Məhkəmə qərarları › İş №1(102)-1449/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1449/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1449/2022 22.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-288/2022 nö mrəli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1962-ci il tarixdə Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayon mərkəzi xəstəxanasının infeksion şöbəsində şöbə müdiri, Publik hüquqi şəxs Sabirabad rayon Mərkəzi Xəstəxanasının COVİD-19 pandemiyasına qarşı aparılan tədbirlərin həyata keçirilməsi ilə ə laqədar koronovirus xəstələrinin müayinə və müalicələrinə koordinator həkim vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamışdır. 2. 22 iyul 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 311.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir ona görə ki, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla, şəxsən maddi neməti rüşvət kimi istəməklə və bu barədə təklifi qəbul etməklə təkrarən almışdır. Belə ki, o, 02 oktyabr 1995-ci il tarixdən Sabirabad rayon mərkəzi xəstəxanasının baş həkiminin 122 nömrəli əmri ilə sözügedən xəstəxananın infeksion şöbəsində şöbə müdiri, 01 iyun 2020-ci il tar ixdən isə Publik hüquqi şəxs Sabirabad rayon mərkəzi xəstəxanasının baş direktorunun 35 nömrəli əmri ilə, həmçinin COVİD-19 pandemiyasma qarşı aparılan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar koronovirus xəstələrinin müayinə və müalicələrinə koordinator həkim vəzifəsində işləyərkən, Sabirabad rayonu, Suqovuşan kənd sakinləri X4 və sonuncunun arvadı Şahid1 Covid-19 xəstəliyinə yoluxmaları ilə əlaqədar koronovirus xəstələri üçün nəzərdə tutulmuş palataya qəbul edib otaq təşkil etmək müqabilində 25 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində mərkəzi rayon xəstəxanasının inzibati binasında özü üçün birbaşa yolla, şəxsən Kərim Hüseynovdan 100 manat məbləğdə maddi nemət olan pulu rüşvət kimi istəyərək almışdır. Bundan başqa, o, təkrarən 26 noyabr 2020-ci il tarixdə, saat 10 radələrində Sa birabad rayon mərkəzi xəstəxanasında, Covid-19 xəstəliyinə yoluxduqları üçün müalicə alan X4 və sonuncunun arvadı Şahid1 qızma daha keyfiyyətli tibbi yardım göstərilməsi üçün Kərim Hüseynovun təklif etdiyi 1000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1700 manat məbləğində maddi nemət olan pulu özü üçün birbaşa yolla, şəxsən Kərim Hüseynovdan xəstəxananın inzibati binasında rüşvət kimi qəbul etməklə almışdır. 3. 17 avqust 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 02 oktyabr 1995-ci il tarixdən Sabirabad Rayon Mərk əzi Xəstəxanasının infeksion şöbəsinin müdiri, 01 iyun 2020-ci il tarixdən isə Publik hüquqi şəxs Sabirabad rayon mərkəzi xəstəxanasının baş direktorunun 35 nömrəli əmri ilə həmçinin «COVİD-19» pandemiyasına qarşı aparılan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar koronovirus xəstələrinin müayinə və müalicələrinə koordinator həkim vəzifəsində işləyərkən, Sabirabad rayonu Suqovuşan kənd sakinləri X4 və sonuncunun arvadı Şahid1 «Covid-19» xəstəliyinə yoluxmaları ilə əlaqədar 25 noyabr 2020-ci il tarixdə, saat 18.30-da mərkəzi rayon xəstəxanasının terapiya şöbəsinə qəbul olunmalarından sonra 26 noyabr 2020-ci il tarixdə, saat 10 radələrində xəstəxanada müalicə alan X4 və onun arvadı Şahid1 daha keyfiyyətli tibbi yardım göstərilməsi üçün Kərim Hüseynovun təklif etdiyi 1000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1700 manat məbləğində maddi nemət olan pulu özü üçün birbaşa yolla, şəxsən Kərim Hüseynovdan xəstəxananın inzibati binasında rüşvət kimi qəbul etməklə almışdır.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 1(099)-506/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 23 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər də həll edilm işdir.

6. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, birinci instansiya məhkəməsinin hökmdə müəyyən etdiyi halların işin faktiki hallarına uyğun olmadığını bildirmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, iş materiallarina əlavə edilmiş sənədlərə əsasən Kərim Hüseynov saat 18:20-də, arvadı isə saat 18:30da xəstəxanaya daxil olmuş, Məhkum istifadəsində olmuş ********** mobil telefonun antena dairəsi də, 25 noyabr 2020-ci il tarixdə saat 18:49-dan 19:10dək, yəni 21 dəqiqə məhz xəstəxananın yerləşdiyi Bulaqlı kəndində olmuşdur. Halbuki, Məhkum məhkəmə istintaqında verdiyi ziddiyyətli ifadələrini məhkəmə nəzərə almamış, Məhkum əvvəllər 25 noyabr 2020-ci il tarixdə saat 15:00-da xəstəxananı tərk etdiyini və bir daha geri qayıtmadığını bildirişə de, həmin fakt mobil telefonunun ant ena məlumatları ilə təsdiq edilməmiş, məhkəmə məhz Məhkum məhkəmə qarşısında verdiyi, lakin obyektiv reallığı əks etdirməyən ifadələrinə əsaslanaraq onun əməlini Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsindən əsassız olaraq Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı hökm ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən Məhkum apellyasiya şikayəti verib, barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsini tətbiq etməklə cəzasının şərti tətbiq edilməsini və yaxud daha yüngül, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ə slində hadisə baş verərkən onun niyyəti rüşvət almaq olmamış, ölümcül xəstəliyə tutulmuş xəstəyə mərhəmətlilik göstərmək olmuşdur. Xəstəxanaya gələn anda mərhum Kərəm Hüseynov dərin daxili həyəcan keçirirdi, sağalacağına özündə daxili inam yaranmasına tələb var idi və o, məhz bu səbəblə 1000 ABŞ dolları pulunu sonuncuda götürmüşdür. Artıq 60 yaşındadır, ürək fəaliyyəti ilə bağlı sağlamlıq imkanları qənaətbəxş deyil, 10 may 2018-ci il tarixdə ürək infarktı xəstəliyi keçirmişdir.

8. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62 maddəsini tətbiq etməklə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti cəzanın təyin edilməsi haqqında qərar qəbul edilməsini xah iş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum cəza təyin edilərkən onun əvvəllər heç vaxt cinayət törətməməsi, məhkumluğunun olmaması, 30 ildən artıq həkim infeksionist kimi çətin, şərəfli və təhlükəli peşədə çalışması, xüsusilə Covid-19 pandemiyası dövründə onlarla həkimin də bu xəstəlik səbəbindən öldüyü bir müddətdə səhhətində olan problemlərə baxmayaraq koronavirus xəstələrinin müayinə və müalicələrində koordinator həkim kimi çalışması, minlərlə koronavirus xəstələrini müalicə edib sağaltması, ürək xəstəliyindən əziyyət çəkməsi, yaşının 60-a yaxın olması, sırf xəstəyə psixoloji cəhətdən müsbət təsir göstərmək məqsədilə tibbi zərurət hesab edərək mərhum X2 26 noyabr 2020-ci il tarixdə könüllü olaraq ona təqdim etdiyi 1000 ABŞ dolları pulu Kərimdən istəməyərək gö türməsi, hələ barəsində heç bir orqana şikayət edilmədiyi halda 1000 ABŞ dollarını könüllü olaraq Kərim Hüseynovun qohumları vasitəsilə sonuncunun arvadına geri qaytarması, etirafedici izhat və ifadələr verib cinayətinin üstünün açılmasında fəal iştirak etməsi müstəsna hal kimi nəzərə alınmamış və barəsində Azərbaycan Respublikası CM-nin 62 maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməli olduğu halda, ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-288/2022 nömrəli qərarı ilə dövlət ittihamçısı Valeh Şahbazov tər əfindən verilmiş apellyasiya protesti və təsqirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 1(099)-506/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-288/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti, Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində Məhkum təyin edilən cəza mübahisləndirilir, məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022ci il tarixli, 1(106)-288/2022 nömrəli qərarının dəyişdirilməsini, yüngülləşdirən halları nəzərə ala raq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib təyin edilən cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş edir.

12. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, protestin müəllifi onları təkrarlayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən, cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq ed ilməmiş, bunun nəticəsi olaraq məhkəmələr Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsindən həmin Məcəllənin 311.1-ci maddəsinə tövsif edilməsində səhvə yol vermişlər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-288/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

13. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkə məsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya ins tansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum kassasiya şikayətində barəsin də Azərbaycan Respublikası CMnin 62-ci maddəsini tətbiq edib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib təyin edilən cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etməklə, xahişini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsin əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 311.2.1-ci maddəsindən həmin Məcəllənin 311.1-ci maddəsinə səhv tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-288/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, d igər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib ol ması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

22. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbiri n ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

24. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CMnin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil e dilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin reallaşdırılmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.

25. Şərti məhkum etmənin tətbiqi üzrə məsələyə gəldikdə isə, bu institutu tənzimləyən A zərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayəthüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

26. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı).

27. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə məhkum edilmiş cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma təyin edilən cəza - onun təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 311.1-ci maddəsinin sanksiyasının ən aşağı həddində olmuşdur və məhkəmənin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzas ının yüngülləşdirilməsinə (o cümlədən, Azərbaycan Respublikası CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

29. Kassasiya protestinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tar ixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

30. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

31. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq ətraflı əsaslandırma verilməklə cavablandırılmışdır. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr ittiham tərəfinin təqdim etdiyi bütün iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya protestində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və on ların təsdiqi ilə kifayətlənmək mümkündür.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının, məhkumun və o nun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və məhkum edilmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-288/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-288/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar