Məhkəmə qərarları › İş №1(102)-1449/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1449/2024

28.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1449/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və X müdafiəçisi Ağamedov Nadir Nazimoviçin iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 180.2.1 -ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 Nazimoviç tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin (sədrlik edən hakim X9) 12 sentyabr 2023-cü il tarixli hökmü ilə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, X evdə yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə o, təq sirsiz hesab edilərək ona bəraət verilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanması, eləcə də CM-in 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin olunaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilm işdir. Həmin hökmlə həçminin Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə) 16 yanvar 2024-cü il tarixli 1(103)108/2024 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 1(094)-34/2023 nömrəli hökmü Məhkum1 Azərbaycan Respublikası CM-in 180.2.1ci maddəsi ilə bəraət verilməsi və Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsindən Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinə tövsif edilməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə yeni ittihamedici hökm çıxarılmışdır. Məhkum1 Azərbaycan Respublikası CM-in 180.2.1-ci ma ddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, Məhkum1 Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan mə hrum etmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 12 sentyabr 2023-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən Məhkum1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 10:00 radələrində ünvan 3 ünvanında yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığına quraşdırılmış “Kapital bank”a məxsus bankomat aparatının qarşısında Məhkum2 Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncudan pul çəkmək üçün bank kartını alaraq bankomatdan 300 manat pul çəkmiş, bu zaman Məhkum1 Zərərçəkmiş şəxs başını söhbətlə qataraq Məhkum2 qaçaraq oradan uzaqlaşmasına şərai t yaratmış, nəticədə Zərərçəkmiş şəxs 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,750 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Pirallahı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Pirallahı RPİnə gətirilmiş, orada üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,750 qram olan kustar üsulla h azırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara qiymət verərək onun Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətini törətməsinin sübuta yetirilməməsi qənaətinə gəlmiş və ona həmin maddə ilə bəraət vermişdir. Müdafiə tərəfi olaraq ittiham aktının və dövlət ittihamçısının apellyasiya protestinin Məhkum1 CM-in 180.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsinə dair dəlillərini əsassız sayır və hesab edir ki, istər ibtidai araşdırma, istərsə də birinci və apellyasiya məhkəmə baxışında Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, o cümlədən itttiham orqanın təqdim etdiyi başqa sübutlarla Məhkum1 CM-in 180.2.1-ci maddəsi ilə müəyyən olunmuş c inayət əməlini törətməsi öz təsdiqini tapmır, bu halın sübut olunmasında əsaslı şübhələr mövcuddur və ittiham tərəfindən təqdim olunmuş hər hansı bir sübutla həmin şübhələrin aradan qaldırılması mümkün deyil. Müdafiəçi qeyd edir ki, Məhkum1 məhkəmə istintaqı zamanı verdiyi ifadələr, eləcə də hadisəni özündə əks etdirən video görüntü ilə sübuta yetirilir ki, Məhkum1 Məhkum2 törədəcəyi cinayətdən əvvəlcədən xəbərdar olmamışdır. Belə ki, video görüntüdən görünür ki, Zərərçəkmiş şəxs, Məhkum2 yaxınlaşıb ona kartdan pulu nağdlaşdırmağa kömək etməyi xahiş etmişdir. Bu zaman Məhkum1 ilə Məhkum2 arasında böyük məsafə (15-20 metr) olduğu üçün onların söhbətini eşitmək mümkün olmamışdır (işə əlavə edilmiş disklər). Eyni zamanda video görüntüdən aydın olur ki, Zərərçəkmiş şəxs Məhkum2 yaxınlaşmışdır və Məhkum1 Zərərçəkmiş şəxs Məhkum2 yaxınlaşacağım qabaqcadan bilə bilməzdi. Video görüntü ilə müəyyən edilmiş faktlar ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs, Məhkum1 və Məhkum2 verdiyi ifadələri təkzib etdiyi üçün birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı verilmiş ifadələrə hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı həm Məhkum1, həm də Məhkum2 ifadə verərək Səttarın Eybətin niyyəti barədə məlumatı olmadığını bildiriblər ( cild 2. 48-49 səh.). Həmin faktın olması zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də öz əksini tapmışdır (cild 2 səh. 50). Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli hökmünü ləğv edərək cinayət işinin yeni apellyasiya baxışına təyin edi lməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən as ılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticə ləri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, m əhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə həmin hissədə şərh ve rməyi zəruri hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əsassız olaraq CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və apellyasiya instansiyası məhkəməsi iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq cinayət əməli nəzərdə tutulmuşdur. Məhkum1 həmin Məcəllənin 180.2.1-ci maddəsi ilə təqsirli bilinmiş, yəni açıq talama yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kəna r şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-in 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üç ün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir...” Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarınd a isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə araşdırılmış, məhkumun soyğunçuluq cinayətində təqsirliliyini təsdiq edən sübutların sadalanmasına zərurət görməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum1 CM-in 180.2.1-ci maddəsi ilə bəraət vermiş birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Məhkum1 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, digər təqsirləndirilən şəxs Məhkum2 törətdiyi cinayət əməlindən sonradan məlumatl ı olmuş, Məhkum2 onun qohumu olduğu üçün onun əməlləri barədə polisə məlumat verməmişdir. Məhkəmə üzləşdirmə istintaq hərəkəti protokolunu sübutlar siyahısından xaric edərkən göstərmişdir ki, “üzləşdirmə protokolunda zərərçəkmiş şəxsin Məhkum1 üzünə qarşı xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu, S.Vurğun küçəsində yerləşən Socar yanacaq doldurma məntəqəsində quraşdırılmış “Kapital bank”a məxsus bankomatdan bir nəfər şəxsin pulunu çıxarıb oradan qaçan zaman Məhkum1 onun başını söhbətə qatmasını bildirməsini bunun mümkünlüyü və mötəbərliyi baxımından yoxlamamış, hadisə anını özündə əks etdirən diskdə olan videogörüntü ilə uzlaşmayan ifadələr Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələbləri baxımından digər sübutlarla bərabər müqayisə edib yoxlanılmamışdır.” Eyni zamanda işə baxan məhkəmə iş materiallarında olan hadisə anını özündə əks etdirən video görüntünü tədqiq edərkən göstərmişdir ki, “Məhkum2 bankomat aparatının yanında Zərərçəkmiş şəxs ilə dialoqda olan zaman Məhkum1 onlardan ən azı 15-20 metr kənarda durub Eybəti gözləmiş, daha sonra Eybət Nailənin kartı ilə bank əməliyyatı yerinə yetirən zaman, yəni videogörüntünün 2:15-ci saniyəsində onlara yaxınlaşmış və 10 saniyə sonra yəni videogörüntünün 2:25-ci saniyəsində Eybətin arxasınca oradan uzaqlaşmışdır. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs Məhkum2 bankomatdan pul nağdlaşdırılmasına dair kömək istəməsi məhz onların həmin bankomatın yanına yaxınlaşdıqlarında baş vermişdir. Hadisə baş verən anadək onlar bir-biril ərini tanımamış və aralarında heç bir dialoq olmamışdır. Belə olan halda Məhkum1 ondan 15-20 metr aralı məsafədə olan Məhkum2la Zərərçəkmiş şəxs arasında olan söhbətdən xəbərdar olması mümkün deyil.” Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə üzləşdirmə istintaq hərəkəti protokolu sübut növü kimi qəbul edilə bilməz. Mübahisələndirən hökmü qəbul etmş apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum1 soyğunçuluq cinayətini törətməsinin sübuta yetirilmədiyi, onun digər şəxs tərəfindən törədilmiş soyğunçuluq cinayətinin törətməsindən xəbərsiz olması barədə gəldiyi nəticəni haqlı olaraq əsassız hesab etmiş və qeyd etmişdir ki, Məhkum1 tərəfindən Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə cinayətin törədilməsinin sübuta yetiri lməməsi barədə nəticə sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən yəni hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət qanunvericiliyi normalarının, o cümlədən Cinayət Məcəlləsinin həmin maddələrinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət işində olan sübutlarla və işin mübahisəsiz halları ilə müəyyən edilir ki: -Məhkum2 həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, soyğunçuluq hadisəsini xx.xx.2023-cü il tarixdə saat 10 radələrində tanışı Məhkum1 ilə birlikdə Pirallahı rayonunda yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yanındakı “Kapital bank”a məxsus bankomatın qarşısında törətmişlər. Başqa hər hansı bir şəxs bu ci nayət əməlini törətməkdə onlara hər hansı bir formada köməklik göstərməmişlər. Hadisə zamanı nə o, nə də Səttar həmin qadına heç bir formada xəsarət yetirməmişlər. O, hadisədən əvvəl Səttarla birlikdə “SOCAR” yanacaq doldurma məntəqəsinin yanında yerləşən bankomatın qarşısında həmin qadını gördüyü zaman və həmin qadın sağa-sola baxdığı üçün onun köməyə ehhtiyacı olduğunu başa düşdüyü anda bu soyğunçuluq əməlini törətməyi qərarlaşdırmış və bu barədə Səttara deyərək arxadan yavaş-yavaş gəlməsini, işarə verdikdə isə yaxınlaşmasını və birlikdə qaçıb oradan uzaqlaşmağı demişdir. Səttar da razılaşmış və bu plan üzrə hərəkət edərək soyğunçuluq əməlini törətmişlər. Bu cinayət əməli ilə əldə etdikləri pulu da öz aralarında bərabər şəkildə bölmüşlər. Hadisə zamanı orada ətrafda kimlərin olmasına fik ir verməmişdir. Lakin bilmişdir ki, həmin vaxt heç kim bu hadisəyə hansısa bir formada müdaxilə etməmişdir. Saxlanıldığı zaman və Pirallahı rayon Polis idarəsində olarkən ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. - Məhkum1 da həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü Azərbaycan Respublikası CM-in 180.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadələrində göstərmişdir ki, soyğunçuluq hadisəsini xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Pirallahı rayonunda yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yanındakı “Kapital bank”a məxsus bankomatın qarşısında tanışı Məhkum2 ilə birlikdə törətmişlər. Başqa hər hansı bir şəxs bu cinayət əməlini törətməkdə onlara hər hansı bir formada köməklik göstərməmişdir. Nə o, nə d ə Eybət həmin qadına heç bir formada xəsarət yetirməmişlər. Eybət həmin qadını gördüyü anda bunu qərara alıb ona təklif etmiş və o da razılaşmışdır. Sonradan əldə etdikləri pulu da öz ehtiyacları üçün xərcləmişlər. Hadisə zamanı orada ətrafda kimlərin olmasına fikir verməmişdir. Lakin həmin vaxt heç kim bu hadisəyə hansısa bir formada müdaxilə etmədiyini qeyd etmişdir. Saxlanıldığı zaman və Pirallahı RPİ-də olarkən ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. - zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əlisəfa qızı ifadəsində göstərmişdir ki, 1989-cu il tarixdən hazıra kimi Pirallahı rayonunda yerləşən Azərbaycan Elim və Təhsil Nazirliyi nəzdində olan “Cırtdan” uşaq bağşasında xadimə dayə vəzifəsində işləyir. Aylıq vəzifə maaşını Kapital bankdan almışdır. xx. xx.2023-cü il tarixdə saat 10 radələrində Pirallahı rayonu, S.Vurğun küçəsi ’’Sokar” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən Kapital bankın bankomatına pul çıxarmaq məqsədi ilə gəlmişdir. Həmin vaxt ona məxsus kart hesabında 473 manat pul olmuşdur. Bankamatdan pul çıxarmaq üçün tələb olunan bank əməliyyatını bacarmadığıüçün onun yaxınlığında dayanmış təxminən 40-45 yaşlarında olan bir nəfər kişi cinsinə məxsus tammadığışəxsdən ona kömək etməsini xahiş etçişdir. Həmin şəxs onunla razılaşmıdşır. Daha sonra o, həmin şəxsə plastik kartını ona verib şəxsi kodunu da ona bildirmişdir. Sonra həmin şəxsdən xahiş etmişdir ki, kartından 300 manat pul çıxarsın. Həmin şəxs pulu çıxardıqda onların yanında daha bir nəfər kişi də yaxınlaşmışdır. Onların bir yerdə olduğunu ilkin olaraq bilməm işdir. Bele ki, həmin iki nəfər şəxs onun yanında birbiri ilə heç bir danışıq aparmamışlar. Daha sonra o, kartı verdiyi şəxs bankamatdan pulu çıxarıb ona vermək əvəzinəəlində saxlamışdır. O, həmin şəxsdən pulu istədikdə həmin şəxs onun yanından aralanıb qaçmağa başlamışdır. Eyni zamanda onların yanında dayanmış digər şəxs də onunla birlikdə ondan uzaqlaşaraq qaçmışlar. Bu zaman o, bankamatın siqnal səsini eşidib bankomata yaxınlaşmışdır. Kartı bankomatın üzərində qalmışdır. O, kartını dərhal bankomatdan çıxarıb həmin şəxslərin arxasınca qaçmış, lakin onları tapa bilməmişdir. Hadisə zamanı ona qarşı hər hansısa bir təziq təsir yaxud fiziki güc olmamış, sadəcə həmin şəxs onun pulunu əlində saxlayıb üzünə baxa-baxa ondan aralanıb daha sonra hər iki şəxs birləşib oradan qaçmışlar. O, həminiki nəfər şəxsin arxasınca getsə də onları tapa bilməmişdir. - Zərərçəkmiş şəxs Əlisəfa qızı ilə şübhəli şəxs Məhkum1 arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Məhkum1 üzünə qarşı bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. - istintaq zamanı Məhkum1 ifadəsində göstərdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. - istintaq zamanı soyğunçuluq hadisəsinin baş verdiyi yerdən götürülmüş və hadisə anını özündə əks etdirən 01 ədəd DVD disk istintaqa t əqdim edilmişdir. Həmin diskədən görünür ki, xarici əlamətlərindən Məhkum2 və Məhkum1 bənzəyən iki nəfər oğlanın piyada hərəkət etməsi, bu zaman Məhkum2 biraz qabaqda, Məhkum1 isə ondan biraz arxada hərəkət etməsi, bankomatın yaxınlığında Zərərçəkmiş şəxs Məhkum2 karta oxşar əşya uzatması və sonuncunun kartı alıb bankomata yaxınlaşması, biraz sonra isə Məhkum1 asta addımlarla arxadan onlara yaxınlaşması, bu zaman Məhkum2 geriyə dönüb oradan əvvəlcə iti addımlarla, daha sonra isə qaçaraq oradan uzaqlaşması, Məhkum1 də onun arxasınca qaçaraq oradan uzaqlaşması, Zərərçəkmiş şəxsnəın isə əli ilə onları işarə edərək qışqırması müəyyən olunmuş bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə kollegiysa qeyd edir ki, hadisəsinin baş verdiyi yerdən götürülmüş və had isə anını özündə əks etdirən video görüntüdən görünür ki, Məhkum2 zərərçəkmiş şəxs Nail Əmirovaya məxsus kartdan pulu çıxardıqdan dərhal sonra digər təqsirləndirilən şəxs Məhkum1lə birlikdə zərərçəkmiş şəxsin gözü qarşısında eyni vaxtda (1-2 saniyə fərqi ilə) qaçaraq hadisə yerindən uzaqlaşırlar. Bundan da, Məhkum1 Məhkum2 törətdiyi cinayətdən əvvəlcədən məlumatlı olmuş, sonuncunun cinayətkar niyyətini başa çatdırmasından dərhal sonra ola biləcək təhlükədən yayınmaq üçün hadisə yerindən dərhal uzaqlaşmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, həm məhkum edilmiş şəxsin tərəfindən şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdikləri ifadələrindən, həm zərərçəkmiş şəxsin tərəfindən verilmiş ifadələrdən, həm də ifadələrinin yerində yoxlanılmasına dair dindirilmə prot okolundan göründüyü kimi məhkum edilmiş şəxs Məhkum1 tərəfindən ittiham edildiyi Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi etiraf edilərək həmin əməlin törədilməsi ətraflı şəkildə bildirilmişdir. Beləliklə Məhkum1 Məhkum2 törədəcəyi cinayətdən əvvəlcədən xəbərdar olmuş və qəsdən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq cinayətini törətmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hadisə günü Məhkum2 tərəfindən Məhkum1a məxsus bank kartı vasitəsi ilə əməliyyat aparılıb-aparılmamasından aslı olmayaraq məhkum edilmiş şəxslərin Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən Məhkum2 tərəfindən Məhkum1a məxsus bank kartı ilə hadisə günü bankı əməliyyatlarının aparılmasının araşdırılmasına zərurət yoxdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayəti törətməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməklə tam razılaşır. Cinayət işi üzrə müəyyən olunmuş hallara və araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən Məhkum1 törədilməsi hazırlanan soyğunçuluq cinayəti barədə əvvəlcədən məlumatının olması, onun özü əməlin icrasında iştirak etmək arzusunda olması və əməli törətmiş digər şəxslə qabaqcadan əlbir olaraq cinayətin törədilməsində bilavasitə, icraçı kimi iştirak etmə si öz təsdiqini tapmışdır. Məhkum olunmuş şəxsin həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar müəyyən edilməmişdir. Belə olan halda onun hərəkəti apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq soyğunçuluq cinayəti kimi tövsif edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olm aması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə apellyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında məhkumun təqsirliliyi barədə, yəni Məhkum1 tərəfindən Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinin sübuta yetirilməsi haqqında gəldiyi nəticə, sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv araşdırılmas ına, eləcə də cinayət qanunvericiliyi normalarının, o cümlədən Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirən kassasiya məhkəmə kollegiyası kassasiya müraciətinin məhkumun soyğunçuluq cinayət əməlinini törətməməsi barədə dəlillərini əsası olmayan subyektiv mülahizələr hesab edir və qeyd edir ki, Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum1 Cinayət Məcəlləsinin CM-in 180.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə o, təqsirsiz hesab edilərək ona bə raət verilməsi üçün qanuni əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya müraciətini təmin edilməsi və kassasiya müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya müraciətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi2 Nazimoviç tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 180.2.1-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar