestinin Məhkum əməlinin əsassız olaraq tövsif edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olubolmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsirlilik məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.3.2 -ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmuş, həmçinin, Məhkum əməlində Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin olması öz təsdiqini tapmamış və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, Məhkum “Redmi” markalı mobil telefonuna baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil telefona quraşdırılmış tətbiq etmə vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 275,70 manat, xx.xx.2022-ci il tarixdə 403 manat, xx.xx.2022-ci il tarixdə 316 manat, xx.xx.2022-ci il tarixdə 316 manat, xx.xx.2022-ci il tarixdə 368 manat, ümumilikdə isə 1.678,70 manat məbləğində Məhkum tərəfindən “Təbib” adlı aptekə ödəniş edilmişdir ki, bu hal, yəni 1.678,70 manat məbləğ ində pul vəsaiti hesabına “Təbib” adlı aptekdən alış-verişin edilməsi ibtidai istintaq orqanının bu hissədə (Məhkum həmin dərman vasitəsinin satışı ilə məşğul olması) gəldiyi nəticəyə dair ciddi şübhə yaradır ki, bu şübhə də öz növbəsində haqlı olaraq Məhkum xeyrinə şərh edilmişdir. Həmçinin ibtidai istintaq orqanı “Poco” markalı mobil telefondan aşkar edilmiş şəkillər üzrə Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə nəticəyə gəlsə də, həmin telefona baxış keçirilməsi haqqında protokol Məhkum narkotik vasitələrin və “Preqabalin” dərman vasitəsinin satışı ilə məşğul olduğuna dair nəticəyə gəlməyə əsas vermir. Belə ki, həmin protokoldan müəyyən olunmuşdur ki, Məhkum narkotik vasitə marixuana almaq niyyətində olmuşdur. Bu məlumatlar əsasında Məhkum digər şəxslər üçün və qaza nc əldə etmək məqsədi ilə narkotik vasitəni əldə etməsi müəyyən edilməmiş, əksinə narkotik vasitə almaq istəmiş və ona narkotik vasitə satmaq istəyən şəxslə yazışmışdır. Qeyd olunanlarla yanaşı, şəxsi axtarışın keçirilməsinə dair protokoldan Məhkum üzərinə şəxsi axtarış keçirilməsi, həmin vaxt digər predmetlərlə yanaşı, onun üzərindən 1 ədəd “Poco” markalı mobil telefonun aşkar edilməsi görünsə də, həmin mobil telefonun sonrakı taleyi barədə heç bir prosessual sənəd qəbul edilməmişdir ki, bu hal da haqlı olaraq Məhkum xeyrinə olan şübhələri daha da artırmışdır. O cümlədən, istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülsə də, Məhkum qabaqcadan əlbir olması iddia olunan şəxs müəyyən edilmədiyin dən və belə razılaşmanın nədən ibarət olması, eləcə də razılaşmanın nədə ifadə olunması ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmədiyindən bu hissədə irəli sürülmüş ittiham qanunsuz və əsassız hesab edilməlidir. Odur ki, aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum 64 ədəd preqabalin həblərinin öz şəxsi istifadəsi üçün, satış məqsədi olmadan özünə məxsus mobil telefona quraşdırılmış ödəniş tətbiq etmə vasitəsilə aldığı qənaətinə gələrək, ona həmin maddə ilə bəraət verilməsi barədə nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitə marixuananı və preqabalini satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində gəzdirməsi barədə vermiş olduğu ifadə işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşıması ağlabatan hesab olun mur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə və ona aid olmayan güclü təsir edən maddəyə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə Məhkum üzərindən aşkar olunmuş narkotik vasitəni və preqabalini kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin həmin maddələrin satılmasından şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xa rakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilmədiyindən, o cümlədən narkotik vasitənin və ona aid olmayan güclü təsir edən maddənin hazırlanması üçün avadanlıq aşkar edilmədiyindən, Məhkum həmin maddələri satmaq niyyətində olmamasına əsas verən hal kimi qəbul olunmuşdur. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməli Azərbaycan Re spublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestində göstərilmiş “Məhkum tutularkən ona zor tətbiq olunmaqla xəsarətlər yetirilməsi, bununla bağlı prokurorluqda aparılmış araşdırma zamanı Məhkum bədəni üzərində xəsarətlərin olmasının təsdiq olunmasını əsas götürərək xx.xx.2022-ci ildə Məhkum şübhəli şəxs qismində və xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübutlar siyahısından çıxarılması qənaətinə gəlməsi, halbuki, həmin hal üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın məhkəmə tərəfindən nəzərə alınmama sının CPM-in 65-ci maddəsinin tələblərinin pozuntusuna yol verməsinə” dair dəlillərə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutla rı tam, hərtərəfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslan dırsın. Bu baxımdan məhkəməyədək icraatda məhkumun polis tərəfindən saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən CPM-in qeyd olunan nor malarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, hə m də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmələrin Məhkum barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixl i qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxımdan hazırkı iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin d əlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 17 dekabr 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1448/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1448/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver