Məhkəmə qərarları › İş №1(102)-1449/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1449/2019

26.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1449/2019 26.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7iştirakı ilə Salyan Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təq sirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Salyan Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qasımov Muradağa Əhmədağa oğlu) xx.xx.1996-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı Hərbi Məhkəməsinin 03.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 03.12.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olan, ünvan 2 yaşayan Məhkum, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddəti 19 mart 2018-ci ildən hesablanmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 17 okytabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum təkrarən saxlanc yerinə qanunsuz daxil olub, özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirtmək məqsədilə 07 yanvar 2018ci il tarixdə, saat 23 radələrində ünvan 2 yaşayan X11 yaşadığı evin küçəsinə gedərək hasarın üstündən həyətə keçib, evin zirzəmisinə qapıdan qanunsuz olaraq saxlanc yerinə daxil olub qiyməti 350 manat olan «Volf» markalı velosipedi gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirtmək məqsədilə 07 fevral 2018-ci il tarixdə gecə saat 23:30 radələrində ünvan 2 yaşayan X1 yaşadığı evin küçə qapısından həyətə keçib, tövlənin qapısını açaraq qanunsuz olaraq saxlanc yerinə daxil olub qi yməti 350 manat bir baş erkək qoyunu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirtmək məqsədilə 16 mart 2018-ci il tarixdə gecə saat 01 radələrində ünvan 2 yaşayan X8 yaşadığı evin küçəsindəki hasarın üstündən həyətə keçib, tövlənin qapısını açıb qanunsuz olaraq saxlanc yerinə daxil olub, hər birinin qiyməti 140 manat olmaqla 420 manat məbləğdə 3 baş qoyunları gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirtmək məqsədilə 18 mart 2018-ci il tarixdə gecə saat 04:30 radələrində Salyan şəhəri, 20 yanvar küçəsi ev 41-də yaşayan X2 tərəfdəki hasarın üstündən həyətə keçib tövlənin qapısını açıb qanunsuz olaraq saxlanc yerinə daxil olub, qiyməti 200 manat olan 1 baş erkək qoyunu gizli olaraq talamaqla oğurlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək, cavan olması və ailə vəziyyəti nəzərə alınmaqla cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Salyan Rayon Məhkəməsi03 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi, həmçinin Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq məhkum edilmiş şəxsin əməllərində residiv olması cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzanın ağırlığı ilə bağlı Məhkəmə Kollegiyası bildirir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü mad dələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 65.2-ci bəndinə uyğun olaraq düzgün təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2018-ci il t arixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar