Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-145/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü il ə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 325-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (sədrlik edən hakim: X9 oğlu) 29 yanvar 2020-ci il tarixli hökmü ilə, Məhkum - 28.08.1996-cı ildə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 325-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 325-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 177.2.3-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaç əkmə müəssisəsində çəkməklə, cəzasını çəkməsinin əvvəlinin 14 aprel 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə 22 fevral 2019-cu il tarixdə gecə saat 02 radələrində X5 məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evinə qapıdan qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otağındakı paltar dolabından X5a məxsus 1 ədəd 30 manat dəyərində olan kustar üsulla hazırlanmış eni 35 sm, hündürlüyü 60 sm ölçüsündəki dəmir seyfi, içərisində olan sonuncuya məxsus 1531,35 manat ekvivalentində 900 ABŞ dollar pulunu, «xxxx» ASC Şəmkir rayon filialı tərəfindən Xa verilmiş 1 illik qiyməti 9 manat dəyərində **********122637 nömrəli əmək haqqı kartını və sonuncuya məxsus 1000 manat pulunu, X4 məxsus 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış qaşları qiymətli qaşlara aid olmayan 215 manat dəyərində 4,31 qram kütləli üzüyü, 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış qaşları qiymətli qaşlara aid olmayan 149 manat dəyərində 2,98 qram kütləli üzüyü, 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış 5 ədədi hər biri 0,012 karat, 4 ədədi hər biri 0,0006 karat ölçüdə olmaqla ümümilikdə 4/4 keyfiyyətli brilyant qaşlı, 182 manat dəyərində 3,07 qram kütləli üzüyü, 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış qaşları, qiymətli qaşlara aid olmayan 461 manat dəyərində 9,23 qram kütləli sırğa cütü-üzük dəstini, 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış qaşlar ı qiymətli qaşlara aid olmayan 589 manat dəyərində 11,78 qram kütləli sırğa cütü-üzük dəstini, 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış 384 manat dəyərində 7,68 qram kütləli qolbağını, 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış 49 manat dəyərində 0,99 qram kütləli qolbağı, 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış 238 manat dəyərində 4,77 qram kütləli boyunbağını, 583/585 əyarlı qızıldan kustar üsulla (sex üsulu) ilə hazırlanmış 26 manat dəyərində 0,52 qram kütləli klonu gizli olaraq talayıb zərərçəkmiş şəxs X5a 1561,35 manat məbləğində, digər zərərçəkmiş şəxslər Xa 1009 manat məbləğində, X4ya isə 2293 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin Xa məxsus 10 noyabr 1992-ci il tarixli “Azərbaycan Respu blikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət təltifi hesab edilən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (19182013)” yubiley medalını, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” yubiley medalını vəsiqəsi ilə birlikdə və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” yubiley medalını vəsiqəsi ilə birlikdə qanunsuz əldə etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 325-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (səd rlik edən və məruzəçi), Ə.G.Abdullayev və Ç.B.Məmmədovdan ibarət tərkibdə) apelyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum həmin hökmlə CM-nin 177.2.3 və 325-ci maddələri ilə CM-nin 66.2-ci maddəsi əsasında təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə CM-nin 67.1-ci maddəsi əsasında təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən nəzərə alınmaqla ona az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə cinayətlərin məcmusu qaydasında 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə c əzası təyin edilmiş, ibtidai istintaq və məhkəmə baxışı dövründə 28.06.2018-ci il tarixdən 29.11.2018-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 5 (beş) ay 1 (bir) gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən, Məhkum əməlində cinayətlərin residivinin (sadə, təhlükəli) olması ilə bağlı müddəalar çıxarılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, cinayət işinin materiallarından görü nür ki, Məhkum Şəmkir Rayon Məhkəməsinin 13.12.2016-cı il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş həmin cəza CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilmişdir. Bundan sonra, Məhkum Şəmkir Rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və əvvəlki hökm üzrə şərti məhkum etmə ləğv edilərək həmin hökmlə CM-nin 67.1- ci maddəsinə əsasən qismən birləşdirilərək, ona qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzası CM-nin 79-cu maddəsinə əsasən himayəsində olan azyaşlı uşağının on dörd yaşma çatanadək təxirə alı nmışdır. Daha sonra, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmünə görə Məhkum CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 28.06.2018-ci il tarixdən 29.11.2018-ci il tarixədək (5 ay 1 gün) saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 3 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 79.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 25.04.2018ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təxirə salınması ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 25.04.2018-ci il tarix li hökmü ilə qəti olaraq təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, Məhkum əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olmaqla, məhkumluğu ödənilmədən və götürülmədən, yenidən qəsdən cinayət törətməklə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması onun əməlində cinayətlərin təhlükəli residivini yaratmışdır. Həmçinin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmünə əsasən də Məhkum əməli cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyasının Məhkum əvvəllər bir dəfə şərti, bir dəfə isə cəzanın çəkilməsinin təxirə salınması qaydasında azadlıq dan məhrum etmə cəzalarına məhkum edilməsi həmin cəzaların real çəkilməməsi səbəbindən CM-nin 18.4.4-cü maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara aid olunması nəticəsinə gəlməsi cinayət qanunun tələblərinə uyğun olmamışdır. Eyni zamanda, məhkəmə kollegiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarın təsviri hissəsində cinayətlərin residivi özünəməxsus xüsusiyyətlərə malik olması ilə bağlı abzasda qeyd etdiyi “əvvəllər törədilmiş cinayətə görə məhkəmə tərəfindən təyin edilmiş cəzanın tam və yaxud qismən çəkilməsi” nə istinad edərək onun faktiki azadlıqdan məhrum etmə cəzalarını çəkməməsi səbəbindən əməli ndə cinayətin residivinin olmaması qənaətinə gəlməsi yanlış olmuşdur. Halbuki, CM-nin residivliklə bağlı müddəalarda qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratması qeyd edilmiş, həmin maddədə cəzanın çəkilməli olması nəzərdə tutulmamışdır. Habelə, CM-nin hər hansı maddəsinə cəzanın şərti hesab edilməsi və cəzanın təxirə salınması cəza növü kimi nəzərdə tutulmamış, bu halların məhkəmə kollegiyası tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar kimi qiymətləndirilməsi qanuna ziddir. Bununla yanaşı. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmünə görə Məhkum CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıq dan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 28.06.2018-ci il tarixdən 29.11.2018-ci il tarixədək (5 ay 1 gün) saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 3 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 67.1-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 25.04.2018ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Məhkum 28.06.2018-ci il tarixdən 29.11.2018-ci il tarixədək (5 ay 1 gün) saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxıla raq üzərində 3 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, daha sonra CM- nin 67.1-ci maddəsinə əsasən cəza təyin edilmiş və həmin hökm hal-hazırda qanuni qüvvədədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə Məhkum həbsdə və ev dustaqlığında saxlandığı müddətin çıxılmasına, hökmün qanuni qüvvədə olmasına və həmin cinayət işinə hal-hazırda baxılmamasına baxmayaraq, məhkəmə kollegiyası tərəfindən qərarda qeyd edilən hökmün mübahisələndirilməsi, həmin məhkəmənin cinayət qanununun tətbiqində səhvə yol verməsi qənaətinə gəlməsi və hazırkı cinayət işi üzrə ona təyin edilmiş cəzadan həbsdə və ev dustaqlığında saxlandığı müddətin təkrar çıxılması qanuna zidd olmuşdur. Odur ki, dövlət ittihamçısı qeyd olunanları nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilərək işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin bax ışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində dövlət ittihamçısı Məhkum əməllərin də cinayətlərin təhlükəli residivinin olduğu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən bunun nəzərə alınmaması göstərilmişdir. Protest müəllifi qeyd edir və cinayət işinin materiallarından da müəyyən edilir ki, Məhkum Şəmkir Rayon Məhkəməsinin 13.12.2016-cı il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş həmin cəza CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilmişdir. Bundan sonra, Məhkum Şəmkir Rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və əvvəlki hökm üzrə şərti məhkum etmə ləğv edilərək həmin hökmlə təyin edilmiş cəza CM-nin 67.1- ci maddəsinə əsasən qismən birləşdirilərək, ona qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının icrası CM-nin 79-cu maddəsinə əsasən himayəsində olan azyaşlı uşağının on dörd yaşma çatanadək təxirə alınmışdır. Daha sonra, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmünə görə Məhkum CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 28.06.2018-ci il tarixdən 29.11.2018-ci il tarixədək (5 ay 1 gün) saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 3 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 79.5-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 25.04.2018ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təxirə salınması ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, Məhkum əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olmaqla, məhkumluğu ödənilmədən və götürülmədən, yenidən qəsdən cinayət törətməklə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması onun əməlində cinayətlərin təhlükəli residivini yaratmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.04.20 19-cu il tarixli hökmünə əsasən də Məhkum əməli cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilmişdir. Apelyasiya məhkəmə kollegiyasının Məhkum əvvəllər bir dəfə şərti, bir dəfə isə cəzanın çəkilməsinin təxirə salınması qaydasında azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsinin həmin cəzaların real çəkilməməsi səbəbindən CM-nin 18.4.4-cü maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara aid olunması nəticəsinə gəlməsi cinayət qanunun tələblərinə uyğun olmamışdır. Eyni zamanda, məhkəmə kollegiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarın təsviri hissəsində cinayətlərin residivinin özünəməxsus xüsusiyy ətlərə malik olması ilə bağlı abzasda qeyd etdiyi “əvvəllər törədilmiş cinayətə görə məhkəmə tərəfindən təyin edilmiş cəzanın tam və yaxud qismən çəkilməsi” nə istinad edərək onun faktiki azadlıqdan məhrum etmə cəzalarını çəkməməsi səbəbindən əməlində cinayətin residivinin olmaması qənaətinə gəlməsi yanlış olmuşdur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Məcəllənin 18. 4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilini də əsaslı hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və ya belə cəzanın təxirə salınması Cinayət Məcəlləsində cəza növü kimi nəzərdə tutulmadığından bu halların azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar kimi qiymətləndirilməsi qanuna zidd olmuşdur. Ona görə də bu hissədə kassasiya protestinin dəlili əsaslı olduğundan təmin edilməlidir. Kassasiya protestinin digər dəlili hazırkı hökmdən əvvəlki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmünə görə Məhkum CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 28.06.2018-ci il tarixdən 29.11.2018-ci il tarixədək (5 ay 1 gün) saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 3 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 67.1-ci maddəsinə əsasən Şəmkir Rayon Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Məhkum 28.06.2018-ci il tarixdən 29.11.2018 -ci il tarixədək (5 ay 1 gün) ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 3 il 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, daha sonra CM- nin 67.1-ci maddəsinə əsasən cəzalar qisməm toplanmaqla qəti cəza təyin edilmiş və həmin hökm hal-hazırda qanuni qüvvədədir. Hazırkı cinayət işi üzrə apellyasiya şikayəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmündən deyil, Şəmkir Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmündən verilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmünə müdaxilə etmək və həmin hökmdə düzəliş etmək səlahiyyəti olmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CMnin 67.1-ci m addəsinə əsasən cəzalar tam deyil, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən toplanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu qanunun mənasına görə çəkilən cəza dedikdə həm də hökm çıxarılanadək şəxsin həbsdə və ev dustaqlığında olduğu müddət də cəkilən cəza müddətinə aiddir və qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə tə yin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu qanunun mənasına görə əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi dedikdə burada cəzanın çəkilmiş hissəsinə həm hökm çıxarılanadək təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında olduğu müddət və faktiki çəkilmiş cəza müddəti daxildir. Bu müddətlər çıxıldıqdan sonra cəzanın cəkilməmiş hissəsi alınır və həmin hissə qismən və ya tamamilə yeni təyin edilmiş cəzaya birləşdirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həm cəzanın təyin edilməsində və həm də cəzaların toplanmasında səhvə yol vermişdir. Ona görə kassasiya protesti əsaslı hesab edilərək təmin edilməli və Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasa uyğun hallar müəyyən edildiyindən kassasiya protesti təmin edilməli və apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək cinayət i şi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 325-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-145/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-145/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver