Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1449/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum2 müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 2 34.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 mart 2022-ci il tarixli, 1(103)106/2022 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1978-ci il tarixdə Lənkəran rayonunun Viyən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum2 xx xxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qızı Məhkum2, Azərbaycan Respublikasında və İran İslam Respublikasının Ərdəbil şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslərlə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəz arətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasında realizəsini təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 24 yanvar 2020ci il tarixdə, saat 14 radələrində Məhkum2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü ilə görüşüb satış məqsədi ilə qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yoluyla gətirilmiş 1 bir ədəd sellofan torbadakı çəkiləri 3035 qram və 1000 qram olmaqla 2 bağlamada ümumilikdə külli miqdarda 4035 qram narkotik vasitə tiryək və üzərilərində “X13” yazısı olan çəkiləri 995 qram, 995 qram, 990 qram, 960 qr am və 990 qram olmaqla 5 bağlamada ümumilikdə külli miqdarda 4930 qram narkotik vasitə həşiş qətranı əldə etmiş, narkotik vasitə tiryəki üzərində “Terranova” yazısı olan 1 ədəd sellofan torbada, narkotik vasitə həşiş qətranını isə qara rəngli bel çantasının içərisində yerləşdirib saxlamış, daşımış və 24 yanvar 2020-ci il tarixdə, saat 18:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “AAFPark” yaşayış kompleksində yerləşən istirahət parkında qeyd olunan narkotik maddələri “Azad” adı ilə şərti alıcı qismində çıxış edən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 satarkən saxlanılmış, qeyd olunan narkotik vasitələr Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünva nında yerləşən inzibati binasında saat 19 radələrində keçirilən baxış zamanı aşkar edilərək götürülmüşdür. Məhkum2 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində anası Məhkum1 və sonuncunun vasitəsilə Azərbaycan Respublikasında və İran İslam Respublikasının Ərdəbil şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxlərlə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasında realizəsini təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 24 yanvar 2020-ci il tarixdə saat 14 radələrində Məhkum1 ilə bir likdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü ilə görüşüb satış məqsədi ilə qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yoluyla gətirilmiş, 1 ədəd sellofan torbadakı çəkiləri 3035 qram və 1000 qram olmaqla 2 bağlamada ümumilikdə külli miqdarda 4035 qram narkotik vasitə tiryək və üzərilərində "X13” yazısı olan çəkiləri 995 qram, 995 qram, 990 qram, 960 qram və 990 qram olmaqla 5 bağlamada ümumilikdə külli miqdarda 4930 qram narkotik vasitə həşiş qətranı əldə etmiş, Məhkum1 narkotik vasitə tiryəki üzərində “Terranova” yazısı olan 1 ədəd sellofan torbada, narkotik vasitə həşiş qətranını isə qara rəngli bel çantasının içərisində yerləşd irib saxlamış, daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 24 yanvar 2020-ci il tarixdə saat 18:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF-Park” yaşayış kompleksində yerləşən istirahət parkında qeyd olunan narkotik vasitələri “Azad” adı ilə şərti alıcı qismində çıxış edən Əməliyyatİstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 satarkən tutulmuş, qeyd olunan narkotik vasitələr Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən inzibati binasında saat 19 radələrində keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, o isə həmin tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bravo” marketin yanında saxla nılmışdır.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 1(101)-450/2021 nömrəli hökmü ilə (X6 (sədrlik edən), X8 və X3) Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum1 azadlıqdan məhrum etmə cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 25 yanvar 2020-ci il tarixdən hesablanması, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 25 yanvar 2020-ci il tarixdən 26 yanvar 2020-ci il tarixədək tutulduğu bir gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanması və həmin müddət nəzərə alınmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 avqust 2021-ci il tarixdən hesablanması, Məhkum2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs olunması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar, məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Hökmdən narazı qalan hər iki Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 mart 2022-ci il tarixli, 1(103)-106/2022 nömrəli qərarı ilə (hakimlər Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X5 və X1 ibarət tərkibdə) məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 3 mart 2022-ci il tarixli, 1(103)-106/2022 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
8. Məhkum1 kassasiya şikayətinin dəlilləri qismində barəsində olan yüngülləşdirici hallar (ilk məhkumluğu olmasını, xəstəliklərini, ailə vəziyyətini, əməlindən səmimi peşman olması) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 mart 2022-ci il tarixli, 1(103)-106/2022 nömrəli qərarının barəsində daha yüngül cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
9. Məhkum2 kassasiya şikayətində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı cinayət işi materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun ittiham olunduğu əməllərlə əlaqədar anası ilə heç bir birgə icraçılığı olmamışdır. Anası İranda bir müddət yaşamış, sonradan Bakıda qadın salonunda işləmiş, ona demişdir ki, İrandan botoks, kosmetik ləvazimatlar gətirib satır və həmin işdə ona Fərzan adlı iranlı köməklik göstərir. Fərzan adlı şəxsin İrandan Azərbaycana narkotik vasitə gətirməzdən əvvəl onunla danışığı, yazışması, məktublaşması işdə toplanmış sübutlarla müəyyən olunmur.
10. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 mart 2022-ci il tarixli, 1(103)-106/2022 nömrəli qərarının ona aid hissədə ləğv edilməsini, cinayət işi üzrə icraata xitam verilməsini, bu mümkün olmadığı təqdirdə isə onun cəzasının xeyli azaldılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
12. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən Məhkum2 müdafiəçisi Müdafiəçi4, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X9 müdafiə tərəfində verilmiş kassasiya şikayətlərini n dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normaların ın tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 17.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qəra rı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum2 əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların qanunvericiliyin normalarına müvafiq olaraq tədqiq edilmədiyini, eyni zamanda barəsində qanunvericiliyin normalarına riayət edilmədən həddən artıq ağır cəza təyin edilməsini qeyd edərək tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Eyni zamanda, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində ona daha aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunaraq, bu barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
21. Odur ki, kollegiya məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 mart 2022-ci il tarixli, 1(103)-106/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Məhkəmə kollegiyası ilkin olaraq Məhkum2 kassasiya şikayətinin dəlilləri qismində gös tərilən, onun barəsində cinayət işi üzrə icraata xitam verilməli olmasına dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
24. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhb ər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
25. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
26. Məhkəmə kollegiyası Məhkum2 barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentlərini əsassız hesab edir.
27. Cinayət məsuliyyətinin əsasl arından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
28. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
29. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiy ası ilə müqayisə edilməsi tələb olunur.
30. Apellyasiya instansiya məhkəməsi sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduqları cinayət əməllərini törətməkləri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 v ə 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər.
31. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum2 apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 cinayət əməllərinin CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
32. Həmçinin, kassasiya məhkəməsi Məhkum1 və Məhkum2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, yəni qabaqcadan əlbir olan bir qrup halında narkotik vasitələrin, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi ilə bağlı birinci instansiya və apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərin əməlinə düzgün hüquqi qiymət verilməmiş, onların əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və nəticədə onlar daha ağır cinayət əməlini törətmələrinə görə məhkum edilmişlər.
33. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
34. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
35. Məhkəmə kolleg iyası məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş və birinci instansiya məhkəməsi tərəfindən təsdiq edilmiş ittihama münasibət bildirərək qeyd edir ki, toplanmış sübutlarla məhkumlar istinad edilən qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunur və belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır.
36. Belə ki, mübahisələndirilməyən işin faktiki hallarına əsasən Məhkum1 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qızı Məhkum2, Azə rbaycan Respublikasında və İran İslam Respublikasının Ərdəbil şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxlərlə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasında realizəsini təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 24 yanvar 2020ci il tarixdə saat 14 radələrində Məhkum2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü ilə görüşüb satış məqsədi ilə qəsdən qanunsuz ola raq Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yoluyla gətirilmiş 1 bir ədəd sellofan torbadakı çəkiləri 3035 qram və 1000 qram olmaqla 2 bağlamada ümumilikdə külli miqdarda 4035 qram narkotik vasitə tiryək və üzərilərində “X13” yazısı olan çəkiləri 995 qram, 995 qram, 990 qram, 960 qram və 990 qram olmaqla 5 bağlamada ümumilikdə külli miqdarda 4930 qram narkotik vasitə həşiş qətranı əldə etmiş, narkotik vasitə tiryəki üzərində “Terranova” yazısı olan 1 ədəd sellofan torbada, narkotik vasitə həşiş qətranını isə qara rəngli bel çantasının içərisində yerləşdirib saxlamış, daşımış və 24 yanvar 2020-ci il tarixdə saat 18:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri “AAFPark” yaşayış kompleksində yerləşən istirahət parkında qeyd olunan narkotik maddələri “Azad” adı il ə şərti alıcı qismində çıxış edən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 satarkən saxlanılmış, qeyd olunan narkotik vasitələr Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən inzibati binasında saat 19 radələrində keçirilən baxış zamanı aşkar edilərək götürülmüşdür. Həmçinin, Məhkum2 2020-ci ilin yanvar ayının əvvəllərində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində anası Məhkum1 və sonuncunun vasitəsilə Azərbaycan Respublikasında və İran İslam Respublikasının Ərdəbil şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxlərlə külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikası nda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Azərbaycan Respublikasında realizəsini təşkil etmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 24 yanvar 2020-ci il tarixdə saat 14 radələrində Məhkum1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının yaxınlığında cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü ilə görüşüb satış məqsədi ilə qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yoluyla gətirilmiş, 1 ədəd sellofan torbadakı çəkiləri 3035 qram və 1000 qram olmaqla 2 bağlamada ümumilikdə külli miqdarda 4035 qram narkotik vasitə tiryək və üzərilərində "X13” yazısı olan çəkiləri 995 qram, 995 qram, 990 qram, 960 qram və 990 qram olmaqla 5 bağlamada ümumilikdə külli miqdarda 4930 qram narkotik vasitə həşiş qətranı əldə etmiş, Məhkum1 narkotik vasitə tiryəki üzərində “Terranova” yazısı olan 1 ədəd sellofan torbada, narkotik vasitə həşiş qətranını isə qara rəngli bel çantasının içərisində yerləşdirib saxlamış, daşımış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 24 yanvar 2020-ci il tarixdə saat 18:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAF-Park” yaşayış kompleksində yerləşən istirahət parkında qeyd olunan narkotik vasitələri “Azad” adı ilə şərti alıcı qismində çıxış edən Əməliyyatİstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Əməliyyat-axtarış şöbəsinin böyük əməliyyat müvəkkili Şahid1 satarkən tutulmuş, qeyd olunan narkotik vasitələr Dövlət Göm rük Komitəsi Əməliyyatİstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən inzibati binasında saat 19 radələrində keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, o isə həmin tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Bravo” marketin yanında saxlanılmışdır.
37. Göründüyü kimi, Məhkum1 və Məhkum2 törədilən cinayətdə qrup üzvi kimi rolları narkotik vasitələri daşımaqdan ibarət olmuşdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. Həmçinin onların qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tör ədilən qaçaqmalçılıqda, başqa sözlə qaçaqmalçılıq cinayətlərində nəzərdə tutulan obyektiv cəhətin hər hansı hissəsini icra etməyə yönəlməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına əsasən narkotik vasitənin qaçaqmalçılığını başqa nəfər icra etmişdir. 39. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cin ayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti malı bilavasitə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçı cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım e tmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir.
40. Hazırda cinayət işi üzrə toplanmış sübutlardan müəyyən edilir ki, məhkumlar Məhkum1 və Məhkum2 yalnız qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitələrin Azərbaycan Respublikasında realizə edilməsində digər şəxslə əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş narkotik vasitəni daşımağı qabaqcadan vəd etmişlər. 41. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarix li qərarının 19-cu bəndinə əsasən Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər işt irakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
42. Məhkəmə kollegiya sı yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, birinci instansiya və apellyasiya məhkəmələrinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə məhkum edilmələrinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilməli, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməlidir.
43. Təyin edilmiş cəza ilə əlaqədar kollegiya qeyd edir ki, cəza törədilən cinayətə görə dövlətin reaksiyası olmaqla cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir.
44. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
45. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və y a digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
46. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
47. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum, həm də b aşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
48. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirka rın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
49. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası işə baxan məhkəmələr bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş ş əxslərin şəxsiyyətini, onların cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir.
50. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır.
51. Həmin Məcəllənin 416.0.15-ci maddəsində məhkəmənin törədilmiş əməlin tövsifində səhvə yol verməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir.
52. Məhkəmə kollegiyası həmin normaların tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 mart 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, həmçinin Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, qərar dəyişdirilməli, Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilib və onlara göstərilən maddənin sanksiyası çərçivəsində cəza təyin edilməli, bu cəza birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsin ə əsasən qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməli və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 mart 2022-ci il tarixli, 1(103)106/2022 nömrəli qərarı məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum1 əməli Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin, ona bu maddə əsasında 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza Məhkum1 hökmlə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təy in edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CMin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 əməli Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin, ona bu maddə ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza Məhkum2 hökmlə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum1 kassasiya şikayəti təmin edilsin. Məhkum2 kassasiya şikayəti qismən təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.