Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-145/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 23 4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyeva Aytən Heydər qızı ) xx xxxxxx 1982-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 06 ay müddətəazadlıqdan məhrum etmə cəzasına mə hkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, “Papanin” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdardından artıq miqdarda xalis çəkisi 0,729 qramtəşkil edən narkotik vasitə heroini əldə edib üstündə saxlamış və 07 may 2018-ci ildə saat 16 radələrində, ünvan 1 ünvanın qarşısında Bakı şəhəri Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinin və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən qeyd olunan narkotik vasitə onun əynində elan qara rəngli idma n şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Murquzov İlqar Mustafa oğlu, hakimlər Babayev Qədim Xalid oğlu və Əhmədov Həsən Hüseynoğlundan ibarət tərkibdə) 10 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİN İN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində narkomaniyadan əziyyət çəkmədiyini, qaraciyər xəstəsi olduğunu, qoca təqaüdçü anası olduğunu, himayəsində 1 yaş 6 aylıq körpə uşağının olduğunu, həyat yodaşının işləmədiyini və hal-hazırda ailəsinin acınacaqlı vəziyyətdə olduğunu bildirmiş və göstərilənləri nəzərə alaraq, kassasiya şikayətinin təmin olunması, ədalətlilik və humanizm prinsiplərinə əsaslanaraq barəsində obyektiv və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassas iya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkə n məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əmələ hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən Məhkum təqsirli bilinməsi və əməlinin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində işin hərtərəfli araşdırılmaması və ədalətsiz cəza təyin edilməsi iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, habelə cinayət prosesi iştirakçılarının fikirlərini və çıxışlarını dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayət i təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından və məhkəmə iclasının protokollarından görünür ki, Məhkum özünü elan olunmuş ittihamda tam təqsirli bilməklə yanaşı, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ibtidai istintaq zamanı və məhkəmə baxışında özünün tam etirafedici ifadələri ilə yanaşı, dindirilmiş şahidlər: Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə; iş materiallarında olan videodiskə baxış keçirilməsinə dair tərtib olunmuş protokolla; onun üstündən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin aşkar olunması barədə protokolla; baxış, götürmə, müayinə və digər istintaq hərəkətlərinin protokolları ilə; məhkəmə-kimyəvi ekspertiz asının 07 may 2018-ci il tarixli 11816 saylı və məhkəmənarkoloji ekspertizasının 16 may 2018-ci il tarixli 811 saylı rəyləri ilə; cinayət işi üzrə toplanmış və tədqiq olunmuş çoxsaylı başqa mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Məhkum saxlanıldıqdan dərhal sonra şəxsən yazdığı izahatında, bundan sonra ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə əvvəlcə şübhəli şəxs və daha sonra təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ondan aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olmasını bildirmişdir. Eyni zamanda, ibtidai istintaqın sonunda Məhkum öz müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olduqdan sonra, iş materialları ilə müdafiəçisi ilə birlikdə tam tanış olduğunu, heç bir vəsatətin, etirazının və şikayətinin olmadığını bildirmişdir. Bununla yanaşı, hüquqlarının pozulması və ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində Məhkum hər hansı bir dövlət qurumuna və ya digər müvafiq təşkilatlara şikayətlə müraciət etməmişdir. Bundan əlavə məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələrini Məhkum üzünə qarşı çarpaz dindirmələr zamanı birbaşa deyərək təsdiq etməklə, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasını bildirməklə yanaşı, təqsirli bilindiyi cinayətin törədilməsində ifşa etmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2008 -ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitə və psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə görə müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdar təşkil etməsinə dair siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı həmçinin onların külli miqdarına görə” birinci siyahının beşinci bəndinə əsasən, narkotik vasitə sa yılan heroinin şəxsi istehlak miqdarından artıq çəkisinin yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materialından göründüyü kimi və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,729 qram təşkil etdiyindən, həmin siyahıya əsasən qeyd olunan miqdar cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışın ın şərhi “Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına əsasən narkotik vasitənin satın alınması başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaş-xaşın və ya onların müəyyən hissələrinin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülür. Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Azərbaycan Res publikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Məhkum cinayəti törətməsi özünün ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə; məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə; baxış, götürmə və başqa istintaq hərəkətlərinin protokolları ilə; iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı digər m ötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin hökmündən əməlin tövsifi və məhkuma bəraət verilməsi ilə əlaqədar dövlət ittihamçısı, məhkumun özü və müdafiəçisi tərəfindən müvafiq olaraq apellyasiya protesti və ya apelyasiya şikayətləri verilməmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti isə cəzasının ağırlığı ilə bağlı olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası Məhkum verdiyi öz apellyasiya şikayətinin “xahiş etdim” hissəsində cəzasının yüngülləşdirilməsini xahiş etdiyi halda apellyasiya şikayətinin təsviri hissəsində heç bir təqsirinin olmaması barədə göstərdiyi xüsusatları inandırıcı, cinayət işinin faktiki və obyektiv hallarına uyğun hesab etməyərək, bunları onun özünü müdafiə etmək və cəzasını yüngülləşdir mək məqsədilə irəli sürdüyü dəlillər kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən, şübhəli və yaxud təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, eyni zamanda təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək, ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün olan və eyni zamanda zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə verm ək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda, məhkumun istintaq zamanı və məhkəmə baxışında hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi baxılıb qəbul etməklə nəzərə alınmalıdır. İş materiallarındakı sənədlərdən görünür ki, Məhkum əvvəllər Bakı şəhəri Səbail rayon Məhkəməsinin 08 aprel 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016cı il tarixli Amnistiya qərarına əsasən cəzasının qalan hissəsindən azad olunmuşdur. «Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-cü maddələrin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki: «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası bu Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, qanunla müəyyən edilmiş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 18 və 83-cü maddələrinin tələblərini rəhbər tutaraq əsaslı olaraq hesab etmişdir ki, Məhkumluğu ödənilmədiyindən məhkumluğu olan şəxs hesab edilir və ona cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara üzrə təyin edilməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla yanaşı, əməlindən peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, əsaslı olaraq hesab etmişdir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, eks pertiza rəyinə əsasən, narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsi onun barəsində cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektinin ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər təşkil etdiyini nəzərə alaraq hesab emişdir ki, islah olunması üçün cəmiyyətdən təcrid edilib azadlıqdan məhrum etmə cəzasının təyin olunması məqsədə müvafiq və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə kimi azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə də, birinci instansiya məhkəməsi Məhkum cəza təyini məsələsini müzakir ə edərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin, «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının tövsiyyələrini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası cəzasının yüngülləşdirilməsi barədə Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə razılaşmır və ona görə də, məhkəmənin hökmünün ləğv olunması və ya dəyişdirilməsi heç bir əsas tapmır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin mötəb ərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində göstərilən) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya də yişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-145/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-145/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver