Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1450/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ceyhun Hamlet oğlun un, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və X4 ibarət tərkibdə) xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 5A, mənzil 96-da qeyd iyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində bilinərək, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 19 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə eyni zamanda, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 936.767 maddi zərərin və 20.000 manat mənəvi zərərin – cəmi 956.767 manat pulun ödənilməsinə dair mülki iddiası qismən təmin edilmiş və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 255.000 manat pulun ödənilməsinə dair mülki iddialar təmin edilmiş, 516.030 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum tutularaq Zərərçəkmiş şəxs2 və 2 55.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Məhkum tutularaq Zərərçəkmiş şəxs4 ödənilməsi hökm edilmiş, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli qərarı ilə X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, 1952-ci məhəllə, Ə.Orucəliyev küçəsi, ev 11 A, 16 №-li mənzilin üzərinə qoyulmuş həbs ləğv edilmiş və maddi sübutlar məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X7 və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi Məmmədov Ceyhun Hamlet oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X10 Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Mursaqulov Vaqif Ənvər oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 18 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 1(101)-685/2021 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilmiş, hökm qalan hissələrdə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçisi X7 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhk əməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protesti ni vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəs i ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi X7 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1450/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1450/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver